Arianlıq

Arianlíq — IV—VI yüzilliklərində yaranan və İsanın təbiətinin Ata tərəfindən yaradılmış olduğunu iddia edən xristian təlimlərdən biri. Təlimin yaradıcısı İskəndəriyyə keşişi Arius (q. yun. Ἄρειος, ö. 336) olmuşdur.

Arianlıq öncə Roma imperiyasının Şərq vilayətlərində yayılmışdır. Sonra imperator Konstantindən sonra II Valentin dövrüvə qədər, daha sonra isə Alman kralıqlarında rəsmi dövlət statusunda olmuşdur. Sonda ortodoks kilsələrlə mübarizədə məğlub olmuşdur, tarixdən silinmişdir.

Erkən xristianlıq
Chrisme Constantinople
Yunandilli apologetika:

Yustin • Tatian • Afinoqor • Teofil

Xristian ehkamlarının formalaşması
Rəsmi kilsəyə qarşı duran təriqətlər:

Arianlıq • Donatizm

Latın qərbində Kilsə Ataları

Boesius • Kassiodor • Avqustin Avrelius
İyeronim Stridonlu • İlarius Piktaviyalı

Xristian rahibliyi • İsihazm

Yaranma öncəki olaylar

IV əsrin əvvəllərində, Roma imperiyasında Xristianlığa, əvvəlcə, başqa dinlərlə bərabər hüquqlar verilmişdi, sonra isə bu din imperiyanın rəsmi dininə çevrilmişdir. Xristianlığın dövlət dini səviyyəsinə qaldırılması imperator Konstantinusun adı ilə bağlıdır. O, bu addımı siyasi səbəblərə görə atmışdı. Məsələ bundadır ki, IV əsrin əvvəllərində xristianlar geniş xalq kütlələrinə təsir etmə imkanı olan təşkilatlar yarada bilmişdilər. Xeyriyyə işləri və axirətdə xilas olma ideyaları imperiyanın ən kasıb təbəqələri üçün cəzbedici görsənirdi. Digər tərəfdən isə, hakimiyyətə qarşı səbrli olmaq ideyaları, onları dövlət başçılarına qarşı üsyan etmə ehtimalının qarşısını alırdı. Eyni zamanda, kilsə tərəfindən müəyyən edilmiş dini qanunları və ehkamları qəbul etmək, keşişlərə tabe olmaq, Xristianlığın prinsiplərindən idi. Bu cür din monarxiya üsul-idarəsi üçün çox əlverişli idi.

Bunu başa düşən imperator Konstantin, imperiyada sabitliyə nail olmaq və öz hakimiyyətini möhkəmləndirmək üçün, xristian faktorundan istifadə etməyə başladı. İlk növbədə o, 313-cü ildə, Xristianlığı hüquqi nöqteyinəzərdən, başqa dinlərlə bərabərləşdirən Mediolan fərmanını imzalamışdır.

Ancaq Xristianlığın, müsbət və əlverişli cəhətləri ilə bərabər, nöqsanlı cəhətləri də var idi. Onun daxilində parçalanma hökm sürürdü və vahid, hamı tərəfindən qəbul edilən doktrinası hələ formalaşmamışdı. Xristianlığın parçalanması hətta çox təhlükəli təmayüllərin yaranmasına gətirib çıxarmışdı. O zaman xristian birliyinə ən ağır zərbəni donatçılar vurmuşdurlar. Onlardan başqa montançılar, markionçular, maniçilər, monarxiyanlar və başqa təriqətlər yayılmaqda idi.

Arian təlimi

Elə o zaman Xristianlıqda daha bir böyuk ixtilaf yaranmışdır. İsanın mahiyyətinin nədən ibarət olması haqqında xristoloji mübahisələr rəsmi Kilsəni parçalanma həddinə gətirmişdi. Bu mübahisələr İsanın Tanrı ilə eyni mahiyyətə (homousios) və ya ona bənzər mahiyyətə (homojusios) malik olması sualından yaranmışdır. Bu mübahisə İskəndəriyyədə başlanmışdı.

