David Rikardo

David Rikardo (ing. David Ricardo; 18 aprel 1772, London11 sentyabr 1823) — ingilis iqtisadçısı.

David Rikardo
David Ricardo
Portrait of David Ricardo by Thomas Phillips
250
Doğum tarixi 18 aprel 1772
Doğum yeri London, Böyük Britaniya
Vəfat tarixi 11 sentyabr 1823 (51 yaşında)
Vəfat yeri Böyük Britaniya
Vətəndaşlığı
Elm sahəsi iqtisadiyyat

Həyatı

David Rikardo Londonda Hollandiyadan köçən ispan mənşəli yəhudi olan iri birja işbazının ailəsində dünyaya gəlmişdir. Onun heç bir universitet təhsili olmamışdır, lakin öz-özünə yaxşı təhsil alaraq gənc(14 yaşından) yaşlarından bizneslə, fond birjasında alış-veriş işləriylə məşğul olmuşdur. O, tez bir vaxtda varlı iri bir torpaq mülkiyyətçisi olmuşdur. Lakin buna baxmayaraq o, iri torpaq mülkiyyətçilərinin deyil,iri burjuaziyanın mənafeyini müdafiə etmişdir. Rikardo iqtisad elminin metodologiyasına da mühüm töhfələr vermişdir. Hər şeydən əvvəl o, iqtisad elminin texnikasını icad etmiş, ilk dəfə olaraq "model" məhfumunu və müqayisəli təhlil metodunu iqtisadiyyata tətbiq etmişdir.

Əsərləri

İngiltərədə klassik iqtisad elmi özünün yüksək ifadısini Rikardonun əsərində tapmasına və iqtisad elminin tarixində ona daha çox istinad edilməsinə baxmayaraq çox cəhətdən mübahisə edilən iqtisadçılardan biridir. Onun yalnız "Siyasi iqtisadın və vergiqoymanın əsasları" (1817) adlı əsəri olmuşdur.

Xarici keçidlər

  1. LIBRIS — 2007.
11 sentyabr

11 sentyabr — təqvim ilinin 254-cü günü (uzun illərdə 255-ci). İlin sonuna 111 gün qalır.

Adam Smit

Adam Smit (ing. Adam Smith; 16 iyun 1723 – 17 iyul 1790) — şotland əsilli Böyük Britaniya filosof və iqtisadçısı. Əxlaq fəlsəfəsi professoru olması səbəbindən iqtisadi yanaşmalarında bu elmin təsirləri hiss olunur. İqtisadiyyatda və təbiət hadisələrində nizam olduğunu və bunun müşahidə və əxlaq hissi ilə müəyyən oluna biləcəyini qeyd etmişdir.

Azad ticarət

Azad ticarət — idxal və ixracın ümumiyyətlə dövlətin müdaxiləsi olmadan həyata keçirilməsini nəzərdə tutan iqtisadi siyasətdir. Azad ticarət siyasəti dövlətin xarici ticarət üzərindəki yoxlamasından və vergi tətbiqindən tamamilə imtina etməsi mənasına gəlməyə bilər.

David

David — kişi adı və təxəllüs

David (Mikelancelo) - italyan rəssam, heykəltəraş və memarı

David Rikardo — ingilis iqtisadçısı.

David Vudord - Amerikan yazıçısı və dirijoru

David Vendetta - fransız DJ və prodüser.

David Vilya - ispan futbolçu

David Alaba — Avstriya futbolçusu,

David Neres - peşəkar Braziliya futbolçusu

David Faupala - Fransalı futbolçu

David Məmmədov — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin emal üzrə vitse-prezidenti.

David Foenkinos — fransız yazıçısı və ssenaristi.

Jak-Lui David - fransız rəssam və pedaqoqu.

David Silva - Mançester Sitinin və İspaniya milli futbol komandasının yarımmüdafiəçisi

David de Xea — ispan futbolçu,

David Miller — amerikali tenor

David Production — Yaponiya animasiya studiyası.

