Avropa İttifaqı

Avropa Birliyi və ya Avropa İttifaqı[1](ing. European Union) — 28 dövləti birləşdirən dövlətlərüstü və eyni zamanda dövlətlərarası iqtisadi və siyasi təşkilat.

Formal olaraq 1 noyabr 1993-cü ildə Maastrixt sazişi ilə təsis edilmiş bu ittifaqın təməli 18 aprel 1951-ci il tarixli Paris Müqaviləsinə əsasən, Belçika, Almaniya, Fransa, Niderland, Lüksemburqİtaliya tərəfindən Avropa Kömür və Polad Birliyinin (AKPB) yaradılması ilə qoyulub.

Təşkilatın mənzil qərargahı Brüsseldə yerləşir.

AB yeganə beynəlxalq təşkilatdır ki, özündə həm beynəlxalq təşkilat, həm də dövlət əlamətləri daşıyır, əslində isə formal olaraq heç biri deyil. Bəzi məsələlər birliyin ümumi institutları, bəziləri isə üzv dövlətlərin nümayəndələrinin razılaşması ilə qəbul edilir.

Avropa İttifaqı
EU
European Union
Flag of Europe
EU Globe No Borders
Növü Regional
Yaranma tarixi 23 iyul 1952
Rəsmi dili ingiliscə, fransızca, niderlandca, Danimarka dili, Eston dili, Fin dili, almanca, yunanca, macarca, İrland dili, italyanca, Litva dili, polyakca, Portuqal dili, ispanca, İsveç dili, bolqarca, slovencə, Slovak dili, rumınca, Latış dili, Malta dili, Xorvat diliÇex dili
Mərkəzi Brüssel, Lüksemburq, Strazburq
Qurucusu İtaliya, Fransa, Lüksemburq, Belçika, Niderland KrallığıQərbi Almaniya
Sədri Donald Tusk
Üzvləri
europa.eu

Əsas təsis sənədləri

  • 1951-ci il – Avropanın Polad və Kömür birliyinin yaradılması haqqında müqavilə.
  • 1957-ci il – Avropanın Atom Enerjisi birliyinin yaradılması haqqında müqavilə.
  • 1957-ci il – Avropanın İqtisadi Birliyinin yaradılması haqqında Roma müqaviləsi
  • 1965-ci il – Avropa İqtisadi Birliyinin, Avropa Atom Enerjisi Birliyinin, Avropa Polad və Kömür Birliyinin vahid şəkildə birləşməsi üçün Brüssel müqaviləsi
  • 1986-cı il – Vahid daxili bazarın yaradılması və siyasi əməkdaşlıq haqqında vahid Avropa aktı
  • 1990-cı il – Şengen müqaviləsi[Mənbə göstərin]
  • 1992-ci il – Maastrixt sazişi
  • 1997-ci il – Amsterdam müqaviləsi

Tarix

Avropa İttifaqı-2006

Avropa idealı real bir siyasi proyektə çevrilib Avropa Birliyi üzvü olan dövlətlərin hökumət siyasətlərində uzun müddətli bir hədəf halına gəlməmişdən əvvəl sadəcə filosofların və uzaqgörən insanların düşüncələrində yaşayırdı. Avropa Birləşmiş Ştatları və ya Dövlətləri humanist və sülhsevər bir xəyalın parçası idi. Avropa illərcə tez-tez baş verən qanlı müharibələrə şahid olmuşdur. 1870-1945-ci illərdə FransaAlmaniya 3 dəfə müharibə etdilər. Bir çox insan həlak oldu. Bu fəlakətlərdən sonra bəzi Avropa ölkələrinin liderləri sülhün təmin olunmasının yeganə yolunun ölkələrin iqtisadi və siyasi yöndən birləşməsi olduğu fikrinə gəldilər. Avropada milli uzlaşmazlıqları dəf edə biləcək bir təşkilatın qurulması İkinci dünya müharibəsi zamanı totalitar rəhbərliklərə qarşı mübarizə aparan müqavimət hərəkatlarından qaynaqlanmışdır.

Avropada bütünləşmə müddətinə sürət qazandıran biri federasiya tərəfdarı, digəri funksional olan iki hərəkatın müdafiəçiləri İtalyan federalist Altiero Spinelli ilə 1951-ci ildə Avropa Kömür və Polad İttifaqının (AKPİ) qurulmasına yol açan Şuman Planının ilham qaynağı Jan Monnetdir. Hər iki cərəyanın fərqli fikirləri var idi. Nəticə olaraq 1951-ci ildə Avropa Kömür və Polad İttifaqı Belçika, Qərbi Almaniya, Lüksemburq, Fransa, İtaliyaNiderlanddan ibarət 6 üzv ilə quruldu. Bu ölkələrdəki kömür və polad sənayesi ilə əlaqədar alınan qərarlar, müstəqil bir quruma ötürüldü. Sözü gedən qurumun ilk başçısı isə Jan Monnet oldu.

Avropa İttifaqı 1995-ci ildə ilk fəallarının xatirəsinə tikilmiş bir abidə kimidir; iqtisadi, sənaye, siyasət, vətəndaş haqları və xarici siyasət sahələrini əhatə edən çoxsektorlu bütünləşmənin ən üstün formasıdır. Avropa Kömür və Polad İttifaqını quran Paris Müqaviləsi (1951), Avropa İqtisadi Birliyini və Avropa Atom Enerjisi Birliyini quran Roma Müqavilələri (1957), Vahid Avropa Sənədi (1986) və Maastrixt sazişi (1992) üzv dövlətləri hegemon dövlətlər arasındakı ənənəvi müqavilələrdən daha möhkəm bir formada bir-birinə bağlayan AB-nin hüquqi təməllərini meydana gətirir. Avropa Birliyi birbaşa tətbiq edilmə imkanı olan bir qanun təşkil etmə hüququna malikdir və vətəndaşları leyhinə xüsusi haqlar təyin edə bilir.

Birliyin işləri başlanğıcda altı qurucu üzvü (Almaniya, Belçika, Fransa, Niderland, İtaliya və Lüksemburq) arasında bir kömür və polad ortaq bazarının qurulması ilə məhdudlaşırdı. Müharibə sonrasındakı o günlərdə müharibənin qalib və məğlublarını bərabərhüquqlu olaraq əməkdaşlıq edə biləcəkləri bir təşkilati qurğu içində bir yerə toplayan İttifaq təməlində sülhə zəmanət vermənin bir aləti olaraq başa düşülürdü. Altılar 1957-ci ildə Fransız Milli Məclisinin Avropa Müdafiə İttifaqı layihəsini rədd etməsindən üç il sonra mübarizə apararaq mal və xidmətlərin sərbəst hərəkətinə aid bir iqtisadi birlik qurmağa qərar verdilər.

Avropa İqtisadi Birliyi 1957-ci ildə altı Qərbi Avropa dövləti (Almaniya, Fransa, Belçika, Niderland, Lüksemburq və İtaliya) arasında imzalanan "Roma Anlaşması" ilə qurulmuşdur. AİB-nə hüquqən və faktiki olaraq beynəlxalq bir qurum olma gücünü qazandıran Anlaşma 1 yanvar 1958-ci il tarixində qüvvəyə minmişdir. Roma Anlaşması 248 maddə və protokoldan ibarətdir.

AİB-nin ən son hədəfi Avropanın siyasi bütünlüyə nail olmasıdır. Bu hədəfə çatmaq üçün nəzərdə tutulan iqtisadi tarazlığı təmin etmək üçün ilk vasitə olaraq üzv ölkələr arasında malların, xidmətlərin, sərmayənin və əməyin sərbəst hərəkət etdiyi bir ortaq bazar və gömrük birliyi qurulması nəzərdə tutulmuşdur. Roma Anlaşmasının 2-ci maddəsində AİB-in hədəfi "Birliyin vəzifəsi ortaq bazarın qurulması və üzv ölkələrin iqtisadi siyasətlərinin getdikcə yaxınlaşdırılması vasitəsilə Birliyin daxilində iqtisadi fəallıqların qanunauyğun inkişafını, sürətli və taraz bir yayılmanı, artan bir sabitliyi, həyat səviyyəsinin sürətlə yüksəldilməsini və birləşdirdiyi dövlətlər arasında daha möhkəm münasibətlər qurmaqdır" şəklində ümumiləşdirilmişdir.

Məmulatlarda gömrük vergiləri planlaşdırıldığı kimi 1 iyul 1968-ci ildə ləğv edildi; xüsusilə kənd təsərrüfatı və ticarət siyasətləri olmaqla ortaq siyasətlər 60-cı illərin sonunda yerini tutmuşdu. Altıların uğuru Böyük Britaniya, Danimarkaİrlandiyanın Birlik üzvlüyünə müraciət etməsinə səbəb oldu. General Şarl de Qollun idarəsi altında olan Fransanın 1961-ci ildə və 1967-ci ildə iki dəfə veto hüququnu istifadə etdiyi çətin bir dövrdən sonra bu üç ölkə 1972-ci ildə üzvlüyə qəbul edildilər. Üzv dövlət sayını altıdan doqquza yüksəldən ilk genişlənmə ilə birlikdə Birlik sosial və regional mövzularda üzərinə götürdüyü məsuliyyətlərlə yeni bir nüfuz qazandı.

