Əhali

ƏhaliYer kürəsində və ya dünyanın konkret hansısa hissəsində (ölkə, qitə, region, ölkələr qrupu) daima yenidən istehsal nəticəsində yenilənən və yaşayan insanların toplusu.

Bizim eranın əvvəlində Yer kürəsində təqribən 230 mln, birinci minilliyin sonunda — 275 mln, 1800-ci ildə — 1 mlrd, 1900-cu idə — 1,6 mlrd, 1960-cı ildə — 3 mlrd, 1999-cu ildə 6 mlrd nəfər yaşayırdısa, 1 iyul 2009-cu ildə bu rəqəm 10 768 167 712 nəfər oldu. 2050-ci ilə proqnoz — 9,2 мilyard nəfər götürülür.

1970-ci ilədək əhali hiberbolik templə artırdı. Hal-hazırda Yer kürəsi əhalisinin artım tempinin azaldığı hiss edilir.

Population density
Yer üzərində cəmiyyətin yayılışı 2018
Population density key
tövzih

Dünyanın əhalicə ən böyük ölkələri

2016-сı ilin iyul ayına əhalisi 80 milyondan çox olan ölkələr:[1]

Ölkə Əhalisi Artım
1 Çin 1,432,663,275 + 0.5%
2 Hindistan 1,326,801,576 + 1.2%
3 ABŞ 324,118,787 + 0.7%
4 İndoneziya 260,581,100 + 1.2%
5 Braziliya 209,567,920 + 0.8%
6 Pakistan 192,826,502 + 2.1%
7 Nigeriya 186,987,563 + 2.6%
8 Banqladeş 162,910,864 + 1.2%
9 Rusiya 143,439,832 0.0%
10 Meksika 128,632,004 +1.3%
11 Yaponiya 126,323,715 - 0.2%
12 Filippin 102,250,133 + 1.5%
13 Efiopiya 101,853,268 + 2.5%
14 Vyetnam 94,444,200 + 1.1%
15 Misir 93,383,574 +2.2%
16 Almaniya 80,682,351 0.0%
17 İran 80,043,146 +1.2%

Əhali göstəriciləri

  • əhalinin sayı və onun artım dinamikası
  • demoqrafik proseslərin intensivliyi: doğum, ölüm, təbii artım, kəbin
  • yerləşmə, urbanizasiya, miqrasiya
  • yaş-cins tərkibi və ailə göstəriciləri
  • təhsil səviyyəsi
  • irq, dil, etnosdin tərkibi
  • ac adamların sayı, onların kəmiyyət və keyfiyyət göstəriciləri.
Population curve
Dünya əhalisinin artım dinamikası (milyard nəfər), e.ə.10000-ci il — eramızın 2000-ci ili

Hayns fon Fyorster, Andrey Korotayev, Sergey Kapitsa və digərlərinin tədqiqatlarında isbat edildi ki, axırıncı 100 min ildə (XX əsrin 60-70-ci illərinə qədər), dünya əhalisinin artımı sayının kvadratı tempi ilə artırdı. Bu hiberbolik qanun adlandırıldı.[2][3]

Mənbə

İstinadlar

  1. "Total Population - Both Sexes". World Population Prospects, the 2015 Revision. United Nations Department of Economic and Social Affairs, Population Division, Population Estimates and Projections Section (July 2015).
  2. Законы истории. Математическое моделирование развития Мир-Системы. Демография, экономика, культура. 2-е изд. Коротаев А. В., Малков А. С., Халтурина Д. А. М.: УРСС, 2007;
  3. Общая теория роста человечества: Сколько людей жило, живет и будет жить на Земле. Капица С. П. М.: УРСС, 2009
Başqırdıstan

Başqırdıstan (başq. Башҡортоста́н Респу́бликаһы) - Rusiya Federasiyası subyektlərindən biri.

