Despotizm

Despotizm — idarəetmənin öz istəyinə görə hərəkət edən bir şəxsin əlində cəmləşməsidir. Bu sistemdə dövlət başdakı idarəçinin istəyi ilə idarə olunur. Despotizmdə heç bir konstitusiya və hüquq sistemi rol oynamır.

Vikipediya Bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediya kömək edə bilərsiniz.
Əgər mümkündürsə, daha dəqiq bir şablondan istifadə edin.
Bu məqalə sonuncu dəfə Tubus tərəfindən redaktə olundu. 5 il əvvəl. (Yenilə)
Dövlət idarəetməsinin formaları
Antikommunizm

Antikommunizm ya da kommunizm düşmənliyi — kapitalist düşüncələrə qarşı olan və əksinin reallaşa biləcəyini təklif edən kommunizm düşüncəsinə qarşı olaraq, kommunist sistem və düşüncələrin yayılmasına mane olmağa verilən ad. Bununla bərabər Marksist-leninist siyasətin XX əsrdə dünyada söz sahibi olmasından sonra, bu siyasətə qarşı olan düşüncələrin cəminə deyilən termindir.

Başlanğıcı fikirsəl olaraq Karl Marks və Fridrix Engelsin kommunizm ilə əlaqəli düşüncələrini açıqladığı dövr olsa da, əsas olaraq, Rusiya Sovet Federativ Sosialist Respublikasının və yeni sistem axtarışında olan Asiya dövlətlərinin işğalı ilə, 1917-1922-ci illər aralığında qurulan Sovet İttifaqı dövründə təşəkkül etmişdir. II Dünya müharibəsindən əvvəl və müharibə dövründə Adolf Hitler, Benito Mussolini kimi millətçi liderlər anti-kommunist siyasət yürütmüş, müharibədən sonra isə ABŞ bu siyasəti davam etdirmiş, NATO-nun qurulmasında əsas rol oynamış, bütün dünya ölkələrində anti-komunist fəaliyyətlərə dəstək vermişdir. Bu hadisələrdən sonra sosialist ölkələr də Varşava paktı adlı hərbi və siyasi birlik yaratmışdılar.

Anti-kommunist siyasət Avropada hələ də zəif də olsa davam etməkdədir. Məsələn Avropa Şurası Parlament Assambleyası 25 yanvar, 2006-cı ildəki iclasında "totalitar kommunist rejimləri qınadığını" açıqlamışdır. Bununla bərabər Avropa Parlamenti 2000-ci ilin, 23 avqustunda "XX əsr nasist və kommunist günahlar üçün Avropa miqyasında anma günü" təyin olunmasını təklif etmişdi.

Arakçeyevlər

Arakçeyevlər-Tatar əsilli tanınmış rus zadəgan soylarından biri.

Aristokratiya

Aristokratiya - (yunanca -aristos-yaxşı, alicənab + kratos-hakimiyyət)- dövləti idarəetmə formalarından biri, dövlət hakimiyyətinin imtiyazlı kübar azlığın əlində cəmləşdiyi idarəçilik formasıdır.

Cəmahiriyyə

Cəmahiriyyə(ərəb. جماهيرية‎‎) — ərəb termini olub, əsasən "Kütlələrin dövləti" kimi tərcümə edilir. Bu termin Muammər Qəddafinin 1975-ci ildə nəşr olunan "Yaşıl Kitab"ında qeyd edilmişdir. "Cəmahiriyyə" ("kütlə", "kütlələrin" mənası verir) sözü ilk dəfə yalnız 1981-ci ildə nəşr edilən kitabın üçüncü hissəsində istifadə edilmişdi. Bu ifadə - إن الحركات التاريخية هي الحركات الجماهيرية (Inna al-ḥarakāt at-tārīkhīyah hiya al-ḥarakāt al-camāhīrīyah) şəklində idi və mənası "Tarixi axın kütlələrin axınıdır" idi.