19731979-cu illərdəki iki neft böhranı dünya səviyyəsində pulun qeyri-sabitliyini daha da artırdı. 1979-cu ildə Avropa Pul Sisteminin dövriyyəyə girməsi valyuta məzənnələrinin sabitləşməsinə kömək etdi. Birlik 1981-ci ildə Yunanıstanın, 1986-cı ildə də İspaniyaPortuqaliyanın qatılmaları ilə cənuba doğru genişləndi. Bu genişlənmələr On ikilərin iqtisadi inkişafları arasındakı fərqlilikləri azaltmağa yönələn proqramların həyata keçirilməsini zəruri etdi. Bu dövrdə Birlik Aralıq dənizinin cənubu ilə Afrika, Karib və Sakit Okean ölkələri ilə yeni anlaşmalar imzalayaraq beynəlxalq səviyyədə daha mühüm bir rol oynamağa başladı; Afrika, Karib və Sakit okean ölkələri bir-birinin ardınca dörd Lomé Müqaviləsi (1975, 1979, 1984 ve 1989) ilə Birliklə əlaqə qurdular. Bütün Birlik üzvləri olan ölkələr arasında 15 aprel 1994-cü ildə Mərakeşdə imzalanan bir müqavilə ilə dünya ticarətinin inkişafında yeni bir dövrə addım atıldı.

1 yanvar 1995-ci ildə Avropa Birliyinə üç yeni üzv qəbul edildi. Avstriya, Finlandiyaİsveç özlərinə məxsus yardımları ilə Birliyi zənginləşdirir, Orta və Şimali Avropada yeni açılmaları təmin edirlər. 2004-cü ildə isə on yeni ölkə Avropa Birliyinə üzv oldu. (Kipr, Çex Respublikası, Estoniya, Macarıstan, Latviya, Litva, Malta, Polşa, SlovakiyaSloveniya). 1995-ci il tarixində üzvlük müraciətləri qəbul edilən BolqarıstanRumıniya ilə 2000-ci ildə rəsmi müzakirələr başlandı və 2007-ci ildə birlik üzvü ola biləcəkləri düşünülür. 1987-ci ildə üzvlük müraciəti edən Türkiyə isə 3 oktyabr 2005-ci ildə müraciət sənədinin qəbul edilməsi ilə rəsmən müzakirə müddətinin başlanmasına haqq qazandı. Müzakirələrin ilk hissəsinin tamamlanması tarixinin 2006-cı ilin Sentyabrı olacağı düşünülürdü. 2003-cü ildə namizədlik müraciəti edən Xorvatiya ilə 2005-ci ildə müzakirələrə başlanmışdır. 2004-cü ildə namizədlik müraciəti edən Makedoniya Respublikası isə 2005-ci ilin dekabrında namizəd ölkə statusu qazanmışdır. Son olaraq da Albaniya, Serbiya-Çernoqoriya, Bosniya və HerseqovinaBMT tərəfindən qorunan Kosova namizədlik statusunu gözləyən ölkələrdir.

1948
Brüssel
 
1952
Paris
 
1958
Roma
 
1967
Brüssel
 
1987
SEA
 
1993
Maastrix
(Aİ təsis olundu)
 
1999
Amsterdam
 
2003
Nitsa
 
2009?
Lissabon
 
Avropa Atom Enerjisi Birliyi (EURATOM)
Avropa Kömür və Polad Birliyi (ECSC) Avropa İttifaqı (EU)
Avropa İqtisadi Birliyi (EEC) →SÜTUNLAR→ Avropa Birliyi (EC)
↑Avropa Birlikləri↑ Ədalət və Daxili İşlər (JHA)
Kriminal məsələlərdə Polis və Məhkəmə əməkdaşlığı (PJCC)
Avropada Siyasi Əməkdaşlıq (EPC) Birgə Xarici və Təhlükəsizlik Siyasəti (CFSP)
Qərbi Avropa İttifaqı (WEU)

Avropa Birliyinin genişlənməsi

EC-EU-enlargement animation
Avropa İttifaqının genişlənməsi. 1957-2007

Genişlənmə XXI əsrə hazırlaşan Avropa Birliyi üçün ən vacib fürsətlərdən biri idi. Yeni üzvlərə bir sabitlik və rifah bölgəsi təqdim edərək, qitənin sülh yolları ilə bütünləşməsini daha irəliyə götürmək üçün bənzərsiz tarixi bir vəzifədir. AB indidən uğurlu bir genişlənmə keçmişinə sahibdir. Avropa Kömür və Polad İttifaqının qurulmasına aid Paris Anlaşması (1951) ilə Avropa İqtisadi Birliyinin və EURATOMun qurulmasına aid Roma Anlaşması (1957) altı qurucu üzv tərəfindən imzalanmışdır: Belçika, Fransa, Almaniya, İtaliya, LüksemburqHollandiya. AB bundan sonra dalbadal dörd genişlənmə müddətindən keçmişdir:

Avropa İttifaqı Şurası 1997-ci il Dekabrda Lüksemburq Zirvəsində genişlənməni mümkün hesab edən müddəti başlatmışdır. Bu müddətdə ilk növbədə aşağıda göstərilən on iki ölkə namizəd ölkə statusu almışdır: Bolqarıstan, Cənubi Kipr Rum İdarəsi, Çex Respublikası, Estoniya, Macarıstan, Latviya, Litva, Malta, Polşa, Rumıniya, SlovakiyaSloveniya.

Avropa Komissiyasının tövsiyəsi ilə 31 mart 1998-ci ildə altı ölkə ilə müzakirələrə başlanmışdır: Kipr, Çex Respublikası, Estoniya, Macarıstan, PolşaSloveniya.

Malta 1996-cı ildə "dondurmuş" olduğu üzvlük müraciətini 1998-ci ilin Oktyabrında yenidən başlatmışdır. Avropa İttifaqı Şurası 1999-cu ilin dekabrında Helsinki Zirvəsində üzvlük müddətinin keyfiyyətini əhatəli şəkildə artırmış və Avropa Komissiyasının tövsiyəsinə əməl edərək altı üzv ölkəylə daha rəsmi üzvlük müzakirələrini başlatmağa qərar vermişdir: Bolqarıstan, Latviya, Litva, Malta, Rumıniya və Slovak Respublikası. Bu altı ölkə ilə müzakirələr 15 fevral 2000-ci ildə rəsmən açılmışdır. Avropa İttifaqı Şurası Helsinkidə Türkiyənin digər üzv ölkələrə tətbiq olunan eyni kriteriyalara görə Birliyə qatılma yolunda bir üzv olduğunu da qeyd etmişdir.

1 may 2004-cü il tarixində 10 yeni üzv ölkənin (Çex Respublikası, Macarıstan, Polşa, Slovakiya, Sloveniya, Litva, Latviya, Estoniya, Malta və Kipr) AB-yə rəsmən qatılması ilə AB tarixinin ən əhatəli genişlənməsini tamamlamış oldu. Cəmi 378 milyon əhalisi olan AB-nin əhalisi son genişlənmə ilə birlikdə 454 milyona çatarkən; 10 yeni ölkənin qatılmasıyla AB-nin rəsmi dillərinin sayı da 11-dən 20-yə yüksəldi. Avropa qitəsinin tarixi bölünməsini sona çatdıran bu genişlənmə dalğası AB-nin sosial, mədəni, iqtisadi tarazlıqları ilə birlikdə təşkilati dayağını da böyük ölçüdə dəyişdirdi.

Avropa Birliyinin qurumları

Avropa Birliyi sülhü qorumaq, iqtisadi və sosial irəliləməni təmin etmək məqsədilə toplanmış 28 Üzv Dövlətdən ibarətdir. Birliyin içində ortaq qurumları olan üç İttifaq yer alır. Birincisi 1951-ci il tarixli Paris Anlaşması ilə qurulan Avropa Kömür və Polad Birliyidir. Daha sonra 1957-ci il tarixində Roma Anlaşması ilə Avropa İqtisadi Birliyi və Avropa Atom Enerjisi Birliyi (EURATOM) qurulmuşdur. İttifaqlar bu müddətin sonunda üzv dövlətlər arasındakı bütün daxili sərhədləri ləğv edərək vahid bir bazar qurublar. 1992-ci ildə Maastrichdə imzalanan Avropa Birliyi Anlaşması ilə iqtisadi və pul birliyi formasında irəliləyən və məlum sahələrdə hökumətlərarası əməkdaşlığı əhatə edən bir Avropa Birliyi qurulmuşdur. Avropa Birliyini isə bənzəri olan iqtisadi birliklər və ya əməkdaşlıq elədiyi qurumlardan fərqləndirən ən böyük xüsusiyyət təşkilati bünövrəsidir. Birliyi idarə edən qurumlar bunlardır: Demokratik yollarla seçilən Parlament, Üzv Dövlətləri təmsil edən və nazirlərdən ibarət Şura, Avropa Dövlət və Hökumət Başçıları Zirvəsi, Anlaşmaların qoruyucusu olan Komissiya, Birliyin hüququna uyğunlaşmanı təmin edən Ədalət Divanı və Birliyin Maliyyə idarəsinə nəzarət edən Ali maliyyə məhkəməsi. Bundan başqa iqtisadi, sosial və regional mənfəət qruplarını təmsil edən müxtəlif məsləhət heyətləri vardır. Birliyin taraz inkişafına yardım edən layihələrin maliyyələşdirilməsini asanlaşdırmaq məqsədilə qurulan bir Avropa İnvestisiya Bankı mövcuddur. Bunlardan başqa Avropa Pul İnstitutu, Mərkəzi Avropa Bankı və təftişetmə qurumu və şikayət qəbul edən Ombudsman mövcuddur.

