Britaniya İmperiyası Ordeni

Britaniya İmperiyası Ordeni (ing. Order of the British Empire) - Britaniya kralı V Georq tərəfindən 4 iyun 1917-ci ildə yaradılmış cəngavər ordeni.

Britaniya İmperiyası Ordeni
ing. Order of the British Empire
Lint Orde van het Britse Rijk Mbe medal front and reverse

Deviz Tanrı və İmperiya üçün (ing. For God and the Empire)
Ölkə Flag of the United Kingdom.svg Böyük Britaniya
Tip orden
Status təqdim olunur
Statistika
Təsis tarixi 4 iyun 1917

Dərəcləri

Tweemaal de British Empire Medal
Ordenin mülki və hərbi medalları

Ordenin mülki və hərbi növünə görə 5 dərəcəsi var:

  • Böyük xaç cəngavəri, GBE (ing. Knight Grand Cross)
  • Cəngavər-Komandor, KBE (ing. Knight Commander)
  • Komandor, CBE (ing. Commander)
  • Zabit, OBE (ing. Officer)
  • Kavaler (üzv), MBE (ing. Member)
Ancela Lensberi

Ancela Bricid Lensberi (ing. Angela Brigid Lansbury; d. 16 oktyabr 1925) — ABŞ-İngiltərə aktrisa, müğənni, prodüser və yazıçısı.

Üç dəfə Oskar mükafatına, on səkkiz dəfə Emmi mükafatına namizəd olub, altı dəfə Qızıl qlobus mükafatı laureatı olub və beş dəfə "Toni" yüksək Amerika teatr mükafatına layiq görülüb. 2013-cü ildə Lensberi yetmiş ildən artıq kinematoqrafın inkişafına göstərdiyi xidmətlərə görə, Fəxri Oskar mükafatına layiq görülüb.. 2014-cü ildə dram incəsənəti və xeyriyyəçilik fəaliyyətinə görə, Britaniya İmperiyası Ordeni Xanım-Komandoru elan edilib.

Harold Vilson

Ceyms Harold Vilson (ing. James Harold Wilson; 11 mart 1916(1916-03-11), Haddersfild, Yorkşir[d] – 24 may 1995(1995-05-24), London) — Britaniya dövlət və siyasi xadimi, 1964-1970-ci və 1974-1976-cı illərdə Böyük Britaniyanın 67-ci və 69-cu Baş naziri.

Hiroyuki Sanada

Hiroyuki Sanada (真田 広之, d. 12 oktyabr 1960, Tokio, Yaponiya) — yaponiyalı aktyor.

Əsl adı Hiroyuki Şimosavadır (下 澤 廣 之). Sonny Çibanın Yapon Ekşn Klubunda (Japan Action Club) təhsil alıb. Ekşn filmləri ulduzu olmaq istədiyindən döyüş mövzusunda bacarıölarını inkişaf etdirirdi.

Sanada ilk ciddi rolunu Makoto Vadanın Mahjong Hourouki filmində aldı. Bir çox Yapon filmlərində rol aldıqdan sonra 2003-cü ilin ABŞ istehsalı olan Sonuncu Samuray və 2007-ci ilin ABŞ istehsalı olan Pik saatı 3 filmləriylə tanındı. Sanada 2010-cu ildə Lostun final mövsümü olan altıncı mövsümündə Doqen rolunu aldı.

Rocer Mur

Ser Rocer Corc Mur (ing. Sir Roger George Moore; 14 may 1952) — Britaniyalı kinoaktyor, ssenarist və prodüser. Əsasən Ceyms Bond rolu ilə məşhurlaşmışdır.

Rouen Atkinson

Rouen Sebastyan Atkinson (d. 6 yanvar 1955) — ingilis komediya aktyoru və yazıçı. Daha çox BBC-də yayımlanan "Mister Bin" adlı komediya serialında oynadığı rola görə tanınır.

Rouen Atkinson 1990-cı ildə İngiltərənin İTV telekanalında ilk dəfə nümayiş etdirilən, sonra isə həmin telekanalda 5 il davam edən "Mister Binin sərgüzəştləri" serialı ilə hədsiz populyarlıq və reytinq qazanmışdı. 1997-ci ildə "Bean: The Ultimate Disaster" filmi çəkildi və nümayişdən 500 milyon dollara yaxın pul əldə olundu. 2007-ci ildə isə "Mister Bin səyahətdə" (ing. Mr Bean's Holiday) filmi çəkildi.

