Bulyon

Bulyon - Azərbaycanın milli yeməyi.

Bulyon
Bulyon

Zəfəranlı bulyon

Tərkibi

Qoyun və ya mal sümüyü - 250q, baş soğan - 20q, yerkökü - 20q, cəfəri kökü - 10q, keşniş və ya şüyüd - 10q, zəfəran - 0,2q, duz.

Hazırlanma qaydası

Sümüklər yuyulur və xırda doğranır. Qazana yığılıb su ilə qızdırılır. Kəfi və üzərindəki yağ arabir yığılır, coşğun qaynamağa yol verilmir. Bulyon 5 saat bişirilir. Hazır olmağa 1-1,5 saat qalmış soğan, yerkökü, cəfəri kökü və duz qatılır. Hazır olduqdan sonra zəfəran şirəsi qatılıb süzülür. Bulyonu ətdan də hazırlayırlar. Süfrəyə verildikdə narın doğranmış göyərti əlavə edilir.

Mənbə

Badımcan dolması

Badımcan dolması – Azərbaycanın milli mətbəxinə aid olan xörəkdir.

Bibər dolması

Bibər dolması — Azərbaycanın milli mətbəxinə aid olan xörəkdir.

Düşbərə

Düşbərə - Azərbaycanın milli xörəklərindən biri. Qoyun ətindən bişirilir.

Lazım olan ərzaqlar:

Qoyun əti - 108 q.

Buğda unu - 40 q.

Yumurta - 1/4 ədəd

Baş soğan - 18 q.

Şərab sirkəsi - 10 q.

Keşniş - 15 q.

Nanə qurusu -10 q.

İstiot

Duz.Hazırlanma qaydası:

Düşbərə hazırlamaq üçün sümüklərdən bulyon bişirilir, qoyun ətinin yumşaq hissəsindən soğan və ədviyyat qatmaqla qiymə hazırlanır. Mayasız yoğrulmuş bərk xəmir 1 mm qalınlığında yayılıb kiçik kvadratlar şəklində doğranır. Hər kvadratın ortasına 2-3 qram qiymə qoyulur. Kvadratlar ortadan və ya üçkünc qatlanıb küncləri geriyə dartılır. Düşbərəni bulyonda 5 dəqiqə bişirirlər. Ev şəraitində düşbərəni elə xırda hazırlayırlar ki, bir qaşığa 4 -5 ədəd yerləşir. Süfrəyə verilən zaman yanına sarımsaqla sirkə qoyulur, üstünə isə keşniş və ya quru nanə səpilir.

Fransız soğan şorbası

Fransız soğan şorbası (fr. soupe à l'oignon) — bulyon soğan, pendirlə hazırlanır.

Heyva dolması

Heyva dolması - Azərbaycanın milli mətbəxinə aid olan xörəkdir.

Küftə-bozbaş

Küftə-bozbaş - Azərbaycanın milli yeməyi.

Lobya-çilov plov

Lobya-çilov plov- Bu plovu adətən Novruz bayramı qabağı, axır çərşənbə axşamı haxırlayırlar. Onu quru balıq ya da qızarılmış balqabaqla verirlər.

Tərkibi:

Qoyun əti - 221q,

ərinmiş yağ - 50q,

ağ lobya - 50q,

düyü - 100q,

kişmiş - 40q,

baş soğan - 40q,

zəfəran - 0,1q,

darçın - 0,2q,

istiot - 0,1q,

duzQarnir kimi duzlu quru balıq – xəşəm və ya kütümHazırlanması:

Hər paya 2-3 tikə ət götürülür, duz, istiot vurulub soğanla qızardılır, zəfəran şirəsi və bulyon əlavə edilib hazır olunca bişirilir. Lobya və düyü ayralıqda bişirilir və süzülərək qarışdırılıb dəmə qoyulur. Kişmiş yağ içində ayrıca bişirilir. Süfrəyə verildikdə boşqaba düyü ilə lobya çəkilir, üstünə kişmiş, qazmaq qoyulur, yağ tökülür və darçın səpilir. Ət ayrıca verilir.

Mərci plov

Mərci plov- Azərbaycan mətbəxində plov.

Soğan dolması

Soğan dolması - Azərbaycanın milli mətbəxinə aid olan xörəkdir.

Toyuq şorbası

Toyuq şorbası - Azərbaycanın milli yeməyi.

Turşu-sıyıq

Turşu-sıyıq - Azərbaycanın milli yeməyi.

Udon

Udon (饂飩, adətən うどん kimi yazılır) — Yaponiya mətbəxində qalın buğda-un əriştəsi. Udon adətən kake udon kimi sadə formada əriştə şorbası kimi isti yeyilir. Daşi, soya sousu (şoyu) və mirin ilə hazırlanmış bulyon kakeciru adlanır. Ümumiyyətlə incə doğranmış yaşıl soğanlar ilə birlikdə servis edilir.

Xaş

Xaş ya Kəllə paça - Orta Şərq və Cənubi Qafqaz mətbəxinin yeməklərindən biri. Iran, Bosniya və Herseqovina va Türkiyədə Kəllə paça adlanır (fars. کله پاچه) , (türk. Kelle paça), (bosn. Pače).

Xaş malın (dana) imkan daxilində qabaq ayaqlarından (dırnaqlarından) hazırlanır. Çox vaxt xaşa qarın nahiyyəsinin hissələri əlavə olunur. Sirkə-sarımsaq və ya abqora ilə yeyilir. Xaş yeməyi zamanı lavaş, təndir çörəyindən və müxtəlif növlü turşu (tutmalardan) da istifadə olunur.

Çığırtma plov

Çığırtma plov - Azərbaycanda geniş yayılmış plov növlərindən biri.

Başqa dillərdə

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.