  • Avropa Parlamenti- Üzv dövlətlərin milli parlamentləriylə oxşar haqlara sahib olan Avropa Parlamenti AB xalqlarının demokratik siyasi iradəsini təmsil edir. 1979-cu ildən bu yana vahid dərəcəli ümumi seçimlə 5 illik iş başına gələn Avropa Parlamentinin cavabdehlikləri bunlardır: Komissiya tərəfindən edilən qanun təkliflərini Şuraya da bildirərək (məsləhət üsulu, əməkdaşlıq üsulu, ortaq- qərar üsulu, Parlamentin fikir uyğunluğu) qanuniləşdirir. Bundan başqa hər il Dekabr ayında Avropa Birliyi büdcəsini (1995-ci ildə təxminən 80 milyard ECU) təsdiqləyir.
  • Avropa Zirvəsi – Avropa Zirvəsi AB-yə üzv ölkələrin dövlət və hökumət başçılarıyla Avropa Komissiyası Başçısını qurulmuş olduğu 1974-cü ildən bəri ildə ən azı iki dəfə bir araya gətirir.
  • Avropa İttifaqı Şurası – Avropa İttifaqı Şurası üzv ölkələrin Xarici İşlər Nazirlərindən ibarət olmaqla birlikdə gündəmdəki mövzuya görə ələ alınacaq mövzularla əlaqəli nazirlər səviyyəsində təmsilçilərdən də təşkil oluna bilər. Cəmi 9 fərqli Şura tərkibi vardır: Ümumi İşlər və Xarici əlaqələr, İqtisadi və Maliyyə İşləri (Ecofin), Ədalət və Daxili işlər, Xidmətə alma, Sosial Siyasət, Sağlamlıq və İstehlakçı Haqları, Rəqabətlilik (Daxili Bazar, Sənaye və Araşdırma), Nəqliyyat, Telekommunikasiya və Enerji, Kənd təsərrüfatı və Balıqçılıq, Təhsil, Gənclər və Mədəniyyət.
  • Avropa Komissiyası – Avropa Komissiyası AB siyasətilərinin planlaşdırıcısı və koordinatorudur. Qanun təklifləri hazırlayır, Parlament və Şuraya təqdim edir.
  • Ədalət Divanı və Bidayət Məhkəməsi – Ədalət Divanı 15 hakim və onlara kömək edən doqquz qanun keçikçisindən ibarət olur. Bununla yanaşı 1989-cu ildə 15 hakimdən ibarət olan bir Bidayət Məhkəməsi də qurulmuşdur.
  • Ali Maliyyə Məhkəməsi – Mərkəzi Lüksemburqda yerləşən Ali Maliyyə Məhkəməsi 1975-ci ildə qurulmuşdur, Avropa Birliyi büdcəsinin qayda və məqsədlərə görə istifadə edilməsini təmin edir.
  • İqtisadi və Sosial Komitə və AKPB məsləhət Komitəsi – İqtisadi və Sosial Komitə fərqli təzyiq qruplarının Avropa Birliyində təmsilinə şərait yaradan məsləhət qurumudur. Komitə Avropa İttifaqı Şurasına, Komissiyaya və Parlamentə məsləhətçilik edir və işləri ilə bu qurumların daha demokratik qurum olmasını təmin edir.
  • Bölgələr Komitəsi – Bölgələr Komitəsi Avropa Birliyi anlaşmasıyla qurulmuşdur. Yerli və regional məqamları təmsil edən 317 əsas və 317 ehtiyat üzvü vardır.
  • Avropa İnvestisiya Bankı – Avropa Birliyinin maliyyə qurumu olan Avropa İnvestisiya Bankı 1958-ci ildə Roma Anlaşması ilə Birliyin hədəflərini həyata keçirməsinə kömək edərək investisiyanı maliyyələşdirmək məqsədilə qurulmuşdur.
  • Avropa Mərkəzi Bankı və Avropa Pul İnstitutu – Avropa Mərkəzi Bankı (ECB) Avropa Pul Birliyinin yaranmasından etibarən 1 oktyabr 1998-ci ildə fəaliyyətə başlamış, yeni pul vahidi Euro da 1 yanvar 1999-cu ildə bank işlərində istifadə edilməyə başlamış və 1 yanvar 2002-ci ildə tədavülə çıxarılmışdır.
  • Ombudsman – Ombudsman Avropa Birliyi ölkələrində yaşayan şəxslərin, qurumların və şirkətlərin haqlarını hər hansı bir pis idarəetmə tətbiq olunması qarşısında qorumaqla vəzifələndirilmiş yoxlama qurumu və şikayət müraciəti olunan yer, yəni məqamdır.

Avropa Birliyinin fəaliyyət prinsipləri

Avropa Birliyinin əsas fəaliyyət prinsiplərini tətqiqatçılar aşağıdakı kimi qruplaşdırırlar:

  1. Milli və ümumi maraqlar arasında balans yaradan dövlətlərarası və dövlətüstü qurumların mövcudluğu;
  2. Avropa Birliyi institutu ilə milli dövlətlər arasında dəqiq səlahiyyət bölgüsü;
  3. Qəbul olunan qəraraların müxtəlif təsnifatı (məcburi və tövsiyəvi qərarlar, qərarların icrası vasitəsinin dövlətlər tərəfindən azad seçimi və s.);
  4. Birlik qərarlarının üstünlüyü prinsipi (bu hər sahə üzrə dövlətlərərarası müqavilələrlə təsdiqlənir);
  5. İnteqrasiya proseslərinin ölkələrin ictimaiyyəti tərəfindən dəstəklənməsi.

AB-nin əsas fəaliyyət istiqamətləri bunlardır:

