Emosiya

Emosiyainsanın üzvü tələbatının təmin olunub- olunmaması ilə əlaqədardır. Emosiya canlı varlığın, orqanizmin vəziyyətini və xarici təsirlərinin bioloji əhəmiyyətini müəyyənləşdirmək tələbatı ilə bağlıdır.

Emosiyalar insan təcrübəsinin hissi fundamenti hesab olunur. Onlar ətraf aləmlə, cəmiyyətlə qarşılıqlı münasibətləri zənginləşdirir və xatirələrə dinamiklik verir.

Emosiya anlayışı

V.Ceyms emosiyanı hiss etməyə "cəhd" kimi müəyyənləşdirir. P.K.Anoxinə görə isə "emosiyalar orqanizmin fizioloji vəziyyəti olaraq parlaq subyektiv ifadəyə malikdirlər və insanın bütün hiss və yaşantılarını əhatə edirlər. S.Z.Rubinşteyn emosiyaları subyektin vəziyyətinin və obyektə münasibətinin təzahürü kimi dəyərləndirir.

Psixoloqların fərqli şərhlərini ümumiləşdirərək belə bir nəticəyə gəlmək olar ki, əksər hallarda emosiyalar insanın indiki anda nəyəsə və ya kiməsə münasibətilə əlaqədar keçirdiyi yaşantılar kimi anlaşılır.

Emosiyalara aid tədqiqatlarda ekspressiv komponentin öyrənilməsinə xüsusi əhəmiyyət verilir. Emosiyaların başlıca ifadə vasitələri nitq, mimika, pantomimika, jestikulyasiya, vokalizasiyadır.

Emosional ifadələr

Şlosberqin təqdim etdiyi mimik ifadələr şkalası 5 əsas kateqoriyadan ibarətdir:

  1. məhəbbət, sevinc, xoşbəxtlik
  2. təəccüb
  3. iztirab, qorxu
  4. qətiyyət, qəzəb
  5. ikrah

Emosiya daha sadə hiss olub, əsasən üzvi tələbatların, məsələn, yeməyə, təmiz havaya, suya və s. olan ehtiyacların ödənilməsi ilə əlaqədardır. Bu cəhətdən emosiya heyvanlarda da vardır.

İlkin və ikinci emosiyalar

Emosional sahənin diskret modelinin tərəfdarları emosiyaları ilkin və ikinci emosiyalara ayırırlar. P.Ekman 6 ilkin emosiyanın adını çəkir: qəzəb, qorxu, ikrah, təəccüb, kədər, sevinc. R.Plutçikin təsnifatında dörd cüt emosiyanın hər cütü müəyyən hərəkətlə əlaqədardır:

  1. Qəzəb (hücum, dağıdıcılıq) - qorxu (müdafiə)
  2. Bəyənmə (təqdir, qəbuletmə) - ikrah (rədd etmə)
  3. Sevinc (canlandırma, ərsətmə) - məyusluq (hüzn, məhrum olma)
  4. Gözləmə (tədqiq etmə)- təəccüb (istiqamətlənmə)

K.İzardın müəyyən etdiyi təməl emosiyaların sayı 10-dur: qəzəb, ikrah, nifrət, dərd-iztirab, qorxu, günah, maraq, sevinc, utanma, təəccüb.

Emosiyalar yaranma sürətinə, qüvvəsinə və davamlılığına görə müxtəlif şəkildə keçirilə bilər. Bunları insanın emosional haləti də adlandırırlar. Bunların bir neçəsinə nəzər salaq: əhvallar, affektlər, stress, frustrasiya.

Emosiyaların funksiyaları

Emosiyaların funksiyaları məsələləri bir çox müəlliflər tərəfindən əsas tədqiqat obyekti kimi ayrılmışdır. V.K.Vilyunas emosiyaların bioloji məqsədəuyğunluğundan danışarkən aşağıdakı funksiyaları sadalayır.

  1. Qiymətləndirmə
  2. Təhriketmə (motivləşdirmə)
  3. Tənzimətmə (təşkilətmə) və dizorqanizasiya (pozma)
  4. Möhkəmləndirmə (tormozlama)
  5. Sezmə (qabaqlama, evristik) funksiyalar.

Xarici keçidlər

Emosiya

17 iyul

17 iyul - Qriqorian təqvimi ilə ilin 198-ci (uzun illərdə 199-cu) günü.

Apnoe

Apnoe (a... + yun. πνοή – tənəffüs) –tənəffüs hərəkətlərinin qısa müddətli dayanması. Əsasən, hiperkapniya (orqanizimdə karbon qazının miqdarının artması) və hipoksemiya (qanda oksigenin miqdarının azalması) nəticəsində baş verir. Apnoe reflektor, öz başına, güclü emosiya, habelə narkoz çox olduqda, beyin silkələnməsi, elektrik travması nəticəsində, həmçinin yuxuda baş verə bilər.

