Dövlət

Dövlət (ərəb. دولة‎‎) — siyasi quruluş olub, müəyyən sərhədlər daxilində yaşayan xalqın xüsusi sistemlə idarə olunmasını müəyyənləşdirir. Dövlət çox vaxt cəmiyyətlə səciyyələndirilirlər. Yer kürəsi (Antarktidanı çıxmaq şərtilə) iki yüzdən çox dövlət arasında bölünmüşdür.

Dövlət siyasi birlik olmaq etibarı ilə müəyyən struktura malik olan, siyasi hakimiyyətin müəyyən təşkili ilə səciyyələnən və müəyyən ərazidə sosial proseslərin tənzimlənməsini təmin edən xüsusi təsisatdır. Dövlət xüsusi siyasi təsisat olmaqla cəmiyyətin siyasi sisteminin özəyini təşkil edir.

Dövlətin forması və fəaliyyəti ilə dövlət nəzəriyyəsi elmi məşğul olur. Nə elmdə, nə də beynəlxalq hüquqda dövlətin qəbul edilmiş ümumi təyinatı var.

Dövlətin mənşəyi haqqında nəzəriyyələr

Dövlətin mənşəyi haqqında müxtəlif nəzəriyyələr mövcuddur. Bunlara teoloji, patriarxal, marksist, zorakılıq, ictimai müqavilə, psixoloji, üzvi və b. nəzəriyyələr aiddir.

Dövlət anlayışına yanaşmalar

Müasir elmlərdə dövlət anlayışınin tədqiqinə əsasən 3 yanaşma tərzini fərqləndirmək olar:

  1. Siyasi-fəlsəfi və siyasi-elmi yanaşma. Antik dövrlərdən başlayan belə yanaşma tərzi bu gün də qalmaqdadır. Burada dövlət cəmiyyətin "ümumi işlərini" həll edən, hakimiyyət və xalq (cəmiyyət) arasındakı münasibətləri nizama salan, habelə cəmiyyətin və fərdlərin siyasi həyatını təmin edən vasitə kimi nəzərdən keçirilir.
  1. Sinfi yanaşma. Burada dövlət bir sinfin başqa sinfi əzmək, istismar etmək, iqtisadi cəhətdən hakim olan sinfin siyasi hakimiyyətini təmin etmək aləti kimi müəyyən edilir.
  1. Hüquqi və təşkilati-struktur yanaşma. Burada dövlət cəmiyyət həyatını, habelə ictimai-siyasi münasibətlər sistemində dövlətin özünün və onun strukturlarının fəaliyyətini təşkil edən normaların yaradıcısı, mənbəyi nəzərdən keçirilir. Dövlətin mahiyyətini izah edən nəzəriyyənin tərəfdarları idda edirlər ki, dövlət ailənin böyüməsi nəticəsində yaranmışdir. Guya əvvəlcə ailə mövcud olmuş, sonra o böyüyərək qəbiləyə, qəbilə isə tayfaya çevrilmişdir. Tayfa isə böyüyərək dövlət meydana gəlmişdir. Onların fikrincə dövlət hakimiyyəti ata hökmranlığının öz şəklini dəyişməsindən başqa bir şey deyildir. Ata ailə üzvlərinin hər birinə eyni qayğı və eyni münasibət bəslədiyi kimi dövlət də cəmiyyətdəki bütün siniflərə eyni qayğı bəsləyir.

Politologiyada dövlətin yaranmasında əsasən üç qrup amilləri iştirak etdiyi qeyd olunur: ictimai əmək bölgüsü; istehsal vasitələri üzərində xüsusi mülkiyyətin, istismarın antoqonist siniflərin yaranması; insanın özünü təkrar istehsalında baş verən mühüm dəyişikliklərdir. Dövlətin mövcud olması çox qədimdən insanlara bəlli olmuş və onlar onu müxtəlif anlayışlara ( polis, imperiya, krallıq, knyazlıq və s.) ifadə etmişlər. Bir çox burjua sosioloqları dövlətin yaranmasını zorakılıq vasitəsilə izah edirlər. Onların fikrincə, dövlət bir tayfa və xalqın başqalarını özünə tabe etməsi nəticəsində meydana gəlmişdir. Qalib xalq məğlub xalqın əmlakını zəbt edir və xüsusi şəkildə yaradılmış aparatın köməyi ilə onu idarə etməyə başlayır. Zorakılıq nəzəriyyəsinin tərəfdarları Durinq və Kautski dövlətin mənşəyini belə izah edir. Qalib tayfalar məğlub tayfaları özünə tabe edir, onların bütün torpağını mənimsəyir və sonradan məğlub tayfanı sistematik olaraq qaliblər üçün işləməyə, xərac və vergi verməyə məcbur edir. Məğlubları idarə etmək üçün qaliblərin yaratdığı məcburetmə aparatı dövlətə çevrilir.

