Ərdəbil

Ərdəbilazərbaycanda şəhər. Ərdəbil ostanının mərkəzidir.

Ərdəbilin 5000 ilə yaxın tarixi vardır. Bu, şumer abidələrində qeyd edilib.[1]

2011-cı il əhalinin siyahıya alınmasının nəticələrinə görə Ərdəbil şəhərinin 564,365 nəfər əhalisi var.

Ərdəbil özünün xalı, xalça, ipək və s. məhsulları ilə şöhrət qazanmışdır. Həmçinin, İranın kartof becərilən ən böyük bölgələrindən biridir. Məşhur Şeyx Səfiəddin və Şah İsmayıl məqbərələri bu şəhərdə yerləşir. Ərdəbilin digər tarixi abidələrinə gəldikdə, Cümə məscidini və şəhərin Kəhralan adlanan hissəsindəki Şeyx Cəbrayıl məzarlığını qeyd etmək olar.

Şəhərin cənub-qərb hissəsində yerləşən Şorəbil gölü və gölün ətrafındakı əyləncə məkanı Ərdəbilin yüksək turizm potensialının göstəricisidir. Bundan əlavə şəhər kənarında yerləşən Səreyn yaşayış məntəqəsi müalicə əhəmiyyətinə malik isti suyu ilə şöhrət qazanmışdır. İstisu özünə həm ölkə daxilindən, həm də ölkə xaricindən hər il minlərlə turist cəlb edir. Savalan dağı isə yay fəslində yerli və xarici alpinistlərin maraq obyektinə çevrilir. Ərdəbil şəhərinin səfalı yerlərindən biri də "Fındıqlıq" adlanan ormanlarıdır ki, Azərbaycanla sərhəddə, Talış dağlarının ətəklərində yerləşir.[2][3]

Səfəvilər dövlətinin qurulduğu tarix İranın Mədəniyyət şurası tərəfindən Ərdəbil Milli Günü adlandırılıb.[4]

Disambig.svg Bu məqalə Ərdəbil (şəhər) haqqındadır. Digər mənalar üçün Ərdəbil (dəqiqləşdirmə) səhifəsinə baxın.
Şəhər
Ərdəbil
azərb. Ərdəbil
fars. اردبیل
Sheikh-safi
Şeyx Səfi məqbərəsi

38°15′ şm. e. 48°17′ ş. u.


Ölkə İran İran
Ostan [[Ərdəbil ostanı]]
Rayon [[Ərdəbil şəhristanı]]
Tarixi və coğrafiyası
Sahəsi 18 011 km²
Mərkəzin hündürlüyü 1351 m
Saat qurşağı UTC+03:30
Əhalisi
Əhalisi 605 992 nəfər (2016)
Milli tərkibi azərbaycanlılar (əksəriyyət)
Rəqəmsal identifikatorlar
Telefon kodu +98 451
Poçt indeksi 56131–56491
ardabil.ostan-ar.ir  (fars.)
Ərdəbil xəritədə
Ərdəbil
Ərdəbil

Etimologiyası

Dehxuda "Hüdudülaləm"ə istinad edərək şəhərin adını Ordvil, "Anandrac"ın müəllifinə görə Ərdəbil (bu mənbədə sözün mənası acıqlı fil kimi izah olunur), Yaqut Həməviyə görə Bazane Firuz, Firuzkerd,Firuzabad adlandırılır.

Ərdəbil adı, şübhəsiz, Sasani üsuli-idarəsi tərəfindən verilən Bazan - Feyruz adından daha erkən hesab olunmalıdır. Bir sıra tədqiqatçıların fikrincə, bu sözün birinci "Ərdə" - hissəsi qədim İranın düzlük və kosmik nizam ilahəsi Arta ilə əlaqədardır.

D.Behazinə görə Ərdəbil, yaxud Artabil Avesta dilindədir. Ərdəbil iki "arta" və "vil" sözlərindən ibarət olmaqla müqəddəs anlamını daşıyır. Ona görə "ər" şəxs adlarının əvvəlində – Ərdəvan, Ərdəşir, Ərdəviraf, yaşayış yerlərində isə Ərdəstan, Ərdəkan sözlərində müqəddəslik mənasında işlədilmişdir.

Fars dilində vil ya da bil təklikdə işlədilmir. Bu sözlərə ancaq yer adlarında sonluq kimi Devil, Şorabil, Əndəbil, Ləndovil, Şabil, Mobil formalarında təsadüf edilir. Bir sözlə, müəllif Ərdəbil şəhərinin salınması tarixini Sasanilərin dövründən daha əvvələ aid edir. Ona görə məhz bu şəhər Qafqaza yaxın olduğuna görə, Firuz oranı ordu mərkəzi edib və onun abadlaşdırılmasına səy göstərmişdir.