Eksperimental psixologiya

Eksperimental psixologiya və ya təcrübi psixologiya — psixoloji tədqiqatlar və ona aid olan prosesləri empirik metodlarla tədqiq edilmısinə deyilir. Eksperimental psixoloqlar insan və ya heyvan subyektləri üzərində müxtəlif mövzular haqqında (sensasiya və hissi, yaddaş, idrak, öyrənmə, motivasiya, emosiya, inkişaf prosesləri, sosial psixologiya) tədqiqat aparırlar.

Freydizm

Freydizm - psixologiyada nəzəriyyə. Fəlsəfi konsepsiya kimi psixoanalizin əsaslandırılması Ziqmund Freydin adı ilə bağlıdır. Avstriyalı həkim– psixiatr Z.Freyd (1856– 1939) psixoanalizi fəlsəfi antropoloji prinsip səviyyəsinə qaldırdı. Freydə görə, seksual meyillər uşaqlıqdan bütün həyat mərhələlərində insanı müşayiət edir, bu meyillər yerinə yetməyəndə psixoloji sarsıntılar meydana gəlir.

Freydə görə, şüurlu «mən» iki obyektiv qüvvənin– «o» ilə cəmiyyət qaydalarının mübarizəsi meydanına dönür. «Kütlə psixologiyası və insan «mən»inin analizi» əsərində isə Freyd sosial əlaqələrin təbiətindən söz açır. Kütlə psixologiyasının spesifik cəhətini onun qeyri– şüuru, təhtəlşüur olaraq lider və başçıya pərəstiş etməsində görür. «Moisey və monoteizm» əsərində dinə qarşı çıxış edərək iki əks qüvvənin– həyatla ölümün əbədi mübarizəsinin psixoloji əsaslarını şərh edir.

Təhtəlşüur haqqında Freyd təlimi psixoanalizin elə müddəalarına əsaslanmışdır ki, burada psixoloji narahatlıqlar, zədələr, affektlər, arzuların həyata keçməməsi və s.– nin insanı ömrü boyu izləməsi göstərilir. Bunlar özünü nevroz formasında təzahür etdirir.

Freydə görə, ona qədərki fəlsəfənin ən böyük günahı o idi ki, təhtəlşüur problemi onun tədqiqat predmeti olmamışdır. Tədqiqat predmeti əql, şüur olmuşdur. Doğrudur, Freyd etiraf edirdi ki, şüurun öyrənilməsi vacib şərtdir. Əslində şüur dünyada insanın oriyentasiya götürməsinə imkan verir, özünün «Mən»– ni (ego) formalaşdırmağa şərait yaradır. Lakin «Mən»– dən başqa fərdin şüuru, insan psixikası, Freydə görə, özünə daha iki strukturu daxil edir: «Fövqəl– Mən» (Super ego)– psixikası daxilinə keçirilmiş sosial əhəmiyyətli motivlər, requlyatorlar və həmçinin «o» (İd) təhtəlşüurun «mikrodünyası».

Freydin təlimini inkişaf etdirən şagirdləri içərisində K.Yunq (1875– 1964) özünəməxsus yer tutur. Əgər Freydin xidməti təhtəlşüurun «mikrodünyası»nın təhlili idisə, Yunq da öz növbəsində təhtəlşüuru öyrənərək onun ayrı– ayrı yaratdıqları (arxetipləri) ilə struktur, obrazlar mədəniyyəti üçün ümumi oxşarlığını göstərmişdir. O, elmi dövriyyəyə «kollektiv təhtəlşüur» anlıyışını gətirmişdir. «Psixoloji tiplər» əsərinin girişində Yunq Platon və Aristotelin iki, tamamilə bir– birindən fərqli olan insan naturası olması haqqında Heynenin qeydlərini təhlil edir. Bunlardan biri xəyalpərvər naturadır, mistik Platon naturasıdır ki, öz qəlbinin gizli yerlərindən xristian ideyalarını və ona müvafiq gələn simvolları yaradır. Aristotel naturası isə praktikdir, hər şeyi qaydaya salandır. Həmin ideyalardan və simvollardan möhkəm ehkamlar və kult sistemi yaradır.

Yunq pisxoloji tipləri iki böyük qrupa bölür: bunlar introversiya tipi və ekstraversiya tipləridir. Fərddə müxtəlif funksiyalar: 1. təfəkkür; 2. emosiya; 3. hiss; 4. intuisiya hökm sürür.