Dövlətin yaranması ilə onun vergi sistemi formalaşır. Vətəndaşlardan müxtəlif formalarda vergilər yığılması demək olar ki, ümumən bütün dövlətlərdə qəbul edilmişdir. Engelsin dediyi kimi, kütləvi hakimiyyəti saxlamaq üçün vergilər lazımdır. Qəbilə cəmiyyətində vergilər qətiyyən yox idi. Lakin mədəniyyət inkişaf etdikcə, vergilər də kifayət etmir, dövlət gələcək üçün vergilər verir, borc alır. Deməli, konkret olaraq dövlətin 3 əlaməti vardır:

  1. Ərazi və sərhədlərin olması.
  2. Kütləvi hakimiyyət.
  3. Vergi sistemi.

Dövlətin birinci ünsürü olan ərazi dövlətin fiziki, maddi-təbii əsasıdır, onun məkan mahiyyətidir. Dövlətin ikinci ünsürü mövcud dövlətin ərazisində yaşayan və onun hakimiyyətinə tabe olan əhalidir. Xalqsız, milli əsasdan məhrum dövlət ola bilməz.

Dövlətin üçüncü ünsürü müəyyən ərazidə müvafiq orqanlar tərəfindən həyata keçirilən dövlət hakimiyyətidir. Dövlətin formalaşması üçün dövlət hakimiyyəti tarixi zərurətdir. Dövlətin inkişafı iki qlobal mərhələyə ayrılır: ənənəvi dövlət və konstitusiyalı dövlət.

  • Ənənəvi dövlət bir qayda olaraq kortəbii şəkildə, adət ənənələr əsasında formalaşmışdır. Ənənəvi dövlətin ən yayılmış forması monarxiya hesab olunur.
  • Konstitusiyali dövlət insanları şüurlu sürətdə cəmiyyəti idarəetmə mexanizmi və sistemi yaratma səylərinin nəticəsi kimi qiymətləndirilir.

Dövlətin əlamətləri

Siyasi elmdə dövlətin aşağdakı əsas əlamətləri göstərilir:

  1. Məcburetmə. Heç kim dövlətdən kənar olması və dövlət hakimiyyətinə tabe olmaması haqqında özbaşına qərar qəbul edə bilməz, çünki dövlət mənsubiyyəti ictimai zərurətdir.
  2. Zor tədbiq etmək hüququ. Dövlətin xüsusi zor orqanları vardır və qanunu nəzərdə tutduğu hallarda o onlara əl atır.
  3. Suverenlik. Suverenlik müəyyən ərazidə ali hakimmiyyəti nəzərdə tutur. Hamı üçün, hər bir təşkilat və təsisat üçün məcburi xarakter daşıyan hakimiyyət yalnız dövlətə mənsubdur.
  4. Ümumilik. Dövlət hakimiyyəti onun ərzisində yaşayan bütün adamlara aiddir.
  5. Hüquq. Dövlət onun müəyyən etdiyi hüquq qaydaları və normaları çərçivəsində fəaliyyət göstərir.
  6. Əhalidən vergi və mükəlləfiyyətlər toplamaq hüququ. Dövlət idarəetmə strukturlarını mühafizə və müdafiə qurumlarını saxlaməq üçün əhalidən vergilər və müxtəlif mükəlləfiyyətlər şəklində vəsaitlər toplayır.
  7. Pulsuz təhsil haqqı

Dövlətin vəzifəsi

Siyasi sistemin başlıca ünsürü dövlətdir. "Dövlət" anlayışı siyasi ədəbiyyatda müəyyən ərazidə yaşayan, ali hakimiyyət orqanlarında təmsil olunan insanların birliyi kimi başa düşülür. O, siyasi sistemin bütün əlamətlərini və funksiyalarını özündə birləşdirir. Dövlət cəmiyyətdə siyasi sistemin əsas təsisatıdır. O, cəmiyyəti idarə edir, qoruyur və onun siyasi və ictimai quruluşunu təmin edir. Dövlətin mövcud olduğu çoxəsirlik tarix boyu ona çox sayda müxtəlif baxışlar yaranıb - tərifdən, tam inkar etməyə qədər. Qədim Yunan filosofu[Demokrit] ([e.ə. 460-370-ci illər]) hesab edirdi ki, dövlətin vəzifəsi hamının rifahını və ölkədə ədaləti təmin etməkdir. Yaxşı idarə olunan dövlət çox böyük dayaqdır. Onun içində hər şey var. Dövlət qorunub saxlananda hər şey tam halındadır, dövlət dağılsa onunla birlikdə hər şey məhv olar.

Dövlətin funksiyası

Dövlətin ənənəvi iki başlıca funksiyası vardır: daxili və xarici funksiyalar.

Dövlətin daxili funksiyasına bunlar aiddir:

  1. Mövcud siyasi quruluşu, cəmiyyətin sosial-siyasi strukturunu qoruyub saxlamaq.
  2. Təsərrüfat-təşkilatçılıq və ictimai iqtisadi vəzifələr (iqtisadiyyatın tənzimlənməsi, iqtisadi sabitliyə nail olmaq)
  3. Sosial vəzifələr, yəni sosial proqramın yerinə yetirilməsi.
  4. Mədəni-tərbiyə vəzifələr. Bura təhsilin, mədəniyyətin, elmin inkişaf etdirilməsi, bir sözlə, cəmiyyətin mənəvi həyatının daimi təkmilləşdirilməsi daxildir.