Tarixi

Ərdəbil Azərbaycanın qədim şəhərlərindən biridir. Bu şəhər dəniz səviyyəsindən 1100 metr hündürlükdə yerləşir. Ərdəbil şəhərinin məhsuldar torpağa malik düzənlikdə yerləşməsinə baxmayaraq onu hündür dağlar əhatə etmişdir. Şəhər Qərbdən Savalan dağı, Şərqədən Bağro dağı, Cənubdan Büzgüş, Şimaldan isə Talış dağları ilə əhatə olunur.

Ərdəbil əlverişli təbii-coğrafi şəraitə malikdir. Dəniz səviyyəsindən 4820 m hündürlüyə malik olan Savalan dağı keçmişdə vulkan olmuşdur.Hazırda bu vulkan sönmüşdür. Bu dağ Ərdəbil şəhərinin iqliminə yaxşı təsir edir. Həmin dağın ətəyində Ərdəbil şəhərindən az aralıda yerləşən Səreyin, Sarı dava və Qotur suyu adlı mineral sular da bu qədim şəhəri şöhrətləndirmişdir.

Şəhər tarixi yaxşı tədqiq edilməmiş, şəhər ərazisində və ətrafında arxeoloji qazıntı işləri aparılmamışdır. Ərdəbil şəhəri və onun ətrafında bir sıra abidələr, o cümlədən bir metr uzunluğunda ağır dəstəkli qılınclar, müxtəlif xəncərlər, baltalar, ox ucluqları, ox qablarının metal hissələri, sırğa və boyunbağılar da tapılmışdır və yüksək sənətkarlıq nümunəsi kimi qiymətləndirilən bu tapıntılar hal-hazırda Tehran şəhərində, İran Bastan Muzeyində "Ərdəbil tapıntıları" bölməsində saxlanılır.

İranın tarixçi və coğrafiyaşünaslarından Fəxrəddin Musəvi Ərdəbili, Cəmşid İbadulla Məliki, Əli Rəzməra, İsmayıl Dibac, Ələkbər Dehxuda, Məsud Keyhan, Daryuş Behazin, Baba Səfəri və başqaları orta əsr mənbələrinə əsaslanıb şəhərin orta əsrlər tarixi haqqında məlumatlar vermişlər. İran Ensiklopediyasının müəllifi Dehxuda Fidovsi və Yaqut Həməviyə istinad edərək yazmışdır: "Sasani sülaləsinin nümayəndəsi Firuz tərəfindən salınmış Ərdəbil şəhəri mühüm iqtisadi rola malik olan ZaqafqaziyaAzərbaycan şəhərləri arasındakı ticarət yolu üzərində bina edilmişdir. Oradan meyvə qurusu, xalça və yun ixrac edilirdi. Əməvilərin dövründə isə Azərbaycanın paytaxtı Marağadan buraya köçürülmüşdür."

Bir çox alimlər buradakı şəhərin əsasının Sasani çahı Firuz tərəfindən qoyulması fikrini qəbul etmirlər. Çünki şəhərin adı hələ Atropatenada Atropatidlər sülaləsinin dövründən yazılı mənbələrdə çəkilir. Bu isə şəhərin əsasının da farslar (Sasanilər) yox, atropatenlilər tərəfindən[5] qoyulduğunu sübur edir.

D.Behazin Şahnaməyə əsaslanıb Ərdəbili "İranın" qədim və mühüm şəhərlərindən biri hesab edir. Ona görə Kəyanilərin hakimiyyəti dövründə Bəhmən qalası (farsca Dej-Bəhmən) Ərdəbilə yaxın ərazidə yerləşmişdir. Keyxosrov bu qalanı fəth etdikdən sonra Azərgüşnasp məbədini orada tikdirmişdir (mənbədə göstərilən fikri yalnışdır, çünki, Azərgüşnasp məbədi Qazaka şəhərində yerləşir). D.Behazin sözünə davam edərək yazır: "Ərdəbil Sasanilərinərəblərin ilk dövründə Azərbaycanın paytaxtı, Abbasilərin dövründə isə iranlıların (müəllif azərbaycan türklərini iranlı (fars) hesab edir) ərəblərə qarşı apardığı mübarizənin mərkəzi olmuşdur.

D.Behazin də öz növbəsində şəhərin V əsrdə Firuz tərəfindən bina edilməsi və Bazane Firuz adlanması fikrini müdafiə edir. Lakin o, yazır: "Mənim tədqiqatım görə Ərdəbil şəhərinin bina edilməsi Firuzun vaxtından daha qədimdir. Ona görə ki, V Bəhram Firuzdan 34 il əvvəl hunların hücumu zamanı Ərdəbil yolu ilə Amilə, Gurgana və sonra isə Xorasana getmişdir. O, Vis və Ramin əsərinə istinad edərək Ərdəbil şəhərinin bina edilməsini Parfiya dövrünə aid edir (lakin müəllif Manna dövləti zamanında burada şəhərin və şəhər ətrafı yaşayış məntəqələrinin olmasını nəzərə almır).