  • Ədalət və Daxili işlər – Azad AB vətəndaşlarının AB sərhədləri daxilində hər hansı bir yerdə səyahət etmə, işləmə, yaşama haqlarına təminat verilmişdir. Bu haqdan tam olaraq istifadə edə bilmək üçün insanların öz həyatlarını yönləndirmələri və iş təhlükəsizliklərini təmin etmələri lazımdır. İnsanlar beynəlxalq qanun pozuntusuna qarşı qorunmalı və Birlik səviyyəsində təməl haqlarına hörmət etməli və ədalətdən eyni bərabərdə faydalanmalıdırlar. Bu vəziyyət Avropa Birliyinin təhlükəsizlik, ədalət və azadlıq sahəsi yaratması üçün lazımdır.
  • Araşdırma və Yenilik – AB dünyanın bütün elmi məlumat qabiliyyətinin hardasa üçdə birini istehsal edir. Araşdırma və yenilik AB xalqlarının gözlədiyi rifah və həyat səviyyəsinin yüksəldilməsi məqsədinə xidmət edir. Ortaq proqramlar AB ölkələrinin işlərini birləşdirir. Əsas vasitə altıncı çərçivə proqramıdır. Bu program üzv ölkələr və digər bəzi ölkələr və Avropa Birliyinin öz Ortaq Araşdırma Mərkəzindəki araşdırmalar üçün fond yaradır.
  • Balıqçılıq – AB balıqçılıq sənayesi cəmiyyətin ən vacib ərzaq və məşğulluq qaynaqlarından biridir. Bu səbəblə balıq ovlanmasının məhdudlaşdırılması lazımdır. AB balıqçılıq sektoruna və istehlakçılara xeyir vermək məqsədi güdən ortaq bir balıqçılıq siyasətinə sahibdir.
  • Məlumat cəmiyyəti – On beş il əvvəl mövcud olmayan mobil telefonlar bugün həyatımızın ən vacib parçalarından biri halına gəlmişdir. İnternet müddətsiz məlumat axışını təmin edir. Yüksək qabiliyyətli digital sistemlər kimi xidmətlər və proqramlar təqdim edilərək əvvəllər ayrı olan yayım və telekommunikasiya dünyası bir yerə toplanır. Məlumat texnologiyasındakı bu inqilab evdə, işdə və məktəb və ya universitetlərdə məlumat cəmiyyətini təşkil edir. AB siyasətləri və fəaliyyətləri bu inkişafı əvvəlcədən dəstəkləyir və yönləndirir.
  • Regional Siyasət – AB dünyanın ən zəngin bölgələrindən biri olmasına baxmayaraq regionlararası gəlir paylaşılması və fürsət qeyri-bərabərliyi mövcuddur. Gəlirləri AB ortalamasından aşağı olan və 2004-cü ilin Mayında üzv olan ölkələr bu fərqliliyi daha da dərinləşdirəcək. Regional siyasətlər vasitəsilə mənbələr varlı regionlardan kasıb regionlara yönləndirilirlər. Beləliklə həm maliyyə həmrəyliyi, həm də güclü iqtisadi inteqrasiya təmin olunmuş olur.
  • Büdcə – Berlinin Charlottenburg səmtindəki kiçik bir çörəkbişirmə zavodu ilə Sloveniyanın Jozef Stefan İnstitutundakı dil müəllimləri və Krakow Texnoloji Universitetindəki araşdırma mühəndisləri ilə Lissabonun qatar stansiyasının ortaq hansı nöqtəsi ola bilər ki? Bunların hamısı AB büdcəsində fond təşkil ediblər. AB-nin illik büdcəsinin böyük bir qismi Avropa cəmiyyətinin xeyrinə istifadə edilir. AB büdcəsi ətraf-mühitin təmizliyi, ərzaq təhlükəsizliyi və xərçəng araşdırmaları kimi sahələrə tətbiq edilir.
  • Ətraf-mühit – Ətraf-mühitin qorunması bugünümüz və gələcək nəsillərin həyat səviyyəsi üçün əsas şərtdir. Ancaq çətin olan bunu iqtisadi inkişaf ilə paralel olaraq uzun müddətdə davam etdirə bilməkdir. AB ətraf-mühit siyasəti yenilik və iş fürsətlərini təşviq edən yüksək ətraf-mühit standartları üzərində qurulmuşdur.
  • Xarici əlaqələr – AB-nin ticari, iqtisadi və maliyyə mövzularındakı uğurları onu bir dünya gücü vəziyyətinə gətirir. AB qlobal formada bir çox ölkə və regionu əhatə edən ikili və çoxtərəfli anlaşmalar silsiləsinə sahibdir. Dünyanın ən böyük ticarət həcminə sahib və dünyanın ikinci ən güclü pul toplusuna sahib olan AB beş qitədəki yardım layihələrinə də ayda bir milyard Euro xəcləyir. Avropa Birliyinin xarici siyasətdə söz sahibi olan bir vəziyyətə gəlməsi Birliyə vacib qlobal öhdəlik qazandırır.
  • Xarici ticarət – AB dünyanın birinci ticari gücüdür və dünya idxalat və ixracat həcminin 20%-ini həyata keçirir. Varlı və kasıb ölkələrin qarşılıqlı maraqları çərçivəsində AB üzv ölkələr arasındakı sərbəst ticarəti 50 ilə yaxın bir müddətdir ki, uğurla öz üzərinə götürmüşdür.
  • Tərbiyə, Təhsil və Gənclər – Başqa ölkələrdə tərbiyə, təhsil və iş mədəniyyətlərarası anlayışa böyük xeyir verir. Hər il yüz mindən çox Avropa Birliyi vətəndaşı fərqli mədəniyyətləri tanımaq imkanı verən və AB vətəndaşı olmağın verdiyi üstünlüklərdən faydalanmağı asanlaşdıran AB mənbəli sərhədxarici proqramdan faydalana bilir. Avropa Birliyi, eyni zamanda, milli tərbiyə və təhsil səviyyəsinin yüksəlməsini təşviq edir, çünki bu sahələr iş və inkişaf üçün çox lazımlıdır.
  • Enerji – Neft qıtlığı və enerji çatışmazlığı az-az meydana gəlir, lakin bu vəziyyət də enerjiyə həyatın hər sahəsində ehiyac duyulduğunun xatırladıcısıdır; nəqliyyat üçün, mənzilləri qış mövsümündə isitmək, yay mövsümündə soyutmaq üçün, fabrikləri, şirkətləri, mülkləri işlətmək üçün enerjiyə ehtiyac vardır. Ancaq bir çox enerji mənbəyi tükənmişdir. Ancaq enerji istifadəsi çirklənmə mənbələrindən biridir. Yeridilə bilən inkişaf neftin daha az və ağıllı istifadəsi zamanı baş verə bilər.
  • İqtisadi və Pul əlaqələri – Davam edə biləcək bir böyümə və Avropa Birliyində yaşam yarada bilmək üçün üzv ölkə hökumətləri iqtisadiyyatlarını sağlam iqtisadi idarəetmə təməllərində qurmalıdırlar. Ortaq pul siyasəti bu müddətin bir parçasıdır.
  • Genişlənmə – 1 May 2004-cü ildə Kipr və Maltanı da əhatə edən səkkiz mərkəz və Şərqi Avropa ölkəsinin Birliyə daxil olması əsrlərdir davam edən ayrılığın sonunu gətirən tarixi bir uğurdur. Yenidən birləşmiş Avropa; dörd yüz əlli milyon vətəndaşına iqtisadi maraqlar təmin edən vahid bazarı ilə daha güclü, daha demokratik və daha müəyyən bir qitə formasında gəlir.
  • Qida Təhlükəsizliyi – Son illərdə sağlamlıq sektorunda partlayış edən qida sekrotuyla bağlı böhranlar istehlakçının qida təhlükəsizliyi üzərindəki inamını sarsıtmışdır. Bu vəziyyətə qarşılıq olaraq AB qlobal bir "tarladan boşqaba" adlı vətəndaşların qida sektorundakı inamlarını yenidən qazanmağı qarşısına məqsəd qoyan bir strategiyanı inkişaf etdirmişdir.
  • İdarəetmələr – Müvəffəqiyyətli və müasir olmasına baxmayaraq, Avropa iş və sənaye dünyası bu şöhrəti əldən verə bilər. Texnoloji inkişaflara uyğunlaşmaq və rəqabəti davam etdirmək qalıcı bir mübarizədir. Bu problemi müvəffəqiyyətli bir formada qarşılaya bilmək davam edə biləcək böyümə və daha çox rifah üçün lazımlıdır. AB-nin müdaxilə siyasəti yenilikləri, müdaxiləni və xidmətlər və istehsalatda rəqabətçiliyi təşviq etməkdə vacib bir rol oynayır.
  • Vizual siyasət – Günümüzdə televiziya məlumat və əyləncənin əsas mənbəyidir. Hər insan gündə təqribən üç saatını kino, idman xəbərləri və digər proqramları izləyərək keçirir. Vizual sektor AB-yə bir milyon iş imkanı yaradır. Bu sektor böyük ticari məqsədlər və mədəni fərqlilik, cəmiyyət xidmətləri və sosial cavabdehlik məsələlərini əhatə edir. Birlik ortaq maraqların olduğu yerlərdə qayda və rəhbərlər yaradarkən, hər bir hökumət öz vizual siyasətini yeridir.
  • Gömrük – Gömrük Birliyi AB-ni təşkil edən ən əsas amillərdən biridir. Bu vəziyyət Birlik daxilindəki gömrük vergilərini ləğv etmiş, onun yerinə idxal mallara aid tək bir vergi sistemi təyin etmişdir. Üzv ölkələr arasında gömrük yoxlamaları ləğv edilmişdir. Gömrük vəzifəliləri artıq sadəcə AB-nin xarici sərhədlərində yerləşirlər. Bunlar sadəcə ticarətin davamını təmin etməklə yetinməyib, eyni zamanda ətraf-mühitin və mədəni mirasın qorunmasını təmin edir.
  • Təhlükəsizlik və xarici siyasət – Avropa Birliyinin beynəlxalq münasibətlərdə tək səs olaraq hərəkət etməsi fikri Avropanın bütünləşmə müddəti qədər köhnədir. Ancaq birlik ortaq təhlükəsizlik və xarici siyasət mövzusunda əldə etdiyi uğuru vahid bazar və ortaq pul toplusu sahəsində göstərə bilməmişdir. Kommunizmin çöküşünü izləyən geopolik dəyişikliklər və Balkanlar və qalan hissədə meydana gələn böhranlar AB üzvlərinin tək bir səslə danışma və hərəkət etmə cəhdlərini artırmışdır.
  • Ümumi sağlamlıq – Ölkələr və qitələr arasında sistemli olaraq səyahət edən insanların olduğu bir dünyada milli sərhəd daxilinə girən xəstəliklərin qarşısı alına bilmir və bu AB vətəndaşlarını hədələyir. Siqaretdən asılılıq, az qidalanma və ya çirklənmədən qaynaqlanan xəstəliklər bütün Avropa Birliyi üzvləri üçün narahatçılıq mövzusudur. Vahid bazarda tibbi və qan məhsullarının təhlükəsizliyi paylaşılan bir cavabdehlikdir. Sağlamlıq sahəsinin üzv ölkələrin ən əsas problemi olduğuna görə AB bu mövzudakı çətinliklərin fəal həllində yönləndirici rol oynaya bilər.
  • Daxili bazar – 10 ildir Avropa vahid bazarını təbii qəbul edirik. Sərhədlərin açılması ilə insanlar, mallar, xidmətlər və sərmayə tək ölkə içərisində hərəkət edərcəsinə Avropa səviyyəsində sərbəstcə hərəkət edirlər. AB vətəndaşları Birliyin daxili sərhədləri içərisində iş və zövq üçün hərəkət edir və ya istəklərinə görə öz ölkələrinin sərhədləri daxilində qalıb bütün AB məhsul növlərindən faydalana bilirlər. 1993-cü ildə yaradılan vahid Bazar AB-nin ən böyük uğuru və ən çətin mübarizəsi olmuşdur.
  • İnsan Haqları – İnsan haqları, demokratiya və hüququn üstünlüyü AB-nin əsas şərtlərindəndir. Qurumun nizamnaməsində yer alan bu dəyərlər, əsas haqlar şərtinin qəbulu ilə möhkəmləndirilmişdir. İnsan haqlarına hörmət sadəcə birliyə qatılmaq istəyən ölkələr üçün deyil, eyni zamanda birliklə ticari və digər anlaşmalara sahib olan ölkələr üçün də bir əsas şərtdir.
  • İnsani Yardım – Hər həftə televiziyalarda və qəzetlərin ilk səhifələrində fəlakət xəbərləri və görüntüləri yayımlanır. AB təbii, ya da insanların səhvindən qaynaqlanan fəlakətlərdə din, dil, irq və siyasi fikir ayrılığı da daxil olmaqla yardıma möhtac olan xalqa mümkün olan ən sürətli formada çatmağı qarşısına məqsəd qoyan bir insanı yardım mərkəzidir.
  • Məşğulluq siyasəti – Avropa məşğulluq və sosial siyasətinin şüarı daha çox və daha yaxşı iş təklifləri ilə fürsət bərabərliyidir. AB dünyanın rəqabət nisbəti ən yüksək və ən dinamik olan iqtisadiyyatına sahib olma iddiasındadır. Sosial siyasət gündəmi iqtisadiyyat, məşğulluq və sosial siyasətlər çərçivəsində ələ alınır.
  • İnkişaf – AB və üzv ölkələrdən gələn sərmayənin təxminən yarısı kasıb ölkələrə yardım etmək üçün istifadə olunur ki, bu da Birliyi dünyanın ən böyük yardım qurumu vəziyyətinə gətirir. Ancaq inkişaf siyasəti yalnızca təmiz su və yol çəkilməsi ilə öz işini bitmiş hesab etmir. Birlik ticarəti də; bazarını kasıb ölkələrə açaraq və onları bir-biriləri ilə daha çox ticarət etməyə təşviq edərək, bir inkişaf vasitəsi olaraq istifadə edir.
  • Mədəniyyət – Dil, ədəbiyyat, plastik sənətlər, vizual sənətlər, əl sənətlərı, memarlıq abidələri, film və radio verlişlərinin yayımı Avropanın mədəni fərqliliyinin bütün sahələridir. Fərqli region və ölkələri təmsil etmələrinə baxmayaraq hər biri Avropanın ortaq mədəni mirasına aiddir. Avropa Birliyinin əsas 2 məqsədi vardır: bu fərqliliyi qorumaq və dəstəkləmək, eyni zamanda digərlərinə də əlçatan hala gətirməyə çalışmaq.
  • Ortaq Kənd təsərrüfatı Siyasəti – Ortaq Kənd təsərrüfatı Siyasətinin məqsədi əkinçilərə aydın həyat standartları yaratmaq və istehlakçılara ədalətli qiymətlə keyfiyyətli ərzaq təqdim etməkdir. Bu ehtiyacların qarşısının alınma forması illər boyunca dəyişilmişdir. Indiki açar sözlər ərzaq təhlükəsizliyi, çöllüklərin qorunması və pul üçün dəyərdir.
  • Rəqabət – Təsirli rəqabət açıq bazar iqtisadiyyatı üçün çox lazımlıdır. Rəqabət qiymətləri aşağı salır, keyfiyyəti qaldırır və islehlakçıya geniş seçim imkanı verir. Rəqabət texnoloji yeniliklərə imkan yaradır. Bunun həyata keçməsi üçün özəl sektor və hökumətlərdə dürüstlük və ədalətlilik çox vacibdir. Avropa Komissiyası özəl sektor və hökumətlərin mal və xidmətlərin ədalətli ticarəti haqqındakı Avropa Birliyi qanunlarına əməl etmələrini təmin etmək üçün çox geniş imkanlara sahibdir.
  • İstehlakçılar – AB içərisindəki hər vətəndaş bir istehlakçıdır və Avropa Birliyi onların sağlamlığını qoruma, təhlükəsizliyini təmin etmə və iqtisadi standartlarını yaxşı səviyyədə tutma məsələlərinə olduqca böyük diqqət yetirir. Avropa Birliyi istehlakçıların məlumat və təlim haqlarını yüksəldir, onların maraqlarının zəmanət altına alınmasına kömək edir və onları özlərinə yardım edəcək istehlakçı dərnəkləri mövzusunda məlumatlandırır və cəsarətləndirir.
  • Nəqliyyat – Sərhədlərin açılması və nəqliyyat sektorundakı qiymətlərin aşağı düşməsi Avropa Birliyi vətəndaşlarına bugünə qədər heç görülməmiş dərəcədə ölkələrarası hərəkətliliyi təmin etmişdir. Bunun sayəsində fərqli ölkələrdə istehsal olunan mallar istehlakçıya birbaşa çatdırılır. AB milli bazarları rəqabətə açaraq və fiziki və texniki sədləri aradan qaldıraraq bu inkişafa yardım etmişdir. Ancaq böyümə nisbəti davamlı deyil.
  • Vergiləndirmə – Birbaşa vergiləndirmə hökumətlərin öz vəzifələridir. AB vergiləndirmə siyasəti əlavə dəyər vergisi və vahid bazara birbaşa təsir göstərən məxaric vergisi kimi dolaylı vergilərin nisbətlərinə yönəlir. Bundan başqa vergi qaydalarının AB səviyyəsində sərmayənin sərbəst hərəkətini təmin edəcək və vergidən yayınmaq üçün yaranacaq fürsətlərə səbəb olacaq sərmayənin hərəkətinin qarşısını alacaq şəkildə olmasını təmin edir. Eyni zamanda AB siyasəti Avropa Birliyi vətəndaşlarının Birlik daxilində hər hansı bir yerdə işləmə haqqını məhdudlaşdıra biləcək vergi qaydalarını hədəf alır.
  • Korrupsiya – Ölkəyə qanunsuz siqaret gətirilməsi, saxta pul çapı və s. bunun kimi hallar Avropalı vergi mükəlləfiyyətlilərinin üzərinə düşür. Avropa Qaçaqmalçılıqla Mübarizə Bürosu AB-nin və vergi mükəlləfiyyətlilərinin maliyyə mənafeləriylə maraqlanan 350-dən çox məmura sahibdir.