İsanın Tanrıya bənzər mahiyyətə malik olması ideyası ilə presviter Arius çıxış etmişdir. Onun fikrincə Loqos (İsa) Tanrı tərəfindən yaradılmışdır. Ata ilə Oğulun təbiətləri eyni deyil. Belə olmasaydı onların arasında fərq olmazdı. Ariusun fikrincə, İsa hər şeydən əvvəl yaradılmışdı, lakin əbədi deyil. O, başqa yaradılmışlara nisbətən daha üstündür, çünki Tanrı dünyanı onun vasitəsi ilə yaratmışdı[1]. Ata ilə Oğulun arasında mütləq, Oğul ilə digər yaradılmışlar arasında isə nisbi fərqlər vardır. Əgər Oğul Ataya bərabər adlanırsa buna Atanın özü razılıq vermişdir. Deməli o doğulmuş Oğul deyil, yaradılıb, sonra Ata tərəfindən oğulluğa götürülüb[2]. Bütün yaradılmışlar kimi, İsanın da azad iradəsi, xeyri şərdən ayırma seçimi vardır. Bu iradəni xeyrə yönəltdiyinə görə o günahsız olmuşdur.

Beləliklə, Arius deyirdi ki, İsanın təbiəti Tanrının təbiətindən fərqli olsa da, ona bənzərdir. O, birinci və ən üstün yaradılmışdır, adi insan deyil.

Ariusun bu fikirlərinə qarşı yepiskop Aleksandr və onun ardıcılı olan Afanasios çıxış etmişdirlər. Onların fikrincə, Ata ilə Oğulun təbiətləri birdir. Tanrı insan bədənində dünyaya ona görə gəlmişdir ki, insanı özünə tərəf yönəltsin. Oğulu (İsanı) tanıyan, Atanı da tanıyacaq. Onlar vəhdətdədirlər.[3]

Beləliklə də arianlar xristianların çoxusunun qəbul etdiyi üçlük inancı rədd etmiş oldular[4].

Nikeya kilsə məclisi

320-ci ildə kilsə məclislərinin birində İskəndəriyyə kilsəsinin başçısı vəzifəsində olan yepiskop Aleksandr, Ariusu kilsədən aralamış, onun təlimini rədd edib, "heres" (küfr) adlandırmışdır. Lakin, buna cavab olaraq, Arius və onun tərəfdarları öz fəaliyyətlərini qətiyyətlə davam etdirib, genişləndirmişdirlər. Beləliklə vahid təlimi olmayan kilsədə parçalanma meylləri daha da artmışdır.

Constantine burning Arian books
Konstantin arian kitablarını yandırır. Kilsə hüqiqi kitabından şəkil. Təqr. 825-ci il.

Olayların bu cür gəlişməsi, Xristianlıq faktorundan öz siyasi maraqları üçün istifadə etmək istəyən bütpərəst imperator Konstantinin planları ilə üst-üstə düşmürdü. Kilsənin parçalanmasına son qoymaq istəyən imperator, 325-ci ildə Nikeya şəhərində I Ekumen Kilsə Məclisini çağırmışdı. Orada o, yepiskop Aleksandrın və Atanasiosun fikirlərini dəstəklədi və, nəticədə, arianlıq pisləndi və "heres" adlandırıldı."The Seven Ecumenical Councils" . Christian Classics Ethereal Library.

Beləliklə, Nikeya məclisinin qərarı ilə Atanın Oğulla vəhdət təşkil etməsi ehkamı rəsmi şəkildə qəbul olundu. Bu qərarın arxasında imperator Kontantinusun dayanması, onu rəsmi doktrinaya çevirdi. Məsələ bundadır ki, imperator tərəfindən dəstəklənən qərara qarşı çıxmaq, dövlətə qarşı çıxmaq demək idi. Buna görə Nikeya məclisindən sonra arianlığa və başqa təriqətlərə qarşı təqiblər kompaniyası başlandı.