Antik müəlliflərin əsərlərindən fərqli olaraq orta əsr müəlliflərinin əsərlərində şəhərin tarixi, abidələri, ictimai həyatı və sairə ilə əlaqədar çoxlu dəyərli məlumatlar vardır. Lakin antik mənbələrdə məlumatın qıtlığı heç də o anlama gəlmir ki, bu dövrdə şəhər az inkişaf etmişdir. Çünki, əldə olan azsaylı arxeoloji tapıntılar (əgər şəhər ərazisində arxeoloji tədqiqat işləri aparılmış olsaydı daha zəngin materiallar əldə edlərdi) şəhər ərazisində yaşayışın ən azı Tunc dövründə olduğunu göstərir. Firdovsi əsərində Bəhmən qalasının Keyxosrov tərəfindən atəşgaha çevrilməsindən və bu qalanın Ərdəbildə yerləşməsindən danışır. Həmdullah Qəzviniyə görə Ərdəbil Siyavu.un oğlu Keyxosrov tərəfindən bina edilmişdir. Əfsanəvi hökmdar olan Keyxosrov tərəfindən şəhərin bina edilməsi fikri də özü-özlüyündə şəhərin qədim tarixindən xəbər verir. Firdovsinin Bəhmən qalası və Ruinqala adlandırdığı toponimlər hazırda Ərdəbilin Qərbində, Savalan dağının ətəyində farslaşdırılmış şəkildə Ruyin-dizeq və Dej-Vican formada təsadüf edilir. Bundan başqa şəhər ətrafında bir başa atəşpərəstliklə bağlı ay adlarına, o cümlədən Şəhrivar və Əmərdad toponimik adlarına da rast gəlmək olur. Buna əsasən bir sıra müəlliflər şəhərin əsasnın Zərdüşt dövründə qoyulduğu fikrini irəli sürürlər.

Ərdəbil şəhəri ətrafında faydalı qazıntıların olması, Yaxın və Orta Şərqi Şimal ölkələri ilə birləşdirməsi, strateji və ticarət yollarının bu şəhərdən keçməsi hələ qqədim dövrlərdən onun iqtisadiyyatına böyük təsir göstərmişdir. Bu ticarət yolları haqqında məlumat verən ərəb coğrafiyaşünası İstəxri yazır: "Bərdədən Yunanıstana 7 ağac (bir ağac təqribən 6 km-ə bərabərdir), oradan Beyləqana 7, Beyləqandan Varsana 7, buradan Bəlbaxa 7, Bəlbaxdan Bərzəndə 7, Bərzənddən isə Ərdəbilə 15 ağac məsafə vardır."

Ərdəbil şəhərində olmuş Yaqut Həməvi əsərində bu şəhərin abadlığı, əhalisi, sənətkarlıq və ticarəti haqqında geniş məlumat verir. O, bu şəhəri Bazani Firuz adı altında təsvir edir.

Sasanilər dövründə mərzbanlıq mərkəzlərindən biri də bu şəhər olmuşdur. Şəhərin iqtisadi və ictimai əhəmiyyətindən istifadə edən ərəblər öz ordularını burada saxlayırdılar. Sonralar Yusif ibn Divdad Azərbaycanın paytaxtını Marağadan Ərdəbilə köçürmüşdü. Monqol yürüşləri dövründə şəhər əhali tərəfindən inadla müdafiə olunsa da monqollar şəhəri ələ keçirərək əhaliyə divan tutmuş və şəhəri dağtmışdı.

Bəzi müəlliflər şəhərin adını azəri dili əsasında izah etməyə çalışırlar. Belə ki, İran dilləri qrupuna daxil olan azəri dilində "arta" – müqəddəs, "vil" – şəhər deməkdir. Bu fikrin tərəfdarları iddia edirlər ki, Ərdəbilin müqəddəs şəhər adlandırılması bilavasitə atəşpərəstliklə əlaqədardır.

Bu fikrin nə qədər doğru olmasında asılı olmayara hal-hazrda da şəhərin ətrafında atəşgahların qalıqları qalmaqdadır.

Ərdəbilin əmələ gəlməsi haqqında Azərbaycan xalq yaradıcılığnın nümunəsi olan "Savalan əfsanəsi" də maraqlı məlumat verir. Həmin əfsanədə göstərilir ki, bu ərazidə Ərdə və Bil adlı iki qoçaq türk tayfası yaşayırmış. Bu tayfalar yadelli düşmənlə (güman ki, burada Azərbaycana soxulan İran dillilər nəzərdə tutulur) vuruşa-vuruşa zirvəsi qarla örtülmüş əzəmətli bir dağa gəlib çatmışlar. Onlar xan çobanın dağa döndüyünü görüb dağı Savalan adlandırmışlar. Əfsanədə deyildiyinə görə hər iki tayfa birləşib orada şəhər salır və adını da Ərdəbil qoyurlar.

