Britlər

Britlərkelt tayfaları, e.ə. VIII əsrdən eramızın V əsrinədək Britaniyanın əsas əhalisi. Britlərin dəyanətli müqavimətləri və üsyanları romalıların Britaniyada istilalarını zəiflədirdi. Britaniyanın anqlsaks german tayfaları tərəfindən istila edildiyi dövrdə britlər qismən məhv edilmiş, qismən də Uelsə, ŞotlandiyayaQalliyanın şimal-qərbindəki yarımadaya (sonralar Bretan adlandırıldı) köçürülmüşlər.

Avropa tarixi

Avropa tarixi — Avropa qitəsində yaşayan xalqların qədim zamanlardan etibarən günümüzə qədər davam etmiş tarixini əhatə edir. Arxeloji qazıntıları nəticəsində Avropada ilk insan məskənlərinin Eradan əvvəl 35.000 il əvvəl yarandığını göstərir. Avropada aşkarlanmış ən qədim yazı nümunəsi e.ə. 700-cü ildə, Qədim Yunanıstanda Homer tərəfindən yazılmış İliada dastanıdır. Qədim Yunanıstanla yanaşı eramızdan əvvəl VIII əsrdə yaradılmış Roma krallığı dövrünün ən müasir sivilizasiyalarından hesab olunurdu. Qədim Yunanıstan və Qədim Roma dövlətləri eramızın IV əsrindən başlayaraq dağılmağa başlamış, həmin əsrdən etibarən Xristianlıq dini Avropada öz təsirini gücləndirmişdir.

Orta əsrlərin əvvələrində Avropada durğunluq dönəminə daxil olmuşdur. Yaxın Şərq və Asiyada yaşayan bir çox xalqlar texniki və mədəni nəaliyyətlərinə görə Avropa xalqlarını arxada qoymağı baçarmışlar. Yeni dövrüdən etibarən başlayan intibah və reformasiya kimi hərəkatlar, Avropanın hərbi, iqtisadi, demokratik və texniki yöndə inkişaf etməsinə səbəb olmuş və qısa müddətdən sonra inkişaf tempi və mədəni səviyyəsinə görə Avropa digər qitələrdən üstün bir mövqedə qərarlaşmışdır. Bu üstünlüklərindən istifadə edən Avropa xalqları, digər qitələrdə koloniyalar yaratmış və həmin qitələrdə olan təbii sərvətləri talamışlar. Əldə olunan kütləvi gəlirlə, sosial vəziyyətlərini daha da yaxşılaşdıran, Avropa xalqları digər qitələrdə yaşayan xalqların inkişafdan geri qalmasına səbəb olmuşlar.

XX əsrə qədər hərbi və iqtisadi baxımdan dünyada lider mövqedə olan Avropa xalqları, XX əsrdə bu liderlik yarışında Amerika Birləşmiş Ştatlarına məğlub olmuşlar. Asiya qitəsində əvvəlcə Yaponiya və Cənubi Koreyanın daha sonra isə Çin və Hindistanın texnelojo və iqtisadiyyat sahəsində anidən yüksəliş əldə etməsi, Avropa üçün yeni rəqiblərin meydana gəlməsinə səbəb olmuşdur. Avropanın 27 ölkəsinin üzv olduğu, 1952-ci ildə yaradılmış Avropa İttifaqı iqtisadiyyat, idxal və ixracat sahəsindəki uğurlarından sonra dünyada bir nömrəli iqtisadi gücə çevrilmişdir.

Başqa dillərdə

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.