326-cı ildə İskəndəriyyə yepiskopu Aleksandrın ölümündən sonra bu vəzifəni Afanasios tutmuşdu. O arinanlara qarşı mübarizəni davam etmişdi. Ancaq bir qədər sonra durum dəyişmişdi. Arianlara qarşı aparılan siyasət onların etirazları ilə qarşılaşmışdı. Onların böyük nüfuzu isə Romada siyasi sabitliyi poza bilərdi. Buna görə imperator Konstantin öz seçimini dəyişərək bu dəfə arianları dəstəkləməyə başladı. Bundan sonra təqiblərə arianlar deyil, yepiskop Afanasios və onun tərəfdarları məruz qalmışdılar.

İxtilafın güclənməsi dövrü

335-ci ildə Fələstinin Tir şəhərində arianlar öz kilsə məclislərini yığıb Atanın Oğula bənzər olması formulasını (homosusios) qəbul edib, Afanasios tərəfindən müdafiə edilən, onların eyni mahiyyətli olması fikrini rədd etmişdilər[5]. Nikeyada qəbul edilən qərar artıq öz qüvvəsini itirmiş olmuşdu. İmperator Konstantin də yeni formulanı dəstəkləmişdi. Rəvayətə görə o, ölümündən bir az əvvəl Xristianlığı arian formasında qəbul etmişdi.

Lakin arianların qələbəsi də gözlənilən nəticələr verməmişdir. Məsələ bundadır ki, Atanın Oğulla bir mahiyyətə malik olması ideyasının da çoxlu tərəfdarları var idi. Onlar da öz növbəsində Tir Kilsə Məclisinin qərarlarını rədd etmişdilər. Konstantinuin ölümündən sonra, onların mövqeyi daha da gücləndi. İmperiyanın Şərqində isə hakim ideologiya arianlıq idi.

Lakin arianların qələbəsi də gözlənilən nəticələr verməmişdir. Məsələ bundadır ki, Atanın Oğulla bir mahiyyətə malik olması ideyasının da çoxlu tərəfdarları var idi. Onlar da öz növbəsində Tir Kilsə Məclisinin qərarlarını rədd etmişdilər. Konstantinusun ölümündən sonra, onların mövqeyi daha da gücləndi. İmperiyanın Şərqində isə hakim ideologiya arianlıq idi.

Bu ziddiyyətlərin ortadan qaldırılması üçün, Roma yepiskopu I Yulius (Julius) (337-352) 343-cü ildə Serdik (Müasir Bolqarıstan paytaxtı Sofiya şəhərinin qədim adıdır) şəhərində Kilsə Məclisini yığmışdı. Bu məclisdə Roma imperiyasının qərbindən olan yepiskoplar çoxluq təşkil etdiyinə görə, Nikeya məclisində qəbul edilmiş qərar dəstəkləndi. Serdik məclisinin qərarı ilə, bununla razı qalmayan yepiskoplar öz etirazlarını Roma yepiskopuna çatdıra bilərdilər. Bundan sonra Roma papalarının nüfuzu artdı və onlar başqa kilsələr üzərində rəhbərlik etmək iddiasında oldular.

Arianlığın müvəqqəti qələbəsi

355-ci ildə imperator Konstansius (Constantius) Mediolan (indiki Milan) şəhərində növbəti Kilsə Məclisi yığmışdı. Məclis çox gərgin şəraitdə keçmişdir. Keşişlər bir-biri ilə davaya çıxmışdırlar. İş o yerinə çatmışdır ki, İmperator Konstansius əlinə qılıncı alıb yepiskopları hədələyərək bağırmışdır:

" Mənim buyruqlarım sizin üçün kilsə qanunudur (kanondur)[6] "

Orada Sardika Kilsə Məclisinin qərarları rədd edildi, yepiskop Afanasios və onun tərəfdarlarına qarşı təqiblərə başlanıldı[7]. Beləliklə arianlıq tam qələbə çaldı.