David (Bernini) - Covanni Lorenso Bernini tərəfindən işlənmiş həyat ölçülü mərmər heykəl

David Luiz - "Çelsi"nin və Braziliya milli futbol komandasının müdafiəçisi.

David Livinqston — şotland əslli missioner, Afrikanın görkəmli cöğrafi tədqiqatçısı.

II David — Kaxeti çarı.

David Hilbert — alman riyaziyyatçısı,

David Qrossman —yəhudi yazıçı.

VI David — Səlcuq-Baqrationi sülaləsinə mənsub gürcü kralı.

IV Davud - Baqrationilər sülaləsindən gürcü kralı

Katolikos V Davud- Albanların XXXIX katolikosu.

David Munoz — Panamalı atıcı.

XII David - Kartli-Kaxetiyanın regenti.

David Lama — Avstriyalı qayalara dırmaşan idmançı və alpinist.

David Sikeyros - Meksikalı rəssam, qrafik, muralist və siyasi aktivist,

David Areneo - Malavilı oxatan

Miçele David — Mavritaniyalı qadın ağır atlet.

David Abdulai — Qanalı mesenat

David Andquladze — Gürcü müğənnisi (dramatik tenor)

David van der Kolff — Botsvanalı üzgüçü.

Devid di Donatello — İtaliyanın rəsmi film mükafatı

David Roberto —

David Turaşvili —DigərDavid adası —

David buddleyası —

David qovağı —

David Saracişvilinin evi —

Ekonometrika

Ekonometrika (ekonometriya) — iqtisadi proseslərin və göstəricilərin statistik və riyazi üsullarla, son zamanlar isə kompüter elmləri ilə təhlilini və şərh olunmasını təmin edən elm sahəsidir. İndiki dövrdə daha güclü kompüter və proqram təminatlarının varlığıyla ekonometrik analizlərin gücünü artmışdır.

Ekonometriya iki – "ekonomiya" (iqtisadiyyat) və "metrika" (ölçmə) sözlərindən yaranıb. Məşhur Norveç alimi, Nobel mükafatı laureatı Raqnar Friş tərəfindən elmə daxil edilmişdir. Ekonometriya elmi XX əsrin əvvəllərində xətti proqramlaşdırma məsələsinin, sahələrarası balans modelinin yaranması və onların real iqtisadi proseslərə tətbiqi ilə yaranmışdır. Ekonometriya termininin əvəzinə bəzən "ekonometrika" termini də işlədilir.Onun predmeti iqtisadi təzahürlərin və proseslərin kəmiyyət tərəfini riyazi və statistik üsullarla öyrənməkdən ibarətdir. Bu, iqtisadiyyat elminin yeni istiqamətidir. Ekonometrika riyazi iqtisadiyyatdan real, iqtisadi proseslərə ehtimal nəzəriyyəsi və statistik üsulların tətbiqi ilə fərqlənir.

Etimolojik olaraq "iqtisadi ölçüm" mənasını verir. Riyazi iqtisad, statistika və iqtisadi nəzəriyyənin birləşməsindən meydana gələr. İqtisadi nəzəriyyənin empirik analizlə sınanmasını mümkün edir.