Psixoloji tiplər ümumi psixik proseslərlə şərtlənir ki, bunu da K.Yunq «kollektiv təhtəlşüur» adlandırmışdır. Fərdi şəxsiyyət psixoloji prosesin hissəsi, kəsiyi, yaxud nümayəndəsidir ki, o, hər bir canlıda onun anadangəlmə xassəsi kimi əks olunmuşdur. Fərdin obraz tərzinin anadangəlmə xüsusiyyətləri Yunqa görə, instinkt adlanır. O yazırdı ki, obyektin bu psixi xüsusiyyətini arxetip kimi ifadə etməyi məsləhət gördüm. Arxetip anlayışı nə deməkdir? Yunq buna belə bir izahat vermişdir. Arxetip «ibtidai obraz» olub burada kollektiv təhtəlşüurun məzmunu şüurda açıq ifadə ounan meyllərlə və baxışlarla təmsil olunmuşdur.

Yunqun dərin məzmunlu əsərlərindən biri «Psixoloji tiplər»­dir. Demək olar ki, insan haqqında, onun psixoloji mahiyyəti haq­qında bundan güclü və kamil tədqiqat əsəri təsəvvür etmək çətindir.

Yunq yaradıcılığının son dövründə üzünü Şərq fəlsəfəsinə tutub Tibet və Çin fəlsəfə kitablarına psixoloji şərhlər yazdı. Hətta kimyagərliyin yeni psixoloji izahını verdi.

Freydizmi yeni dövrdə yeni Freydizm kimi təbliğ edən alman- amerikan filosofu, sosioloqu Erix Fromm (1900– 1980) olmuşdur. Fromm freydizmin sosial tənqidi ilə məşğul olmuşdur. O, faşizmi sosial hadisə kimi tədqiq edən «Adolf Hitler Nekrofilinin klinik hadisəsi» (1978) əsərini və «Azadlıqdan qaçış» (1941), «Məhəbbət sənəti» (1956), «Ümidlər inqilabı» (1968), «Malik olmaq, yaxud mövcud olmaq» (1976) və s. əsərləri ilə məşhur olmuşdur. Frommun diqqət mərkəzində fərdin subyektiv– şəxsi fəaliyyəti kimi yox, ontoloji fakt kimi götürülmüş insanın mövcudluğunun ziddiyyətləri durur. Fromm aşağıdakı dixotomiyaları fərqləndirməyə çalışır: insanların həyatının təşkilinin patriarxal və matriarxal prinsipləri; avtoritar və humanist şüur; xarakterin istismarçı və reseptiv (üzü yola) tipləri; malikolma və varlıq fərdin həyatının iki üsulu kimi və s. Fromma görə, müasir sivilizasiya insanların fərdi, eqoist cəhətləri ucbatından məhv olacaqdır. «Malikolma ehtirası» sinfi münasibətlərə doğru aparır. Kommunistlərin sinfi mübarizəsi də doğru deyildir. Çünki qeyri– məhdud təlabat prinsipi həyatın məqsədi kimi göstərilir. Hamı daha çox şeyə malik olmağa cəhd edir. Bu isə şübhəsiz siniflərin yaranmasına və onların arasındakı mübarizə isə özlüyündə qlobal miqyasda xalqlar arasında müharibələrə səbəb olacaqdır. «Acgözlük və sülh bir– birini inkar edir». Böyük həyat müəllimləri Budda və Xristos öz sistemlərində mərkəzi yeri ona vermişdilər ki, mülkiyyətə malik olmadan yaşamağı öyrənmək vacibdir.

Hurts

Hurts - Mançesterdən olan İngilis musiqi kollektivi. 2009-cu ildə yaranmışdı. Onların ilk iki albomu - Happiness və Exile Böyük Britaniya, Almaniya, Avstriya, İsveçrə, Polşa və Finlandiyada 10 ən yaxşı albom sıralarına daxil olmuşdu.

Qrupun adı 2 məna daşıyır: birincisi bu tezlik vahidinin ölçüsüdür (ürək sakit vəziyyətdə) təxminən 1 Herzt vahidində döyünür, maraqlısı elə odur ki, Herz sözü (alm. Herz‎) tərcümədə «ürək» deməkdir. İkincisi isə emosiya (ing. hurt — əzab, ruhi iztirab). Bundan başqa, Hurts adı yaxşı görünür və çox gözəl səslənilir. Musiqiçilərin özləri isə deyirlər ki, onlar emosional (Hurts) elektron (Hertz) musiqi yazırlar.

Qrup bir çox sosial proektlərdə iştirak etmişdi.