Abdulla Fazili qeyd edir ki, məlumat müəyyən qədər əfsanəvi xarakter daşısa da şəhərin adının izal baxımından diqqəti cəlb edir.

1220-1221-ci illərdə şəhərdə olmuş Əbuon şəhərin abadlığı və bolluğu haqqında belə yazır: "Səfalı və ürəkaçan yerdə bina edilmiş bu böyük şəhərin bol suyu, meyvə ağacları və çoxlu ərzaq malları var. Xəzər dənizindən Ərdəbilə iki günlük yoldur. Şəhərdən bir günlük məsafədə yerləşən meşələr olduqca əzəmətlidir. Şəhərə düşmən təhlükəsi üz verdikdə əhali qaçaraq bu meşədə özünü qoruya bilir."

Ərdəbil şəhəri ElxanilərTeymurlular dövründə də inkişaf edir. Xüsusilə Səfəvilərin hakimiyyəti zamanı Ərdəbil ictimai-iqtisadi nöqteyi-nəzərdən özünün yüksək səviyyəsinə qalxaraq Yaxın Şərqin ən məşhur şəhərlərindən birinə çevrilir. II Şah Abbasın dövründə Azərbaycandaİranda olan fransız səyyahı Tavene Ərdəbil şəhərinə aid olan ipək ticarətinin əhəmiyyətini dönə-dönə vurğulayır.

1746-cı ildə Muğanın Ultan qalasında (Suqovuşanda) Nadir şahın tacqoyma mərasimi keçirildikdən sonra, o, bu hadisəni Ərdəbildə təntənə ilə qeyd etmişdr. Qacarların hakimiyyəti dövründə isə Azərbaycanın başqa şəhərləri kimi Ərdəbil də yavaş-yavaş öz əhəmiyyətini itirməyə başlayır. Ərdəbildə gözəl memarlıq nümünələri var.

Abidələri

XIX əsrin əvvəllərində Abbas Mirzənin göstərişi ilə fransız generalı Qardan Ərdəbildə müdafiə xarakterli qala tikintisinin layihəsini verir və tikintisinə rəhbərlik edir. Qala xalq tərəfindən Narınqala adlandırılır. Rza şahın dövründə qala sökülərək yerində yeni binalar, o cümlədən poçt-teleqraf binası inşa edilir.

Şəhər daim təcavüzlərə məruz qaldığından şəhərdə ən qədim və qədim dövrün abidələri o qədər də çox deyil. Ruinqala şəhər ətrafında olan ən qədim abidələrdən biridir. Ərdəbil Cümə məscidi də qədim abidələrdən olmaqla, Azərbaycanın ən qədim məscidlərindən biri, Azərbaycan memarlığının qiymətli incisidir. Məscid Səlcuqlular dövründə tikilmişdir. Mütəxəssislərin qeyd etdiyinə görə Ərdəbil Cümə məscidi ərəb işğalından sonra şəhərdə yaradılmış ilk abidədir. Uca minarəsinin uçmasına baxmayaraq məscid öz əzəmətini saxlamışdır. Səfəvilər dövründə yaradılmış memarlıq abidələri isə şəhərə xüsusi əzəmət və gözəllik verir. Burada Azərbaycan incəsənətinin ən qiymətli nümunələrindən olan Şeyx Səfi türbə kompleksi xüsusilə diqqətə layiq əsərdir. Türbədə Şeyx Səfinin məzarı üstündəki sənduqə Seyid Sədrəddin Musa dövründə hazırlanmışdır. Bu türbənin arxasında Seyid Sədrəddinin oğlunun məzarı, onun yanında isə Xacə Əli Siyahpuşun məzarı yerləşir. Şeyx HeydərŞah İsmayıl Xətainin türbələri kompleksi tamamlayır. Həmçinin Həlimə xatun və Fatma xatun türbələri də buradadır. Şeyx Səfi türbə kompleksinə daxil olan Çinixana binası da gözəl memarlıq nümunəsi hesab olunur. Buraya Çinixana adı ona görə verilmişdir ki, binanın divarlarında hər çini qabın özünə məxsus, sənətkarın istedad və zövqünə uyğun olaraq yerlər hazırlanmışdır. Azərbaycan ustaları tərəfindən hazırlanan qablar və onların divardakı yerləri adamı heyrətə salır.

Ərdəbil xalçaçıları tərəfindən toxunmuş Şeyx Səfi xalçası Azərbaycan xalçaçılıq tarixinin ən mükəmməl nümunələrindən olmaqla, İngiltərənin Viktoriya və Albert Muzeyində saxlanılır.

