Dulusçuluq

Dulusçuluq — gilin xüsusi formaya salınması və xüsusi bişirilməsi ilə bağlı peşə.

Dulusçuluq istehsalatın üç istiqamətini əhatə edir:

  • Adi tikinti kərpicinin istehsalı;
  • Müxtəlif gil qabların və istehsalat məmulatlarının (odadavamlı kərpic, kafel, saxsı boru və s.) istehsalı;
  • Fayans və farfor məmulatlarının istehsalı.
Potier-Djerba
Dulusçu emalatxanası

Azərbaycanda dulusçuluğun tarixi

Baylakan
Beyləqandan tapılmış saxsı qab. XII – XIII əsr.

Dulusçuluq Azərbaycanda sənətkarlıq istehsalının ən qədim sahələrindən olub bu günə qədər öz əhəmiyyətini saxlamışdır. Mütəxəssislər sənətin bu sahəsinin meydana çıxmasını neolit dövrünə aid edirlər. Əvvəlcə, əsasəı qadınların məşğul olduğu dulusçuluq eneolit dövründə tətbiq edilən bir sıfl texniki nailiyyətlər nəticəsində müstəqil sənət sahəsinə çevrilmişdi.

İlk orta əsrlərin sonlarından başlayaraq Azərbaycanda dulusçuluq istehsalı daha yüksək səviyyəyə çatmışdı. Monqol işğallanna qədər davam etmiş bıı yüksəliş dövründə dulusçuluqda güclü kəmiyyət və keyfıyyət dəyişikliyi başf vermişdi. Ayaqla hərəkətə gətirilən çarxın meydana gəlməsi, müxtəlif dulusçuluq mərkəzlərində şirli qablar istehsalının başlanması, dulus kül rələrinin kutləvi şəkildə tətbiq edilməsi yüksək keyfıyyətli saxsı məmulatınııı. istehsalı üçün daha əlverişli şərait yaradırdı.

Bu dövrdə saxsı qabların yayılması arealı Azərbaycanın demək olar kil bütün şəhər və vilayətlərini əhatə edirdi. Bir çox yaşayış məntəqələrində, ol cümlədən Beyləqanda aparılan arxeoloji qazıntılar nəticəsində Azərbaycandal şirsiz və şirli qablar istehsalının yüksək səviyyədə olduğunu sübut edən çoxlul materiallar aşkar edilmişdir..

Məişət keramikası

Hunter from Baylakan
Beyləqandan tapılmış üstü yazılı saxsı qab. XII—XIII əsr.

Müstəqil Azərbaycan xanlıqların mövcud olduqları XVIII əsrin ikinci yarısı – XIX əsrin əvvəlində dulusçuluq istehsahnm aparıcı sahəsi kimi daha çox məişət keramikasından söhbət açmaq olar. Azərbaycanın dulus ustaları məişətin müxtəlif sahələrində işlədilən çoxlu gil məmulatları hazırlayırdılar. Etnoqrafık tədqiqatlar göstərir ki, məişətdə işlədilən dulusçuluq məhsullan öz təyinatlanna görə bir neçə qrupa bölünürdülər. Bunların arasında su qabları, yemək qabları, süd məhsullan üçün qablar, evlərin qızdırılması və işıqlandınlması üçün nəzərdə tutulan qablar əsas yer tuturdular.

Təkcə məişətdə işlədilən su qablarının bir neçə növü su daşımaq üçün (səhəng, cürdək, bardaq, şəhrəng, kuzə). Su saxlamaq və süfrədə işlətmək üçün (küp, sürahı, qurqur, dolça, parç, tayqulp), yuyunmaq və dəstamaz almaq üçün (aftafa, lülyəin və s.) çox müxtəlif saxsı qablar istehsal edilirdi. Ümumiyyətlə isə, dulus ustaları 50-dən çox müxtəlif növlü qab-qacaq istehsal etməyi bacarırdılar.

Xanlıqlar dövrünə aid arxiv sənədlərində və digər yazılı mənbələrdə Azərbaycanın Şamaxı, Şəki, Ərdəbil, Təbriz, Naxçıvan, Gəncə, Ordubad və s. şəhər-lərində saxsı məmulatının istehsalı barədə məlumat verilir. Bu məlumatlardan ay-dın olur ki, Şəki xanlığının bir çox kəndlərində və Nuxada gil qablar hazırlayırdılar. Təkcə Şəki şəhərində saxsı səhəng istehal edənlərin sayı 29İ nəfərə çatdırdı.

Digər xanlıqlarla müqayisədə Naxçıvan xanlığında saxsı qablar istehsalıf haqqında məlumat daha çoxdur. Lakin əksər hallarda bu məlumatlar bir-birilərinil təkrar edirlər. Naxçıvan xanlığının Rusiya tərəfındən işğalı dövründə NaxçıvanOrdubad şəhərlərinin hər birində 12 nəfər dulusçu çalışırdı Ordubaddakı dulusçu emalatxanalarından biri yararsız hala düşmüş karvansarada yerləşirdi. Xanlığın Təzəkənd adlı yaşayış məntəqəsində Naxçıvan hakimi Ehcan xana məxsus saxsı səhəng istehsal edən emalatxananın fəaliyyətI göstərməsi haqqında da məlumat var.

Dulusçuluq istehsalının Bakıda da mövcud olması ehtimalını irəli sürməkj olar. Şəhərin ətrafındakı müxtəlif növ gil yataqları burada saxsı qablann istehsalıl üçün şərait yaradırdı. 1946-cı ildə şəhərin qala hissəsində V.N.Leviatov tərəfra-1 dən aparılmış qazıntı işləri zamanı XVII-XVIII əsrlərə aid edilən xeyli miqdardaj şirli qablar – kasa, boşqab, badya və s. tapılmışdır ki, bunların da əksəriyyəti yerli istehsalın məhsulları idilər.