Braziliya

Braziliya və ya Braziliya Federativ Respublikası (port. República Federativa do Brasil) — Cənubi Amerikanın ən böyük ölkəsidir. Coğrafi ərazisi və əhalisinin sayına görə, Braziliya dünyada 5-ci yerdə gedir. Əhalisinin sayına görə, Braziliya dünya demokratiyaları arasında 4-cü yeri tutur. Atlantik okeani ilə əhatə olunmuş ölkənin şərq sahilinin uzunluğu 7,367 kilometrdir. Şimalda Venesuela, Surinam, Qayana və Fransız Qvianası ilə sərhədi olan Braziliya, cənubda Uruqvay, cənub-qərbdə Argentina və Paraqvay, qərbdə Boliviya və Peru, şimal-qərbdə isə Kolumbiya ilə qonşuluq edir. Braziliyanın ərazi sularında bir çox adalar vardır: Penedos de São Pedro e São Paulo, Fernando de Noronha, Trindade e Martim Vaz və Atol das Rocas.

Braziliya ekvator və Oğlaq tropiki tərəfindən iki yerə bölünür. Ölkə müxtəlif flora və fauna ilə zəngindir. Braziliyanın əhalisi əsasən sahilboyu yerləşən iri şəhərlərdə cəmləşib. Əhalisinin sayına görə dünyanın iri ölkələrindən biri olmasına baxmayaraq, Braziliya əhalisinin sıxliği aşağıdır. Ölkənin mərkəzi hissəsinin əhali sıxlığı xüsusilə aşağıdır.

Bələdiyyə

Bələdiyyə — qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə forması. Bələdiyyənin öz mülkiyyəti, yerli büdcəsi və seçkili bələdiyyə orqanları mövcuddur və o, Azərbaycan Respublikası Konstitusiyası ilə və bu qanunla səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir. Bələdiyyələr bərabərlik əsasında qurulur və fəaliyyət göstərirlər. Azərbaycan Respublikasında ilk bələdiyyə seçkiləri 12 dekabr 1999-cu ildə keçirilmişdir.O dövrdə Respublikamızda 2700 bələdiyyə yaradılmış, sonradan isə kiçik bələdiyyələrin birləşdirilməsi nəticəsində bələdiyyələrin sayı 1771- ə endirilmişdir. Müvafiq qanuna uyğun olaraq respublikamızda bələdiyyə seçkiləri hər beş ildən bir keçirilir. İkinci dəfə bələdiyyə seçkiləri 2004-cü ildə, üçüncü dəfə 2009-cu il, dördüncü dəfə 2014-cü ildə keçirilmişdir.

"Bələdiyyə" və "yerli özünüidarə" terminləri və bunların iştirakı ilə düzələn söz birləşmələri bələdiyyə, onların orqanları, yerli özünüidarə funksiyalarının həyata keçirilməsi ilə bağlı olan müəssisə, idarə və təşkilatlar, mülkiyyət obyektləri və başqa obyektlər barəsində, habelə əhali tərəfındən yerli özünüidarənin həyata keçirilməsi ilə əlaqədar digər hallarda işlədilir.

Yerli əhali - Bələdiyyə ərazisində daimi yaşayan əhali.

Yerli referendum - Əhalinin yerli səsverməsidir.

Bələdiyyə mülkiyyəti - bələdiyyəyə mənsub olan bütün növ daşınar və daşınmaz əmlakdır.

Bələdiyyə mülkiyyətinin tərkibinə yerli vergilər və ödənişlər hesabına formalaşan yerli büdcənin vəsaiti, bələdiyyənin büdcədənkənar fondları, bələdiyyə əmlakı, habelə bələdiyyə torpaqları, bələdiyyə müəssisələri və təşkilatları, bələdiyyə mənzil fondları və qeyri-yaşayış binaları, dövlət və xüsusi mülkiyyətdə olmayan yollar, bələdiyyə, təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələri, digər daşınar və daşınmaz əmlak daxildir.

Bələdiyyələrə seçkilər vətəndaşların qanunla müəyyənləşdirilmiş seçki hüquqları təmin edilməklə, ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi, gizli səsvermə yolu ilə həyata keçirilir.

Ümumiyyətlə, xarici təcrübədə yerli özünüidarəetmə orqanlarının 5 struktur modeli mövcuddur. Bunlara :

Zəif Şura - Güclü Mer modeli ;

Güclü Şura - Zəif Mer modeli ;

Şura Menecer modeli ;

Komissiya modeli ;Qarışıq model ;Azərbaycan Respublikasında Zəif Mer - Güclü Şura modeli tətbiq edilmişdir.

