Dilçilik

Dilçilik, dilşünaslıq, linqvistikaDil, dilçilik, onun ictimai təbiəti və funksiyaları, daxili quruluşu, funksiyalarının qanunauyğunluqları, tarixi inkişafı və konkret dillərin təsnifatı haqqında elm. Dil (mövcud və ya nə vaxtsa mövcud olmuş dillər) haqqında elm. Dilçiliyə qədərki, mikrodilçilik və metadilçilik kimi hissələrə bölünür.[1]

Nəzəri dilçilik şərti olaraq ümumi və xüsusi dilçiliklərə bölünür. İngilis və fransız mənbələrində linqvistika işlənsə də o, dilçiliyin sinonimi kimi başà düşülür. Strukturalizmdə daxili və xarici dilçilik fərqləndirilsə də, linqivistika ümumi və nəzəri dilçiliyin bir hissəsi kimi başa düşülür. XX əsrin 50-ci illərindən bu yana linqvistika çağdaş, sinxron, daxili struktura yönəlikli bir elm kimi götürülür və bütün səviyyələrdə dil qanunauyğunluqlarını aydın və formal təsvir metodlarla tədqiq edir.[2]

Dilçilik
Dünya dilləri
Nəzəri linqvistika
Fonologiya

Morfologiya

Sintaksis

Semantika (+leksik)

Praqmatika

Koqnitiv linqvistika

Generativ linqvistika
Deskriptiv linqvistika
Antropoloji linqvistika

Təkamül linqvistikası (müqayisəli-tarixidilçilik, etimologiya)

Fonetika

Sosiolinqvistika
Tətbiqi linqvistika
Kompyuter linqvistikası

Forensika

Dilin mənimsənilməsi

Language assessment

Language development

Preskriptivizm

Antropoloji linqvistika

Neyrolinqvistika

Psixolinqvistika

Stilistika
Digərləri
Ədəbiyyat

Oxuma

Tipologiya

Linqvistikanın tarixi

Linqvistlərin siyahısı

Dünya dilləri

Həll olunmamış problemlər
Portal:Linqvistika

İstinadlar

  1. Лингвистическая энциклопедия. Москва, 2000.
  2. Koseriu E. Ümumi dilçiliyə giriş. Bakı, 2007.
AMEA-nın Dilçilik İnstitutu

Nəsimi adına Dilçilik İnstitutu Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat. Direktor: filologiya üzrə elmlər doktoru, AMEA-nın həqiqi üzvü Möhsün Nağısoylu.

AMEA Ədəbiyyat İnstitutu

Nizami adına Ədəbiyyat İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat.

Ad

Ad — Canlı və cansız varlıqarı, duyğu və düşüncələri, müxtəlif vəziyyətləri bildirən sözlər

Adlar ümumi və xüsusi ad olmaq üzrə ikiyə ayrılar.

Xüsusi ad: Dünyada tək bir varlığı ifadə edən adlara deyilir.

Ümumi adlar ayrılar:

Maddə adları: Əllə tutulub gözlə görülən varlıqlara verilən adlara deyilir. Məsələn: masa, paltar, daş, düzənlik, prospekt, küçə....

Məna adları: Əllə tutulmayan gözlə görülə bilməyən varlıqlara verilən adlara deyilir. Məsələn: səs, yuxu, sevinc, acı/ağrılı, yuxu, ağıl, xasiyyət, xoşbəxtlik, həsrət, sevgi...

Birlik adları: Eyni növdən olan varlıqların toxlu olaraq ol/tapıldıqları vəziyyətlərə verilən adlara deyilir. Məsələn: məktəb, sinif, lağ/alay, batalyon, sürü, meşə, xalq, millət, ailə, xor...

Arkadi Qukasyan

Arkadi Qukasyan (erm. Արկադի Ղուկասյան; 22 iyun 1957(1957-06-22), Xankəndi, DQMV) — Dağlıq Qarabağ Respublikasının ikinci prezidenti. 8 sentyabr 1997-ci ildə prezident seçilib və 2002-ci ildə yenidən seçilib, onun prezidentlik müddəti 7 sentyabr 2007-ci il tarixində başa çatdı.

Xankəndi şəhərində anadan olmuşdur. 1957-ci ildə Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Respublikasında anadan olmuşdur. 1979-cu ildə İrəvan Dövlət Universitetinin dilçilik fakültəsini bitirmişdir. İşçi karyerasına 1981-ci ildə baş redaktor müavini vəzifəsinə başladığı, "Sovet Dağlıq Qarabağ" qəzetinin müxbiri kimi başlayıb.