Gəncədə dulusçuluq

Bütün orta əsrlər boyu saxsı qablar istehsalının əsas mərkəzlərindən olmuş Gəncədə də bu sənət sahəsi qalmaqda davam edirdi. Mənbələrdən birində Gəncə dulusçulannın məhsulları yüksək qiymətləndirilir və onlar "öz işlərini yaxşı bi-1 lən" sənətkarlar kimi xarakterizə olunurlar. Ətraf ərazilərdən əldə edi-İən əla növ gil şəhərdə fəaliyyət göstərən iki böyük dulusçuluq emalatxanasında emal edilərək yüksək keyfıyyəti olan saxsı məhsullarına çevrilirdilər.

Gəncədə dulusçuluq sənətinin daha çox inkişaf etməsini yerli hakimlərin bu sahəyə qayğı ilə yanaşmaları ilə izah etmək olar. Onların sənətin bu sahəsinin inkişafı üçün yaratdıqlan şəraitin nə dərəcədə əlverişli olduğunu Gəncə dulusçularının 1809-cu ildə rus hakimiyyət orqanlarına yazdıqları şikayətdən də aydın görmək olar: "Xanlıqlar dövründə bu məhsulu başqa yerlərdə istehsal edən saxsı qab ustaları onu satmaq üçün şəhərə gətirirdilər (və) xan onlardan çox cüzi gəlir götxirürdü; indi onları (saxsı qabları – C.M.) şəhərdə də hazırlayırlar və keçmiş komendant Koçnev şəhərdə hazırlanan saxsı qablar üçün iltizam təsis etmişdir və iltizamçı hər bir səhəngi 10 qəpikdən alıb 25 qəpiyə satır və yoxsul ustalara sərbəst satışı qadağan edir".

Cənubi Azərbaycanda dulusculuq

TəbrizƏrdəbil şəhərləri də dulusçuluq istehsalmın əsas mərkəzləri kimi öz mövqelərini saxlamaqda davam edirdilər. Bu şəhərlərin ətrafmdakı zəngin gil yataqları saxsı məmulatlarmm istehsalı üçün əlverişli şərait yaradırdı. Xanlıqlar dövründə saxsı qablar istehsalı ilə daha çox kəndlərdə məşğul olurdular. Əvvəlki dövrlərdə saxsı qablar istehsalmda böyük şöhrət qazanmış Təbrizin yaxınlığındakı Kuzə kunan kəndi bu ənənələri xanlıqlar dövründə də davam etdirirdi. Ərdəbilin Cəcin, Talıb qışlağı, Dövlətabad kəndlərində satış üçün müxtəlif ölçülü saxsı qablar istehsal edirdilər. Quba xanlığmda saxsı qablar istehsalmın əsas mərkəzləri Yenikənd, Ispik və Möhüc kəndləri idilər. t.Şopenin verdiyi məlumata görə Naxçıvan xanlığının ayrı-ayrı kəndlərində 33 nəfər saxsı qab istehsalı ilə məşğul olurdu.

Əldə olan yazılı mənbələrin məlumatlarına əsasən belə bir qənaətə gəlmək olur ki, xanlıqlar dövründə məişətdə işlədilən saxsı məlumatı arasmda iri həcmli su qablarmın, ilk növbədə səhəng və küplərin istehsalı mühüm yer tu-turdu. Yuxarıda adları çəkilən kəndlərin əksəriyyətində daha çox səhəng istehsal edilirdi. Çox güman ki, bu ölkədə mis qablar istehsalımn geniş miqyas alması və xarici ölkələrdən çoxlu miqdarda şüşə qablarm gətirilməsi nəticəsində kiçik həcmli saxsı qablara tələbatın azalması ilə əlaqədar idi.