14 oktyabr 2010-cu ildə Hurts qrupu Berlində düzənlənən «Bembiyə xərac» adlı valideyn himayəsindən məhrum qalan uşaqlar üçün xeyriyyə tədbirində çıxış etmişdilər. 17 noyabr 2010-cu ildə təlimdə çətinlik çəkən insanlar üçün vəsait yığmaq məqsədi ilə London kapellasında və «Menkapın» təşkilatçılığı ilə Hurts qrupunun çıxışı baş tutdu. Akustik konsertdə Adam iştirak edə bilmədi, lakin tədbirin çox böyük əhəmiyyətindən onlar qərara gəldilər ki, Teo konserti onsuz aparacaq. Tədbirdə «Devotion», «Wonderful Life», «Sunday», «Blood Tears and Gold», «Evelyn», «Better Than Love» və «Stay» mahnıları ifa edildi. 24 aprel 2011-ci ildə qrup «Wonderful Life» mahnısı ilə «İdollar» layihəsinin fin versiyasında çıxış etmişdilər; bu proektin məqsədi - «Finn Church Aid» təşkilatın köməyi ilə ən kasıb ölkələrə maddi yardım edilməsi və bunun üçün düzənlənmiş xeyriyyə şousu yaratmaq idi. 7 mart 2013-cü ildə Hurts BBC Three kanalının «Gülüşlə yetirilərək» adlı teleşousunda Qrem Norton ilə birgə «Miracle» adlı mahnısını ifa etdilər - bu şounun da əsas prinsipi, Efiopiyada aclıqdan əziyyət çəkən insanlara kömək məqsədi ilə təşkil olunan xeyriyyə fondunun yaradılmasından ibarət idi.

Həsənağa Salayev

Həsənağa Salayev — aktyor, Azərbaycanın xalq artisti, film səsləndirən, arxiv kadrlarda iştirak edən.

Kim Possibl cizgi serialının seriyalarının siyahısı

Kim Possibl animasiya serialının seriyalar siyahısı - 2002-2007-ci illərdə istehsal olunmuş, Emmi mükafatı qazanmış Kim Possibl animasiya serialının bütün seriyalarını cəmləşdirir. Əslində 65 hissə olan serial tamaşaçıların istəyi sayəsində 22 hissə daha əlavə olunaraq 87 hissəyə çatdırılmışdır.

Leyli və Məcnun (opera)

Leyli və Məcnun — Üzeyir bəy Hacıbəyovun ilk operası.

1907-ci ildə yazılmış, 1908-ci il yanvarın 25-də Tağıyev teatrında ilk tamaşası olmuşdur. İlk redaktədə əsər 5 pərdə və 6 şəkildə, sonrakı quruluşlarda 4 pərdə, 6 şəkildə idi. "Leyli və Məcnun"la Azərbaycan musiqi mədəniyyəti tarixində yeni bir dövr açılmış, eyni zamanda müsəlman Şərqində opera janrının əsası qoyulmuşdur. Opera M. Füzulinin eyniadlı poemasının motivləri əsasında yazılmışdır. Librettonun müəllifi Üzeyir bəy Hacıbəyovdur. O, poemanın əsas ideya məzmununu, şerlərini olduğu kimi saxlamış, eyni zamanda orta əsr Şərq aləminin ziddiyyətli mühitini daha qabarıq vermişdir. Beləliklə H. keçmişin obrazları vasitəsilə yaşadığı dövrün gərgin inkişafı ilə seçilən demokratik proseslərini açıb göstərmişdir.

"Leyli və Məcnun" muğam ilə Avropa operasının üzvi vəhdətindən yaranmış yeni opera janrının — muğam operasının ilk nümunəsidir. Muğamlar operanın əsas musiqi materialı olaraq ənənəvi opera formalarını — ariya, ariozo, reçitativ, vokal ansamblları (duet, trio və s.) əvəz etmişdir. Qəhrəmanların obrazlarının açılmasında, bütövlükdə musiqi dramaturgiyasının inkişafında muğamlar mühüm rol oynayır. "Leyli və Məcnun"da musiqi dramaturgiyasının tədriсən, lirik-epik planda inkişaf etməsi onun obraz-emosiya məzmunundan, intonasiyasının inkişafı və kompozisiya quruluşundan irəli gəlmişdir. Operanın bir çox bitkin səhnələri muğam üstündə qurulmuşdur. H. muğamların not yazısını verməmişdir. Müğənni xanəndələr öz vokal partiyalarını tarzənin müşayiətilə oxuyurlar.

H. muğamların əsrlər boyu təşəkkül tapmış ənənəvi emosional təsir güсünü, qavranılma xüsusiyyətlərini nəzərə almışdır. Məsələn, I pərdədə Leyli ilə Məcnunun qarşılıqlı məhəbbətinin sevinc və fərəhi lirik, xoş əhvallı Segah muğamı ilə verilmişdir. Sonrakı pərdələrdə talelərinin faciəviliyini anlayan qəhrəmanların partiyasında kədər, iztirab ifadə edən Şur, Bayatı-Şiraz və s. muğamlar səslənir. Oğlunun vəziyyətindən narahat olan Məcnunun atası 1 pərdədə həyəсanlı, gərgin Çahargah muğamını oxuyur. Nofəlin cəngavər obrazı üçün H. mətin, marş xarakterli heyratı zərbi muğamından istifadə etmişdir. H. muğamları səhnə hadisələrinə münasib seçməklə onların ifadə vasitələrinin yeni xüsusiyyətlərini üzə çıxarmışdır. "Leyli və Məcnun"- da klassik Azərb. xalq mahnı melodiyalarından istifadə edilmişdir (1 pərdədə mədrəsə şagirdlərinin xoru—"Evləri var xana-xana"; Məcnunun səhradakı səhnəsindəki qızlar xoru—"Bu gələn yara bənzər"). Bu opera əsrlər boyu təşəkkül tapmış Azərb. musiqi mədəniyyəti haqqında hərtərəfli, tam təsəvvür yaradır. Ona görə də "Leyli və Məcnun"-u şifahi ənənəli Azərb. musiqisi ensiklopediyası adlandırmaq olar.