Xarici funksiyaya ölkənin müdafiəsi, beynəlxalq aləmdə onun mənafeyinin qorunması və suverenliyinin təmin olunması aiddir.

Dövlət quruluşu formaları

Dövlət quruluşu forması dövlətin onun tərkib hissələri arasında, dövlət hakimiyyətinin mərkəzi və yerli orqanları arasında qarşılıqlı münasibətlərinin xarakterini aşkar edən milli və inzibati ərazi quruluşudur.İdarəçilik formasından fərqli olaraq dövlətin təşkili burada dövlət hakimiyyətinin və dövlət suverenliyinin mərkəzdə və yerlərdə dövlətin tərkib hissələri arasında bölgüsü nöqteyi-nəzərindən təhlil edilir.Dövlət quruluşu forması dövlətin daxili strukturunun hansı hissələrdən ibarət olduğunu, bu hissələrin hüquqi vəziyyətini və onların orqanlarının qarşılıqlı münasibətlərinin qurulduğunu, həmin dövlətin ərazisində yaşayan hər bir millətin mənsubiyyətinin hansı dövlət formasında ifadə olunduğunu göstərir.Dövlət quruluşu formasına görə dövlətlər üç qrupa bölünür:

1. UNİTAR DÖVLƏT - mərkəzi hakimiyyət orqanlarının mərkəzə tabe olan və dövlət suverenliyi əlamətlərinə malik olmayan inzibati-ərazi vahidlərindən ibarət vahid, bütöv, dövlət birliyidir.Unitar quruluş bütün ölkə üçün müvafiq yerli orqanlar üzərində ali rəhbərliyi həyata keçirən vahid ümumi nümayəndəli-icra və məhkəmə orqanlarının olmasını nəzərdə tutur.Unitar dövlətin ərazisində bir konstitusiya, vahid qanunvericilik sistemi, vahid vətəndaşlıq, vahid pul sistemi fəaliyyət göstərir.Bütün inzibati-ərazi vahidləri üçün məcburi ümumi vergi və kredit siyasəti yeridilir.Unitar dövlətin tərkib hissələri dövlət suverenliyinə qanunvericilik orqanlarına, müstəqil hərbi birləşmələrə, xarici siyasət orqanlarına və digər dövlətçilik atributlarına malik olmurlar.Ərazisində sayına görə çox olmayan millətlər yaşayan unitar dövlətlərdə milli və qanunverici muxtariyyətə yol verilir.Unitar dövlətlərdə bütün xarici dövlətlərarası əlaqələri ölkəni beynəlxalq aləmdə rəsmi təmsil edən mərkəzi orqanlar həyata keçirir.Unitar dövlətin rəhbərliyi mərkəzi dövlət hakimiyyəti orqanları tərəfindən həyata keçirir.Unitar dövlət rəhbərliyi mərkəzi dövlət hakimiyyəti orqanları tərəfindən həyata keçirilən vahid silahlı qüvvələrə malikdir.