Qarabağda dulusçuluq sənəti

Dulusçuluq Qarabağda sənətkarlıq istehsalının ən qədim sahələrindən olub bu günə qədər öz əhəmiyyətini saxlamışdır. Mütəxəssislər sənətin bu sahəsinin meydana çıxmasını neolit dövrünə aid edirlər. İlk orta əsrlərin sonlarından başlayaraq Qarabağda dulusçuluq istehsalı daha yüksək səviyyəyə çatmışdı. Qarabğda aparılmış arxeoloji qazıntılar göstərir ki, IX - XIII əsrlərdə dulusçuluq yüksək inkişaf etmiş bir sənət sahəsi kimi tamamilə formalaşmışdı. Bu dövrdə istehsal edilən saxsı qablar istər hazırlanma texnikasına, istərsə də zəngin bəzək elementlərinə görə həm əvvəlki, həm də sonrakı dövrlərlə müqayisədə çox yüksək səviyyəyə qalxmışdı. Su kəmərləri üçün saxsrboraların, tikinti işlərində geniş istifadə edilən kaşı və bəzək kərpiclərinin istehsalına başlanması da bu dövrlə bağlıdır. Monqol işğalları Qarabağda, ümumiyyətlə Azərbaycanda sənətkarlığın digər sahələri kimi dulusçuluğun inkişafına da ağır zərbə vurdu. Geriləmə özünü məişətdə işlədilən saxsı qabların istehsalında daha aydın göstərirdi Bununla belə, məişət keramikasının istehsalında yaranmış bu gerilik sonrakı əsrlərdə tikinti keramikasının həcminin artması ilə əvəz olundu. XV - XVII əsrlərdə tikinti işlərinin genişlənməsi bəzək işlərində istifadə edilən dekorativ kərpic və kaşıj istehsalının həcminin artmasını zəruri edirdi. Əldə olan arxeoloji materiallar göstərir ki, son orta əsrlərdə Qarabağda saxsı məlumatı istehsalı 3 böyük qrup üzrə - şirsiz qablar, şirli qablar və tikinti materialları istehsalı üzrə ixtisaslaşmışdır. Şirsiz saxsı məmulatı sırasına hər birinin müxtəlif növləri olan küplər, qazanlar, səhənglər, bardaqlar, aftafalar, silbiçlər, süd qabları, dolçalar, çıraqlar, qəlyanlar və s. aid edilir. Bu qabların bədii tərtibatı zamanı xətti və nöqtəvari naxışlardan geniş istifadə edilirdi. Son orta əsrlərdə Qarabağ ərazisində şirli qablardan da geniş istifadə olunurdu. Bu tipli qablar sırasına bardaq, güldan, vaza, çıraq, kasa və s. daxil idi. Qarabağ duluçulan marqans, mis və kobalt oksidinin köməyi ilə aldıqları şirlər vasitəsilə saxsı məmulatını yüksək zövqlə bəzəməyi bacarırdılar . Ümumiyyətlə, Qarabağda Şirli qablar iki mərhələdə bişirilirdi: əvvəlcə adi qaydada məmulatı bişirib kürədən çıxarır vo onun üzərinə şir çəkəndən sonra ycnidən kürəyə yığırdılar. Şirin bişirilməsi üçün əvvəlcə vam yanan odla 2-3 saat ərzində onu qızdırıb bərkidir, sonra bir gecə-gündüz kürədə yüksək hərarət yaradırdılar. XVI-XVII əsrlərdə Azərbaycanda tikinti keramikası da yüksək inkişaf etməsilə əlaqədar Azərbaycanın ayrı-ayrı şəhərlərində, o cümlədən Qarabağ ərazisində sarayların, karvansaraların, hamamların tikintisi zamanı şirli üzlük materialdan və keramik mozaikadan geniş istifadə edilirdi. Sənətkarlığın digər sahələrilə müqayisədə XVIII əsrdə Qarabağda dulusçuluq istehsalı haqqında məlumat çox azdır. Bunu bir tərəfdən XVIII əsrdə Qarabağın arxeoloji qazıntıların obyektinə çevrilməməsi, digər tərəfdən isə bu sahənin dərin tənəzzülə uğraması ilə izah etmək olar. XVII əsrin sonlarından başlayan və Qarabağ xanlığı dövrünü də əhatə edən ümumi iqtisadi tənəzzül dulusçuluğa da mənfi təsir göstərmişdir. Mülki tikinti işlərinin azalması, tikililərdə bəzək materiah kimi kaşı və digər dekorativ bəzək vasitələrindən az istifadə edilməsi tikinti keramikasının istehsal həcminin kəskin şəkildə aşağı düşməsinə səbəb olmuşdu. Əlbəttə, XVIII əsrdə Qarabağda dulusçuluğun bu sahəsinin tamamilə sıradan çıxması fikrini də söyləmək olmaz. Çox güman ki, bu dövrdə Qarabağda inşa edilən ictimai binalarda, ilk növbədə isə hamamlarda yerli istehsalın məhsulu olan kaşılardan istifadə edilirdi. Lakin yazılı mənbələrdə hələlik bu barədə heç bir məlumata rast gəlmək mümkün olmayıb. Görünür bu istehsal edilən saxsı bəzək vasitələrinin aşağı keyfıyyətli olması ilə bağlı idi. Qarabağ xanlığının mövcud olduğu XVIII əsrin ikinci yarısı - XIX əsrin əvvəlində dulusçuluq istehsalının aparıcı sahəsi kimi daha çox məişət keramikasından söhbət açmaq olar. Əldə olan yazılı mənbələrin məlumatlarına əsasən belə bir qənaətə gəlmək olur ki, xanlıqlar dövründə məişətdə işlədilən saxsı məmulatı arasında iri həcmli su qablarının, ilk növbədə səhəng və küplərin istehsalı mühüm yer tuturdu. Qarabağlı dulus ustaları məişətin müxtəlif sahələrində işlədilən çoxlu gil məmulatları hazırlayırdılar. Etnoqrafık tədqiqatlar göstərir ki, məişətdə işlədilən dulusçuluq məhsullan öz təyinatlanna görə bir neçə qrupa bölünürdülər. Bunların arasında su qabları, yemək qabları süd məhsulları üçün qablar, evlərin qızdırılması və işıqlandırılması üçün nəzərdə tutulan qablar əsas yer tuturdular. Təkcə məişətdə işlədilən su qablarının bir neçə növünü daşımaq üçün (səhəng, cürdək, bardaq, şəhrəng, kuzə), saxlamaq və süfrədə işlətmək üçün (küp, sürahı, qurqur, dolça, parç, tayqulp), yuyunmaq və dəstamaz almaq üçün (aftafa, lülyəin və s.) çox müxtəlif saxsı qablar istehsal edilirdi.

Qarabağda tunc dövrü boyalı qablar istehsalı ocaqları

Əlverişli coğrafi mühitə, zəngin təbii sərvətlərə malik olan Qarabağ ən qədim insan məskənlərindən biri olmuşdur. Azıx mağarasından başlanmış bu həyat su mənbələrinə yaxın olan sahələrinin məskunlaşması ilə nəticələnmişdi. Təsərrüfat sahələri formalaşmış zaman keçdikcə daimi yaşayış məskənləri, müdafiə tikililəri, ilkin şəhər mərkəzləri yaranmışdı. Qarabağın qədim tarixinin tədqiqinə XIX əsrin I yarısından başlanmışdı. Dyubua de Monperonun, N.O.Silosaninin, S.Veysenqofun, E.Reslerin, A.A.İvanovskinin, B.M.Sısoyevin, İ.İ.Meşşaninovun, C.Aleksandroviç-Nəsifinin, İ.Əzimbəyovun, A.K.Ələkbərovun, İ.M.Cəfərzadənin, B.Latıninin, T.Passekin, Y.İ.Hümmelin, AA.İyessenin, K.X.Kuşnarevanın, İ.H.Nərimanovun, Q.S.İsmayılovun, Ə.S.Cəfərovun, H.F.Cəfərovun və b-nın tədqiqatları qədim qarabağlıların təsərrüfat həyatı, adət-ənənələri, dini-ideoloji görüşləri haqqında dəyərli elmi məlumatlar verir. Qədim insanların həyat tərzini öyrənmək üçün yaşayış məskənləri mühüm əhəmiyyət daşıyır. Bu cəhətdən Qarabağda Üzərliktəpə, Qaraköpəktəpə, Çinartəpə və s. abidələr böyük maraq doğurur. Təsadüfi deyil ki, təkcə Azərbaycanda deyil, Cənubi Qafqazda Üzərliktəpə yaşayış yeri ilk məişət abidəsi sayılır və orta tunc dövrü mədəniyyəti Üzərliktəpənin adı ilə bağlanmışdır. Üzərliktəpə yaşayış yerinin əhalisi oturaq həyat keçirmiş, əkinçilik, maldarlıqla, sənətin müxtəlif sahələri ilə (dulusçuluq, metalişləmə, toxuculuq, sümükişləmə, daşişləmə və s.) məşğul olmuşlar.

