İvrit dili

İbri dili və ya İvrit dili (ivr. עברית‎) — Afro-Asiya dil ailəsinə məxsus sami dillərindən biri. Qədim yəhudi dilinin müasir modifikasiyasıdır. Semit dillərinin yeni mərhələsinə aiddir. İvrit əlifbası 22 samit hərfdən ibarətdir. İsrail dövlətinin rəsmi dilidir (ərəb dili ilə bərabər). Eliezer Ben Yehudanın (1858-1922) səyləri nəticəsində ivrit dili yenidən dirçəlmişdir.

XX əsrin əvvəllərinə qədər bir neçə tələffüz norması mövcud olmuşdur: aşkenaz (əsasən Şərqi Avropà mənşəli, Almaniyada yaşayan yəhudilərin arasında); sefard (Şərqi Aralıq dənizi hövzəsindən, Niderlanddan və Cənubi Fransadan çıxmış İspaniya yəhudilərinin istifadə etdikləri dil. Yazısı Yəhudi əlifbasındadır.

Qeyd: Azərbaycan dilində ivrit dili ibri yaxud ibrani dili olaraq tərcümə olunur.

İbri dili(İvrit dili)
Orijinal adı עברית
Ölkələr İsrail
Rəsmi status İsrail
Tənzimləyən təşkilat İvrit dili akademiyası
Danışanların ümumi sayı 8 milyon[1][2]
Təsnifatı
Kateqoriya Avrasiya dilləri

Afro-Asiya dilləri

Sami dilləri
Qərbi sami dilləri
Yazı yəhudi əlifbası
Dil kodları
QOST 7.75–97 ивр 198
ISO 639-1 he
ISO 639-2 heb
ISO 639-3 heb
Dilin strukturlarının dünya atlası heb
Ethnologue heb
Linguasphere 12-AAB-a
ABS ASCL 4204
IETF he
Glottolog hebr1246

İstinadlar

  1. İvritdə danışanlar
  2. Информация о языке
  3. Atlas of the World's Languages in Danger
Star of David.svg        Menora.svg
Yəhudilik
Asiya ölkələrinin siyahısı

Asiya ölkələrinin siyahısı — Asiya qitəsində yerləşən 56 dövlət və əraziyə verilən ümumi ad.

Asiya təxminən 44.391.000 km² sahəsi ilə dünya torpaqlarının 30 %-ni əhatə edir. 4,10 milyard əhalisi ilə dünya əhalisinin beşdə üçünə ev sahibliyi edir.Asiya qitəsi Avrasiyanın bir hissəsi olub Süveyş kanalı və Ural dağlarının şərqində yerləşərək Avropanın şərqdə qalan hissəsini əhatə edir. Şərqdə Sakit okean və Berinq boğazı, cənubda Hind okeanı və şimalda Şimal Buzlu okeanı ilə əhatə olunub.Asiya qitəsində 61 dövlət və ərazi yerləşir. 48 dövlət BMT üzvüdür, 7 dövlət BMT tərəfindən tanınmır, 2 ərazi Çin Xalq Respublikasının özəl idarə bölgəsidir, 4 ərazi isə Böyük Britaniya ilə Avstraliyadan asılıdır.

Asiyanın ən böyük dövləti Rusiyadır və sahəsi 17.075.200 km²-dir. Çin Xalq Respublikası sahəcə qitənin ikinci ən böyük ölkəsi olsa da əhalisinin sayına görə həm qitədə, həm də dünyada birincidir. (sahəsi 9.596.960 km², əhalisi 1.338.612.968 nəfər). Qitədə ərazi 1 milyon km²-dən çox olan 9 dövlət var (Rusiya, Çin, Hindistan, Qazaxıstan, Səudiyyə Ərəbistanı, İndoneziya, İran, Monqolustan və Misir). Əhalisi 100 milyondan çox olan cəmi 7 dövlət vardır (Çin, Hindistan, Pakistan, Rusiya, İndoneziya, Banqladeş, Yaponiya)

Bu məqalədə Asiya qitəsində torpaqları olan ölkələr, onların bayraqları, paytaxtları, pul vahidləri, rəsmi dilləri, sahələri, əhali sayı və coğrafi mövqelərini göstərən xəritələr göstərilmişdir. Bu siyahı BMT üzvü olan ölkələrə və digər asılı ölkələrə bölünməkdədir.