2. FEDERASİYA. Federasiya mürəkkəb dövlət birliyidir. Əvvəllər müstəqil olan dövlət qurumlarının bir ittifaq dövlətində könüllü birliyindən ibarətdir O, özündə üç növ subyekt-milli dövlət birliklərini-suveren respublikaları; muxtar dövlət qurumlarını; ərazi qurumlarını birləşdirə bilir..Federasiyanın ərazisi onun ayrı-ayrı subyektlərinin, ştatların, respublikaların və s. ərazilərdən ibarətdir. İttifaq dövlətində ali qanunverici, icra və məhkəmə hakimiyyəti federal dövlət orqanlarına məxsusdur.Federasiya və onun subyektləri arasında bölünən səlahiyyətlər ittifaq konstitusiyası ilə bölünür.Federal dövlət quruluşunda parlamentin federal dövlət üzvlərinin mənafelərini təmsil edən palatası olur.Federasiyalarda əsas ümumdövlət xarici siyasət fəaliyyətini ittifaq dövlət orqanları həyata keçirir.Ərazi federasiyasını təşkil edən dövlətlər deyildir.Belə ki, daxili və xarici münasibətlər sahəsində onların fəaliyyətləri, ümumi federal dövlət orqanlarının hakimiyyət səlahiyyətlərinin hüquqi və faktiki bölgüsü konstitusiya normaları ilə müəyyən edilir.Ərazi federasiyalarında konstitusiya qanunvericiliyinə görə ittifaqdan birtərəfli qaydada çıxmaq nəzərdə tutulmur.Ərazi federasiyalarının silahlı qüvvələrində idarəçiliyi ittifaq dövlət orqanları həyata keçirir.Federal dövlətin başçısı silahlı qüvvələrin baş komandanıdır.Federasiya subyektlərinə dinc dövrdə peşəkar silahlı birləşmələr saxlamaq qadağan olunur.Milli federasiyalar daha mürəkkəb dövlət quruluşu ilə xarakterizə olunur.Milli federasiyanın subyektləri bir-birindən əhalinin milli tərkibi, onun xüsusi mədəniyyəti, məişəti, adət və ənənələri, dini ilə fərqlənən milli dövlətlər və milli dövlət qurumlarıdır.İqtisadi potensialdan, ərazinin ölçüsündən, əhalinin sayından asılı olmayaraq milli federasiyanın bütün subyektləri eyni hüquqlardan istifadə edirlər.Dövlət vəzifələrinin həllinə eyni dərəcədə təsir göstərmək imkanına malik olurlar.Milli federasiyanın bütün subyektləri dövlət suverenliyi əlamətlərinə malik olan dövlət birləşmələri kimi təşəkkül tapırlar.Onlar özlərinin ali nümayəndələri dövlət hakimiyyəti orqanlarının icra hakimiyyətinə, müstəqil məhkəmə sisteminə malikdirlər.Federasiyada birləşən milli dövlət öz vətəndaşlarını, dövlət ərazisinin sərhədlərini müəyyən edir.Beynəlxalq təşkilatlarda öz nümayəndələrinə malik olur, müstəqil olaraq xarici siyasət və iqtisadi fəaliyyət həyata keçirirlər.Federativ dövlət onun tərkibinə daxil olan bütün millət və xalqların mənafelərini əks etdirir.Milli federasiyaların parlamentlərində işləyən deputatlar ölkənin bütün millət və xalqlarını təmsil edirlər.Milli federasiyanın hər bir subyektinin ittifaqdan ayrılma, öz müstəqil dövlətini yaratmaq və ya başqa dövlətin tərkibinə keçmək hüququ vardır.

Qeyd etmək lazımdır ki, müasir federasiyaların bəzi üzvləri keçmişdə heç bir müstəqil dövlət olmamışlar (Məsələn, ABŞ ştatlarının bir qismi, Avstraliya ittifaqlarının bir sıra ştatları və s.).Onu da qeyd edim ki, federasiya keçmiş unitar dövlətin federativ dövlətə çevrilməsi yolu ilə də yarana bilir (Hazırda Belçikada belə bir proses gedir.).XX əsrin ikinci yarısı paralel proseslə-bir tərəfdən milli ərazi vahidlərinin muxtariyyəti və məlum federativ meyllərin artması (İspaniya, İtaliya, Belçika, Kanada və s.), digər tərəfdən isə respublikaların bayağı suverenliyinə əsaslanan federasiyaların (SSRİ, Yuqoslaviya, Çexoslavakiya və s.) süqutu ilə müşaiət olunur.

3. KONFEDERASİYA - ümumi məqsədlərin təmini üçün yaradılmış suveren dövlətlərin müvəqqəti hüquqi ittifaqıdır.Konfederativ dövlət quruluşunda üzvlər həm daxili, həm də xarici işlərdə öz suveren hüquqlarını saxlayırlar.Konfederasiya öz ümumi qanunverici, icra və məhkəmə orqanlarına malik deyildir.Konfederativ orqanlar iqtisadi müdafiə, əməkdaşlıq problemlərini həll edirlər.Konfederativ quruluşun vahid ordusu, vahid vergi sistemi və vahid dövlət büdcəsi olmur.Lakin ayrı-ayrı ölkələr müəyyən müdafiə qabiliyyətini möhkəmləndirmək və ya onlara zəruri, iqtisadi yardım göstərmək üçün konfederasiya üzvlərinin razılığı ilə ümumkonfederal büdcə yaradıla bilər.Bir dövlətin vətəndaşının digər ittifaq dövlətinin ərazisinə yerdəyişməsi əhəmiyyətli dərəcədə yəni vizasız, başqa rəsmiyyətlər götürülməklə sadələşir.

Konfederativ dövlətin vahid pul sistemi, vahid gömrük qaydaları, vahid dövlətlərarası kredit siyasəti, ümumi mənafeləri dünya birliyi ilə dövlətlərarası münasibətlərdə əlaqələndirilməsi ilə məşğul olan xarici siyasət müdafiə orqanlarının fəaliyyəti mümkündür.Konfederativ dövlətlər ümumi məqsədə nail olduqdan sonra bir qayda olaraq parçalayırlar,Dövlət rejimi forması dövlət tərəfindən hakimiyyətin həyata keçirilməsinin üsul və metodlarının məcmusudur.