Sonra Roma papası Liberius (352-366) hakimiyyətin təzyiqləri altında bir barışdırıcı fikirlə çıxış etmişdi. O demişdi ki, Atanın Oğul ilə eyni mahiyyətə malik olması, ya da ona bənzər olması, insan əqli tərəfindən dərk edilməyən məsələdir, çünki bu barədə Müqəddəs Kitabda bir şey deyilmir.

Ancaq arianlığın qələbəsi müvəqqəti xarakter daşıyırdı. Onun daxilində birlik yox idi və bu cərəyan təriqətlərə bölünməyə başladı.

Arianlığın yenilməsi və ortalıqdan çıxması

İmperator Feodosiusun (Theodosius) dövründə (379-395) arianlıq məğlub edilib, ortalıqdan çıxarılmışdır. 381-ci ildə imperator Konstantinopolda yeni Kilsə Məclisini çağırıb, mövcud olan bütün xristian dininin əsas etiqad prinsiplərini yenidən nəzərdən keçirmişdi. Son olaraq o, yalnız Atanın Oğulla bir mahiyyətə malik olması formulasını bəyənərək, başqalarını qanundan kənar elan etmişdi. Bu qərar imperatorun əmri idi. Bunu qəbul etməyənlər ağır işgəncə və təqiblərə məruz qalmışdılar. Arius isə yenə də "heretik" elan olunmuşdur[8].

Beləliklə zor gücü ilə sonda vahid kilsənin yaradılması mümkün olmuşdur. O zaman, Roma papası Damasus isə, Hiyeronim (Hieronimus) (342-420) tərəfindən edilmiş Bibliyanın latın dilinə tərcüməsini bəyənərək, Müqəddəs Kitabın başqa variantlarını qanundan kənar vəziyyətində qoymuşdur.

Bütün bu hadisələrə baxmayaraq müxtəlif xristian təriqətləri öz fəaliyyətlərini müxtəlif formalarda, əksər hallarda gizli halda, davam etdirirdilər. Vaxtaşırı onlara qarşı müxtəlif tədbirlər həyata keçirilirdi.

Xristianlığın dövlət dininə çevrilməsi prosesində yeganə maneə imperator Yulian (Julianus) (361-363) olmuşdur. O bütpərəstliyi dirçəltmək istəyirdi və bütün dinlərə bərabər hüquqların verilməsinin tərəfdarı idi. Ancaq Yulian Sasanilərlə savaş zamanı öldürülmüş və onun ölümündən sonra Xristianlığın dövlət dininə çevrilməsi prosesi bitmişdi.

Təsiri

Arianlığın müddəaları zaman-zaman başqa xristian təlimlərində təkrar olunurdu. Xristian tarixinə çox böyük təsir göstərmişdir. Bütün İsanı Tanrı tərəfindən yaradılmış hesab edən təriqətlərin mənşəyi arianlıqdan gəlir. Çağdaş zamanda bu inanc "Yehovanın şahidlərində", Mormonlarda və bəzi başqa təriqətlərdə vardır.

Mənbə

Ədəbiyyat

Həmdə bax

İstinadlar

  1. Heather and Matthews. Goths in the Fourth Century. p. 143.
  2. Williams, Rowan (2002). Arius: heresy and tradition. Wm. B. Eerdmans Publishing Co. p. 98.
  3. Catholic Encyclopedia: Athanasius.
  4. Newton, Sir Issac. "Newton's Arian beliefs"
  5. Socrates of Constantinople, Church History, book 1, chapter 33. Anthony F. Beavers, Chronology of the Arian Controversy.
  6. Карташев А.В. Вселенские соборы. М., 1994. С. 76.
  7. Sacred Texts, Early Church Fathers – Chapter XX Of the Council at Sardica
  8. First Council of Constantinople, Canon 1" . ccel.org.

Xarici keçidlər

Afinoqor

Afínalı Afinaqór (yun. Αθηναγόρας ο Αθηναίος təq. 133, Afina — təq. 190, Afina) — Xristian apologeti və ilahiyyatçısı, Müqəddəs kilsə atası. Ortodoks (Pravoslav) kilsəsi onun xatirəsini hər ilin 24 iyul (6 avqust) tarixində yad edir"".