Feminist iqtisadiyyat

Feminist iqtisadiyyat- iqtisadiyyat elminin və ölkə iqtisadiyyatlarının gender-fərqindəlik məsələsinə, inklüziv iqtisadi araşdırmaya və siyasi təhlilinə yönəlmiş tənqidi tədqiqatıdır. Feminist iqtisadi tədqiqatçılar sırasına alimlər, fəallar, siyasi nəzəriyyəçiləri və həkimlər daxildir. Bir çox feminist iqtisadi tədqiqat bu sahədə diqqətsiz qalan mövzulara, məsələn, qulluqçuluq, yaxın tərəfdaş zorakılığı və ya iqtisadiyyatın ödənilmiş və ödənilməmiş sektorları arasında cinsiyyət effektləri və qarşılıqlı əlaqələrin daha yaxşı qurulması ilə yaxşılaşdırıla bilən iqtisadi nəzəriyyələrə yönəldilmişdir. Digər feminist alimlər Gender Gücləndirmə Ölçüsü (GGM) kimi yeni məlumat toplama və ölçmə formaları və imkanlar yanaşması kimi daha çox cinsi-fərqindəlik nəzəriyyələrlə məşğul olmuşlar.. Feminist iqtisadiyyat "yerli, milli və transmilli icmalarda uşaqların, qadınların və kişilərin rifah halının yaxşılaşdırılması" məqsədinə yönəlmişdir. Feminist iqtisadçılar ənənəvi iqtisadiyyatın nə qədər pozitiv və obyektiv olduğunu sorğulayaraq və və kişilərlə əlaqəli mövzulara və kişilərə birtərəfli üstünlük verməklə modelləri və metodlarının necə qərəzli olduğunu göstərərək, onun sosial quruluşuna diqqət çəkirlər.

Klassik iqtisadiyyat

Klassik iqtisadiyyat və ya klassik siyasi iqtisadiyyat - 18-ci əsrin sonu 19-cu əsrin erkən ortalarında, əsasən Britaniyada inkişaf edən iqtisadi təlim məktəbi. Əsas mütəfəkkirlərinə Adam Smit, Jan Batist Sey, David Rikardo, Tomas Robert Maltus və Con Stüart Mill daxildir. Bu iqtisadçılar mübadilə və istehsalın təbii qanunları tərəfindən idarə olunan, öz-özünü tənzimləyən sistemlər kimi qəbul edilən bazar iqtisadiyyatları nəzəriyyəsini formalaşdırmışdılar.(Bunun daha geniş izahı Adam Smitin "Görünməyən əl" prinsipində verilmişdir)

Adam Smitin 1776-cı ildə nəşr olunan Xalqların sərvətinin təbiəti və səbəbləri haqqında traktat kitabı klassik iqtisadiyyatın başlanğıcı kimi göstərilir. Smitin kitabının əsas çatdırmaq istədiyi bir millətin və ya xalqın sərvətinin o ölkəni idarə edən monarxın sandıqçasındakı qızılla yox, ölkənin milli gəliriylə ölçüldüyü düşüncəsi idi. Qarşılığında bu gəlir əmək bölgüsündə və klassik iqtisadçıların əsas konsepsiyalarından biri olan toplanmış kapitalın istifadəsində efektiv təşkil edilmiş əmək istifadəsinə əsaslanırdı.İqtisadi siyasət baxımından klassik iqtisadçılar ictimai malın istehsalında dövlətin rolunu görmələrinə baxmayaraq, bazar azadlığını müdafiə edən praqmatik liberallar idi. Smitə görə bəzi yerlərdə bazar ortaq marağı təmin etmək üçün ən yaxşı vasitə bazar deyildi. Bununla o ortaq malların xərcinin böyük hissəsinin bu malları ən rahat şəkildə almağa gücü çatanların üstünə yüklənməli olduğunu müdafiə edirdi. Smit təkrar-təkrar inhisarın təhlükələrinə diqqət çəkir və rəqabətin əhəmiyyətini vurğulayırdı. Beynəlxalq ticarət baxımından klassik iqtisadiyyatçılar proteksionizmi dəstəkləyən merkantilist sələflərinin əksinə azad ticarətin müdafiəçiləri idi.

Smit, Rikardo və digər erkən iqtisadçıların "klassik" olaraq adlandırılması Karl Marks aiddir. O, bununla iqtisadi nəzəriyyənin "möhtəşəmliklərini" onların "bayağı" sələflərindən ayırırdı. Bir başqa müzakirə mövzusu da klassik iqtisadçı terminin, xüsusilə də 1830-75-ci illər arasındakı periodu nəzərə alsaq, nəyi əhatə etdiyi və onların neoklassik iqtisadçılarla necə əlaqələndiyidir.