Mənbə

Xarici keçidlər

Həmçinin bax

Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin dövlət reyestri

Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin dövlət reyestri — Azərbaycan Respublikası tərəfindən Azərbaycan qeyri-maddi mədəni irsinin daya yaxşı qorunması üçün hazırlanmış siyahıdır.

Azərbaycan təsviri sənəti

Azərbaycan təsviri sənəti — Azərbaycan ərazisində inkişaf edən incəsənət növü.

Azərbaycan ərazisində ən qədim maddi mədəniyyət nümunələri e.ə. 8-ci minilliyə təsadüf edir. Qədim meqalitik abidələr, menhirlər, dolmenlər, mağaralar, müdafiə tikililəri, kurqanlar, metal alətlər, dulusçuluq, zərgərlik sənəti Azərbaycan yaşayış məskəni üçün xarakterik olmuşdur. Monumental qaya rəsmlərində xalqın mədəniyyəti və estetik təsəvvürləri öz ifadəsini tapmışdır. Füzuli şəhərinin yaxınlığındakı Azıx mağarası (uz. 215–220 m) Azərbaycanın dünyada ən qədim insan məskənlərindən biri olduğunu sübut edir.

Azərbaycanda bədii keramika sənəti

Azərbaycanda bədii keramika sənəti —Bədii keramika Azərbaycan sənətkarlığının ən qədim sahələrindən biri olub və bu günə qədər öz əhəmiyyətini saxlamışdır. Mütəxəssislər sənətin bu sahəsinin meydana çıxmasını Neolit dövrünə aid edirlər. Əvvəlcə, əsasən qadınların məşğul olduğu dulusçuluq eneolit dövründə tətbiq edilən bir sıra texniki nailiyyətlər və bədii təkamül nəticəsində müstəqil sənət sahəsinə çevrilmişdi.

Yerli sakinlərdə estetik təsəvvürlərin formalaşması keramik məmulatda da tədricən dekorativ xüsusiyyətlərinin artmasına gətirib çıxarmışdır. Sadə həndəsi və nəbati motivlər əvvəlcə qoruyucu və ovsun mahiyyətli olmuş, tədricən, onların dekorativ xüsusiyyətləri kəşf olunduqca, bəzək sistemlərinə çevrilmişlər.

İbtidai dövrdə zoomorf keramik qabların meydana gəlməsi qədim insanlarda totеmistik və animistik anlayışların yaranması ilə əlaqələndirilir. Bu məmulatların ayin təyinatlı olması həmin qabların yalnız qəbir inventarında rast gəlinməsi ilə izah olunur.

Tunc və dəmir dövrü keramikasının ayrıca istiqamətini boyalı qablar mədəniyyəti təşkil edir. Tunc və dəmir dövrünü əhatə edən rəngli keramika mədəniyyəti bizə daha çox bədii ifadəli dekorasiyanın yeni imkanlarını və axtarışlarını nümayiş etdirir. Naxçıvanın Kültəpə adlanan nekropolunda aşkar olunmuş polixrom keramika bu sənətin yeni inkişaf mərhələsini əks etdirir. Bu dövrün bədii keramikasındakı dekor prinsipləri və bir çox motivləri Ön Asiya, Yaxın Şərq sivilizasiyaları ilə bədii-texnoloji əlaqələrin, təmasın olmasını sübut edir. Azərbaycan ərazisində mövcud olmuş antik Albaniya (Qafqaz) dövlətinin keramika sənətinə artıq Yunan-Roma sənətkarlığının təsiri izlənməkdədir. Yaloylu təpə (Qəbələ) keramikasının konstruktiv və plastik xüsusiyyətləri bu mədəni kontaktların bariz nümunəsidir.

Arxeoloji qazıntılar zamanı əldə edilmiş tapıntılar göstərir ki, keramika erkən orta əsrlərdə də Azərbaycanda ən geniş yayılmış sənət sahələrindən biri olmuşdur. Azərbaycanın Qəbələ, Beyləqan, Bakı, Mingəçevir, Naxçıvan və s. yerlərindən tapılmış saxsı məmulatları bu növün bədii və texnoloji xüsusiyyətləri haqda bizə ətraflı məlumatlar verərək, keramik məmulatda dekorativliyin artmasını nümayiş etdirirlər. Şirəaltı və şirəüstü keramika rəngkarlığı, ştamp və s. texnoloji üsulların bədii ifadə vasitələri yeni materialların tətbiqi ilə müşayiət olunur. Lyustr (lustreware) şirələrinin tətbiqi belə dekorativliyi artıran amillərdən biri olmuşdur.

Əldə olan məlumatlar göstərir ki, bu əsrlərdə Azərbaycanda əhali arasında külli miqdarda istifadə edilən saxsı məmulatları əsas etibarı ilə fırlanan dulusçuluq dəzgahı vasitəsilə düzəldilirdi. Dulusçu dəzgahından çıxmış sürahi, tabaq, küpə, fincan, çıraq, kasa və s. saxsı məmulatları özünün hamarlığı, formasının dəqiqliyi və yaxşı bişirilməsi ilə artıq fərqlənirdi.