Dövlət ilə hökumət arasındakı fərqlər

  • Dövlət, hökumətdən daha genişdir. Hökumət isə dövlətin bir hissəsidir.
  • Dövlət, davamlıdır. Hökumət isə keçicidir, qısa ömürlüdür.
  • Hökumət, dövlət nüfuzunun işlədilməsini təmin edən bir vasitədir. Hökumət yalnız dövlətin beyni olma vəzifəsindədir; dövlətin digər orqanları hökumətin deyildir.
  • Dövlət, şəxsi olmayan bir otoritadır. Məmurlar təsadüfi deyil, bürokratik prosedurlara görə işə alınır, hökumətin ideoloji istəklərinə duyğusuz olacaq şəkildə seçilir.
  • Dövlət, ortaq yaxşılığı və ümumi iradəni təmsil etməyə çalışır. Lakin hökumət isə müəyyən ideologiyaları təmsil edir.[1]

Rəqib dövlət nəzəriyyələri

Plüralist (çoxluqçu) Dövlət

Liberal fəlsəfədən doğulmuşdur. Buna görə fərd ön planda, dövlət ikinci plandadır. Dövlətin əsas vəzifəsi də cəmiyyətdə bir ‘hakimlik’, ‘bilirkişilik’ vəzifəsi etməkdir. Dövlət, tərəfsiz bir şəkildə hakimlik vəzifəsi edərsə o zaman ortaq yaxşılını təmin edilməsi yolunda çalışmış olur.

Dövlətin olmadığı yerdə fərdlər bir-birlərini istismar edə bilər. John Locke, bu vəziyyəti “Harada qanun yoxsa orada azadlıq də yoxdur.” deyərək açıqlamışdır. Buna tədbir olaraq konstitusiya nizamı ortaya çıxar. Tomas Hobbs isə dövlət olmazsa xaosun ortaya çıxacağını söyləmişdir. Və vətəndaşların mutlakiyetçilik ilə xaos arasında bir seçim etmələri lazım olduğunu ifadə etmişdir. Yəni təhlükəsizlik istəyən bir insan mütləqiyyətçilik seçmək məcburiyyətindədir.

Cəmiyyət baxımından plüralist dövlət, liberal demokratiyalarda iqtidarın hər kəsə eyni şəkildə dağılmasıdır. Dövlət baxımından isə bütün partiyaların siyasətə təsir etməsinə açıq bir nizamdır. Dövlət heç kimin tərəfini tutmaz; öz mənfəəti da yoxdur.

Kapitalist dövlət

Marksist dünyagörüşüylə ortaya çıxmışdır. Buna görə cəmiyyətin, iqtisadi yapısıyla birlikdə analiz edilməsi lazımdır. Bu fikrə görə dövlət, sinif sistemindən doğular və sinif sisteminə dayanır.

Neo-marksist'lərdən Antonio Gramsci, Karl Marks'ın düşüncələrinə əlavə olaraq ‘hegemoniya’ anlayışını gətirmişdir. Buna görə burjua hegemonyasında dövlət, əhəmiyyətli bir vasitədir.

Leviathan Dövlət

Kendi-özünə xidmət edən və özünü inkişaf etdirən bir canavar kimidir Leviathan dövlət. Bu fikir yeni sağcılara və neo-liberallara aiddir. Onlar üçün dövlət, fərdi məhdudlaşdıran və iqtisadi azadlığı təhdid edən; plüralist hakim dövlət prinsipinin əksinə hər şeyə müdaxilə edən bir ‘dadı’dır. Bu yanaşmanın mərkəzində, dövlətin toplumunkinden ayrı mənfəətləri olduğu düşüncəsi yatar. Yeni sağçı düşünürlər, dövlətlərin 20-ci əsrdəki müdaxiləçi meyllərinin səbəbinin, kapitalizmə tarazlıq gətirərək sinif qarşıdurmasını həll etməyi və sabitliyi təmin etmək deyil, öz məqsədləri və daxili dinamikası olduğunu söyləyər.

Ataerkil (Patriarkal) Dövlət

Feministlərin dünyagörüşüylə ortaya çıxmışdır. Lakin feminizmin sistematik bir dövlət nəzəriyyəsi yoxdur.

Liberal feministlər plüralist dövlət fikrini qəbul edir. Beləcə sosial cinsiyyətə bağlı bərabərliyin islahatlarla həll edə söyləyərlər. Qadınların səs hüququnun olmadığı zamanlarda dövlətin ataerkil olduğunu, amma yenə də bu bərabərsizliyi yalnız dövlətin həll edə qəbul edərlər.

Radikal feministlər isə dövlətə qarşı mənfi yanaşır. Dövlət iqtidarının ataerkil bir təzyiqi əks etdirdiyini düşünürlər. Ayrıca marksistlerle radikal feministlər arasında müəyyən nöqtələrdə fikir birliyi vardır. Hər iki qrup da dövlətin özünə xüsusi mənafeləri olduğu fikrini rədd edir. Feministlər üçün dövlət ‘kişilər tərəfindən, kişilər üçün’ idarə olunmaqdadır.