Operada Üzeyir bəy Hacıbəyovun bəstələdiyi orijinal musiqi, əsasən muğam səhnələrini əlaqələndirərək ork. ifasında səslənir; bəzi vokal partiyalar da müəllif tərəfindən yazılmışdır (1 pərdədə Məсnunun atası, anası və Məcnunun triosu). Bu musiqi parçaları təsnif, rəng, yaxud xalq mahnıları ruhunda bəstələnmişdir. Müxtəlif funksiya daşıyan xor musiqisinin geniş tətbiq edilməsi "Leyli və Məcnun"-un musiqi dramaturgiyasının başlıca xüsusiyyətlərindəndir. Əsas qəhrəmanların psixoloji vəziyyətinin, məişət səhnələrinin xarakterizə olunması, səhnə hadisələrinə münasibət bildirilməsində xorlar vasitəçi rolunu oynayırlar. Xorların musiqi fakturası sadə, melodiyası əsasən birsəslidir (bəzi xorlarda melodiya tersiya və ya seksta intervalı nisbətində ikisəsli şərh olunmuşdur). Operanın ork. heyəti ilkin variantlarda çox sadə — yalnız simli musiqi alətlərindən ibarət olmuşdur; muğam səhnələrində müğənni yalnız tarın müşayiəti ilə oxumuşdur. Əsərda uvertüra, "Ərəb rəqsi" (Leyli və İbn Səlamın toy səhnəsində), antrakt (III pərdənin sonuncu şəklində) kimi müstəqil ork. parçaları vardır.

"Leyli və Məcnun"un musiqisi Üzeyir bəy Hacıbəyovun yeni bəstəkarlıq üslubu yaratmaq, xüsusilə milli lad-intonasiya sistemi ilə Avropa major-minor sisteminin qarşılıqlı təsiri və üzvi əlaqəsi sahəsindəki novator meyilləri üçün başlanğıс, əsas mənbə olmuşdur. Hacıbəyov muğam ifaçılığına səciyyəvi olan imitasiyalı polifoniya elementlərindən istifadə edərək "Arazbarı" zərbi muğamı üstündə qurulmuş parlaq simfonik əsər—sonuncu pərdənin antraktını yaratmışdır. Bu antrakt müstəqil əsər kimi də ifa olunur; o, Azərbaycan simfonik musiqisinin ilk nümunəsi kimi simfonik muğam janrının meydana gəlməsinə zəmin hazırlamışdır. Opera ilk tamaşasından bu günədək Azərbaycan dinləyicilərinin məhəbbətini qazanmış ən sevimli əsərlərdən biridir. O, AOBT-nın daimi repertuarındadır. Hacıbəyov bu opera üzərində dəfələrlə işləmiş, təkmilləşdirmiş, yeni musiqi parçaları əlavə etmiş, lakin əsərin bənzərsiz, təravətli musiqi üslubunu qoruyub saxlaya bilmişdir. "Leyli və Məcnun"-un təsiri ilə İranda demokrat şair M. Eşqi "Rəsta-xize-səlatine-İran" ("İran səltənətinin dirçəlişi") muğam operasını yazmışdır (1916—17). "Leyli və Məcnun" — Qafqaz bölgəsində, eləсə də Orta Asiya və İranda dəfələrlə numayiş etdirilmiş, bu xalqların peşəkar musiqi mədəniyyətinin təşəkkülündə əhəmiyyətli rol oynamış və indi də oynamaqdadır. "Leyli və Məcnun"un ilk tamaşasının rejissoru Hüseyn Ərəblinski, dirijoru Əbdürrəhim bəy Haqverdiyev olmuşdur. Rollarda: Hüseynqulu Sarabski (Məcnun), Ə. Fərəcov (Leyli), C. Dağıstani (İbn Səlam), M. Kazımovski (Məсnunun anası), Mirzə Muxtar (Məсnunun atası), İ. Qasımov (Leylinin atası), С. Vəzirov (Leylinin anası) çıxış etmişlər. Rejissorlardan S. Dadaşov (1935, 1958), M. Məmmədov (1955, 1976), F. Səfərov (1994) operanın yeni quruluşunu vermişlər.