Beyləqan

Beyləqan (keçmiş Jdanov) — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati mərkəzi.

Boyalı Qablar mədəniyyəti

Boyalı Qablar mədəniyyəti, Qızılvəng mədəniyyəti və ya Naxçıvan mədəniyyəti - əsasən Naxçıvan MR ərazisində yayılmış Tunc və İlk Dəmir dövrlərində (e.ə. II minillik – I minilliyin əvvəlləri) aid arxeoloji mədəniyyət. 1896, 1904 və 1926-cı illərdə Qızılvəng məbədi yaxınlığında Naxçıvan mədəniyyətinə aid daş qutu qəbir abidələri aşkar olunmuşdur. Naxçıvan mədəniyyətini səciyyələndirən əsas saxsı məmulatı həndəsi naxışlarla, insan, heyvan, quş rəsmləri, müxtəlif piktoqrafik işarələrlə bəzədilmiş və yüksək sənətkarlıqla hazırlanmış boyalı qablardır. Naxçıvan mədəniyyəti üçün erkən şəhər (Kültəpə, Qədim Naxçıvan, Oğlanqala, Qazançı qalası, Govurqala, Qalacıq), yaşayış yerləri (Şortəpə, Nəhəcir, Meydantəpə, Kərki, Vayxır, Dəmirçilər və s.) , siklopik tikililər, istehkamlar, torpaq və daş qutu qəbirlər, kurqanlar xarakterikdir.

Fars ədəbiyyatı

İran ədəbiyyatı — İranlı şair və yazıçıların İran mədəniyyətinə, eləcə də dünya mədəniyyətinə bəxş etdikləri ədəbi-mədəni fikrin ən yaxşı nümunələri. İran ədəbiyyatı da digər xalqların ədəbiyytları kimi başlığını şifahi xalq ədəbiyyatından götürmüş daha sonralar isə yazılı xalq ədəbiyyatına keçmişlər. Şifahi xalq ədəbiyyatının nümunılıri: laylalar, tapmacalar, nağıllar, zərbolməsəllər yəni atalar sözləri və s.

II Kültəpə

II Kültəpə — Naxçıvanda Çəhriçayla Naxçıvan çaylarının birləşdiyi yerdə, üç hektara yaxın sahəni tutan arxeoloji abidə.

Naxçıvan. 2. Kültəpə. Naxçıvan və Urmiya bölgəsindəki bəzi yaşayış məskənləri Qədim Şərqin ilkin şəhər mərkəzlərisəviyyəsinə qədər yüksəlmişdir.

Qədim Naxçıvan şəhəri 2. Kültəpə yaşayış məskəni Azərbaycanda ilkin şəhər-dövlətlərdən birirnin mərkəzi olmuşdur . Bu şəhər 3500 il bundan əvvəl yaranmışdır.

Üçbucaq şəklində olan bu yaşayış yeri Çəhriçayla Naxçıvançayın birləşdiyi ərazidə yerləşir.

II Kültəpənin 7-10 qalınlığında olan ilk təbəqəsi erkən tunc dövrünə aiddir. Araşdırmalar zamanı çiy kərpicdən inşa olunmuş dairəvi formalı binaların qalıqları aşkar olunmuşdur. Radiokarbon (C 14)analizlərin nəticəsi bu təbəqənin e.ə. 3500-2400-cü illərə aid olduğunu göstərir.

Bu çoxtəbəqəli abidənin orta tunc dövrünə aid təbəqəsinin qalınlığı 4 metrdən çoxdur. Bu e.ə. II minillikdə Kültəpə sakinlərinin həyat və məişətini özündə əks etdirən dörd inşaat mərhələsindən ibarətdir. Yaşayış yerinin ətrafında müdafiə divarları çəkilmişdir. Mədəni təbəqədən yaşayış yerlərinin, təsərrüfat binalarının, istehsalat ocaqlarının qalıqları ilə yanaşı külli miqdarda boyalı qablar, daşdan, sümükdən və tuncdan hazırlanmış əmək alətləri, bəzəklər, silahlar və s. üzə çıxarılmışdır.

Mükəmməl tikinti texnikasına bələd olan Kültəpə sakinləri inşaat materialı kimi çiy kərpicdən, möhrədən və daşdan istifadə etmişlər. Burada inşa edilmiş müdafiə istehkamı, yaşayış və təsərrüfat binaları yüksək memarlıq zövqünün məhsulu olub, dövrün inşaat işləri haqqında geniş təsəvvür yaradır. Mürəkkəb quruluşlu müdafiə istehkamı dördkünc bürclərlə daha da möhkəmləndirilmişdir.

II Kültəpədə həm monoxrom, həm də polixrom gil qablara təsadüf olunur. Onlar formaca müxtəlifdirlər. Qabların naxışları da zəngindir. Onların üzərində həndəsi naxışlarla yanaşı, müəyyən mənaları ifadə edən süjetli rəsmlər də vardır.

II Kültəpənin III təbəqəsindən dörbucaqlı bina qalıqları üzə çıxarılmışdır. Əsasən çiy kərpicdən tikilmiş binaların döşəmələri torpaq və daşdandır.

Araşdırmalar təsdiq edir ki, II Kültəpə Orta Tunc dövrünün şəhər tipli yaşayış yerlərindən biri olmuşdur. II Kültəpədə yaşayış yeri 3 ha sahəni əhatə edir. Yaşayış yeri möhtəşəm qala divarları ilə əhatə olumuşdur. Onun üçdə bir hissəsi bürcləri, dayaqları olan müdafiə divarı ilə əhatə olunmuşdur. Eni 2 m olan qala divarı palçıqla bərkidilmiş daş bünövrə üzərində hörülmüşdür. Divarın özünün inşasında iri kvadrat kərpiclərdən istifadə olunmuşdur (32x32x11 sm; 38x38x12 sm; 40x40x12 sm; 44x44x12 sm). Az keçmədən qala divarı dağıntıya məruz qalır və öz müdafiə əhəmiyyətini itirir. Ancaq bir qədər sonra o bərpa olunur, lakin sahəsi xeyli kiçilir. Qalanın şərq və cənub hissəsində köhnə divar əvəzinə yenisi tikilir. Yaşayış və təsərrüfat tikililəri düzplanlı olub, palçıqla bərkidilmiş daşdan hörülmüşdür. Bəzi evlər bir neçə otaqlıdır. Güclü və qəflətən baş vermiş yanğından tikintilər dağılmış, yaşlı bir adam sümükləri yanğın qalıqları içərisindən tapılmışdır.