İstinadlar

  1. Azərbaycan Milli Ensiklopediyası, 2005, s.770

Xarici keçidlər

Almaniya

Almaniya (alm. Deutschland‎ [ˈdɔʏtʃlant]) və ya rəsmi adı ilə Almaniya Federativ Respublikası (alm. Bundesrepublik Deutschland‎) — Mərkəzi və Qərbi Avropada yerləşən federativ parlament respublikasıdır. Şimaldan Baltik və Şimal dənizləri, cənubdan Alp dağları, Boden gölü və Yuxarı Reynlə əhatə olunmuşdur. Ölkə şimaldan Danimarka, şərqdən Polşa və Çex Respublikası, cənubdan Avstriya və İsveçrə, cənub-qərbdən Fransa, qərbdən Lüksemburq, Belçika və Niderlandla həmsərhəddir.Nüfüzu təxminən 83 milyondur ki,bu da avropanın ən böyük (Rusiyadan sonra) nüfuzudur.Almaniya həm də ABŞ dan sonra dünyada ən çox köç edilən ölkədir.

Almaniya ərazisinə 16 federal torpaq daxildir, ümumi sahəsi 357,386 kvadrat kilometr təşkil edir və mülayim mövsümi iqlimə sahibdir. Almaniya dünyada ABŞ-dən sonra ən çox miqrant qəbul edən ikinci ölkədir 83 milyon nəfərlik əhalisi ilə Avropada Rusiyadan sonra ikinci, Avropa İttifaqına üzv ölkələr arasında isə ilk yerdədir. Almaniya yüksək səviyyədə desentralizasiyalaşmış ölkədir. Paytaxtı və ən böyük metropolisi Berlin olsa da, ölkənin əsas maliyyə mərkəzi və ən məşğul hava limanı Frankfurtdur. Almaniyanın digər böyük şəhərlərinə Hamburq, Münxen, Köln, Ştuttqart, Düsseldorf, Leypsiq, Drezden, Bremen, Hannover və Nürnberq aiddir.

Müasir Almaniyanın şimal hissələri antik dövrlərdən etibarən qədim germanlar tərəfindən məskunlaşılmışdır. Miladi tarixlə 100-cü ildən əvvəl həmin region orada məskunlaşan tayfaların adı ilə Germaniya olaraq adlandırılmışdır. Xalqların böyük köçü ərzində german tayfaları cənub istiqamətində də yayılmışdırlar. 10-cu əsrin başlanğıcından etibarən alman əraziləri Müqəddəs Roma İmperiyasının tərkib hissəsi olmuşdur. 16-cı əsr ərzində Şimali Almaniya regionları protestant reformasiyasının mərkəzi rolunu oynamışdır. Müqəddəs Roma İmperiyasının dağılmasından sonra, 1815-ci ildə Almaniya ittifaqı formalaşmışdır. Almaniyada 1848-1849-cu illər inqilabı Frankfurt Parlamentində mühüm demokratik hüquqların təsis edilməsi ilə nəticələnmişdir.

1871-ci ildə bir çox alman dövlətinin (İsveçrə və Avstriya istisna olmaqla) birləşməsi ilə Prussiya rəhbərliyində Almaniya İmperiyası yaradılmışdır. Birinci dünya müharibəsindən sonra, 1918-1919-cu illərdə baş vermiş inqilab nəticəsində imperiya parlamentli Veymar Respublikası ilə əvəzlənmişdir. 1933-cü ildə nasistlərin hakimiyyəti ələ keçirməsi ilə ölkədə diktatorluq rejimi qurulmasının ardınca, Avstriya anneksiya olundu və İkinci dünya müharibəsi başladı. Avropada İkinci dünya müharibəsinin başa çatması və Almaniyanın müttəfiq qoşunların işğalı altına düşməsindən sonra, Avstriya yenidən müstəqillik əldə etdi və iki yeni alman dövləti yaradıldı: Amerikan, ingilis və fransız işğal zonasında Qərbi Almaniya, Sovet işğal zonasında isə Şərqi Almaniya. 1989-cu il inqilabının ardınca, Mərkəzi və Şərqi Avropada kommunist idarəçiliyinə son qoyulmuş və 3 oktyabr 1990-cı ildə Almaniya yenidən vahid dövlət halında birləşmişdir.Bugün suveren dövlət olan Almaniya kansler tərəfindən rəhbərlik olunan federal, parlamentli respublikadır. Güclü iqtisadiyyata sahib olan Almaniya dünya ölkələri arasında nominal ÜDM göstəricilərinə görə dördüncü, alıcılıq qabiliyyəti pariteti göstəricisinə görə isə beşinci yerdədir. Bəzi sənaye və texnoloji sektorlarda qlobal lider olan Almaniya dünya üzrə malların həm ixracına, həm də idxalına görə üçüncüdür. İnkişaf etmiş ölkə kimi yüksək həyat standartlarına, sosial təhlükəsizlik və universal səhiyyə sisteminə, təbiətin mühafizəsi və pulsuz ali təhsil sisteminə sahibdir.

Almaniya Federativ Respublikası 1957-ci ildə yaradılmış Avropa İqtisadi Birliyi və 1993-cü ildə əsası qoyulmuş Avropa İttifaqı kimi təşkilatların qurucu üzvlərindən biridir. Şengen zonasına daxil olan bu ölkə 1999-cu ildə yaradılmış Avrozonanın həmtəsisçisidir. Bundan başqa, Almaniya BMT, NATO, G7, G20, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı kimi təşkilatların da üzvüdür. Zəngin mədəni tarixi ilə məşhur olan bu ölkə təsirli və uğurlu rəssamların, filosofların, musiqiçilərin, idmançıların, sahibkarların, alimlərin, mühəndislərin və ixtiraçıların ev sahibi olmağa indi də davam edir. Ümumdünya irsi siyahısına daxil olan mədəni abidələri ilə zəngin olan Almaniya dünyanın əsas turizm məkanlarından biri hesab olunur.