Klassik liberalizm

Klassik liberalizm — qanunun suverenliyi altında təmsili demokratiya tərəfdarı, siyasi ideologiyanı, vətəndaş hüquqlarını təsdiqləyən və iqtisadi azadlığı vurğulayan liberalizmin bir qolu.

Klassik liberallar fərdi azadlığa əsaslanan və bu azadlıqların qorunması ilə məhdudlaşdırılmış, cəmiyyətə yüksək üstünlük təmin edəcək bəzi xidmətlər göstərən bir dövlətin olması, geriyə qalan bütün funksiyalar azaldılaraq sərbəst bazar tərəfindən qarşılanmalıdır.

İdeyaları klassik liberalizmə təsir edən insanlar arasında Con Lokk, Jan Batist Sey, Tomas Maltus və David Rikardo var. Onların fikirləri Adam Smitin Xalq Sərvətlərindən Biri Kitabında irəli sürülən klassik iqtisadi fikirlərə və təbii qanuna, utilitarizmə və tərəqqiyə inam üzərində quruldu.

XX əsrdə iqtisadçılar Fridrix fon Hayek və Milton Fridmenin rəhbərliyi ilə klassik liberalizmə marağın canlanması baş verdi. Bəziləri klassik liberalizmin müasir inkişafını "neoklassik liberalizm" adlandırır.

Müqayisəli üstünlük

Müqayisəli üstünlük məvhumunu iqtisadiyyata David Rikardo tərəfindən gətirilib. O, 1817-ci ildə yazdığı “Siyasi İqtisadın və Vergi qoymanın Prinsipləri” əsərində Birləşmiş Krallıq və Portuqaliya arasındakı misalda bunu izah edib. Belə ki, Portuqaliyada şərab və geyim istehsalı çox ucuz başa gəlir. Əksinə Birləşmiş Krallıqda isə şərab istehsalı çox baha, geyim istehsalı isə orta qiymətlər hesabına istehsal olunur. Birləşmiş Krallıq ölkədəki tələbatı ödəmək üçün Portuqaliyadan ucuz qiymətə olan şərab idxal edir və bunu geyim ilə ödəyir. Beləliklə, yeni alınan şərab geyim qiymətinə başa gəlib ki, bu da ölkədə istehsal olunandan daha ucuzdur. Nəticə etibarı ilə, Böyük Britaniya şərab istehsalını azaldır və işçi qüvvəsi və kapitalı geyim sektoruna yönəldir və ölkə üçün şərab daha ucuz başa gəlir. Portuqaliya isə geyim sektoru istehsalını azaldır və əsas gücü şərab istehsalına yönəldir və ucuz şərab hesabına daha keyfiyyətli geyim əldə edir. İqtisadi ineqrsiyanın ölkələrə verəcəyi üstünlüklərdən biri də budur.