Orta tunc dövründə II Kültəpədə dörd inşaat qatı və 4 m-dən artıq mədəni təbəqə burada yaşayışın uzunmüddətli olması haqqında təsəvvür yaradır. Yaşayış yerindən çoxlu və müxtəlif material tapılmışdır. Burada rast gəlinən daş gürzlər müxtəlif sahələrdə istifadə olunmuşdur. Çox güman ki, onların zərif nümunələri silah kimi tətbiq edilmişdir.

2. Kültəpə yaşayış məskənində dulusçuluq məhəlləsi ,emalatxanası daş döşəmənin küçə və dulus sobaları aşkar edilib. Yaşayış yerindən dən üyütməkdə istifadə olunan daş alətlər, çaxmaq daşından oraq dişləri, taxıl qalıqları, ev heyvanlarının sümükləri, metal əşyalar, metal tökmək üçün gil buta, əldə, qismən də çarxda hazırlanmış müxtəlif formalı sadə və boyalı qab-qacaq məlumdur. Naxış əksər halda həndəsi fiqurlardan ibarət olsa da, insan, quş və heyvan təsvirlərinə də rast gəlinir.

Kolxida

Kolxida (gürc. კოლხეთის სამეფო; Kolheti krallığı) antik gürcü dövlətidir.

Eyni dövrdə Yunanlılar Qərb Gürcüstanda, Qaradəniz sahilində yeni məskunlaşmalar (koloniyalar) qurdular. Bu məskunlaşmalar bunlar idi: Pazisi (təxminən olaraq bu günki Poti şəhəri yaxınlarında),

Dioskuria (Sohumi), Pitiunti (Biçvinta), Gienosi (Oçamçire). Koloniyalarda yerli əhali ilə Yunanlılar arasında canlı bir ticarət vardı. Kolhetidən Yunanlılar ağac-meşə məhsulları (Kolhetidəki ağac növləri gəmi istehsalında ən yaxşı vəsait sayılırdı), kətan (yelkən istehsalında istifadə edirdilər) və qızılın da aralarında tapıldığı dəyişik metallar götürürdülər. Ayrıca kölə də aparırdılar. Bunların qarşılığında Kolhetiyə dulusçuluq məhsulları, bəzək əşyası, zeytunyağı, şərab kimi məhsullar gətirirdilər.

Koloniyalar sayəsində Kolhetinin canlı bir ticarəti və o dövrdə dünyanın qabaqda gələn sivilizasiyası olan Yunan dünyasıyla mədəni əlaqələri vardı. Yunan dünyasıyla əlaqəsi Kolhetinin mədəni və iqtisadi inkişafına iştirak edirdi. Vani, Sairhe, Dablagomidə yerli əhali tərəfindən qurulmuş olan şəhərlərin, Yunanların qurduğu şəhərlərin gerisində olmadığı ortaya çıxmışdır. Bu günki Kutaisinin yaxınında tapıldığı sanılan Aiakutaia şəhəri, bunların başında gəlirdi. Kolhetidə gümüş pulun basılması da Kolhetinin çox inkişaf etmiş olduğunu göstərməkdədir. Bu pulu yerli əhali istifadə edirdi. Az inkişaf etmiş bir xalqın pul istifadə etməsi söz mövzusu ola bilməyəcəyinə görə, pulun varlığı da yüksək inkişaf etmişlik səviyyəsini işarə edər. Kolhetidə ortaya çıxarılan pula elm adamları "Kolhuri tetri" (Kolheti ağı) adını verdilər. Kolheti sərhədləri xaricindəki yerlərdə də "Kolhuri tetri"yə rast gəlinmiş olması, onun xarici ticarətdə də istifadə edildiyini göstərər.

Kolhetinin, Yunan dünyası xaricində Şərq ölkələriylə də əlaqəsi vardı. İ. Ö. VI. əsrdə İranda güclü bir dövlət ortaya çıxdı. İran dövləti sərhədləri içində Kartveli boylarının yaşadığı yerlər də vardı. İranlılar Kartveli boylarına vergi öhdəçiliyi qoydular. Kolhetini İran krallığı ələ keçərmiş deyildi, amma Kolhlar hər beş ildə bir dəfə İranlılara 100 qız və 100 oğlan göndərirdilər. Beləcə Kolhlar, təcavüzkar qonşularıyla barış içində yaşayırdılar.

Kratos (mifologiya)