Cəmahiriyyə sözü ərəb dilində "respublika" mənası verən "cümhuriyə" sözündən törəmişdir. İctimaiyyət, camaat mənası verən "cümhur" sözünün cəmi "kütlə" mənasına gələn "cəmahir" sözüdür. Cəmahiriyyə sözü "Kütlənin Respublikası" mənasını verir. Bu sözün xeyli müddət tərcümə edilməməsinə baxmayaraq, sonda Böyük Sosialist Xalqın Liviya Ərəb Cəmahiriyyəsi şəklinə gəldi.

Reyqan hökumətinin 1986-cı il bombalamasından sonra Qəddafi ölkənin rəsmi adının əvvəlinə "Böyük" (العظمى, al-‘Uẓmá) sözünü əlavə etdi.

Demokratiya

Demokratiya ( yun. demos - xalq və yun. kratos - hakimiyyət) cəmiyyətin siyasi təşkili forması; xalqın hakimiyyət mənbəyi kimi tanınmasına, dövlət işlərinin həllində iştirak etmək hüququ olmasına və vətəndaşlara geniş hüquq və azadlıqlar verilməsinə əsaslanır. Demokratiya azadlıqlar arasında vətəndaşların nümayəndəli dövlət orqanlarına seçmə və seçilməyi, söz, mətbuat, yığıncaq, mitinq və nümayişlər azadlıqları, vətəndaşların hüquq bərabərliyi, şəxsiyyət və mənzil toxunulmazlığıdır.

Dövlət İdarəetmə Formaları

Dövlətin forması onun xarici əlamətlərinin məcmusu kimi bu dövlətdə hakimiyyətin təşkilinin necəliyini, hakimiyyətin necə, hansı orqan və metodlarla həyata keçirildiyini göstərir. Dövlətin forması onun ibarət olduğu üç elementlə xarakterizə olunur: idarəetmə forması, dövlət quruluşu forması və siyasi rejim, yaxud dövlət rejimi.

İdarəetmə forması dedikdə, dövlətin dövlət başçısının hüquqi statusu və ya ali dövlət hakimiyyəti orqanları arasında hakimiyyət səlahiyyətlərinin bölgüsü ilə xarakterizə olunan təşkili forması başa düşülür. Bu baxımdan bütün dövlətlər monarxiya və respublikaya bölünür.

Liberal demokratiya

Liberal demokratiya, cəmiyyət tərəfindən qəbul görən hər cür siyasi görüşün bir dam altında

uzlaşaraq ümumi mənada xalqın mənfəətləri üçün lazım olan hər cür istiqamətdə gedə bilən bir

rəhbərlik siyasəti modelidir.

Bu gün dünyada suveren olan və bir ideal olaraq ucaldılan demokratiyanın başına "liberal" ön adının əlavə olunması ilə yaranan "liberal demokratiya" ayrı bir başlıq altında araşdırılmağı haqq etməkdədir.

Liberal demokratiyanın bütün dünyada görülən ortaq tətbiqlərinə görə, təməl xüsusiyyətləri belə sıralana bilər:

Demokratiyanın təmsili və bilvasitə bir formasıdır. Siyasi bərabərlik qanununa uyğun olaraq edilən nizamlı seçkilərlə iqtidarın təyin olunduğu bir sistemi ifadə etməkdədir.

Liberal demokratiya rəqabətə söykənən seçkilərlə davam etdirilər. Rəqabət; siyasi çoxluqçuluq, xoşgörüş və zidd düşən fikirlərin azad bir şəkildə var ola bilməsi üçün lazımlıdır.

Liberal demokratiyada, dövlət ilə əlaqədar vətəndaş cəmiyyət arasında açıq bir ayrı-seçkilik vardır. Bu ayrı-seçkilik, iqtisadi həyatın bazar qaydalarına görə təşkil edilməsi, avtonom qrup və mənfəətlərin qanuni qəbul edilməsi şərtlərinə söykənir.İndiki vaxtda ən inkişaf etmiş Liberal Demokrat quruluş Avropa Birliyidır.

Meritokratiya

Meritokratiya — bilik və bacarıqlara əsaslanaraq həyata keçirilən bir idarə üsulu. Bu idarə üsulunda hakimiyyət şəxsi özəllikləri olan şəxslər arasında bərabər bölüşdürülür, ayrı-seçkilik yoxdur. Xüsusən cəmiyyətin idarə edilməsində istifadə olunan bu idarə üsulunda əsas məqsəd daha savadlı və bacarıqlı şəxslərin seçilməsidir.