Oyunlar nəzəriyyəsi

Oyunlar nəzəriyyəsi — strateji qərar qəbuletməni öyrənən elm sahəsidir. Daha dəqiq, Myersona görə oyunlar nəzəriyyəsi "ağıllı rasional qərar qəbul edənlər arasında konfliktin və əməkdaşlığın riyazi modellərini öyrənir". Oyunlar nəzəriyyəsi əsasən iqtisadiyyat, siyasi elmlər, psixologiya, məntiq və biologiyada istifadə olunur. İlk dövrlərdə bu sahəyə əsasən sıfır-cəm oyunlar daxil edilirdi ki, bu tip oyunlarda bir oyunçunun qazancı digər iştirakçıların xalis itkilərinə bərabərdir. Lakin bu günlərdə oyunlar nəzəriyyəsi daha geniş və mürəkkəb əlaqələrə tətbiq olunur. Müasir oyunlar nəzəriyyəsi John von Neumannla 1920-ci illərin sonundan etibarən başlamışdır.[Mənbə göstərin] [Mənbə göstərin]Oyunlar nəzəriyyəsi - (ing.game theory, ru.теория игр)– tətbiqi riyaziyyatın, daha dəqiqi, əməliyyatların tədqiqinin bölməsi. Oyunlar nəzəriyyəsinin müəllifi Con fon Neyman (John von Neumann, 1903–1957) hesab edilir. Rəqabətli oyunda strategiya və uğur (uduş) ehtimalı məsələləri araşdırılır; rəqabətli oyunda hər bir iştirakçı oyuna qismən nəzarət edir və o biri iştirakşılara nisbətən daha uduşlu gedişlər etməyə çalışır. Oyunlar nəzəriyyəsinin metodları daha çox iqtisadiyyatda və başqa ictimai elmlərdə: sosiologiyada, politologiyada, psixologiyada, etikada və başqa sahələrdə tətbiq olunur. 1970-ci illərdən başlayaraq bioloqlar heyvanların davranışını və təkamül nəzəriyyəsini araşdırmaq üçün oyunlar nəzəriyyəsindən istifadə edirlər. Bu nəzəriyyə süni intellekt və kibernetika üçün çox böyük önəm daşıyır.

Riyazi iqtisadiyyat

Riyazi iqtisadiyyat - iqtisadiyyatdakı problemləri analiz etmək və nəzəriyyələri izah etmək üçün riyazi metodların tətbiqi. Əsasən, diferensial və inteqral hesablama, fərq və diferensial tənliklər, matris cəbr, riyazi proqramlaşdırma və digər hesablama metodları kimi tətbiq olunan metodlar sadə həndəsədən daha artığıdır. Bu yanaşmanın tərəfdarları bunun kəskin, ümumi və sadə iqtisadi nəzəri əlaqələrin formalaşmasına imkan verdiyini iddia edirlər.

Siyasi iqtisadiyyat

Siyasi iqtisadiyyat — insan cəmiyətinin müxtəlif inkişaf mərhələlərində həyat üçün zəruri vasitələrin istehsalı, bölgüsü və mübadiləsi qanunlarını öyrənən elm.

Təcrübi iqtisadiyyat

Təcrübi iqtisadiyyat - iqtisadi suallara cavab tapmaq üçün eksperimental metodların tətbiq edilməsidir. Təcrübələrdə toplanan məlumatlar miqyas effektini təxmin etmək və dəyərləndirmək, iqtisadi nəzəriyyələrin etibarlılığını yoxlamaq və bazar mexanizmlərini işıqlandırmaq üçün istifadə olunur. İqtisadi təcrübələr, ümumiyyətlə, real həyatdakı təşviqi təqlid etmək üçün subyektləri həvəsləndirmək məqsədiylə nağd puldan istifadə edir. Təcrübələr bazarların və digər mübadilə sistemlərinin necə və niyə işlədiyini anlamaqda kömək edir. Təcrübi iqtisadiyyat, həmçinin, qurumları və hüququ (təcrübi hüquq və iqtisadiyyat) anlamaq üçün də genişlənmişdir.Mövzunun fundamental bir istiqaməti eksperimentlərin dizaynıdır. Təcrübələr fərdi və ya qrup davranışından asılı olmayaraq sahədə və ya laboratoriya şəraitində aparıla bilər.Bu cür rəsmi sərhədlərdən başqa, mövzunun tətbiq üsullarına təbii və yarım-təbii təcrübələr daxildir.

İnstitusionalizm

İnstitusionalizm — müasir mərhələdə postsosialist transformasiyasının nəzəri mənbəyi kimi də baxılır. O, iqtisadi təfəkkür və düşüncəni istiqamətləndirir. Burada iqtisadi qərarların qəbulunda - institutlar, dövlət, qanunçuluq, ictimai təşkilatlar, strukturlar, ənənə və sair iqtisadi, qeyri-iqtisadi xarakterli təsisatlar mühüm rol oynayaraq, iqtisadi münasibətlər şəbəkəsində əhəmiyyətini nümayiş etdirir. İqtisadi münasibətlərin subyektlərini, şəxsi maraqlarını öyrənməyə etiraz edən institusionalizm ictimai motivlərə, insanların davranışlarına üz tutur və bazarın avtomatik tənzimlənməsi konsepsiyasını tənqid edir.

