29 may

29 may — İlin 149-cu günü (uzun illərdə 150-ci). İlin sonuna 216 gün qalır.

Əhəmiyyətli hadisələr

Dünyada olan hadisələr

Azərbaycanda olan hadisələr

Doğumlar

Ölümlər

Bayramlar və xüsusi günlər

  • Dünya Dağınıq Skleroz Xəstəliyi Günü
Birinci Qazaxlar

Birinci Qazaxlar (əvvəlki adı:Qazaxlar (?-2015)) — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd.

Con Xarsani

Con Xarsani (mac. Harsányi János Károly) (29 may 1920 - 9 avqust 2000) — Macarıstanda anadan olmuş, sonradan ABŞ-a köçmüş iqtisadçı. 1994-cü ildə Con Neş və Reynhard Zeltenlə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.

Con Xarsani daha çox oyunlar nəzəriyyəsi ilə bağlı tədqiqatları ilə tanınır, xüsusilə təkmilləşdirdiyi əskik bilgili oyunların analizi üçün nəzərdə tutulan Bayesiyan oyunları olaraq adlandırılan xeyli yenilikçi metodla tanınır. Eyni zamanda siyasi və əxlaqi fəlsəfədə (xüsusilə Praqmatizm etikası) iqtisadi məntiq və oyunlar nəzəriyyəsinin istifadəsindəki önəmli xidmətləri ilə tanınır.Altshaymer Xəstəliyi xəstəliyi diaqnozu qoyulan Con Xarsani 2000-ci ildə Kaliforniya ştatının Berkli şəhərində ürək tutmasından vəfat etdi.

Elşad Qurbanov

Qurbanov Elşad Məcnun oğlu – Azərbaycan alimi, biologiya elmləri doktoru, akademik, AMEA-nın müxbir üzvü (30.06.2014).

Memar Sinan

Memar Sinan və ya Böyük Memar Sinan Ağa (Sinaneddin Yusuf – Abdulmennan oğlu Sinan) (Osmanlı Türkcəsi: قوجه معمار سنان آغا) (d. 29 may 1489, Ağırnas Kayseri – ö. 9 aprel 1588, İstanbul), Osmanlı memarıdır.

Məhəmməd Əmin Rəsulzadə

Məhəmməd Əmin Rəsulzadə (tam adı: Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə; 31 yanvar 1884(1884-01-31), Novxanı, Bakı quberniyası – 6 mart 1955(1955-03-06), Ankara) — Azərbaycanlı dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri. Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən olub, Azərbaycan milli istiqlal hərəkatına başçılıq etmişdir. Onun "Bir kərə yüksələn bayraq, bir daha enməz!" ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olmuşdur.

Osmanlı sultanlarının siyahısı

Osmanlı Sultanları — 1299-1922-ci illər arasında Osmanlı İmperiyasını idarə etmiş Sultanlara verilən ümumi ad. Sultanlar tərəfindən idarə olunan Osmanlı İmperiyası şimaldan Macarıstan, cənubdan Somali, qərbdən Əlcəzair və şərqdən İraq ilə əhatələnmişdir. Sultanlar imperiyanı paytaxtdan idarə edirdilər. Osmanlı İmperiyasının ilk paytaxtı 1329-cu ildə fəth olunan Bursa şəhəri olmuşdur. Paytaxt 1366-cı ildə Ədirnə şəhərinə, 1453-cü ildə isə Konstantinopolun fəth olunmasından sonra İstanbul şəhərinə köçürülmüşdür.

Sarıbaba (Laçın)

Sarıbaba (əvvəlki adı:Ağbulaq (?–2015)) — Azərbaycan Respublikasının Laçın rayonunun inzibati ərazi vahidində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.

Türkiyə bayrağı

Türkiyə bayrağı — Türkiyə Respublikasının dövlət bayrağı.

Qırmızı zəmin üzərində ağ aypara və ulduzdan ibarət bayraq ilk dəfə Osmanlı İmperiyası tərəfindən 1844-cü ildə qəbul olunmuşdur. Bayraq 29 may 1936-cı ildə 2994 nömrəli Türk Bayrağı Qanunu ilə rəsmiləşdirilmiş və Türkiyənin dövlət bayrağı olaraq qəbul edilmişdir. 22 sentyabr 1983-cü ildə 2893 nömrəli Türk Bayrağı Qanunu ilə bayrağın ölçüləri müəyyənləşdirilmiş və bayraq indiki təkmil halını almışdır.

Bəzilərinə görə, Türk bayrağında istifadə olunan hilal şeklindeki ay İslam dinini təmsil edir və bəzilərinin cənnətin Allahına olan inancının köhnə Türk inancı olduğuna inanırlar. Bəzi Türk bayrağında istifadə edilən ulduzun müstəqilliyini simvoluna görə. Amma bütün bu mənaları, Türk bayrağı, bu torpaqda yaşayan müxtəlif inanclardan və mənşəlilərdən milyonlarla insanı əhatə edir və hər kəsini eyni damda birləşdirir.

Viskonsin

Viskonsin (ing. Wisconsin) - Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Medison, ən böyük şəhəri isə Miluoki şəhəridir. Vikonsin əhalisinin sayı altı milyon nəfərdir.Sahəsi 145.4 min kvadrat kilometrdir.Yerli hinduların dilində "sahilində quş yuva salan" mənasındadır.Bu sözün "otlaq" "çəmənlik" "düzənlik" mənasında olması fikirləri də irəli sürülür.

Yuxarı Qiyaməddinli

Yuxarı Qiyaməddinli — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd.

29 may 2015-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Yuxarı Qiyaməddinli kənd inzibati ərazi dairəsi tərkibindəki Qiyaməddinli kəndi Yuxarı Qiyaməddinli kəndi adlandırılmışdır.

Çaykənd (Gədəbəy)

Çaykənd — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd.

Azərbaycan Respublikasının Prezidentinin Bakı şəhəri, 29 may 2015-ci il № 1300-IVQ sərəncamı əsasında Əmiraslanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Qasımağalı kəndinın adı dəyişdirilərək Çaykənd kəndi adlandırılmışdır

Çayoba

Çayoba (əvvəlki adı:Telman (?-2015)) — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd.

Əbdülməcid (xəlifə)

Əbdülməcid Əfəndi (d. 29 may 1868 - ö. 23 avqust 1944) — 29-cu Osmanlı xəlifəsi.

Aylar

Başqa dillərdə

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.