Kratos və ya Kratus (yun. Κράτος — "güc" və ya "hakimiyyət") — Qədim yunan mifologiyasında güc və hakimiyyət tanrısı, titan tanrı. O, Pallantın və ilahə Stiksin oğlu, Biya (qüvvət), Zel (qısqanc), Nikanın (zəfər) qardaşıdır. Kratos ilk dəfə qardaş və bacıları ilə birlikdə Hesiodun "Teoqoniya" poemasında görülmüşdür. Hesioda görə Kratos və onun qardaş və bacıları Zevs ilə bir yerdə yaşayırdılar. Bunun səbəbi onların anaları Stiksin Zevsdən hakimiyyətində vəzifə istəyən ilk şəxs olması idi. Kratos və bacısı Biya ən çox Esxilin "Zəncirlənmiş Prometey" faciəsinin açılış səhnəsindəki rollarına görə tanınırlar. Onlar burada Zevsin qulluqçusu olurlar və titan Prometeyi səhnəyə gətirirlər. Kratos dəmirçilik və vulkanlar tanrısı Hefesti Prometeyi alovu oğurladığına görə cəza olaraq qayaya zəncirləməyə vadar edir. Kratos vəhşi, əzazil və zülmkar olaraq xarakterizə edilir. O, tez-tez Hefesti və Prometeyi lağa qoyur, lüzumsuz şiddətdən istifadəni dəstəkləyir. Kratos Zevsin zülmkar hakimiyyətini dəstəkləyir və Prometeyin heç vaxt azadlığa qovuşa bilməyəcəyini deyir. Eskilin "Xoeforlar" faciəsində Elektra Kratos, Dike (ədalət) və Zevsi qardaşı Orestə ataları Aqamemnonun intiqamını almaqda kömək etməyə çağırır. Kratos və Biya e.ə. V əsrin axırların hazırlanmış "İksionnun cəzalandırılması" adlı bir qırmızıfiqur skifos dulusçuluq işində də görülürlər. Bunun Evripidin qeyb olmuş bir faciəsindən səhnə olduğu ehtimal olunur. Onlar həmçinin "Zəncirlənmiş Prometey" faciəsinin XVIII və XIX əsrlərdə hazırlanmış romantik təsvirlərində və adaptasiyalarında da görülürlər.

Kür-Araz mədəniyyəti

Kür-Araz mədəniyyəti — Erkən Tunc dövrünə (e.ə. IV minilliyin sonu – III minillik) aid mədəniyyət. Azərbaycan ərazisindən başlanğıcını götürən bu mədəniyyət Şimali Qafqazdan Mesopotomiyaya, Şərqi Anadoludan Orta Asiyaya qədər geniş bir ərazini əhatə etmişdir. İlk dəfə Azərbaycanda aparılan arxeoloji qazıntılar zamanı aşkarlandığından Kür-Araz mədəniyyəti adlandırılmışdır.

Küsnət (Qəbələ)

Küsnət (ləzg. Куьснет) — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd.

Maşıoba

Maşıoba — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.

Midiya

Midiya (q.yun. Μῆδοι), Mada (q. fars Māda-) və ya Maday (ivr. מָדַי‎, translit Maday) — e.ə. 728–e.ə. 549-cu illərdə mövcud olmuş qədim şərq imperiyasi, eləcə də şimaldan Araz çayı və Elbrus dağına, qərbdən Dəşti-Kəvir səhrasına, şərqdən isə Zaqros dağlarına qədər uzanan tarixi region. Dövlət ilkin dövrdə tarixi Azərbaycan və ya Şimali İran ərazisində yaransa da tezliklə genişlənərək Ön Asiyanın ən güclü dövlətinə çevrilmiş, bölgə xalqlarının tarixində böyük iz qoyaraq, mədəniyyətinə güclü təsir etmişdir. Mada tayfa ittifaqı əsasən Cənubi Azərbaycandan şərqdə və cənub-şərqdə yerləşən vilayətlərdə təşəkkül tapmışdı.Azərbaycanlıların etnogenezində iştirak edən xalqlardan biri — madaylar tərəfindən qurulmuş ilk imperiya olan Midiya ondan əvvəl Azərbaycan ərazisində yaranmış Manna dövlətinin tarixi, etnik və mədəni varisi hesab edilir.Midiya Mannadan cənub-şərqdə yerləşirdi. Paytaxtı Ekbatan (indiki Həmədan) şəhəri idi. Midiya (Maday, Matay, Amaday) adına ilk dəfə e.ə. IX əsr qaynaqlarında rast gəlinmişdir. Midiya ərazisi e.ə. IX-VIII əsrlərdə xırda vilayət hakimləri tərəfindən idarə edilirdi. Mannanın Gizilbunda vilayəti hər iki ərazinin sərhəddini təşkil edirdi.

Nikosiya

Nikosiya (rus. Никосия) ya da Lefkoşa (yun. Λευκωσία [Lefkosia], türk. Lefkoşa) — Kipr Respublikasının və Şimali Kipr Türk Respublikasının paytaxtı. Əhalisi 97 700 nəfərdir (türk tərəfi - 49 868, yunan tərəfi - 47 832). Şəhər Mesoariya düzənliyində 150 metr hündürlüklü Pedisos çayı sahilində yerləşmişdir. Kipr yunanlarının Nikosiya, Kipr türklərinin Levkoşa adlandırdıqları şəhərdə 200 mindən bir qədər artıq adam yaşayır. Əlverişli mövqeyi olan şəhər böyük nəqliyyat qovşağıdır. Dəmir və avtomobil yolları Nikosiyadan ölkənin hər tərəfinə çəkilmişdir. Şəhərin yaxınlığında beynəlxalq dərəcəli aeroport fəaliyyət göstərir.

Orta əsrlər incəsənəti

Orta əsrlər incəsənəti — təqribən 1000 il davam edən Qərbdə sənət tarixi dövrü. Adətən bu termin Avropa, Yaxın Şərq və Şimali Afrikada sənətin inkişafına aiddir.

İncəsənət tarixçiləri orta əsr sənətlərini tarixi dövrlərə və mövcud üslublara görə təsnif etməyə çalışırlar, lakin bütün bu təsnifatlar şərtlidir. Aşağıdakı dövrləşdirmə ümumiyyətlə qəbul edilir: Kelt sənəti, erkən xristian sənəti, xalqların köçürülmə dövrü sənəti, Bizans sənəti, Roma dövründən əvvəlki sənət, Roma sənəti və Qotik sənət. Bu üslubların hər biri öz növbəsində ayrı-ayrı dövrlərə bölünür. Bundan əlavə, öz millətinin və mədəniyyətinin formalaşdığı dövrdə hər bölgənin özünəməxsus üslubu vardı, məsələn, ingilis-sakson və ya Qədim Norveç sənəti.