İqtisadi nəzəriyyə

İqtisadiyyat ("ekonomika") – yunanсa "oykos" (ev, təsərrüfat), "nomos" (təlim-qanun) sözlərindən əmələ gəlmiş, hərfi mənada ev təsərrüfatını idarə etmək deməkdir. Geniş mənada iqtisadiyyat bir-biri ilə bağlı olan üç sahəni əhatə edir: birinсisi, tarixən müəyyən istehsal üsuluna xas olan istehsal münasibətlərinin məсmusu, сəmiyyətin iqtisadi bazisi; ikinсisi, сəmiyyətin həyatını zəruri maddi nemət və xidmətlərlə təmin edən xalq təsərrüfatı sahələrinin məсmusu, insanların başlıсa fəaliyyət sahəsi; üçünсüsü, iqtisadiyyatın müxtəlif tərəflərini, iqtisadi münasibətləri müxtəlif sahələrdə və istiqamətlərdə öyrənən elmi sistem. Bu sahələrin hər biri ayrı-ayrılıqda iqtisadiyyat kimi başa düşülür.

İqtisadiyyat müxtəlif səviyyələrdə öyrənilir:

I. yuxarıda şərh edilən və bundan sonra şərh olunacaq ümumi məsələləri;

II. "mikroiqtisadiyyat"ı, yəni, bazar və ev təsərrüfatını;

III."makroiqtisadiyyat"ı, yəni, bütövlükdə götürülmüş milli iqtisadiyyat və dövlətin bu səviyyədə iştirakı məsələlərini; burada "mezoiqtisadiyyat" deyilən bir səviyyə də var ki, bu ayrı-ayrı kompleksləri, inhisar birliklərini öyrənir;

IV. "meqoiqtisadiyyat"ı, yəni, bütövlükdə götürülən dünya iqtisadiyyatını;

V. "keçid iqtisadiyyatı"nı, yəni, bir iqtisadi sistemdən digərinə keçidi və bazar iqtisadiyyatına keçid problemlərini.İqtisadiyyata aşağıdakı təriflər vermək olar:

İqtisadiyyat - ev təsərrüfatını idarə etmək qabiliyyətidir;

İqtisadiyyat - tarixən müəyyən istehsal üsulunda iqtisadi münasibətlərin məсmuudur, сəmiyyətin iqtisadi bazisidir;

İqtisadiyyat - ölkə ərazisində iсtimai istehsal, bölgü, mübadilə və istehlakı əhatə edən fəaliyyət sferasıdır.

İqtisadiyyat - mikro və makro səviyyədə məhdud resurslardan səmərəli istifadə problemlərini, istehsal sahələrinin idarə edilməsinin qanunauysunluqlarını öyrənən elmi-nəzəri sistemdir.

İqtisadi sistem

İqtisadi sistem - özünün ictimai təşkili formasından asılı olmayaraq iqtisadiyyat sistem halında olur və fəaliyyət göstərir. İqtisadi sistemin mahiyyətini başa düşmək üçün ilk növbədə sistemin özünün nə demək olduğunu aydınlaşdırmaq çox vacibdir.

İqtisadiyyat

İqtisadiyyat — istehsal üsullarının fərqləndirilməsi xüsusiyyətləridir. İqtisad elminin adı bu sözdən, termindən alınmışdır. Geniş mənada iqtisadiyyat bütün iqtisadi bilik sahələrinin, eləcə də iqtisadi nəzəriyyənin öyrəndiyi, araşdırdığı obyektdir.

Başqa dillərdə

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.