Baş rollarda Ə. Sadıqov, H.Hacıbababəyov, Ə. Əliyev, B. Haşımov, Q. Əsgərov, С. Əkbərov (Məcnun), S. Qacar, H. Rzayeva, G. Həsənova, Rübabə Muradova, S. Qədimova, Z. Xanlarova, N. Məmmədova, S. İsmayılova, Q. Quliyeva (Leyli) və b. çıxış etmişlər. Bəstəkar N. Əliverdibəyov operanın yeni ork. redaksiyasını hazırlamışdır. "Leyli və Məcnun"-un librettosu ilk dəfə 1912 ildə Bakıda Orucov qardaşlarının mətbəəsində, klaviri 1959 ildə, partiturası 1983 ildə çap edilmişdir (baş redaktoru Q. Qarayev, redaktoru N. Əliverdibəyov, ön söz və şərhlərin muəllifi Z. Səfərova). 1996 ildə "Azərbaycantelefilm" yaradıçılıq birliyində "Leyli və Məcnun" film-operası çəkilmişdir (rejissorlar Nazim Abbas və Ş. Nəcəfzadə).

Mehdi Məmmədov

Mehdi Əsədulla oğlu Məmmədov (d. 22 may 1918, Şuşa, Azərbaycan SSR,- ö. 28 yanvar 1985, Bakı, Azərbaycan SSR) — Azərbaycanın görkəmli teatr rejisoru, aktyoru və pedaqoqu. SSRİ Xalq Artisti 1974, Sənətşünaslıq doktoru (1968), professor (1960).

Metallica

Metallica — 1981-ci ildə yaradılan metal ifa edən amerikan qrupu. "Thrash metal" axınının üzvlərindən və 1980'li illərin ən yaxşı və ən ilham verici metal qruplarından biri olaraq qəbul edilir. 60 milyondan ABŞ-da, 40 milyondan da dünyanın geri qalanında olmaq üzrə təxminən 100 milyon albom satışı olan qrup, musiqi tarixinin ticari və axın olaraq ən müvəffəqiyyətli metal qruplarından biridir. Konsert satışları baxımından da ABŞ musiqi tarixinin ən böyük 13. birliyi mövqesindədir.

Məntiq

Məntiq (yun. λογική) — «mülahizələr haqqında elm», «fikirlərdə və fəaliyyətdə əlaqələr haqqında elm» — məntiqi dillə intellekt dərketmənin qanunları, metodları və formaları haqqında elmdir. Məntiq haqqında biliklər təfəkkürlə alındığından, o düzgün təfəkkür haqqında elm kimi də götürülə bilər. Eyni zamanda məntiq təsdiq və ya təkzib metodları haqqında elm kimi də qəbul edilə bilər. Məntiq qazanılmış təcrübə və dərketmə vasitəsilə həqiqətin əldə edilməsi elmi də adlandırılır.

Məntiq elminin inkişafında Aristotel və Qottlob Fregenin rolu böyükdür. Məntiq əsas olaraq iki hissəyə bölünür. Ənənəvi məntiq üzərində qurulmuş Formal məntiq və formal məntiq üzərində qurulmuş Riyazi məntiq.

Məntiq bütün elmlərin instrumenti kimi götürülür.

Oskar mükafatı

Akademiya mükafatları (ing. Academy Awards) və ya daha çox tanınan adı ilə Oskar mükafatı (ing. Oscar Awards) — film sənayesində bədii və texniki dəyər üçün verilən mükafat. Film Sənətləri və Elmləri Akademiyası tərəfindən illik olaraq verilən mükafatlar, Akademiyanın səsvermə üzvləri tərəfindən yoxlanılaraq verilən ən nüfuzlu film mükafatıdır. Müxtəlif kateqoriyalı qaliblərə daha çox "Oskar" ləqəbi ilə tanınan, ancaq rəsmi olaraq "Akademiya mükafatı" adlandırılan qızıl heykəlin bir nüsxəsi verilir.

Mükafat Sedrik Qibbons tərəfindən hazırlanmış dizayn eskizindən ilhamlanan Corc Stenli tərəfindən tərtib edilmişdir. İlk dəfə 1929-cu ildə Hollywood Roosevelt Otelində Duqlas Ferbensk tərəfindən təşkil edilən xüsusi bir yeməkdə təqdim edilib. Oskar mükafatı mərasimi ilk olaraq 1930-cu ildə yayımlanmışdır. 1953-cü ildə isə ilk dəfə televiziyada yayımlanmışdır. Bu dünyanın ən köhnə əyləncə mükafatları mərasimi idi və dünya səviyyəsində canlı olaraq baxılırdı. Onun ekvivalentləri olan televiziya üçün Emmi mükafatı, teatr üçün Toni mükafatı və musiqiyə aid Qremmi mükafatı Oskar mükafatından sonra yaradılıb.2018-ci ilin ən yaxşı filmlərinə həsr olunmuş 91-ci Oskar mükafatı mərasimi 24 fevral 2019-cu ildə Los-Ancelesdəki Dolby Teatrında keçirilib. Mərasim ABC-də yayımlandı. İlk mərasimdən 91-ci mükafat mərasiminə qədər, mükafat ümumilikdə 3,096 namizədə layiq görülmüşdür. 1988-ci ildən aparıcısı olmayan ilk mərasim idi.