Avropa İttifaqı-Türkiyə Gömrük İttifaqı

Avropa İttifaqı-Türkiyə Gömrük İttifaqı — 6 mart 1995-ci il tarixində Ankara müqaviləsi ilə qurulan AT-Türkiyə Əməkdaşlıq Şurasının tətbiq qərarı almasıyla 31 dekabr 1995 tarixində qüvvəyə girən gömrük ittifaqı. Hər iki tərəf arasında ticari məhsullar hər hansı bir gömrük məhdudiyyəti olmadan satıla bilər. Gömrük İttifaqı əsas iqtisadi sahələrdə (kənd təsərrüfatı kimi) ikitərəfli ticarət güzəştlərini, xidmət və ya dövlət satınalmalarını tətbiq etmir. 1996-ci ildə Avropa Kömür və Polad Birliyi üzrə məhsulların satışı üçün Türkiyə və Avropa Birliyi arasında bir sərbəst ticarət bölgəsi qurulmuşdur. Birlik Şurasının 1/98 saylı qərarı kənd təsərrüfatı məhsullarının ticarətini əhatə edir.

Gömrük ittifaqı, bağlı məhsullar üçün ortaq bir xarici tərifə gətirməklə yanaşı Türkiyədə, xüsusilə sənaye standartlara bağlı bir neçə əsas daxili bazar sahələrində Aİ müktesebatının tətbiq olunmasını nəzərdə tutur.

Azərbaycanın xarici siyasəti

Azərbaycanın xarici siyasəti - Azərbaycan dövləti xarici məsələlərdə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır.

Azərbaycan Respublikasında müstəqil siyasət anlayışı SSRİ-nin dağılması, imperiyanın tərkibində olan ölkələrin müstəqillik əldə etməsi ilə eyni vaxta təsadüf edir. Buna qədər digər müttəfiq respublikalarda olduğu kimi Azərbaycan SSR-də də siyasəti Sovet İttifaqı Kommunist Partiyasının rəhbərliyi müəyyən edirdi. Ancaq 1984-cü ildən SSRİ-də başlayan yenidənqurma layihəsinin nəticəsində sərbəstlik Azərbaycana da çatdı. 1991-ci ilin 18 oktyabrında Azərbaycan müstəqil dövlət elan edildi. Bununla da müstəqil ölkənin daxili və xarici siyasətinin əsası qoyuldu.

Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə qısa müddətdə hakimiyyət dəyişiklikləri baş verirdi ki, bu da xarici siyasətə təsirsiz ötüşmürdü. İlk müstəqillik illərində Azərbaycan BMT, ATƏT kimi mötəbər qurumların üzvü idi. Eyni zamanda hakimiyyət beynəlxalq neft şirkətləri ilə Xəzər dənizinin karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılması istiqamətində danışıqlar aparırdı.

Müstəqilliyin ilk illərində Azərbaycanda ilk siyasi təsisatlar, partiyalar, qeyri-hökumət təşkilatları yarandı. Ölkə müstəqillik əldə etdiyi illərdə həm də daxildə Dağlıq Qarabağ problemi yaradıldı.

Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkə SSRİ-dən qalma Azərbaycan SSR Konstitusiyası ilə idarə olunurdu və bu zaman Konstitusiyaya müstəqillik haqqında akt əlavə olunmuşdu. Lakin 1995-ci ilin 12 noyabrında yeni Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi, Azərbaycanda dövlət quruculuğu, qanunların qəbulu, daxili və xarici siyasətin təsniflatlaşdırılması həyata keçirildi.

Azərbaycanın yerləşmiş olduğu region geosiyasi, strateji və iqtisadi baxımdan dünyanın siyasi xəritəsində əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycan həm qonşuluq siyasətində, həm də digər region ölkələri ilə olan münasibətlərində balanslaşdırılmış siyasət yürütməkdədir. Burada bütün dövlətlərlə eyni cür məsafə saxlamaq, ilk olaraq Azərbaycanın milli maraqlarını önə çəkmək əsas olaraq götürülür.

Xarici siyasətdə balanslaşdırma siyasətinin əsas olaraq götürülməsi Azərbaycanın yerləşmiş olduğu regionun həssas olmasından irəli gəlir.

Belçika

Belçika (nid. België, alm. Belgien‎), köhnə mənbələrdə Belcik (fr. Belgique [Beljik], Köhnə Azərbaycanca: بلجيك) — Şimal-qərbi Avropada dövlət. Avropa İttifaqı və NATO-nun üzvüdür. Federativ dövlət quruluşuna sahibdir və üç hissəyə — Niderland dilinin rəsmi dil olduğu Flandriya (Vlaanderen), fransız dilinin rəsmi dil kimi qəbul edildiyi Valloniya (Wallonie) və Brüssel paytaxt bölgələrinə (Région də Bruxelles-Capitale; Brussels Hoofdstedelijk Gewest) bölünür.

Şimalda Niderland, şərqdə Almaniya, cənub-şərqdə Lüksemburq və cənub-qərbdə Fransa ilə həmsərhəddir. Şimal-qərbdə Şimal dənizinə çıxışı var. Sahəsi 30 528 km², əhalisi 10,8 milyon nəfərdir. Ölkə kelt tayfalarından olan bölgələrin etnoniminə görə adlandırılmışdır.

Birləşmiş Krallıq

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Birləşmiş Krallıq (qısa şəkildə Böyük Britaniya və ya Britaniya kimi işlədilir) – Şimal-qərbi Avropa dövləti.

Dövlətin tərkibinə Böyük Britaniya adası, İrlandiya adasının şimal-şərq hissəsi və çoxsaylı kiçik adalar daxildir. Materik Avropaya Fransa vasitəsi ilə La Manş kanalı ilə birləşir.

Böyük Britaniya tərkibində dörd dövlət – İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiya olmaqla konstitusiyalı monarxiyadır. Dövlətin hazırkı monarxı II Elizabetdir. Kraliça dünyanın daha 17 müstəqil dövlətin başçısı sayılır. Bunlar bir vaxtlar yer səthinin 1/4-ni zəbt etmiş Britaniya İmperiyasından qalma ərazilərdir.

Britaniya İmperiyası bir vaxtlar dünyanın yeganə supergücü sayılırdı. Lakin ardıcıl dünya muharibələri və XX əsrin ikinci yarısından imperiayada başlayan tənəzzül prosesi onun süqutuna gətirib çıxardı. Bununla belə Britaniya müasir dünyanın əhəmiyyətli siyasi, mədəni, iqtisadi nüvə-hərbi gücü kimi qalmaqdadır. Britaniya Birləşmiş Millətlər Təşkilatı yanında Təhlükəsizlik Şurasının daimi üzvü, Böyük Səkkizlərin və Avropa Birliyinin, Britaniya Millətlər Birliyinin üzv dövləti və İkinci dünya müharibəsinin keçmiş səkkiz qalib dövlətlərindən biridir.

Bolqarıstan

Bolqarıstan Respublikası (bolq. Република България) — Avropa ölkəsi və Avropa İttifaqı, Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) üzvüdür.

Beş ölkə ilə – şimaldan Rumıniya, qərbdən Serbiya və Makedoniya Respublikası, cənubdan Yunanıstan və Türkiyə ilə həmsərhəddir.

Əfsanəyə görə, Allah dünyadakı torpaqları xalqlar arasında bölüşdürən vaxt bolqarlardan savayı bütün xalqlar "auksionda" iştirak ediblər. Bolqarlar isə bu vaxt torpaqda "eşələnirmişlər", – axşamacan zəmilərdə toxum səpirmişlər. Allah onların bu zəhmətkeşliyini görüb onlara cənnəti – indi Bolqarıstan adlanan ərazini hədiyyə edib.

Bolqarıstanda yerli idarəetmələr, bölgə, şəhər tipli qəsəbə (district) və bələdiyyələrdir. 1991-ci ildə qurulan şəhər tipli qəsəbələr hələ ki, qurulma mərhələsini tamamlamamışdır.

Hal-hazırda Bolqarıstanda 9 bölgə və 255 bələdiyyə vardır.

Cənubi Osetiya

Cənubi Osetiya Respublikası (oset. Республикæ Хуссар Ирыстон, gürc. სამხრეთ ოსეთის რესპუბლიკა, Samxret Oseti) - Cənubi Qafqazda yerləşən BMT, Avropa İttifaqı, ABŞ tərəfindən və eyni zamanda beynəlxalq razılaşmalara əsasən Gürcüstanın ərazisi kimi tanınan mübahisəli bölgə. 2008-ci il 26 avqust tarixində Rusiya Federasiyası, sentyabrın 3-də isə Nikaraqua tərəfindən müstəqil dövlət kimi tanınmışdır. 2009-cu il 10 sentyabr tarixindən Venesuela tərəfindən müstəqil dövlət kimi tanınır. Cənubi Osetiya Rusiya, Nikaraqua və Venesuela istisna olmaqla, bütün başqa dünya dövlətləri tərəfindən Gürcüstanın əyaləti kimi tanınır. Paytaxtı Sxinvali şəhəridir.

Cənubi Osetiya müstəqilliyini 1990-cı ildən elan edib. Gürcüstan höküməti isə osetinlərin müstəqillik istəyinə onların muxtiyyət hüqunu ləğv etməklə və osetinlərin yaşadıqları əraziyə ordu yeritməklə cavab verib. Bu Cənubi Osetiya müharibəsinə səbəb oldu. Müharibə nəticəsində Cənubi Osetiya de-fakto müstəqillik əldə etsə də, onun müstəqilliyi heç bir dövlət tərəfindən tanınmırdı. Gürcüstanın ikinci dəfə Cənubi Osetiyaya təcavüzü yenidən Cənubi Osetiya müharibəsinə səbəb oldu. Rusiyanın da osetinlərin tərəfində çıxış etdiyi müharibə Gürcüstanın tamamilə darmadağın olması ilə nəticələndi. Bu müharibədən sonra bir neçə ölkə Cənubi Osetiyanın müstəqilliyini de-yuro tanıdı.

Donald Tusk

Donald Tusk (pol. Donald Franciszek Tusk) — Avropa İttifaqı Şurasının prezidenti. Polşanın baş naziri (2007-2014)

Maastrixt sazişi

Maastrixt sazişi - Avropa Birliyinın yaranmasını şərtləndirən saziş. 7 fevral, 1992-ci ildə Hollandiyanın Maastrixt şəhərində imzalanmişdır. Saziş 1993-cü ilin 1 noyabr tarixində qüvvəyə minmişdir. Sənəd özündə Avropa ölkələrinin pul və siyası sistemlərinin tənzimlənməsini əks etdirir.