Danimarka

Danimarka (dan. Danmark) — Avropada dövlət. Danimarkada yerli idarəetmələr iki səviyyəli sistemə əsaslanmaq­dadır. Üst səviyyədə kontluklar (amtskommuner) və alt səviyyədə isə bə­lədiy­yələr (kommuner) vardır. Bununla bərabər Kopenhagen və Fre­de­riksberq həm kontluk, həm də eyni zamanda bələdiyyədir.

Ölkə 14 kontluk və 275 bələdiyyədən ibarətdir. Buna Kopenhagen və Frederiksberq şəhərləri də daxildir.

Dilican şəhəri

Dilican — Ermənistan Respublikası Ağstafaçay dərəsində, dəniz səviyyəsindən 1255–1510 m yüksəklikdə yerləşən şəhər. İcevan rayonuna aiddir.

Ermənistan Sovet Sosialist Respublikası

Ermənistan SSR (erm. Հայկական Խորհրդային Սոցիալիստական Հանրապետություն) — Ermənistan Sovet Sosialist Respublikası. SSRİ-nin tərkibinə daxil olan 15 ittifaq ölkələrindən biri. 29 noyabr 1920-ci ildə təşkil olunmuşdur. SSRİ-nin qurulduğu ilkin dövrlərdə Zaqafqaziya SFSR-in tərkibində olub.

Latviya

Latviya (latış. Latvija‎), köhnə mənbələrdə Letoniya (liv. Leţmō) ya da rəsmi adıyla Latviya Respublikası (latış. Latvijas Republika‎, liv. Leţmō Vabāmō) – Şimali Avropada dövlət. 1 yanvar 2015-ci il tarixli rəsmi məlumata əsasən əhalisi 1 988 400 nəfərdir. Ərazisi 64 589 kv. km.-dir. Əhalisinin sayına görə dünyada 147-ci, ərazisinə görə 122-ci yeri tutur. Paytaxtı Riqa şəhəri, dövlət dili latış dilidir. Latviya şimalda Estoniya, şərqdə Rusiya, cənub-şərqdə Belorusiya, cənubda Litva ilə həmsərhəddir. Pul vahidi - avro. Latviyanın dövlət müstəqilliyi 18 noyabr 1918 ci ildə elan edilmişdir. 1940-1991-ci illərdə SSRİ-nin tərkibində olmuşdur. Azərbaycan Latviyanın müstəqilliyini 30 avqust 1991-ci ildə tanımışdır. Latviya Azərbaycanın müstəqilliyini 8 yanvar 1992-ci ildə tanımışdır. Ölkələr arasında diplomatik münasibətlər 11 yanvar 1994-cü ildə qurulmuşdur. Azərbaycan Respublikasının Latviyada səfirliyi 2005-ci ildə açılmışdır.

Portuqaliya

Portuqaliya (port. Portugal) ya da Portəgiz, rəsmi olaraq Portuqaliya Respublikası (port. República Portuguesa) — Avropanın qərbində dövlət, İspaniya ilə həmsərhəddir. Avropa ölkəsidir. Portuqaliya roman əsilli dövlətdir və portuqal dili roman dillərinə daxildir.

Quba

Quba – Azərbaycan Respublikasının Quba rayonunun inzibati mərkəzi. Quba Bakıdan 168 km məsafədə, Böyük Qafqazın Şahdağının şimal-şərq yamaclarında, dəniz səviyyəsindən 600 metr yüksəklikdə, Qudyalçayın sahilində yerləşir. Uğurlu yerləşmə mövqeyinə və zəngin infrastrukturuna görə Quba rayonu turistlərin ən sevimli yerlərindən biridir.

Buraya gələnlər Qəçrəş adlanan yeri çox bəyənmişlər. Burada kölgəli meşədə, Vəlvələçayın gur sularının axdığı, “Azərbaycan təbiətinin abidələri” siyahısına daxil edilmiş Afurca şəlaləsinin olduğu Təngəaltı dərəsində istirahət etmək olar.

Rayonun ərazisində dəniz səviyyəsindən 2500 metr yüksəklikdə yerləşən unikal dağ kəndi Xınalıq mövcuddur. Kəndin əhalisi öz dili ilə ayrıca etnoqrafik qrup təşkil edir. Xınalığın yaxınlığında bənzəri olmayan daha bir dağ kəndi Qrız yerləşir.