Mirzə Fətəli Axundov

Mirzə Fətəli Axundov (tam adı: Mirzə Fətəli Məhəmmədtağı oğlu Axundov; azərb-ərəb: میرزا فتحعلی آخوندزاده) və ya Mirzə Fətəli Axundzadə (12 iyul 1812(1812-07-12), Nuxa – 10 mart 1878(1878-03-10), Tiflis) — Azərbaycan yazıçısı, maarifçisi, şairi, materialist filosofu və ictimai xadimi; Azərbaycan dramaturgiyası və Azərbaycan ədəbiyyatında ədəbi tənqidinin banisi, "müsəlman Molyeri" titulunun sahibi. Axundov həmçinin romantik və müasir iran millətçiliyinin sələflərindən biri idi.

Qafqaz Arxeologiya Komissiyasının sədri (1864-1878)Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Mirzə Fətəli Axundzadə Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.

Monarxiya

Monarxiya (lat. monarchia q.yun. μοναρχία — təkhakimiyyətlilik) – elə bir idarəetmə formasıdır ki, burada ali hakimiyyət vətəndaşların iradəsindən asılı olmayaraq tam və ya qismən bir mütləq dövlət başçısının (imperator, kral, sultan, padşah, şah, xan və s.) əlində cəmləşmişdir. Adətən, monarxın hakimiyyəti ömürlükdür və nəsildən-nəsilə ötürülür. Lakin Malaziya və Birləşmiş Ərəb Əmirliklərində monarx 5 il müddətində seçilir.

2011-ci ildə dünya siyasi xəritəsində 44 monarxiya var idi: 14-ü Asiyada, 12-si Avropada, 3-ü Afrikada, 1-i Okeaniyada. Onların arasında bir imperiya, krallıqlar, knyazlıqlar, hersoqluqlar, sultanlıqlar, əmirliklər, papa şəhər-dövləti olan Vatikan var.

Moreya despotluğu

Moreya despotluğu - 1349-cu ildə Axayya knyazlığından alınan torpaqlarda yaradılmışdı. Bizans torpaqları sayılan Moreya əslində öz despot (despotizm ilə qarışdırılmamalıdır) adlanan hakimləri tərəfindən idarə olunurdu. İlk Moreya despotu Kantakuzinlər sülaləsindən Manuel Kantakuzin idi. 1460-cı ilə qədər mövcud olmuş despotluq Dmitri Paleoloqun Osmanlıya təslim olması ilə ləğv edildi.

Oliqarxiya

Oliqarxiya (yun. ὀλιγαρχία (oligarchia), q.yun. ὀλίγον (oligon), "azacıq" və q.yun. ἀρχή(arche), "hakimiyyət" ,(azlığın hakimiyyəti — qeyri-demokratik rejimin bir növü. Politologiya (Bakı,2007) adlı əsərdə qeyd olunduğu kimi, oliqarxiya dedikdə, kiçik bir qrup varlı adamların siyasi və iqtisadi həyatda hökmranlığı başa düşülür. Aristotelə görə o, aristokratik idarəetmənin təhrif olunmuş formasıdır.Yeni dövrdə "olqarxiya" anlayışı R.Mixels tərəfindən yenidən dirçəldilmişdir. Müasir dövrdə həm ənənəvi, həm də oliqarxik rejimlər mövcuddur. Ənənəvi rejimə-bir neçə qüdrətli ailənin hakimiyyəti aiddir. Orada hakimiyyətin dayağı hərbçilərdir. (Qvatemala, Nikaraqua -1979-cu ilə qədər). Müasir oliqarxik rejimə hegemon komprador burjuaziya aiddir(Kamerun). Onun xüsusi forması olan maliyyə oliqarxiyası əsasən kapitalizmdə mövcud olur. O sənaye və bank sahibkarları qrupunun ölkənin iqtisadi və siyasi həyatında hökmranlığını ifadə edir.[Mənbə göstərin]

Plutokratiya

Plutokratiya (plutos+kratos − sərvət, güc, hakimiyyət) − siyasi hakimiyyətin formal və faktiki olaraq hökmran təbəqələrin ən varlı dairələrinin əlində cəmləşdiyi quruluşdur.