Qadının ‘ev xanımı, ana’ mövqesinə indirgendikçe dövlətin ataerkil quruluşu sürməyə davam etməkdədir. Dövlət, qadınları ictimai sahəyə soxsa belə bu hərəkət ‘baxım peşələri’ qrupundakı mesleklerle məhdudlaşdırıldığı müddətcə qadınlar, dövlətə daha asılı hala gələcəkdir. Beləcə qadınlar ehtiyat əmək ordusu olacaqdır.[2]

İdarəetmə üsuluna görə təsnifat

Dövlətin formalarının digər bir təsnifatı idarə üsullarına əsaslanır. Bu baxımdan dövlətin iki forması var:[monarxiya] və [respublika]. Monarxiya mütləq (qeyri məhdud) və məhdud (konstitusiyalı) ola bilər. Mütləq monarxiyanın bir növü də teokratik monarxiyadır.

Məşhur şəxslərin dövlət haqqında dedikləri

  • Aristotelin, dövlət quruculuğu ilə bağlı olan maraqlı konfliktoloji ideyları var. O, hesab

edirdi ki, dövlət – insanları barışdıran bir alətdir. Dövlətdən kənarda insan təcavuzkar və təhlükəlidir.[3]

● Leninə görə :" Cəmiyyət nə vaxt siniflərə bölünürsə, dövlət də o vaxt yaranır"

Həmçinin bax

İstinadlar

  1. Andrew Heywood Siyaset (say. 128)
  2. Andrew Heywood Siyaset (say. 128, 129, 130, 131, 132, 133, 134, 135)
  3. Konfliktologiya elmi haqqında

Xarici keçidlər

Azərbaycan

Azərbaycan və ya rəsmi adı ilə Azərbaycan Respublikası — Cənubi Qafqazda yerləşən dövlət. Azərbaycan Xəzər dənizi hövzəsinin qərbində yerləşir. Şimaldan Rusiya (Dağıstan), şimal-qərbdən Gürcüstan, qərbdən Ermənistan, cənub-qərbdən Türkiyə və cənubdan İran ilə həmsərhəddir. Azərbaycanın anklavı olan Naxçıvan Muxtar Respublikası Ermənistanla şimal-şərqdə, İranla qərbdə və Türkiyə ilə şimal-qərbdən həmsərhəddir. Azərbaycan ərazisinin bir hissəsi (Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 inzibati rayon) Ermənistan Respublikası tərəfindən işğal edilib, bu da ölkə ərazisinin 20%-ni təşkil edir. Dövlət sərhədləri cənubdan İranla 765 km, Türkiyə ilə 15 km, şimaldan Rusiya ilə 391 km, şimal-qərbdən Gürcüstan ilə 471 km, qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir. Onun 825 km-i su sərhəddidir. Sahil xəttinin uzunluğu 713 km-dir. Azərbaycanın Xəzər dənizi sektorunda həmcinin Türkmənistan, Qazaxıstan, İran və Rusiya sərhədə malikdir.

Yer kürəsində məlum olan 2000-dən artıq palçıq vulkanlarından 344-ü Azərbaycanın şərqində və onunla həmsərhəd Xəzər hövzəsində yerləşir. Ölkədə 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Azərbaycanın ən böyük beş adası — Kür Dili, Pirallahı, Çilov, Xərə Zirə və Böyük Zirə adalarıdır. Azərbaycan əhalisi 9,6 milyon nəfərdir və bu göstəriciyə görə dünyada 92-ci yerdədir. Paytaxtı Bakı şəhəridir. Azərbaycan paytaxt Bakıdan kənarda, ölkə 65 inzibati vahidə (o cümlədən 59 rayon və 6 şəhər) və Naxçıvan Muxtar Respublikasına (6 rayon və paytaxt Naxçıvan şəhərindən ibarət olan) bölünür.

Aparılmış arxeoloji qazıntı işləri Azərbaycanın Üst Paleolit dövründə məskunlaşıldığını göstərir. Azərbaycan xalqı təqribən 5 min illik dövlətçilik tarixinə malikdir. Azərbaycan ərazisində ilk dövlət qurumları və ya etnik-siyasi birliklər hələ eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəllərindən başlayaraq Urmiya hövzəsində yaranmışdı. Eramızdan əvvəl I minillikdə - bizim eranın I minilliyinin əvvəllərində Azərbaycan torpaqlarında Manna, Skif padşahlığı, Atropatena və Albaniya kimi dövlətlər mövcud olmuşdur. III əsrdə Azərbaycanı Sasanilər İmperiyası, VII əsrdə isə Ərəb xilafəti işğal etdi. VII əsrdə islam dininin qəbul olunması ilə Azərbaycanın tarixi müqəddəratında əsaslı dönüş yarandı. IX əsrin ortalarında Azərbaycan torpaqlarında Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər dövlətləri yarandı. XIX əsrdə Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən Azərbaycan iki imperiya arasında bölüşdürüldü: Şimali Azərbaycan Rusiyaya, Cənubi Azərbaycan isə qacarların idarə etdiyi İran şahlığına qatıldı. 1918-ci il mayın 28-də Şimali Azərbaycanda Şərqdə ilk demokratik respublika — Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. 1922-ci il dekabrın 30-da Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) yaranması və Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının bu quruma daxil olması ilə Şimali Azərbaycanın müstəqilliyinə son qoyuldu. 1992-ci ildə ölkənin yeni konstitusiyası qəbul olunandan bəri prezident və seçkilərlə seçilmiş qanunverici orqan — Azərbaycan parlamenti tərəfindən idarə olunan prezidentli respublikadır.