Arnobius

Arnóbius (260-327) - latındilli apologetikasının görkəmli nümayəndəsi. Laktansiusun müəllimi idi. Əsili Şimali Afrikadan idi. Əvvəllər Xristianlığa qarşı olmuş, ancaq sonra bu dini qəbul edib onun müdafiəçisi olmuşdur. «Adversus gentes» (Bütpərəstlərə qarşı kitab) adlı kitabın yazarıdır. Onu "Adversus Nationes" da adlandırırlar.

Arnobius təqib olunan Xristianlığın sonuncu apologeti olmuşdur. Ondan sonra Xristianlıq Romanın dövlət dininə çevrilmişdir.

Boesius

Ánisius Mánlius Severĭnus Boésius (latınca - Anicius Manlius Severinus Boethius); d. 480 – ö. 524) — neoplatonçu filosof, Roma dövlət xadimi, xristian ilahiyyatçısı və müqəddəsi.

Ekumenik Kilsə Məclisləri

Ekumeník Kilsə Məclisləri - rasmi Xristian kilsəsi tərəfindən və onun adından adından çağrılan keşişlərin toplantılarıdır. Bu məclislərdə dini əqidə ilə bağlı yaranan problemlər həll olunurdu. Ekumenik kilsə məclislərindən yalnız ilk yeddisi həm Ortodoks (Pravoslav), həm də Katolik kilsələri tərəfindən qəbul olunmaqdadır.

Erkən xristianlıq

Erkən Xristianlıq — Xristianlığın yaranmasından (I yüzilliyin 30-cu illərindən) Nikea Ekumen məclisinə qədər (325 il) sürən dövr.

Klement

İsgəndəriyyəlí Klemént - (yun. Κλήμης ὁ Ἀλεξανδρεύς, lat. Clemens Alexandrinus, Titus Flavius Clemens; təq. 150, Afina – təq. 215, İsgəndəriyyə, Egypt[d]) — xristian apologeti, nəzəriyyəçisi, İsgəndəriyyə ilahiyyat məktəbinin rəhbəri.

Monofelitlik

Monofelitlík - İsanın iki təbiətə və bir iradəyə malik olmasını iddia edən Xristian təriğətlərindən və cərəyanlardan biri. Xristoloji mübahisələrin getdiyi zaman yaranmışdır.

Monofizitizm

Monofizitízm (q. yun. μόνος — "yalnız bir, vahid" + φύσις — "təbiət, mahiyyət") — İsanın yalnız bir Tanrı təbiətinin olduğunu və onda insan təbiətinin olmadığını iddia edən xristian təriqətidir. Bu təlim xristianların çoxu tərəfindən rədd edilir.

Nestorianlıq

Nestorianlıq (Nəsturilik) - Tanrı təbiətinin İsaya onun doğulmasından sonra daxil olduğunu iddia edən və buna görə əsas kilsələr tərəfindən heretik sayılan xristian təriqəti və cərəyanı.

Origen

Origе́n — (yun. Ὠριγένης, lat. Origenes Adamantius; təqribən 185, İsgəndəriyyə — təqribən 254, Tir) — yunandilli xristian ilahiyyatçısı, filosof, alim.

Qriqor Nazianzen

Qriqór Nazianzén (yun. Γρηγόριος Ναζιανζηνός; d. 329, ö. 389) - xristian ilahiyyatçısı, kilsə müqəddəsi, Konstantinopol arxiyepiskopu, Kappadokiya kilsə atalarından biri.

Teofil

Antióxiyalı Teofíl (yun. Θεόφιλος Αντιοχείας; d. ? - ö. 180(180-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00) və ya 181(181-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)) — II yüzillikdə yaşayan xristian apologeti, Antioxiyanın episkopu (169-cu ildən), xristian kilsəsinin müqəddəsi. Qnostiklər, markionçular kimi çeşidli xristian hereslərinə (küfrlərinə) qarşı mübarizə aparmışdır. Suriyalı idi.

Xristian mistisizmi

Xristian mistisizmi — xristianlığın içində mistik cərəyandır.