1991-ci ildə Qukasyan Dağlıq Qarabağ Respublikasının ilk parlamentinə seçildi. 1992-ci ilin sentyabr ayında Dövlət Müdafiə Komitəsinin sədri təyin olundu və ATƏT-in Azərbaycanla görüşləri zamanı Dağlıq Qarabağın nümayəndə heyətlərinə rəhbərlik etdi.

1993-cü ildən Dağlıq Qarabağın Təhlükəsizlik Şurasına üzv olmuşdur. 1993-cü il iyulun 23-də Dağlıq Qarabağ Respublikasının ilk xarici işlər naziri olmuşdur.

2000-ci ildə sui-qəsd cəhdindən sağ çıxdı. Yaxın vaxtlarda müdafiə naziri vəzifəsini yerinə yetirən Samvel Babayana hücum təşkil etməkdə günahlandırıldı və 14 il həbs cəzasına məhkum edildi.

Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın Milli Elmlər Akademiyası və ya qısaca: AMEA — Azərbaycan Respublikasında dövlətin təsis etdiyi ali elmi qurum, Respublikanın ali elmi idarəsidir

Bicodərəsi (Bicovdərəsi)

Bicodərəsi — Şamaxı və Ağsu rayonlarının ərazisində kiçik çay.

İndiki Ağsu rayonunun inzibati ərazi vahidinə daxil olan iki kəndin - Bico və Gəgəlinin ərazilərini ayıran Bico dərəsinin adı ilə adlandırılır. Çayın yatağı olan Bico dərəsində mineral su bulaqları mövcuddur.

Dikearxus

Dikearxus (yun. Δικαίαρχος, təxminən m. ö. 365 – 300) — yunan filosofu, peripatetik məktəbin ən görkəmli nümayəndələrindən biri. Aristotelin və Teofrastusun öyrəncisi idi. O, psixologiya, tarix, mədəniyyət, dilçilik və siyasət elmlərini əhatə edən bir çox elmi kitablar yazmışdır.

Dikearxus ruhun varlığını və ölməzliyini inkar edirdi. “Ruh haqqında” (yun. Περὶ ψυχῆς) kitabında o yazırdı ki, ruh materiyanın formalarından biridir, cisimdir. Dünyada bütün varlıqlar dörd ünsürdən əmələ gəldiyi kimi ruh da onlardan biridir, sadəcə onun vəzifəsi bədəni canlandırmaqdır.

“Trifoniusun məbədinə eniş” (yun. Εἰς Τροφωνίου κατάβασις) əsərində Dikearxus din xadimlərini tənqid etmişdir. Həmin bu əsərdə o, falçılığı rədd edərək yalnız ilham və röyaları inkar etməmişdir.

Dikearxus mədəniyyət tarixi elminin yaradıcısı hesab edilir. O, “Yunanıstan həyatı” (yun. Βίος Ἑλλάδος) kitabında yunan mədəniyyətinin icmalını vermiş, yunanların inkişafını Şərqin mədəni həyatı ilə bağlamışdır. Onun fikrincə insanlar təbii yaşamdan heyvandarlığa, sonra isə əkinçiliyə keçmişdilər.

Dikearxus siyasi məsələləri də araşdırmışdır. “Tripolitikus” (yun. Τριπολιτικός) adlı yazısında o hesab edirdi ki, dövlətin idarəçilik metodu demokratiya, monarxiya və aristokratiyanın qarışığından ibarət olmalıdır.

Dikearxus həm də təbiətşünas olmuş, xəritələr çəkmişdir. “Yeri dolaşmaq” (yun. Γῆς περίοδος) kitabında o, yerin kürə formasında olmasını iddia etmiş, bəzi dağların hündürlüyünü ölçməyə çalışmışdır.

Dilçi

Dilçi, dilşünas və ya linqvist – insanların danışdıqları dillərin mənşəyi, quruluşu, konkret dillərin formal və qrammatik nəzəriyyələrinin qurulması, dillərin izahlı lüğətlərinin, dillərarası və digər xüsusi təyinatlı lüğətlərin hazırlanması ilə məşğul olan şəxs.

Fəlsəfə

Fəlsəfə (q.yun. φιλοσοφία) — varlığın (yəni təbiət və cəmiyyətin), insan təfəkkürünün və idrak prosesinin tabe olduğu ən ümumi qanuna uyğunluqlar haqqında elm.

Fəlsəfə ictimai şüur formalarından biridir, nəticə etibarı ilə cəmiyyətin iqtisadi münasibətləri ilə müəyyən edilir.

Geologiya

Geologiya (Yunanca geo - Yer, logiya - təlim, elm) — yaşadığımız planet (səyyarə) - Yer kürəsi haqqında elm.