Ərdəbildəki Saleh abidələri, Ərdəbil kilsəsi, Ərdəbil İmamzadəsi, Yəqubiyyə, İbrahimabad, Daşkəsən, Təpə, Almas və Asəf körpüləri də Azərbaycanın maraqlı və qiymətli abidələridir. Bunlar hamısı Memar Əcəminin hünərləridir.

Məşhur şəxsləri

Şair və yazıçıları

Alimləri

  • Əbülfəzl Nəbə`i
  • Cabir Ənasori
  • Ebne Bəzzaz Ərdəbili
  • Elyas Ərdəbili
  • Lahi Ərdəbili
  • Məhəmməd Hüseyn Məhdəvi Ərdəbili
Anbaran-8
Ərdəbilin payız fəsli

Din xadimlari

خیابان دانشگاه محقق اردبیلی در یک صبح زمستانی
Ərdəbilin qiş fəsli

İncəsənət xadimləri

Siyasətçiləri

İdmançıları

Qardaşlaşmış şəhərlər

Şəkillər

Mühəqiq Ərdəbili Universiteti 1

Mühəqiq Ərdəbili Universiteti

Mohaghegh ardabili universitasi

Mühəqqiq Ərdəbili Universitəsi

Ərdəbilin məşhur şəxsiyyətləri

Əli Səlimi

Əli Səlimi (tarzən)

Savalan 11

Mahmud Savalan (idman)

Ramiz Zöhrabov

Ramiz Zöhrabov (bəstəkar)

Ərdəbil xalçaları

Ardabil Carpet
Ardabil Carpet LACMA 53.50.2 (1 of 8)
Ardabil Carpet LACMA 53.50.2 (5 of 8)
Ardabil Carpet LACMA 53.50.2 (6 of 8)

İstinadlar

  1. http://www.mfa.gov.ir/cms/cms/Tehran/en/Tourism/OSTAN/Ardabil.html
  2. http://www.irazturk.com/showthread.php?t=204
  3. http://www.wikimapia.org/435565/tr/Shorabil-Lake
  4. http://fa.wikipedia.org/wiki/%D8%A7%D8%B1%D8%AF%D8%A8%DB%8C%D9%84
  5. A. Fazili – Qədim və erkən orta əsrlər Azərbaycan tarixi İran tarixşünaslığında, Bakı, 1974, səh 268

Xarici keçidlər

Həmçinin bax

Azərbaycan bəylərbəyliyi

Azərbaycan bəylərbəyiliyi – Səfəvilər dövlətinin inzibati-ərazi vahidlərindən biri. Mərkəzi Təbriz, Ərdəbil şəhəri idi.

Biləsuvar

AzərbaycanBiləsuvar rayonu — Azərbaycan Respublikasında rayon.

Biləsuvar (Azərbaycan) — Azərbaycanın Biləsuvar rayonunda şəhər, rayonun inzibati mərkəzi.

Biləsuvar bələdiyyəsi — Azərbaycan Respublikasının Biləsuvar rayonunda bələdiyyə.İranBiləsuvar (İran) — İranın Ərdəbil ostanında şəhər.

Biləsuvar (Puldəşt) —

Biləsuvar şəhristanı — İranın Ərdəbil ostanında şəhristan.

Bədr xan Şahsevən

Bədr xan Allahqulu paşa oğlu Sarıxanbəyli-Şahsevən - Ərdəbil xanı (1747-1757).

Cənubi Azərbaycan

Cənubi Azərbaycan, (آذربایجان جنوبی), İran Azərbaycanı (fars. آذربایجان ایران) və ya sadəcə Azərbaycan (azərb-ərəb: آذربایجان‎, fars. آذربایجان‎) — İranın şimal-qərbində, ölkənin İraq, Türkiyə, Naxçıvan Muxtar Respublikası, Ermənistan və Azərbaycan Respublikası ilə olan sərhədində yerləşən tarixi vilayət. İran Azərbaycanı rəsmi şəkildə dörd inzibati ərazi vahidinə bölünmüşdür – Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil və Zəncan ostanları. Vilayətdə əsasən Azərbaycan türkləri yaşayır. Buna baxmayaraq, vilayətin ərazilərində kürd, erməni, tat, talış, aysor və fars azlıqlar da yaşayır.

Meşkinşəhr

Meşkinşəhr (tarixi adı Xiyov və ya Xiyav) — Güney Azərbaycanın Ərdəbil ostanına daxildir. İranın şimal-qərbində yerləşir. Tehrandan 839 km aralıda, Savalan dağının yaxınlığında yerləşən şəhər. Meşkinşəhr şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 63 655 nəfər və 14 949 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan türkcəsində danışırlar.