Qavrayış

Qavrayış — Həqiqi və mücərrəd varlığın insan tərəfindən bilavasitə hissən qavranılması, xarici aləmin hadisələrini qavramaq, dərk etmək, fərqləndirmək və anlamaq qabiliyyəti. Qavrayış - hadisələrin bütün keyfiyyəti ilə beyində tamlıqla əks olunmasından ibarət psixi prosesdir. Qavrayış təfəkkürün mənbəyidir.

Qavrayış – 1)hiss üzvlərinə təsir edən real cisim və hadisələrin əlamətlərinin bütövlükdə inikasından ibarət idrak prosesi; orqanizmin ətraf aləmlə bələdləşməsini təmin edən informasiyanın qəbulu və beyində təhlili prosesinin mürəkkəb hissəsi; 2)həqiqi varlığın insan tərəfindən bilavasitə hissən qavranılması; xarici aləmin hadisələrini qavramaq, dərk etmək, fərqləndirmək və anlamaq qabiliyyəti.

Qavrayış insanın qarşısına qoyduğu məqsədlə, fəaliyyətinin motivləri ilə və onun maraqları, şəxsiyyəti ilə də bağlı olur. Məsələn, texnika ilə maraqlanmayan bir adam müxtəlif konstruksiyaya malik olan maşınlarda ancaq zahiri fərqləri qavrayır, bir sıra digər çox sayda olan konstruksiya fərqlərini qavraya bilmir.

Qavrayışın sabitliyi anadangəlmə bir xüsusiyyət deyil. Belə bir fakta diqqət yetirək. Uşaqlıqda gözləri tutulmuş bir insanın görmə qabiliyyəti cərrahiyə əməliyyatı sayəsində bərpa edilir. Əməliyyatdan sonrakı ilk vaxtlarda ona elə gəlir ki, 10-12 metr hündürlükdə olan pəncərədən küçəyə tullansa ona heç bir ziyan dəyməz. Bu o deməkdir ki, həmin adam aşağıda olan obyektləri uzaqda olan obyekt kimi yox, kiçik obyektlər kimi qavramışdır. Bu qavrayışın sabitliyinin pozulmasıdır. Yaxud da belə demək olar ki, perseptiv sistemin fəaliyyət göstərməməsidir. Müalicə dövrü keçir. Perseptiv sistem fəaliyyətə başlayır, qavrayışın sabitliyi də bərpa olunur.

Appersepsiya. Qavrayış təkcə qıcıqlandırıcılardan asılı deyil, həm də qavrayanın özündən də asılıdır. Qavrayan adamın şəxsiyyətinin xüsusiyyəti, onun qavranılan obyektə münasibəti, tələbatları, maraqları, arzu və hissləri həmişə qavrayışda bu və ya başqa şəkildə özünü büruzə verir. Qavrayışın insanın psixi həyatının məzmunundan, şəxsiyyətinin xüsusiyyətlərindən asılılığına appersepsiya deyilir. Appersepsiya hadisəsi də qavrayışın mühüm xüsusiyyətlərindəndir.

Appersepsiya hər şeydən əvvəl insanın bilikləri ilə, onun həyat təcrübəsi ilə, onun keçmiş fəaliyyəti ilə bağlı olur. Məsələn, biz bilmədiyimiz bir dildə olan sözü qavrayarkən onu tanımırıq, ancaq ana dilində o qədər də səlis tələffüz edilməyən sözü eşitdikdə onu anlayırıq.

Qavrayış insanın qarşısına qoyduğu məqsədlə, fəaliyyətinin motivləri ilə və onun maraqları, şəxsiyyəti ilə də bağlı olur. Məsələn, texnika ilə maraqlanmayan bir adam müxtəlif konstruksiyaya malik olan maşınlarda ancaq zahiri fərqləri qavrayır, bir sıra digər çox sayda olan konstruksiya fərqlərini qavraya bilmir.

Appersepsiya zamanı insanın emosiyaları, onun yönəlişliyi mühüm rol oynayır. Məsələn, qorxu ilə bağlı yaranan emosiya qavrayışa təsir edir, hətta onu dəyişdirir. «İlan vuran ala çatıdan qorxar» xalq məsəlində bu çox aydın görünür. M.F.Axundovun «Hacı Qara» komediyasında belə bir səhnə var: Hacı Qaranın Arazın o tayından keçirilən qaçaq malını ata yükləyir, yükün də üstündə Kərəməlini əyləşdirir, atın da yüyənini verirlər Hacının əlinə. Hacı Qara yolda əylis ermənilərinə rast gəlir. Hacı Qara əllərində oraq dayanan ermənilərin quldur olduğunu söyləyir, hətta atəş də açır. Biçinlərin quldur kimi qavranılmasına səbəb xəsis bir adamın öz malını itirməsindən keçirdiyi qorxu hissi idi.