Bu sazişə əsasən Avropa İttifaqı*nın pul-kredit siyasətindən irəli gələn mə`suliyyət və öhdəçiliklər Avropa Mərkəzi Bankı və Avropa Birliyi*nə üzv ölkələrin milli mərkəzi bankaları nəzdində yaradılmış Mərkəzi Bankların Avropa Sistemi*nə həvalə edilir.

Maastrixt sazişi Avropa İttifaqı ölkələrinin vahid valyutaya- avroya keçidini tələb edir və birliyin üç əsas prinsipini müəyyənləşdirir- birliyin iqtisadi-sosial siyasəti, beynəlxalq münasibətlər və təhlükəsizlik, və nəhayət ədliyyə və daxili işlər.

Sazişin ratifikasiyası bir sıra üzv ölkələrdə müqavimətlə rastlaşmışdır. Fransa*da keçirilən referendumda fransızlar*ın yalnız 51.05%-i sənədin qəbulunun leyhinə səs verir. Danimarka isə sənədin ilkin xülasəsinin qəbulundan imtina edir. Böyük Britaniya*da isə saziş minimal səs üstünlüyü ilə təsdiqlənir.

Maastrixt müqaviləsi siyasi, iqtisadi və valyuta ittifaqının mərhə- lələrlə yaradılmasını nəzərdə tuturdu.

Birinci mərhələ (1 iyul 1990 – 31 dekabr 1993) iqtisadi və valyuta ittifaqının, o cümlədən hazırlıq tədbirlərinin həyata keçirilməsini nəzərdə tuturdu. Xüsusilə, ölkələrin iqtisadi inkişaf səviyyələrinin bərabərləşdiril- məsi gedir, inflyasiya tempi aşağı salınır, büdcə kəsirləri azaldılır, valyuta məzənnələri stabilləşdirilir, dövlət maliyyələşməsi sağlamlaşdırılırdı. Bu illərdə valyuta məhdudiyyətlərinə tam son qoyuldu, kapitalın ittifaq daxili və üçüncü ölkələrlə sərbəst hərəkəti başladı. Bu tədbirlər avronun vahid valyuta kimi tətbiqinə hazırlıq idi.

İkinci mərhələ (1 yanvar 1994 – 31 dekabr 1998) avronun tətbiqini yaxınlaşdırmaq üçün Avropa İttifaqı üzvlərindən daha konkret tədbirlər tələb edirdi. Artıq qeyd edildiyi kimi, Avropa Valyuta İnstitutu 1998-ci ildə fəaliyyətə başladı. O, milli hökumətlərdən və milli hökumətlərdəki Avropa orqanlarından asılı deyildi. O, avronun buraxılmasından əvvəl lazımi hazırlığı görməli idi. İşlərin nəticələri: milli Mərkəzi banklar arasında əməkdaşlıq gücləndi; Avropa İttifaqı ölkələri arasında valyuta siyasəti uzlaşdırıldı, Avropa İttifaqı çərçivəsində valyutaların dəyişməsinə etibarlı nəzarət, valyuta tənzimlənməsi və ödəniş sistemi yaxşılaşdı, Avropa Mərkəzi Bankının yaradılmasına zəmin hazırlandı (hüquqi, təşkilati və maddi-texniki). Dövlət müəssisələrinin mərkəzi bankları tərəfindən maliyyələşdirilməsini, dövlət borclarının mərkəzi banklarına ötürülməsini tənzimləyən (qadağan edən), mərkəzi bankların dövlətdən asılılığını aradan qaldıran qaydalar qəbul edildi.

Beləliklə, Avropa Valyuta İnstitutu Avropa Mərkəzi Bankının yara-

dılması üçün əsas oldu. 1998-ci ildən fəaliyyətə başlayan Avropa Mərkəzi Bankının əsas məqsədi qiymətlərin stabilliyini və müvafiq olaraq vahid valyutanı qorumaq idi.

Üçüncü mərhələ - (1999-2002) vahid valyuta olan avroya keçidi nəzərdə tuturdu. 1 yanvar 1999-cu ildən Avropa İttifaqı üzv ölkələrinin milli valyutalarına münasibətdə avronun sabit kursu müəyyən edildi və avro ümumi valyuta elan edildi. 2002-ci ilədək milli valyutalar paralel işləndi. 1 yanvar 2002-ci ildən avro banknotları və sikkələri buraxılmağa başlandı və yerli valyutaları əvəz etdi. 2002-ci ilin iyulunda üzv-dövlət- lərin təsərrüfatlarının vahid valyutaya keçidi başa çatdı.

Avropa mərkəzi banklarının sistemi işə başladı. Ona Avropa Mər- kəzi Bankı və avrozona ölkələrinin mərkəzi bankları daxil idi. Avropa mərkəzi banklarının sisteminin məqsədlərinə daxildir:

• Avropa İttifaqı ölkələrində vahid valyuta siyasətinin yürüdülməsi;

• Avronun digər dünya valyutalarına münasibətdə məzən- nəsinin saxlanması;

• İttifaq ölkələrinin xarici ehtiyatlarından istifadə;

• Avrozonada beynəlxalq ödəniş sisteminin işləkliyini təmin etmək;

• Avro banknotlarının buraxılışını idarə etmək;

• Hər bir mərkəzi bankın emissiya kvotasını müəyyən etmək;

• Ümumavropa maliyyə sisteminin stabilliyini təmin etmək üçün Avropa İttifaqı maliyyə institutlarına nəzarət.

Dördüncü mərhələ - 2003-cü ildən başladı və iqtisadi valyuta itti-

faqının valyuta sisteminin inkişafı üçün yeni istiqamətlər müəyyən edir. Avronun tətbiqi iqtisadi və valyuta ittifaqında olan dövlətlər arasındakı əlaqələri və qarşılıqlı asılılığı artırmalı, onların valyuta və iqtisadiyyat üzrə hərəkətlərini regiondakı əsas tərəfdaşları ilə koordinasiya etməyə sövq etməlidir.

Avronun tətbiqi beynəlxalq maliyyə-kredit münasibətlərinin işti- rakçısı və beynəlxalq təşkilatların üzvü kimi Azərbaycan Respublikasının da beynəlxalq valyuta-maliyyə münasibətlərinə ciddi təsir edir. Bundan əlavə, Azərbaycan Respublikasının ticarət tərəfdaşlarından bəziləri av- rozona üzvləridir. Azərbaycan Respublikası Mərkəzi Bankı 4 yanvar 2000-ci ildən avronun katirovkasına və Bakı Fond Birjasında avro alqı- satqısına başladı. Təsərrüfat subyektləri və əhali avroda hesab aça, he- sablaşmalar və köçürmələr apara, depozitlər saxlaya, konvertasiya edə və digər əməliyyatlar apara bilərdilər. Azərbaycan bank sistemi nizamnamə kapitalını avroda saxlaya bilər, xarici bank əməliyyatlarını avroda və digər valyutalarda apara bilər.

Niderland dili

Niderland dili (nid. de Nederlandse taal, het Nederlands niderland tələffüzü) — niderlandlıların və flamandların dili. Hind-Avropa dil ailəsinin german dilləri qrupuna (Qərbi german dilləri yarımqrupu) daxildir.

Pan European Game Information

Pan European Game Information (PEGİ) - Avropalı video oyun və başqa proqram təminatlarının reytinq sistemi. İnteraktiv proqram təminatının Avropa Federasiyası ilə hazırlanmışdı və 2003-cü ilin aprelində işləməyə başlamışdı. PEGİ sistemi Avropa Komissiyası ilə dəstəklənir, amma Avropa İttifaqı tərəfindən idarə edilmir.

Qərbi Avropa

Qərbi Avropa — Avropanın qərbində tarixi-geosiyasi bölgə.

Türkiyə Silahlı Qüvvələri

Türkiyə Silahlı Qüvvələri (türk. Türk Silahlı Kuvvetleri, TSK) — Türkiyə Respublikasını qorumaq məsuliyyəti daşıyan ordu. Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrindən ibarətdir. Jandarma və Sahil Mühafizə isə sülh dövründə daxili təhlükəsizlik qüvvələrinin tərkib hissəsi hesab olunur və Daxili İşlər Nazirliyinə tabedir. Müharibə şəraitində isə həmin qurumlar da Ordu və hərbi dəniz qüvvələrinin tabeçiliyi altında fəaliyyət göstərir. Türkiyə Prezidenti bütün silahlı qüvvələrin Ali Baş Komandanı hesab olunur.

Silahlı Qüvvələrin hazırkı Baş Qərargah rəisi general Hulusi Akardır. Baş Qərargah rəisi silahlı qüvvələrin komandiridir. Silahlı Qüvvələrə komandanlıq etmək və şəxsi heyətin döyüş hazırlığı, kəşfiyyat, əməliyyatlar, təşkilatlanma, təlim və lojistik xidmətlərlə əlaqədar siyasət və proqramların işlənib hazırlanması Baş Qərargahın məsuliyyətinə daxildir. Bundan əlavə olaraq, Baş Qərargah Türkiyə Silahlı Qüvvələrinin NATO üzvü olan və başqa müttəfiq ölkələrlə hərbi sahədə əlaqələrini koordinasiya edir.