Bu şəhər Savalan dağına ən yaxın şəhərdir. İqlimi mülayimdir. Keçmişdə adları "Xio", "Orami", "Vəravi" olmuşdir.

Mir xalçaları

Mir xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları.

Təbriz məktəbinin Ərdəbil qrupuna daxil olan bu xalçaların adı Ərdəbil şəhərindən cənubda yerləşən Mir və Mirşi qəsəbələrinin adları ilə bağlıdır. Xalçanını orta sahəsinin kompozisiyasını buta təşkil edir. Şaquli və üfiqi yerləşən bu butalar quruluş və formasına görə Şirvan tipinə daxil olan "Mərəzə" və "Hilə buta" xalçalarını xatırladır. "Mir" xalçalarındakı ayrı-ayrı buta kompozisiyaları böyük sadəliyi ilə fərqlənir.

Bu tip butaları həmçinin Təbrizdə, Kerman və Hindistanda istehsal olunan tirmə parçalarda görmək olar. Xalçanının orta haşiyəsi və orijinal köbəsi əvvəllər əyri xətli bitki elementlərindən ibarət idisə, lakin toxuculuq texnikasının inkişafı ilə yeni formalar aldılar.

Nəzərəli xan Şahsevən

Nəzərəli xan Bədr xan oğlu Sarıxanbəyli-Şahsevən - Ərdəbil xanı (1757-1792).

Pərsabad

Pərsabad və ya Parsabad (farslaşdırmadan öncəki tarixi adı Qoçkəndi, bəzi qaynaqlarda həmçinin Muğanşəhr kimi də qeyd olunub) — İranın Ərdəbil ostanının bir şəhər, Pərsabad şəhristanının inzibati mərkəzi. Şəhər İran İslam Respublikasının Azərbaycan Respublikası ilə sərhədində yerləşir, Azərbaycanın Biləsuvar, İmişli, Beyləqan və Füzuli rayonlarına yaxın məsafədə yerləşir.

Qaradağ xanlığı

Qaradağ xanlığı – 1747-ci ildə yaranmış və Cənubi Azərbaycanda (indiki İran ərazisində) feodal dövlət olmuşdur. Mərkəzi Əhər şəhəri idi. Qərbdən Xoy xanlığı, Şərqdən Lənkəran xanlığı, cənubdan Təbriz və Ərdəbil xanlıqları ilə həmsərhəd idi.

Səfəvilik

Səfəvi təriqəti və ya Səfəviyyə, XIV-cü əsrdə Güney Azərbaycanın Ərdəbil şəhərində sufi Şeyx Səfi əd-Din tərəfindən əsası qoyulmuş İslami təriqət. Zamanında Güney Azərbaycan, Doğu Anadolu və Güney Qafqaz ərazilərində böyük siyasi təsirə malik olmuş Səfəvi təriqəti, XVI-cı əsrin əvvəlində Şiə məzhəbini rəsmi din kimi qəbul etmiş Səfəvilər dövlətinin əsasında durmuşdur.Ərdəbildə böyümüş Şeyx Səfi əd-Din İshaq, Şiraz gəzintisindən sonra Gilanda yerləşmiş və burada Şeyx Zahid Gilaninin tələbəsi olmuşdur. Daha sonra Zahidin qızı ilə ailə quran Şeyx Səfi əd-Din, Zahidiyyə təriqətinin baş müridi olmuş və 1291-ci ildə Şeyx Zahidin vəfatından sonra təriqətin piri olmuşdur. O zamandan etibarən, təriqət Səfəviyyə adını daşımışdır.

Talışlar

Talışlar — Azərbaycan Republikasının cənub-şərqində, əsasən Lənkəran, Astara , Lerik və qismən Masallı rayonunda, eləcə də İranın şimalında, əsasən Gilan ostanının Astara şəhristanı, Fumən şəhristanı, Şəft şəhristanı, Rudbar şəhristanı və az sayda Ərdəbil ostanının Nəmin şəhristanının Ənbəran bəxşində yaşayan xalq. Özlərini "tolış" və ya "tulış" adlandırırlar. Antropologiya baxımından böyük avropoid irqinin Balkan-Qafqaz irqinin Ön Asiya variantına daxildir. Ana dilləri talış dilidir.

Azərbaycan və İrandan sonra ən çox Rusiyada yaşayırlar.

Xalxal

Xalxal xanlığı — mərkəzi Xalxal şəhəri olmaqla Azərbaycan xanlıqlarından biri.

Xalxal şəhristanı — İranda, Cənubi Azərbaycanın Ərdəbil ostanında bölgə.

Xalxal (Ərdəbil) — İranın Ərdəbil ostanının şəhərlərindən biri, Xalxal şəhristanının paytaxtı.

Xalxal (Babək) — Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Babək rayonunda kənd.

Xalxal (Oğuz) — Azərbaycanın Oğuz rayonunda kənd.