Azərbaycan BMT, Avropa Şurası, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, GUAM, Şərq Tərəfdaşlığı, Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Valyuta Fondu, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, MAQATE, Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı və NATO-nun Sülh Naminə Tərəfdaşlıq (SNT) proqramının üzvüdür. 2017-ci ildə ABŞ-ın "Global Firepower" araşdırma mərkəzinə görə, Azərbaycan Silahlı Qüvvələri dünyada 59-ci, Cənubi Qafqazda isə ən güclü və hazırlıqlı ordudur. 2010-cu il üzrə dünyanın 194 ölkəsi arasında Azərbaycanın ixracat reytinqi 64-cü sırada dayanır. Azərbaycan 7 milyard barel həcmində kəşf edilmiş neft ehtiyatları göstəricilərinə görə dünyanın 19-cu, neft hasilatının həcminə görə dünyanın 23-cü ölkəsidir. Azərbaycan 2,55 trilyon m³ həcmində kəşf edilmiş qaz ehtiyatlarına görə dünyada 28-ci ölkədir.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi — Azərbaycan Respublikasında statistika sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən və ölkədə sosial, iqtisadi, demoqrafik və ekoloji vəziyyət ilə bağlı rəsmi statistik məlumatları vahid metodologiya əsasında formalaşdıran mərkəzi icra hakimiyyəti orqanı.

Azərbaycan Televiziyası

Azərbaycan Televiziyası və qısa adı ilə AzTV— Azərbaycanın ilk milli televiziya kanalı.

Azərbaycan dili

Azərbaycan dili (Azərbaycanca, Azərbaycan türkcəsi, tarixi adı: Türk dili və ya Türkcə) — Azərbaycan Respublikasının və Rusiya Federasiyasının Dağıstan Respublikasının rəsmi dövlət dilidir.Altay dilləri ailəsinin türk dilləri şöbəsinin Oğuz sinfinin Qərb qrupuna daxildir.

Azərbaycan dilindən Azərbaycan, İran, İraq, Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna, Suriya ərazisində istifadə olunur.

Azərbaycan Respublikası ərazisində bu dilin cüzi fərqlənən 4 dialekti vardır:

Şərq dialekti — Quba, Şamaxı, Bakı, Muğan və Lənkəran dialektləri

Qərb dialekti - Qarabağ və Qarabağətrafı rayonların dialektləri

Şimal dialekti — Şəki və Zaqatala-Qax dialektləri

Cənub dialekti — Naxçıvan, Ordubad, İrəvan dialektləri Azərbaycan dili geneoloji bölgüyə əsasən türk dillərinə mənsubdur. Başqa dil qruplarında olduğu kimi, bu qrupa daxil edilən dillər də bir-birinə leksik, morfoloji və sintaktik cəhətdən çox yaxındır. Dialektlər bir-birindən fonetik xüsusiyyətlərinə görə fərqlənirlər.

Bakı Dövlət Universiteti

Bakı Dövlət Universiteti və ya qısaca BDU — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. Azərbaycanın ilk ali təhsil müəssisəsidir.

Elşad Qurbanov

Qurbanov Elşad Məcnun oğlu – Azərbaycan alimi, biologiya elmləri doktoru, akademik, AMEA-nın müxbir üzvü (30.06.2014).

Ermənistan

Ermənistan (erm. Հայաստան - Hayastan), rəsmi olaraq Ermənistan Respublikası (erm. Հայաստանի Հանրապետություն) — Cənubi Qafqazda dövlət. Şimalda Gürcüstan, şərqdə və cənub-qərbdə Azərbaycan, cənubda İran, qərbdə isə Türkiyə ilə həmsərhəddir. Pakistan tərəfindən tanınmır. Avrasiya İqtisadi Birliyinin üzvüdür.

Latın dili

Latın dili — Hind-Avropa dillərinə daxil dillərdən biri. Qədim Roma ərazisində işlədilmişdir. Əksər elmi terminlər bu dildən götürülmüşdür. Məsələn, "hydro" - su, "ferrium" - dəmir, "vita" - həyat deməkdir. Hazırda Vatikanda latın dili dövlət dilidir.

Nurəddin Əliyev

Nurəddin Əliyev (Nurəddin İsa oğlu Əliyev; d. 1945, Şərur) — Biologiya elmləri namizədi, dosent.

Sovet Sosialist Respublikaları İttifaqı

Sovet Sosialist Respublikaları İttifaqı, qısaca: Sovet İttifaqı və ya SSRİ (rus. Союз Советских Социалистических Республик, СССР) — 1922-1991-ci illərdə əsasən indiki MDB dövlətləri ərazisində mövcud olmuş dövlət. SSRİ dünya tarixində rəsmi ideologiyası marksizm-leninizm – sol radikal sosialist ideologiyası olan dövlət olmuşdur. Rusiya İmperiyasının varisi olmuşdur.