Şəxsiyyətin yönəlişliyi də qavrayışa təsir edir. Gecə yatarkən ana otaqda, küçədə olan səslərə heç bir reaksiya vermədiyi halda, uşağın yatdığı tərəfdən gələn kiçik bir səsə dərhal oyanır. Bu qavrayışla şəxsiyyətin yönəlişliyinin iştirakı, appersepsiya hadisəsi ilə bağlıdır.

Qozbel dağ (hekayə)

Qozbel dağ (ing. Brokeback Mountain) — amerikan yazıçısı Enni Pru tərəfindən yazılmış və ilk dəfə 1997-ci ildə The New Yorker tərəfindən nəşr edilmiş hekayə. Ssenari müəllifləri Larri Mak Mörtri və Diana Ossana hekayənin məzmununu adaptə edərək 2005-ci ildə eyniadlı filmin çəkilişlərinə başlamışdılar. Hekayə həmçinin kitab formasında da satışa buraxılmışdı.

Qranat

Qranat qrupu - Ümumi formulu A3B2 [SiO4]3 olan minerallar; burada A = Mg2+, Fe2+, Mn2+, Ca2+, Y3+, nisbətən az Na+, K+; B=Al3+, Fe3+, Cr3+, Mn3+, nisbətən az V3+, Ti3+, Ti4+, Zr4+, TR3+. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən.

Kubik sinqoniya

Xərçəng (astrologiya)

(lat. Geşr)

22 iyun - 22 iyul

Ünsürü - su

Hakimiyyət müddəti- 31 gün

Rəmzi - xərçəng, ürək

Rəngi - bənövşəyi

Himayəçi planeti - Ay

Aparıcı motivi - qabaqcadan xəbər vermə və tərbiyə işi

Rəmzi görkəmi - insan dişlərini və sinəsini təsəvvürə gətirir.

Müsbət xüsusiyyətləri - məsuliyyətli, ailəcanlı, müstəqil, qayğıkeş, diqqətli, ehtiyatlı, təvazökar və nəzakətlidir.

Mənfi xüsusiyyətləri - şöhrətpərəst, şəkkak, tənha, xəsis, qorxaq, acıdil və küsəyəndir.

Ugurlu rəngi - Ag, açıq - mavi,göy, yaşıl

Ugursuz rəngi - Boz

Metalı - Gümüş

Ugurlu daşı - Rubin, zümrüd, ay daşı

Enerji veən çiçəyi - Jasmin, bütün ag çiçəklər

Talismanı - Ürək

Sevimli bürcü- OğlaqUlduzlar sistemində dördüncü yeri tutan Xərçəng bürcü təxminən iyunun 22-dən iyulun 22-nə qədər olan dövrü (31 günü) əhatə edir. Ünsürü su, planeti Ay, düşərli günü bazar ertəsi və cümə axşamı, düşərsiz günü çərşənbə axşamı və şənbə, uğurlu rəngi ağ, açıq-mavi, göy və yaşıl, uğursuz rəngi boz, uğurlu daşı rubin, zümrüd və Ay daşı, metalı gümüş, enerji verən çiçəyi jasmin, bütün ağ çiçəklər, uğurlu rəqəmi 4, 5 və 8, sevimli bürcü Oğlaq, şanslı ölkələri Türkiyə, Şotlandiya, Prussiya, Hollandiya, Suriya, Afrika, Avstraliya və Sakit okean adalarıdır.

İdraki psixologiya

İdraki psixologiya — düşünmə, emosiya, öyrənmə, xatırlama, qərar vermə, dil, problem həll etmə və mühakimə etmə kimi zehni müddətin ən geniş mənada araşdırılmasıdır. Yəni idraki psixoloqlar insanların məlumatı anlama, yadda saxlama və yada salmaları ilə maraqlanırlar. İdraki psixoloqlar zehni müddətlərin tədqiq edilə biləcəyinə və araşdırılması lazım olduqlarına inanırlar. Hər nə qədər idraki müddətlər birbaşa müşahidə edilməsələr də, davranışlar müşahidə oluna və bu davranışların altında yatan idraki müddətlər haqqında nəticələr çıxardıla bilər.

Əsli və Kərəm (opera)

Əsli və Kərəm — Üzeyir bəy Hacıbəyovun beşinci muğam operası. 4 pərdəli, 6 şəkilli bu operanın librettosu da Hacıbəyovundur.

Başqa dillərdə

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.