Xalxal (Lala) — Qafqaz Albaniyasının qərbində yerləşən tarixi şəhər.

Xalxal (Mərənd) —

Aşağı Xalxal (Çaldıran) —

Yuxarı Xalxal (Çaldıran) —

Şeyx Cəbrayıl türbəsi

Şeyx Əminəddin Cəbrayıl türbəsi (fars. آرامگاه سید امین‌الدین جبراییل) — İranın Ərdəbil şəhəri yaxınlığındakı Sulxordad kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi.

Şeyx Səfi xalçası

"Şeyx Səfi xalçası" və ya "Ərdəbil xalçası" — Təbrizdə toxunmuş "Ləçəktürünc" kompozisiyalı məşhur xalı (ölçüsü 56,12 kv. m, 1539-cu il, "Viktoriya və Albert" muzeyi, London) ornamental xalçaların ən gözəl nümunəsi, Təbriz xalçaçılıq məktəbinin şah əsəri.

1539-cu ildə Səfəvi hökumdarı I Təhmasibin sifarişi ilə Şeyx Səfi məscidi üçün toxunmuşdur. 1893 cü ildə ingilislər satın alaraq Londona aparmışlar.

Eni 5,34 m, uzunluğu 10,51 m, sahəsi 56,12 m² olan xalça dünya muzeylərində saxlanılan ən nadir xalq sənəti nümunələrindəndir. Bəzəkləri gül-çiçək rəsmlərindən ibarətdir. Zəngin rəng çalarları vəhdət təşkil edir. Xalının mərkəzində yerləşən qönçə Günəşi, onun ətrafında dairə şəklində düzülmüş xırda güllər haləni, yaşıl, qırmızı, sarı rəngli 16 kiçik dairəvi qübbə isə Günəş şüalarını əks etdirir. Həmin kompozisiyanın yuxarı və aşağı hissələrində zəngin bəzəkli, qırmızı və şəkəri rəngli qəndil təsviri vardır. Ətrafdakı saysız hesabsız əlvan naxışlar kainatdakı ulduzların rəmzidir.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə xalçanın təkrar nüsxəsi yaradılmışdır. Hazırda həmin üzü köçürülmüş nüsxə Azərbaycan Müasir İncəsənət Muzeyində nümayiş etdirilir.

Ərdəbil ostanı

Ərdəbil ostanı - azərbaycanın şimal-qərbində ostan. Mərkəzi Ərdəbil şəhəridir.

1994-cu ildə Şərqi Azərbaycan ostanından ayrılıb.

Ostanın iri şəhərləri:

Ərdəbil

Meşkinşəhr (Xiyov)

Səreyn (Sarıqaya)

Aslandüz

Biləsuvar

Pərsabad (Qoçkəndi)

Gərmi

Lahrud (Ları)

Nir

Givi

Xalxal

Hir

Nəmin

Ərdəbil xalçaları

Ərdəbil xalçaları — Azərbaycan xalçaçılıq məktəblərindən olan Təbriz xalçaçılıq məktəbinin Ərdəbil qrupuna aid xovlu xalçalar.

Ərdəbil xanlığı

Ərdəbil xanlığı — XVIII əsrin 40-cı illəri - XIX əsrin əvvəllərində Cənubi Azərbaycan ərazisində (indiki İran) mövcud olmuş xanlıq. Ərazisi Talış, Qaradağ, Təbriz, Marağa və Gilan xanlıqları ilə hüdudlanırdı. Mərkəzi Ərdəbil şəhəri idi.

Ərdəbil şəhristanı

Ərdəbil şəhristanı — Ərdəbil ostanının şəhristanlarından biri. Şəhristanın inzibati mərkəzi Ərdəbil şəhəridir.

2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 542,930 nəfər və1 31,950 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.

 
Ərdəbil şəhristanı
Şəhərlər Ərdəbil • Hir
Dehistanlar (qəsəbələr)

MƏRKƏZİ BƏXŞİ: Ərşaq Şərqi • Balğelu (Balıqlı) • Qərbi • Kəlxoran • Sərdabə • Şərqi