Ümumilikdə dünyanın quru hissəsinin 1/6 hissəsi məhz SSRİ-nin payına düşmüşdür – 22 402 min km2.

Əhalisinin sayına görə isə dünyada 3-cü yerdə olmuşdur (1989, 1 yanvar – 293 mln).

SSRİ-nin ərazisinin əsas hissəsini RSFSR təşkil etmişdir. SSRİ yaradılarkən onun əsasında 4 dövlət qurumu olmuşdur – Rusiya SFSR, Belarusiya SSR, Ukrayna SSR və tərkibində 3 (Azərbaycan SSR, Gürcüstan SSR, Ermənistan SSR) dövləti birləşdirmiş Zaqafqaziya SFSR. 1936-cı ilədək SSRİ-nin tərkibində əlavə Özbəkistan SSR, Türkmənistan SSR, Tacikistan SSR, Qırğızıstan SSR və Qazaxıstan SSR təşkil edilmişdi. Həmçinin, 1936-cı il islahatlarının nəticəsi olaraq Zaqafqaziya SFSR parçalandı. Beləliklə, SSRİ formal 11 dövlətdən ibarət ittifaqa çevrildi.

İkinci dünya müharibəsindən qalib çıxmış SSRİ tərkibinə Litva SSR-i, Moldova SSR-i, Estoniya SSR-i və Latviya SSR-i də qatdı. SSRİ öz sərhədlərini Avropaya tərəf genişləndirdi. Həmçinin Almaniyanın bir hissəsi də (keçmiş Kenisberq əyaləti) ona nəsib oldu.

Ukrayna

Ukrayna (ukr. Україна) — Şərqi Avropada dövlət. Parlament-prezident respublikasıdır. Şimaldan Belarus, qərbdən Polşa,Macarıstan, Slovakiya, Moldova və Rumıniya, şərqdən Rusiyala həmsərhəddir. Cənubdan Qara dənizə çıxır.

Ölkə

Ölkə - müəyyən sərhədə və dövlət suverenliyinə malik coğrafi ərazi olub, sərbəst və ya başqa dövlətin hakimiyyəti altında fəaliyyət göstərə bilir.

Çox vaxt ölkə ilə dövlət anlayışları bir-birinə sinonim kimi işlədilir. Ancaq onların arasında müəyyən fərq vardır. Ölkə daha çox mədəni, coğrafi vəhdətlik və başqa amilləri nəzərə aldığı halda, dövlət ilk növbədə müəyyən ərazi daxilində hakimiyyətin siyasi sistemini təsvir edir.

Məsələn, Britaniya imperatorluğu vahid dövlətdir, amma bir neçə ölkədən ibarətdir. Başqa misal, müasir Azərbaycan və kommunist dövründəki Azərbaycan - eyni ölkə olaraq qalmış, amma dövlət dəyişilmişdir.

Ölkə (ing. land) geomorfologi­yada bir relyef formasının üstünlük təşkil etdiyi yer səthinin geniş sahəsi. Mis: düzənlik ölkə, dağlıq ölkə, vulkanik ölkə və s.

İtaliya

İtaliya (it. Italia), rəsmi olaraq İtaliya Respublikası (it. Repubblica italiana) – Avropanın cənubunda dövlət. Əhalisi təxminən 58 milyon nəfərdir. Etnik qruplar italyanlar – 98%, almanlar, slovenlər, albanlar, yunanlar, fransızlardır. Orta uzunömürlülük (1992-ci il üçün) kişilərdə – 74 yaş, qadınlarda – 81 yaşdır. Doğum səviyyəsi (hər 1000 nəfərə) – 2 nəfərdir. Ölüm səviyyəsi (hər 1000 nəfərə) – 10 nəfərdir.Paytaxtı Roma şəhəridir.Ən böyük şəhərləri Neapol və Milandır.

Dövlət dili italyan dilidir.

Turizm sahəsində işləyən hər kəs ingilis və fransız dillərini başa düşür. Alp dağlarının ətəklərində və Adriatik dənizi sahillərində alman dilini başa düşürlər. Sardiniya əhalisi katalon dialektində danışır.

Dövlət və hüquq nəzəriyyəsi
Dövlət nəzəriyyəsi State formation  • Dövlət  • Siyasi hakimiyyət (Qanunverici, İcraedici, Məhkəmə)  • Dövlət formaları  • Dövlət hüququ formaları
Hüquq nəzəriyyəsi Hüquq  • Hüquqi funksiya  • Hüquq norması
Hüquqi institutlar İnsan hüquqları  • Hüquqi dövlət  • Hakimiyyət bölgüsü  • Vətəndaş cəmiyyəti
List of national legal systems Dini hüquq (Şəriət, Alaha)  • Sosialist hüququ  • Traditional Chinese law

Başqa dillərdə

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.