Xristologiya

Xristologiya (yunan. Χριστός, xristos, "Məsih", + yunan. λογος, logos, "elm") yaxud Bibliya xristologiyası – xristian teologiyasının bir sahəsi, Nazaretli İsanın şəxsiyyəti, təbiəti və işləri haqqında Bibliya əsasında qurulan təlim.

Xristianların Müqəddəs Yazılarında İsanın şəxsiyyəti dünyanın Xilaskarı olaraq təqdim olunduğuna görə, Bibliya xristologiyası soteriologiya (xilas haqqında təlim) ilə sıx əlaqəlidir.

Bibliya xristologiyası “Əhdi-Ətiq xristologiyası” və “Əhdi-Cədid xristologiyası” olmaq üzrə iki böyük bölməyə ayrılır. İsadan əvvəlki Müqəddəs Yazılarda (Əhdi-Ətiqdə) dünyaya gələcək olan Xilaskar-Messiyadan (Məsihdən) bəhs edən parçaları tədqiq edən Əhdi-Ətiq xristologiyası həmçinin messianizm adlanır. Əhdi-Cədid xristologiyası artıq İsanın şəxsində dünyaya gəlmiş olan Məsihi tədqiq edir.

Xristoloji mübahisələr

Xristoloji mübahisələr — Xristianlıqda İsanın mahiyyəti haqqında gedən mübahisələrdir.

IV əsrin sonunda, arianlıq tamamilə məğlub ediləndən sonra, İsanın Ata ilə mahiyyətcə bir olması və Tanrının üçlü (trinitar) təbiətə malik olması ideyaları Xristianlığın rəsmi dini doktrinasına çevrildi. Lakin bu qalibiyyət rəsmi Kilsəni yeni problemlərlə üzləşdirdi. Məsələ bundadır ki, əgər İsa Tanrı ilə eyni mahiyyətə malikdirsə, digər tərəfdən isə, bu dünyaya bir insan kimi gəlmişdirsə, onda deməli İsa hər iki təbiətə malikdir. Ancaq dünyaya gələn İsada İlahi təbiətin insan təbiəti ilə hansı şəkildə, hansı münasibətdə birləşməsi sualı yaranmışdır.

Bu suallara cavab axtaran kilsə xadimləri uzun müddət sürən bir-birilə mübahisələr aparmışdırlar. Bu mübahisələr xristioloji (yəni, İsa Məsihin mahiyyətinə aid olan) mübahisələr adlandırılmışdır.

İsanın təbiəti haqqında IV əsrin sonunda müxtəlif fikirlər mövcud idi. Bəziləri onu insan, digərləri isə, Tanrı kimi qəbul edirdilər. Tertullianus «De Carne Christi» əsərində, onu insan bədəninə girmiş Loqos kimi təsəvvür edirdi. Origenus hesab edirdi ki, İsada in-san ruhu vardır. İsanın təbiəti haqqında daha da çox Laodikiyalı Apolinarios düşünmüşdür. Onun fikirləri monarxianlara və arianlara daha da yaxın idi. O hesab edirdi ki, İsada iki təbiət eyni zamanda ola bilməz. Onda olan insani mahiyyət tam və kamil deyildir. İsada insan ruhu deyil, onun əvəzində Loqos vardır. Yəni insan bədəni İlahi Loqosla idarə edilirdi. Lakin bu fikir Kilsə tərəfindən dəstəklənməmişdir. Kappodokiyalı atalar İsada insan ruhunun olduğunu iddia etmişdirlər. Bununla belə, onlar İlahi və insani təbiətin İsada necə yerləşməsi məsələsinə aydınlıq gətirə bilməmişdirlər. Nissalı Qreqorios hətta İsanın insan təbiətinin sonradan ilahi təbiətə çevrilməsi fikrinə çox yaxınlaşmışdır.

Qeyd etmək lazımdır ki, Xristianlıqda xristoloji məsələ, tam olaraq, həll olunmamışdur.