O dövrdə freskalar və rəsm əsərləri yalnız həqiqətən istedada sahib olan və rəsm üçün lazımi qabiliyyətlərə sahib olanlar tərəfindən edilirdi. Bu yaradıcılıq bir növ hobbi və ya əyləncə deyildi. Orta əsr sənətləri ustaların müəyyən tələblərini irəli sürdü. Bir qayda olaraq, kilsə divarları, qurbangah və ya namaz üçün bir otaq rənglənirdi.

Orta əsr sənətləri müxtəlif sahələrə təsir göstərmiş və heykəltəraşlığın, işıqlı əlyazmaların, vitraj, mozaika, metal emalı və bir çox digər sahələrin inkişafına əhəmiyyətli dərəcədə təsir etmişdir.

Orta əsr sənətləri Roma İmperiyasının bədii irsinin və ilk xristian kilsəsinin ikonoqrafik ənənələrinin birləşməsindən yaranmışdır. Bu elementlər Şimali Avropanın "barbar" sənəti ilə qarışıqdır.

Orta əsrlər sənəti aşağıdakı sənət növlərinin inkişafına təsir etdi:

Vitraj

Rəsm (qravür, ikona, freska)

Keramika (dulusçuluq)

Kitablar (illyuminasiya yazması, xəttatlıq, əlyazma, minuskul)

Metallurgiya (metal emalı incəsənəti)

Mozaika

Qəbir daşları

Relikt

Heykəltaraşlıq (taxta heykəltaraşlığı, heykəl)

Fil dişi oymalığı

Şüşə məhsulları

Qoşma sənəti (mebel)

Möhürlərin hazırlanması

Tekstil (toxuculuq, xalça, qobelen, piqmentlər, orta əsr geyimləri)

Zərgərlik

Portret

Portret (fr. portrait) - şəkil, fotoşəkil, heykəl və bənzəri sənət növlərində bir adamın üzünün və üz ifadəsinin çəkilməsi ilə yaradılan əsərdir. Bu əsərlərin məqsədi insanın görünüşünü, şəxsiyyətini və ruh halını əks etdirməkdir. Bu səbəblə fotoşəkilçilikdə portretlər enstantane olaraq deyil, müəyyən bir inşa daxilində adamın poza verməsiylə çəkilir. Avtoportret ümumiyyətlə, çəkilən adam rəssama ya da fotoşəkilçiyə doğru baxar və bu sayədə kişinin tamaşaçıya ən müvəffəqiyyətli şəkildə köçürülməsi təmin edilər.

Talavera-de-la-Reyna dulusçuluğu

Talavera-de-la-Reyna dulusçuluğu (isp. Cerámica de Talavera de la Reina) — İspaniyanın Toledo əyalətinin Talavera-de-la-Reyna şəhərinə xas olan dulusçuluq. Son dövrlərində aparılmış arxeoloji qazıntılar zamanı bu dulusçuluq stilində hazırlanmış qablar, küpələr və digər əşyalar tapılmışdır. Bəzi materialların tarixi Qədim Roma imperiyasına qədər uzanır.

Ərəblər şəhərə yeni dulusçuluq texnikaları (eləcə də, yeni növ dulusçuluq üçün yeni növ soba) gətirmişdilər. Bu dövr zamanı qabların üzərində abstrakt motivlər olurdu. XV əsrdə Jan Floris Hollandiyadan yeni stil gətirmişdir. Jan Floris burada dulusçuluq müəssəsi açaraq şəhərin dulusçuluq ənənəsinin əsasını başlatmışdır.Talavera keramikasından fəvvarələrin hazırlanmasında istifadə olunmuşdu: nümunələr Kuba və Braziliyada mövcuddur. Həmçinin binaların tikintisində də bu tərzdən istifadə olunmuşdur: Nyu-Orlean, Paris və Tokio şəhərlərində nümunələrini görmək mümkündür. Kral saraylarında və dünyadakı bir çox muzeylərdə istifadə edilməsi onun keyfiyyətindən xəbər verir.

Talavera-de-la-Reyna dulusçuluğunun bir çox stilləri vardır:

Barokko

İntibah

Quş kolleksiyaları

Ev kolleksiyaları

Dini kolleksiyalar

Ov səhnələriRuiz de Luna və Emilio Niveyro kimi emalatxanalarda hələ də Talavera-de-la-Reyna dulusçuluğunun ənənələri qorunub saxlanılır.

Tunc dövrü

Tunc dövrü — e.ə. IV minilliyin sonlarından II minilliyin sonuna kimi davam etmişdir. Tunc təbiətdə hazır şəkildə olmur. Tunc misin, qalayın, sürmənin qatışığından alınır və möhkəm olur.

Şuşa Tarix Muzeyi

Şuşa şəhərinin tarix muzeyi — Şuşada yerləşirdi. Tarix-diyarşünaslıq profilli idi. Muzeydə Şuşa şəhərinin tarixini əks etdirən nadir fotoşəkillər, XIX-XX əsrin əvvəllərinə aid sənədlər. Şuşada XVIII-XIX əsrlərdə inşa edilmiş, tarixi əhəmiyyət daşıyan yaşayış evlərinin sxemləri, maketləri və fotoşəkilləri nümayiş etdirilirdi. Burada Şuşa şəhərində doğulub böyümüş tanınmış Azərbaycan ziyalılarının, maarifçilərin xanəndələrin, musiqişünasların və yazıçıların haqqında maraqlı stendlər, eksponatlar var idi.

Dekorativ-tətbiqi sənət bölməsində qiymətli incəsənət əşyaları, dolçalar, qazan dəstləri, dulusçuluq məmulatları, Şuşada və ətraf kəndlərdə toxunmuş xalçalar, gəbələr, bədii toxuculuq nümunələri saxlanılırdı. Muzey 1992-ci ilin may ayına qədər fəaliyyətini davam etdirmişəhəri Şuşa şəhəri işğalçı Ermənistan ordusu tərəfindən zəbt olunduqdan sonra süqut etmişdir. Eksponatların xeyli hissəsini xilas etmək mümkün olmamışdır.

Başqa dillərdə

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.