HİR BƏXŞİ: Fuladlı (Poladlı)-i Cənubi • Fuladlı (Poladlı)-i Şimali • Hir
Kəndlər Abbasabad • Abdarlı (Abdallı) • Ağabağır • Ağbulaq-i Ağacanxan • Ağbulaq-i Rüstəmxani • Ağcakənd • Ağqala • Ahuqala • Alça-i Fuladlı (Poladlı) • Allahlı • Almagalan • Almaz • Almazkəndi • Amuqin • Arallı-i Büzürg • Arallı-i Kiçik • Ardi • Ayırıq • Aynalı • Bağırabad • Barıq • Bayrambadani • Bənövşədərə • Bilədərə • Budalalı • Cabadar • Camadi • Camayran • Ciyavan • Çağungeneş / Çungineş • Çarapa • Çatqaya • Çehelgəz • Çənzəb • Çənzənəq • Çinaqrud • Çuxuryurd • Daşbulaq • Daşlıca • Dicucin • Divlaq • Dəliklidaş • Dəlili • Dəvil • Dümdümə • Əbrbakuh • Əliqışlağı • Əmirabad • Ənzab-i Ülya • Ərvənəq • Əskişəhr • Firuzabad • Garcan • Gavarqala (Gavurqala (?)) • Gendişmin • Gilandeh • Goradil • Gölmuğan • Gültəpə • Gültəpə-i Malali • Günsulkəndi • Haçakəndi • Hakimqışlağı • Həmidabad • Həmlabad • Həsənbarıq • Həsənəlikəndi • Hifzabad • Hilabad • Hisar • Xacəbulağı / Hacıbulağı • Xanəgah • Xaraba-i Köhül • Xələc • Xəlilabad • Xiyarək • Xöşkərud • İmir (Eymur / Eymür) • İsmayılxankəndi • Kaftarə • Kamiabad • Keriq • Kəlxoran • Kəlxoranşeyx • Kəmərkəndi • Kərgan • Kərkərəq • Kuhsarə • Kulankuh • Kuzətoprağı (Kuzətorpağı) • Kürdəli • Kürdkəndi • Kürdqışlağı • Qalacıq-i Savalan • Qaralar • Qaratəpə-i Savalan • Qaravəli • Qasımqışlağı • Qayaçəmən • Qılıçi • Qışlaq-i Məhəmmədbəy-i Süfla • Qışlaq-i Məhəmmədbəy-i Ülya • Qışlaq-i Üçbulaq • Qızılqaya • Qulu • Mahmudabad • Məhəmmədcanlı • Məscidli • Məsumabad • Məzar-i Piləsəran • Micandi • Mirani • Mollabaşı • Mollayusif • Muxtarabad • Nivərsüfla • Nəqdikəndi / Nüğədikəndi • Niyar • Novşəhr • Nuran • Piralqar • Piralvan • Piraqvam • Rəvindəzəq • Rəzəmgah • Rəziabad • Rövşənəq • Samiyan • Savucbulaq (Soyuqbulaq) • Səmərin • Sərdabə • Soltanabad • Sövmayə • Sürxanlı • Şaməsbi • Şeyxəhməd • Şəbli • Şəhrivar • Şəmşirxana • Şəndərşami • Şərifbəyli • Şişəgəran • Talıbqışlağı • Tağıdizac • Tağıkəndi • Təhmasibabad • Təzəkənd-i Məhəmmədiyə • Təzəkənd-i Rzaabad • Təzəkənd-i Şərifabad • Topraqlı (Torpaqlı) • Ümidcə • Varənov • Vəkilabad • Yayçı • Yengicə-i Mollaməhəmmədhəsən • Yengicə-i Rzabəyli • Zeyvə • Zərdalı
Ərdəbil ostanı
Ərdəbil ostanı
Mərkəz Ərdəbil
Şəhristanlar BiləsuvarƏrdəbilGermiKövsərMeşkinşəhr (Xiyov)NəminNirPərsabad (Qoçkəndi)Səreyn (Sarıqaya)Xalxal
Şəhərlər AbibəyliAslandüz / AslandüztəpəBiləsuvarCəfərabad (Hacıcəfərkəndi)ƏnbəranƏrdəbilFəxrabadGermi / MuğanGiviHəşcinHirXalxal (Hirov / Hirovabad)KülürKüreymLahrud (Ları)Meşkinşəhr (Xiyov)MuradlıNəminNir / NeyrizPərsabad (Qoçkəndi)RəzeySəreyn (Sarıqaya)TəzəkəndTəzəkənd-i Üngüt / Təzəkənd
İran ostanlarıQeyd: Bəzi şəhərlərin adlarının altından xətt çəkilməsi onların müvafiq olduqları şəhristanın inzibati mərkəzi olmalarını əks edir; adı qalın yazılan şəhər isə bütün ostanın inzibati mərkəzidir
İran ostanlarının mərkəzləri
Təbriz  • Ərdəbil  • Urmiya  • İsfahan  • Əhvaz  • İlam  • Bocnurd  • Buşehr  • Bəndər Abbas  • Bircənd  • Tehran  • Şiraz  • Məşhəd  • Ərak  • Xürrəmabad  • Rəşt  • Zahidan Zəncan  • Sari  • Simnan  • Sənəndəc  • Şəhrikürd  • Qəzvin  • Gürgan  • Qum  • Kərəc  • Kirman  • Kirmanşah  • Həmədan  • Yasuc  • Yəzdİran ostanları
İran ostanları

Başqa dillərdə

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.