Qubada həmçinin dünya yəhudilərinin ən böyük icmalarından birinin yaşadığı məşhur Qırmızı Qəsəbə yerləşir. Bu kəndin sakinləri əsasən ticarətlə məşğul olurlar, qəsəbənin hər yerində təmtəraqlı imarətlər ucaldılmışdır.

Qərbi Azərbaycan ostanı

İranda, Güney Azərbaycan bölgəsində ostan. Mərkəzi Urmiya şəhəridir.

Ostanın ərazisi 37437 km², əhalisi 2006-cı ildə aparılmış siyahıya almaya əsasən 2.873.459 nəfərdir, əhalinin 60,03% – i isə şəhərlərdə yaşayır.

Slovakiya

Slovakiya — Avropada dövlət.

Stepanavan rayonu

Stepanavan rayonu, Cəlaloğlu rayonu — Ermənistan SSR-də və Ermənistan Respublikasında inzibati ərazi vahidi olmuşdur. Qərbi Azərbaycanın Loru mahalının Dağlıq Borçalı ərazisində yerləşirdi. Daha sonra Tiflis quberniyasının Borçalı qəzasının tərkibində olmuşdur (1880-1921). Rayon Ermənistan SSR-nın Pəmbək-Loru qəzasınin ləğvi ilə onun bir qismi hesabına 9 sentyabr 1930-cu ildə təşkil edilmişdi. İnzibati mərkəzi Cəlaloğlu şəhəri idi. 7 noyabr 1995-ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995-ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanununa əsasən ləğv edilən rayonun ərazisi yeni təşkil edilmiş Loru mərzinə qatılmışdır. Təşkil edildiyi 9 sentyabr 1930-cu ildən ləğv edildiyi 7 noyabr 1995-ci il tarixinədək rayon rəsmən Stepanavan rayonu (rus. Степанаванский район, erm. Ստեփանավանի շրջան) adlanırdı.

Suriya

Suriya - (Ərəb: سوريا) ya da rəsmi adıyla Suriya Ərəb Respublikası, (Ərəbcə: الجمهورية العربية السورية, Əl-Cumhuriyyetü'l-Arabiyyetü's-Suriyye) Orta Şərqdə Livan, İsrail, İordaniya, İraq və Türkiyə ilə qonşu bir ölkədir. Aralıq dənizinə bir sahili var. Suriyanın paytaxtı və ən böyük şəhəri Dəməşqdir. Rəsmi məlumatlara görə Suriyanın ümumi əhalisi 2004-cü ildə 17 milyon 921 min idi. Halep, Latakiya, Humus isə digər böyük şəhərləridir.

1963-cü ildən bəri ölkə Baas partiyası tərəfindən idarə edilir. 1970-ci ildən bəri dövlətin başında Əsəd ailəsindən biri olmuşdur. Suriyadakı mövcud prezident 1970-ci ildən 2000-ci ilədək ölümə qədər ölkəni idarə edən Hafiz Əsədin oğlu Bəşər Əsəddir. Mart 2011-ci ildə Yaxın Şərqdəki dalğalanmalardan ictimai mitinqlərlə başa çatdı. Hökumət 29 Mart 2011-ci ildə istefa etdi. İctimaiyyətin islahat istəməsi və onlarla insanın ölümü nəticəsində Məhəmməd Naci əl-Otari baş nazir oldu. Hökumət formalaşana qədər Məhəmməd Nacan əl-Otari müvəqqəti olaraq Bəşər Əsəd tərəfindən baş nazir vəzifəsinə təyin edildi. Eyni gündə bir çox şəhərlərdə, xüsusilə də paytaxt Şam şəhərində on minlərlə nümayiş keçirildi.

Ukrayna

Ukrayna (ukr. Україна) — Şərqi Avropada dövlət. Parlament-prezident respublikasıdır. Şimaldan Belarus, qərbdən Polşa,Macarıstan, Slovakiya, Moldova və Rumıniya, şərqdən Rusiyala həmsərhəddir. Cənubdan Qara dənizə çıxır.

Urmiya şəhristanı

Urmiya şəhristanı (farsca:شهرستان ارومیه) — İran İslam Respublikasının Qərbi Azərbaycan ostanının şəhristanlarından biridir. Şəhristanın (və həmçinin bütün ostanın) inzibati mərkəzi Urmiya/Urmu şəhəridir.