Stiven Hokinq

Stiven Uilyam Hokinq (ing. Stephen William Hawking; d. 8 yanvar 1942, Oksford, Böyük Britaniya - ö. 14 mart 2018) — müasir dövrün ən məşhur və ən nüfuzlu fizik-nəzəriyyəçilərindən biridir.

Stiven Spilberq

Stiven Spilberq ( 18 dekabr 1946(1946-12-18)[…], Sinsinnati, Ohayo) — görkəmli Amerika rejissoru, prodüseri və ssenaristi. Mənşəcə yəhudidir. "Şindlerin siyahısı" və "Sıravi Rayanı xilas etmək" filmlərinə görə üç Oskar mükafatı, iki Qızıl Qlobus almışdır. Həmçinin səkkiz Emmi mükafatı və altı Saturn mükafatı qazanmışdır, bir çox başqa mükafata layiq görülmüşdür, o cümlədən Fəxri Legion Ordeni, Britaniya İmperiyası Ordeni və Akira Kurosava mükafatı. Bir vaxt ərzində Pekin Yay Olimpiya Oyunlarının bədii müşaviri olmuşdur.

Şerlok Holms

Şerlok Holms (ing. Sherlock Holmes) — şotland yazıçısı Artur Konan Doylun yaratdığı xəfiyyə obrazı. İlk dəfə 1887-ci ildə Al qırmızı etüd povestində peyda olmuş Holms Lodonda Beyker-strit, 221B ünvanında yaşayır və cənubi və mərkəzi İngiltərə və kontinental Avropa boyu cinayətkarları təqib edir, dolaşıq cinayət işlərinin üstünü açırdı.

Şerlok Holms obrazının prototipi tibb məktəbində oxuyarkən Konan Doyla dərs demiş eksentrik Doktor Cozef Bell olmuşdur. Holmsun məşhur deduksiya qabiliyyəti də Bellin xəstələrin diaqnozunu müəyyən etmək üçün istifadə etdiyi qeyri-adi metodlardan yaranıb.

Şerlok Holmsun macəraları onun dostu və kampanyonu Doktor Uatson'un dilindən təsvir edilir. Ümumilikdə Konan Doylun qələmindən 4 belə povest və 56 kiçik hekayə çıxıb ki, onlar da Holmsun 1878-1914-cü illərdəki fəaliyyətini əhatə edir.

Şerlok Holms obrazı bütün dövrlərin ən çox ekranlaşdırılmış obrazlarından biri sayılır. Belə ki, Holms haqqında indiyə qədər 200-dən çox film çəkilib. Bunların sırasından keçmiş sovet kinomatoqrafçılarının çəkdiyi "Şerlok Holms və Doktor Uotsonun sərgüzəştləri" adlı teleserial Şerlok Holmz haqqında çəkilmiş ən yaxşi ekran əsəri kimi qiymətləndirilir. Bu teleserialda Şerlok Holms obrazını canlandirmış sovet aktyoru Vasili Livanov isə bu obrazın ən yaxşı ifaçılarından biri sayılır və 2006-cı ildə aktyor Böyük Britaniyanın ən yüksək titulu – Britaniya İmperiyası Ordeni ilə təltif olunmuşdur.

Şerlok Holms obrazının məşhurluğu və oxucu kütləsi üzərində təsiri o qədər böyük idi ki, Konan Doylun ölümündən sonra da müxtəlif yazıçılar Holmsu öz əsərlərinin qəhrəmanı şeçməyə davam edirdilər. Şerlok holms obrazından öz əsərlərində istifadə edən son müəlliflərdən biri də Boris Akunin olmuşdur. Onun Qüllənin əsiri hekayəsində Şerlok Holms və Doktor Uotson 1900-cü ilin son günü Fransanın Sen-Malo şəhərində bir dolaşıq işin tədqiqi zamanı Erast Fandorin və köməkçisi Masa ilə həm tərəfdaş, həm də rəqib olurlar.

Başqa dillərdə

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.