Ordunun müasir tarixi Osmanlı İmperiyasının dağılmasından sonrakı dövrə təsadüf edir. Türkiyə Silahlı Qüvvələri Atatürkçülük ideologiyasının xüsusilə də mühafizəkar aspektlərini özü üçün əsas götürmüşdür. Türkiyə 18 fevral 1952-ci ildə NATO üzvü olduqdan sonra silahlı qüvvələrin hərtərəfli modernizasiyası işlərinə başlamışdır. Bu təşkilata qoşulduqdan sonra Türkiyə Ordusu döyüş əməliyyatlarında müttəfiq qoşunlara dəstək vermək məqsədilə Koreyaya göndərilmiş və müharibənin bəzi hissələrində vacib rol oynamışdır. 1980-ci illərin sonlarına doğru silahlı qüvvələrdə ikinci yenidənqurma işləri başladılmışdır. Türkiyə Silahlı Qüvvələri Avropa Zirvəsinin nəzarəti altında təşkil olunan Avropa İttifaqı Döyüş Qruplarında iştirak etmişdir. TSQ, həmçinin Aİ və NATO-nun təşəbbüsü ilə təşkil olunan Avropa korpusuna da şəxsi heyət göndərmişdir.

Türkiyə Silahlı Qüvvələri 639,551 nəfərlik hərbi, mülki və yarımhərbi şəxsi heyəti ilə NATO-nun tərkibində ABŞ Silahlı Qüvvələrindən sonra ikinci ən böyük hərbi güc hesab olunur. Türkiyə Belçika, Almaniya, İtaliya və Niderlandla birlikdə NATO-nun nüvə paylaşımı proqramına daxil olan beş ölkədən biridir. Bu proqrama uyğun olaraq 90 ədəd B61 nüvə bombası İncirlik aviabazasında saxlanılır. Bu bombalardan 40-ı potensial nüvə münaqişəsi zamanı Türkiyə Hərbi Hava Qüvvələrinin istifadəsi üçün nəzərdə tutulmuşdur, lakin bunlardan istifadə etmək üçün mütləq NATO-nun icazəsi lazımdır.

ÜDM həcminə görə ölkələrin siyahısı (AQP)

Bu məqalədə Ümumi Daxili Məhsulun (il ərzində ölkənin sərhədləri çərçivəsində istehsal olunan son məhsulların və xidmətlərin toplam dəyəri) həcminə görə ölkələrin sıralandığı 3 siyahı yer alıb. Siyahılar Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən tərtib olunublar. Rəqəmlər alıcılıq qabiliyyəti pariteti əsasında hesablanaraq alınmışdır.

1. BVF. Bu siyahı Beynəlxalq Valyuta Fondunun hesablamalı nəticəsində tərtib olunub. Siyahıda BVF-in 187 üzvündən 182-si haqqında məlumat verilir. Bundan əlavə BVF-in üzvü olmayan Çin Respublikası və Honkonq (Çin Xalq Respublikasının tərkibinə daxildir) haqqında da məlumat təqdim edilib. BVF-in üzvü olan dövlətlərdən ABŞ ilə əlaqələndirilən rus. Palau, Marşall adaları və Mikroneziya Federativ Ştatları haqqında, eləcə də San-Marino və faktiki olaraq dağılmış Somali haqqında məlumat yoxdur. Eləcə də ümumən dünya haqqında və Avropa İttifaqı haqqında hesablamalar göstərilib.

2. Dünya Bankı. Siyahı Dünya Bankının hesablamalı nəticəsində tərtib olunub. Bu siyahıda 192 BMT üzvü olan dövlətlərdən 178-ə aid, eləcə də Makao və Honkonqa aid məlumat var. Siyahıda Avropa İttifaqının və dünyanın ÜDM-unun həcmi göstərilib.

3. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi. Bu siyahıda Faktlar kitabıing.. dərc olunan Mərkəzi Kəşfiyyat İdarəsinin hesablamaları yer alıb.

BVF və Mərkəzi Kəşfiyyat İdarəsinin hesablamaları 2011-ci ilə, Dünya Bankının hesablamaları isə 2010-cu ilə aid edilir (məlumatın bir qismi daha öncəki illərə aiddir). ÜDM həcmi beynəlxalq dollarlar ilə ölçülür.

İlham Əliyev

İlham Heydər oğlu Əliyev (d. 24 dekabr 1961(1961-12-24), Bakı) — Azərbaycanın dövlət, siyasi və olimpiya hərəkatı xadimi, Azərbaycan Respublikasının Prezidenti (2003-cü ildən).

Həmçinin, 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti, 2003-cü il avqust-noyabr aylarında Azərbaycan Respublikasının Baş naziri, 2005-ci ildən Yeni Azərbaycan Partiyasının sədridir.

İsveçrə

İsveçrə (alm. Schweiz‎, fr. Suisse, it. Svizzera, romanş Svizra) və ya rəsmi adı ilə İsveçrə Konfederasiyası (alm. Schweizerische Eidgenossenschaft‎, fr. Confédération suisse, it. Confederazione Svizzera, romanş Confederaziun svizra) – Qərbi Avropada yerləşən suveren dövlət. 26 kantondan ibarətdir. Federal hökumətlərin hər biri ölkənin faktiki paytaxtı hesab olunan Bern şəhərində yerləşir. Qərbi, mərkəzi və cənubi Avropada yerləşən bu federal respublika cənubdan İtaliya, qərbdən Fransa, şimaldan Almaniya, şərqdən isə Avstriya və Lixtenşteynlə həmsərhəddir. İsveçrə ümumi ərazisi 41,285 kvadrat kilometr təşkil edən, coğrafi cəhətdən Alp dağları, İsveçrə platosu və Yura dağları arasında yerləşən ölkədir. Alp dağları ölkənin böyük hissəsini əhatə edir. Əhalinin sayı təqribən 8 milyon nəfərə çatır ki, bunun da əksər hissəsi İsveçrə platosunda yaşayır. Ölkənin ən böyük şəhərləri hesab edilən Sürix və Cenevrə də həmin platoda yerləşmişdir.

Qədim İsveçrə Konfederasiyasının əsasının qoyulması orta əsrlər dövrünə təsadüf edir. Avstriya qraflığı və Burqundiya hersoqluğuna qarşı həyata keçirilən ardıcıl hərbi uğurlar nəticəsində həmin konfederasiyanın əsası qoyulmuşdur. 1648-ci ildə imzalanmış Vestfaliya sülhü nəticəsində İsveçrənin Müqəddəs Roma İmperiyasından ayrılaraq müstəqillik əldə etməsi formal olaraq tanınmışdır. İsveçrə Konfederasiyasının uzun bir silahlı tərəfsizlik tarixi vardır. Bu ölkə 1815-ci ildən bu yana heç bir müharibədə iştirak etməmiş və yalnızca 2002-ci ildə BMT-yə üzv olmuşdur. Buna baxmayaraq, İsveçrə hal-hazırda aktiv xarici siyasət yürüdür və tez-tez dünya miqyasında sülh yaratma missiyalarında iştirak edir. Bu ölkə eyni zamanda Qırmızı Xaçın yaradıldığı ölkədir və BMT-nin ikinci böyük mərkəzi olan Cenevrə ofisi də daxil olmaqla bir çox beynəlxalq təşkilata ev sahibliyi edir. Avropa səviyyəsində Avropa Sərbəst Ticarət Birliyinin qurucu üzvlərindəndir və Şengen zonasına daxildir. Buna baxmayaraq, Avropa İttifaqı, Avropa iqtisadi zonası və ya Avrozonanın tərkib hissəsi deyil.

İsveçrə dörd mühüm linqvistik və mədəni regiondan ibarətdir: alman, fransız, italyan və romanş. Əhalinin əksər hissəsi alman dillidir. İsveçrə Konfederasiyasının qurulması tarixi ənənəvi olaraq 1 avqust 1291-ci il olaraq qəbul edilir və hər il bu tarix İsveçrə Milli Günü olaraq qeyd edilir.

İsveçrə dünyanın ən çox inkişaf etmiş ölkələrindən biri hesab olunur. Beynəlxalq Valyuta Fondunun məlumatlarına əsasən İsveçrə adambaşına düşən zənginlik səviyyəsinə görə ilk yerdə, adambaşına düşən ÜDM həcminə görə isə səkkizinci yerdədir.

Nobel Sülh Mükafatı laureatları (2001-2025)
2001-2025

2001: BMT, Kofi Annan2002: Cimmi Karter2003: Şirin Ebadi2004: Vanqari Maatai • 2005: Beynəlxalq Nüvə Enerjisi Agentliyi, Məhəmməd Əl-Baradei2006: Məhəmməd Yunus, Qremin Bank • 2007: İqlim Dəyişikliyi üzrə Beynəlxalq Mütəxəssislər Komissiyası, Albert Qor2008: Marti Axtisaari2009: Barak Obama2010: Lyu Syaobo2011: Elen Conson-Serlif, Leyma Qbove, Təvəkkül Karman • 2012: Avropa İttifaqı • 2013: Kimyəvi silahların qadağan edilməsi təşkilatı • 2014: Kaylaş Satyarti, Məlalə Yusəfzay


Nobel madalyasi.jpg
Digər Laureatlar (1901-1925) • Laureatlar (1926-1950) • Laureatlar (1951-1975) • Laureatlar (1976-2000) • Tam Siyahı
Flag of Europe.svg Avropa Birliyi üzvü və üzvlüyə namizəd dövlətlər
Birlik üzvləri Almaniya  • Avstriya  • Belçika  • Bolqarıstan  • Böyük Britaniya  • Kipr  • Çexiya  • Danimarka  • Estoniya  • Finlandiya  • Fransa  • İrlandiya  • İspaniya  • İsveç  • İtaliya  • Latviya  • Litva  • Lüksemburq  • Macarıstan  • Malta  • Niderland  • Polşa  • Portuqaliya  • Rumıniya  • Slovakiya  • Sloveniya  • Xorvatiya  • YunanıstanEU members and candidates
Üzvlüyə rəsmi namizəd dövlətlər Albaniya  • İslandiya  • Monteneqro  • Serbiya  • Şimali Makedoniya  • Türkiyə
Şərq Tərəfdaşlığı
Avropa İttifaqı • Azərbaycan • Belorusiya • Ermənistan • Gürcüstan • Moldova • Ukrayna

Başqa dillərdə

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.