Coğrafi koordinat sistemi

Coğrafi koordinat sistemi — Yer üzərindəki obyektlərin yerini müəyyənləşdirmək üçün istifadə olunan koordinat sistemidir. Coğrafi koordinat sistemi coğrafi uzunluq və coğrafi enliklərdən ibarətdir.

This is a basic photo showing that latitude lines are horizontal and longitude lines are vertical- 2014-07-25 20-36
Coğrafi uzunluqlar ekvatora perpendukliyar, coğrafi enliklər isə paraleldir.

Tarixi

1884-cü ildə ABŞ-da keçirilən Beynəlxalq Meridian Konfransında iyirmi beş ölkə iştirak etmişdir. Onlardan iyirimi iki dövlət İngiltərədə yerləşən Qrinviç rəsədxanasından keçən meridianı sıfır dərəcəli coğrafi uzunluq kimi qəbul etmişdir. Dominikan Rsepublikası bu təklifin əleyhinə səs vermiş, Braziliya və Fransa isə bitərəf qalmışlar.[1] Fransa Paris Rəsədxanasından hesablanan yerli vaxtdan 1911-ci ildə Qrinviç Orta Vaxt sisteminə (ing. Greenwich Mean Time) keçmişdir.

Coğrafi enlik ekvatorla verilən məntəqədən keçən paralel çevrəsi arasında qalan meridian qövsünün dərəcələrlə uzunluğudur.Coğrafi enlik məntəqənin ekvatordan neçə dərəcə şimalda və yaxud da cənubda yerləşdiyini bildirir. Qlobus və xəritələrin üzərində meridian və paralellərin kəsişərək əmələ gətirdiyi şəbəkəyə dərəcə toru deyilir.

İstinadlar

  1. "International Conference Held at Washington for the Purpose of Fixing a Prime Meridian and a Universal Day. October, 1884. Protocols of the proceedings.". Project Gutenberg (1884).
38-ci şimal paraleli

38 şimal paraleli 1950-1953-cü illərdə Koreyada vətəndaş müharibəsi nəticəsində Şimali və Cənubi Koreya arasında çəkilmiş dünyada yeganə süni sərhəddir. Bu sərhəd iki ölkənin dövlət sərhədi olmuşdur. Bu günə qədər həmin sərhəd qorunur, hər iki dövlət daim rəqabət şəraitində yasayırlar.

Asimmetrik dağlar

Asimmetrik dağlar- qarşı-qarşıya duran yamacları müxtəlif diklikdə olmnası ilə səciyyələnir.Asimmetriklik müxtəlif səbəbdən yarana bilər. a) tektonik; b) iqlim; c) yamacların səmtliyinin müxtəlifliyi və s.

En dairəsi

En dairəsi - Ekvatorun şimal və ya cənubundakı hər hansı bir nöqtənin Ekvatora açıldığı məsafəsidir. En dairəsini astronomik alətlərdən olan sekstant və qnomon ilə təyin etmək mümkündür. Günün davam etmə müddəti En dairəsindən asılıdır.

Ferro Meridianı

Ferro meridianı —Kanar adaları arxipelaqındakı El Hierro (əvvəlki Ferro) adasından keçən taxrixi başlanğıc meridian. El Hierro adasının ikinci adı Isla del Meridiano –dur (Meridian adası).

Uzunluq dairəsi

Uzunluq dairəsi - başlanğıc meridianının şərq və ya qərbindəki hər hansı bir nöqtənin açıldığı məsafəsidir. Uzunluq dairəsi bir vaxtlar dəniz naviqasiyası üçün böyük maneə törədirdi. XVIII əsrdə ingilis alimi Con Harrisonun yaratdığı saat ilə bu iş həll edilmişdi. XIX əsrdə radionun ixtirası ilə uzunluq dairəsi tarixində böyük dəyişikliyə səbəb oldu. Artıq uzunluq dairəsini bilməklə siqnalı istənilən nöqtəyə göndərmək olurdu. Sonralar radionaviqasiya ixtira olunmuşdur. Hal-hazırda naviqasiyada koordinatı tapmaq üçün Peyk naviqasiya sistemindən istifadə edilir.

Başqa dillərdə

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.