Politiya

Politiya (yun. πολιτεία) kəsb etdiyi əsas məna:

Çoxluğun hakimiyyəti.

İctimai hakimiyyə. Aristotelə görə çoxluğun ümumi mənafe naminə idarəetməsi. Oliqarxiya və Demokratiyanın yaxşı xüsusiyətlərini özündə birləşdirib, onların çatışmazlığından azaddır.

Serbiya despotluğu

Serbiya despotluğu (Serbcə: Српска деспотовина) — serblərin Osmanlı hakimiyyətinə girmədən əvvəl yaratdıqları son dövlət. 1402-ci ildə serb şahzadəsi Stefan Lazareviçin özünü despot elan etməsi ilə yaranan dövlətin paytaxtı Belqraddır. Dövlət 1459-cu ildə Osmanlı dövləti tərəfindən fəth edilmişdir.

Teokratiya

Teokratiya (q.yun. θεός — Allah və κράτος — idarə etmək) — cəmiyyət məsələlərinin qanuni halda dini qanunlarla həll edildiyi idarəetmə sistemi. Dini strukturların və din xadimlərinin dövlət siyasətinə ciddi təsir etdiyi siyasi sistem.

Tiraniya

Tiraniya (yun. τυραννίς - özbaşnalıq, dərəbəylik) — zorakılıq yolu ilə dövlətin təkbaşına idarə edilmə forması.

Mədəni epoxada “tiraniya” termini qəddarlıq və mövhumatı, cəhaləti tərənnüm etmiş, sonralar isə XIX əsrdə bu termin “diktatura” ilə əvəz edilmişdir.

UNESCO

UNESCO (UNESCO — United Nations Educational, Scientific and Cultural Organization) – Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumudur.

Təşkilat 16 noyabr 1945-ci ildə yaradılmışdır, mərkəzi qərargahı Fransanın paytaxtı Parisdə yerləşmişdir. Təşkilatın tərkibinə dünyanın müxtəlif hissələrində yerləşmiş 67 büro və alt bölmələr daxildir.

UNESCO-nun Nizamnaməsi 1945-ci ildə London konfransında qəbul edilmiş, 4 noyabr 1946-cı ildə qüvvəyə minmişdir. Hal-hazırda dünyanın 191 ölkəsi bu təşkilatın üzvüdür.

UNESCO-nun əsas məqsədi – irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq, təhsil, elm və mədəniyyət sahələri üzrə xalqların əməkdaşlığını genişləndirmək yolu ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə kömək etməkdir. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq irqi, cinsi, dil və ya dini mənsubiyyətindən asılı olmayaraq qanunvericilik və ədaləti, insanın əsas hüquq və azadlıqlarını təmin etməkdən ibarətdir. Ali orqanı sessiyaları iki ildən bir çağırılan konfransdır.

1972-ci ildə UNESCO tərəfindən "Ümumdünya Mədəni və Təbii İrsin Qorunması haqqında Konvensiya" qəbul edilmişdir.

Bu Təşkilatın Nizamnaməsi 1945-ci ilin noyabr ayında Londonda 44 ölkən nümayəndəsinin qatıldığı toplantıda qəbul edilmişdir. Türkiyə bu sənədi imzalayan ilk iyirmi dövlət arasındadır. (UNESCO Nizamnaməsi, Türkiyədə 20 may 1946 tarixli və 4895 saylı qanunla təsdiq edilmişdir).

Mərkəzi Parisdə olan və Ümumi Konfrans, İcra Şurası,Katiblik olmaqla üç ali orqanı olan UNESCO təhsil, elm və mədəniyyət sahələrindəki məqsədlərini, özünə üzv olan hər dövlətdə qurulan Milli Komissiyalar vasitəsilə reallaşdırmağa çalışır.

Başqa dillərdə

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.