Yer kürəsini başqa elmlər də öyrənir. Məsələn, coğrafiya, geodeziya, astronomiya, torpaqşünaslıq, iqlimşünaslıq və s. Geologiya yerin qabığı adlanan üst bərk qatı və daha dərin qatları (sferləri) haqqında elmlər kompleksidir. Sözün əsl mənasında geologiya - Yerin əmələgəlməsi, tərkibi, quruluşu, hərəkətləri, onun inkişaf tarixi, faydalı qazıntıların mənşəyi, onların yerləşməsi qanunauyğunlaqları və kəşfiyyat üsulları haqqında elmdir. Geologiya elmi bu məsələlərin hər birini müfəssəl öyrənən ayrı-ayrı sahələrə ayrılır. Belə ki, Yerin inkişaf tarixini - tarixi geologiya, onun quruluşunu - geotektonika, tərkibini - mineralogiya, petroqrafiya, litologiya və başqa sahələr öyrənir.

Göyəmli

Göyəmli — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd.

Kiyev

Kiyev (ukr. Київ (təlləfüzü - Kıyiv [ˈkɪjiu̯])) — Ukraynanın paytaxtı və ən böyük şəhəri.

Kiyev Ukraynanın mərkəzi hissəsinin şimalında və Dnepr çayında yerləşir. Şəhərin ölçüsü şimaldan cənuba— 50 km, qərbdən şərqə isə 56 km-dir. Əhalisi üzrə Kiyev Avropa şəhərləri olan Moskvadan, Londondan, Parisdən, Sankt-Peterburqdan, Berlindən və Madriddən sonra yeddincidir.

Ləhcə

Ləhcə — sözü ərəb mənşəli isimdir. Dilçilikdə ümumi dialekt xüsusiyyətlərinə malik olan hər hansı bir dilin yerli şivələr qrupuna yəni dialektə "ləhcə" deyilir. Dialekt yunan mənşəli (q.yun. διάλεκτος) sözdür. Sıx ərazi birliyinə malik, daima və bilavasitə ünsiyyətdə olan adamlar tərəfindən işlədilən dilə "dialekt" (ləhcə) deyilir. Yəni dialekt (ləhcə) bir–birinə yaxın olan şivələrin məcmusudur.

Macar dili

Macar dili (magyar). Fin-uqor (uqor qolu) dillərindən biridir. Macarıstanda və ona qonşu ölkələrdə (keçmiş Yuqoslaviya, Avstriya, Rumıniya) yayılmışdır. 15 milyondan çox daşıyıcısı vardır. Macar Respublikasının rəsmi dövlət dilidir. Yazısı latın əlifbası əsasında tərtib olunmuşdur.

Nida

Nida — Əmr, hiss, həyacan bildirən sözlərə deyilir.

Nidalar müəyyən hissi hallarla (məsələn, qorxu, sevinc və s.) əlaqədar tələffüz edilən sözlərdir. Nidalar təəccüb, qorxu, təəssüf, hiddət, sevinc, kinayə, narahatlıq, qəmginik, həyacan və s. kmi hissləri ifadə edə bilir. Ancaq onların konkret mənası cümlədə müəyyənləşir və intonasiya ilə fərqlənir. Ona görə də nidanın hansı hadisə ilə əlaqədar olması mətndən, deyiliş intonasiyasından bilinir.

Prodikus

Prodikus (yun. Πρόδικος, təxminən e. ə. 465 – 395) — qədim yunan filosofu, sofistlər məktəbinin təmsilçisi.

Dilçilik elmi və əxlaq problemləri ilə məşğul olmuşdur. O həm də dinlərin yaranması nəzəriyyəsini irəli sürmüşdür. Onun fikrincə insanlar onlara xeyir gətirən günəş, çaylar, dənizlər kimi təbiət obyektlərini tanrılaşdırmışlar. Buna o, Misirdə Nil çayının tanrılaşdırılmasını örnək gətirirdi. Prodikusa görə bundan sonra insanların fəaliyyətlərinə uyğun olaraq şərabçılıq, dəmirçilik, sənətkarlıq və s. tanrıları uydurulmuşdur. Beləliklə Prodikus hesab edirdi ki, tanrıların yaranması insan fəaliyyəti və duyğuları ilə bağlıdır. Buna görə də, onlara ibadət edilməsinin heç bir mənası yoxdur. Bu fikirləri açıqladıqdan sonra Prodikus təqiblərə məruz qalmışdır.

Xınaxlı

Xınaxlı — Azərbaycan Respublikasının Ağdaş rayonunun Kotavan inzibati ərazi vahidində kənd.

İbrahim Bayramov

İbrahim Məhəmməd oğlu Bayramov — Filologiya elmləri doktoru, professor, ADPU-nun aspirantura və doktorantura şöbəsinin müdiri, Yeni Azərbaycan Partiyasının üzvü.

Başqa dillərdə

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.