Şəhristan Türkiyə Cümhuriyyətinin Van (çox qısa sərhədə sahibdir) və Hakkari elləri ilə, həmçinin İraq Cümhuriyyətinin İraq Kürdüstanı bölgəsinə tabe olan Ərbil mühafəzası (həmçinin çox qısa sərhədə sahibdir) ilə həmsərhəddir.

Vyana

Vyana (alm. Wien‎, ing. Vienna) — Avstriyanın paytaxtı və ən böyük şəhəri, eyni zamanda ölkənin 9 əyalətindən sahə baxımından ən kiçiyi. Təxminən 1 650 000 nəfərlik əhalisi ilə ölkənin ən sıx şəhəridir. Ətraf bölgələri ilə birlikdə Vyanada təxminən 2 milyon insan yaşayır ki, bu da Avstriya əhalisinin təxminən dörddə biridir. Əhali baxımından Vyana Avropa İttifaqının ən böyük onuncu şəhəridir. Vyana Birləşmiş Millətlər Təşkilatının dörd rəsmi mərkəz nümayəndəliyindən birinə malikdir. Şəhərdə olan digər əhəmiyyətli beynəlxalq quruluşlar OPEK, ATƏT və Beynəlxalq Atom Enerjisi Agentliyidir.

Əsrlər boyu Havsburqlar sülaləsinin məskunlaşma yeri olan şəhər, bu müddət boyunca Avropanın mədəni və siyasi mərkəzlərindən birinə çevrilmişdir. Şəhər London, Nyu-York və Parisdən sonra iki milyon əhalisiylə dünyanın ən böyük dördüncü şəhəri olsa da, Birinci dünya müharibəsindən sonra əhalisinin dörddə birini itirmişdir. Hələ də Havsburq xanədanının izlərini daşıyan köhnə şəhər mərkəzi və Şönbrun sarayı YUNESKO tərəfindən dünya mədəniyyət mirası olaraq qəbul edilmişdir. Vyananın simvolu olan Stefan kilsəsi şəhərin mərkəzində yerləşir.

Çexiya

Çexiya (çex. Česko) və ya rəsmi adi ilə Çex Respublikası, (çex. Česká republika) — Şərqi Avropada dövlət. 1 may 2004-cü ildən Avropa İttifaqının üzvüdür, Şengen zonasına daxildir. (çex. Česká republika) — Şərqi Avropada dövlət. 1 may 2004-cü ildən Avropa İttifaqının üzvüdür, Şengen zonasına daxildir.

Ölkə tarixən 2 vilayətdən - Bohemiya və Moraviyadan ibarətdir. Sileziya torpaqlarının da bir hissəsi Çexiyanın ərazisinə düşür. Çex Respublikasının əhalisinin sayı 2010-cu ilin martın 31-nə olan məlumata əsasən 10 509 377 nəfərdir. Ölkənin paytaxtı Praqa şəhəridir. Praqa - 1 212 097 nəfər və Brno - 719 555 nəfər əhali ilə Çexiya Respublikasının ən böyük şəhərləridir.

Şəhər

Şəhər — əhali sayına görə böyük, mərkəzləşdirilmiş və ərazicə məhdud yaşayış məntəqəsi. Əhalisi kənd təsərrüfatından kənar fəaliyyətlə məşğuldur. Effektli özünüidarə, təchizat və nəqliyyat strukturuna malikdir. Şəhərlərin sakinləri etnik, dil, sosial, mədəni, dini və s. baxımdan müxtəlif ola bilər.

Şəhərlər elmi baxımdan mədəniyyətlərin yaxınlaşmasının ideal halı hesab edilir. Adambaşına düşən ərazi çox az olur. Bir qayda olaraq özünəməxsus mədəniyyətə və ciddi sosial təbəqələşməyə malikdir. Bu xüsusiyyətlər onları kəndlərdən və ya xüsusi məqsədlər üçün insanların cəmləşdiyi yaşayış məntəqələrindən ciddi fərqləndirir.

Yaşayış məntəqəsinin şəhər statusuna aid edilməsi hər ölkənin qanunları əsasında müəyyən edilir. Bu tələb müxtəlif ölkələrdə müxtəlifdir — Danimarkada 250 nəfər, Yaponiyada 50 min nəfər.

Başqa dillərdə

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.