Xristoloji mübahisələrin nəticəsində Xristianlıqda bir neçə təriqət yaranmışdır:

Nestorianlıq

Monofizitizm

Monofelitlik

İkonomaxiya

İkonomaxiya

İkonomáxiya (yun. εἰκονομαχία; εἰκόνα — təsvir, rəsm (икона) + κλάω — sındırıram, dağıdıram) — VIII — IX-cu yüzilliyin əvvəllərində ikonalara (yun. “eikon”) sitayiş edilməsinə qarşı yönəlmiş dini-siyasi hərəkat. Xristianlıqda aparılan xristoloji mübahisələrin nəticəsində yaranan dini siyasi hərəkatdır.

İohann Xrisostom

İoánn Xrisostóm və ya Zlatoúst (yun. Ἰωάννης ὁ Χρυσόστομος; təqr. 347 — 407) — Konstantinopol arxiyepiskopu, ilahiyyatçısı, kilsə müqəddəsi. Ortodoks kilsəsində onun xatirəsini yulian təqvimi ilə hər ilin 13 noyabrında qeyd edirlər.

İsgəndəriyyə ilahiyyat məktəbi

İsgəndəriyyə ilahiyyat məktəbi — II yüzillikdə formalaşan Xristian ehkamlarını və fəlsəfəsini sistemləşdirən, onları vahid təlim şəkilində ortalığa çıxardan, antik fəlsəfi irsi ilə Xristianğı uyğunlaşdıran məktəb idi.

Xristianlığın formalaşmasında apologetlər (əqli və məntiqi üsullarla xristian ehkamlarını tənqidçilər qarşısında müdafiə edən ilahiyyatçılardır) çox əhəmiyyətli fəaliyyət göstərmişdirlər. Ancaq o dövrdə Xristianlıq hələ sistemləşmiş bir təlim halına gəlməmişdi. Antik fəlsəfi təlimlərlə mübarizə aparmaq üçün isə fundamental, sistemləşmiş və hərtərəfli bir nəzəriyyə yaratmaq lazım idi. Ona görə də, bir neçə Xristian düşünürü bu çətin işlə məşğul olmuşdur. Bu işdə ən böyük nailiyyətləri İsgəndəriyyədə II yüzillikdə təsis edilən ilahiyyat məktəbinin nümayəndələri əldə etmişdirlər.

Bu məktəb Xristianlığın əsasları ilə tanış olmaq və onu qəbul etmək istəyənlər üçün açılmışdır. Eyni zamanda bu məktəb qarşısına ən savadlı təbəqələrin nümayəndələrində xristian təliminə marağını oyatmaq məqsədini güdürdü. Ancaq bunun üçün təkcə dini ehkamların tədrisi kifayət etməzdi. Ona görə də burada fəlsəfi fənlərə də böyük önəm verilirdi. Dini ehkamlarla antik mədəni və fəlsəfi irsin bir-birinə yaxınlaşması, uyğunlaşması siyasəti aparılırdı. Burada çalışan alimlər bu yaxınlaşmaya nail olmayaraq Xristianlığın yayılmasının mümkün olmamasını anlayırdılar və bu istiqamətdə məqsədyönlü iş aparırdılar.

179-cu ildən başlayaraq İsgəndəriyyə məktəbinə Panten başçılıq etməyə başlamışdı. O keçmişdə stoik olmuşdu. O fəlsəfəyə daha da çox önəm verirdi. Ancaq onun əsərləri bizim zəmanəmizə çatmamışdı. Bu məktəbin nümayəndələri İsgəndəriyyəli Klement, Origen, İsgəndəriyyəli Herakl, İsgəndəriyyəli Dionisius, Afinaqor kimi tanınmış Xristian ilahiyyatçıları olmuşdurlar.

İsgəndəriyyəli Klement və Origen haqıında ayrıca məqalələrə baxın.

İskəndəriyyəli Afanasi

İskəndəriyyəli Afanasi və ya Böyük Afanasi — Kilsə atalarından biri, erkən dövr xristian din xadimi, İsgəndəriyyə yepiskopu.

Başqa dillərdə

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.