Axzivlend

Axzivlend (ivr. מדינת אכזיב‎) — İsrailin Nahariya şəhəri və İsrail–Livan sərhədi arasında yerləşən virtual dövlət. Virtual dövlətin əsası Eli Avivi tərəfindən 1972-ci ildə qoyulmuşdur. Bu virtual dövlət İsrailin Turizm Nazirliyi tərəfindən reklamlaşdırılsa da, onun qanuni vəziyyəti anlaşılmaz qalıb.Virtual dövlət qədim yaşayış məntəqəsi olan Axzivin yaxınlıqlarında, Nahariya şəhərində 5 kilometr uzaqlıqda yerləşir. Buna əlavə olaraq, virtual dövlət Fələstin-ərəb kəndi olan Əz-Zibin ərazisində yerləşir. Bu kənd Birinci Ərəb-İsrail müharibəsi zamanı İsrail qüvvələri tərəfindən zəbt edilmiş, əhalisi isə kənddən qovulmuşdur.

Azərbaycan yəhudiləri

Azərbaycanda üç yəhudi icması - dağ yəhudiləri, əşkinazi yəhudiləri və gürcü yəhudiləri icmaları mövcuddur. Bütövlükdə ölkədə yəhudilərin sayı 16.000-dir. Bunlardan 11.000-i dağ yəhudiləridir ki, təxminən 6.000-i Bakıda, 4.000-i Qubada, min nəfəri isə başqa şəhərlərdə yaşayır. Əşkinazi yəhudilər 4,3 min nəfərdir. Onların əksəriyyəti Bakıda və Sumqayıtda yaşayır. Gürcü yəhudiləri təxminən 700 nəfərdir.

Dağ yəhudiləri hazırda ölkədəki bütün yəhudi diasporu arasında çoxluq təşkil edir.

Dini əqidələrinə görə, dağ yəhudiləri rəbbanilərdir. Onlar Əhdi-ətiqlə yanaşı, Təlmudu və ravvin rəvayətlərini də dinin əsas mənbələri sırasında götürürdülər. Uzun müddət ali ruhani təhsil ala bilmədikləri üçün Təlmud qaydalarını bir qədər təhrif edilmiş şəkildə izah etmiş, Qafqaz xalqlarının bütpərəstliklə bağlı bəzi təsəvvürlərini mənimsəmişlər. Meşədə yaşayan, hamilə qadınların ürəyini və ciyərini çıxarıb yeyən qadın Dedey-ol, yeni doğulmuş uşaqları himayə edən İlan-Əjdəha (Əjdəhaye-mar) ilə bağlı təsəvvürlər, habelə Pasxadan iki həftə qabaq tonqal qalayıb üstündən atılmaq ayini yəhudiliklə deyil, yerli inanclarla bağlıdır.

Dağ yəhudiləri əqidə məsələlərində əşkinazi yəhudilərlə müqayisədə daha ortodoksaldırlar. Ümumiyyətlə, Azərbaycandakı yəhudilər XVIII əsrdən etibarən Polşa və Ukrayna yəhudiləri arasında özünü göstərən xasidilik dini-siyasi axınından, həmçinin reformist yəhudilikdən uzaqdırlar.

Bakıda, Oğuzda, Qubada dağ yəhudilərinin bir neçə sinaqoqu fəaliyyət göstərir. Qubadakı Krasnaya Slobada qəsəbəsi bütün postsovet məkanında dağ yəhudilərinin kompakt yaşadıqları yeganə yerdir. Avanın 9-da matəm orucu günü dünyanın hər yerindən dağ yəhudiləri buraya gəlirlər ki, vacib ibadətləri yerinə yetirsinlər, yaxınlarının qəbirlərini ziyarət etsinlər. Qəsəbədə üç sinaqoq və ayinçilik məqsədilə tikilmiş mikva vardır.

Əşkinazi yəhudilər Avropa yəhudiləridir, əslən orta əsrlər Almaniyasındandırlar.

Gürcü yəhudiləri icması sayca kiçik olsa da, fəaldır. 1997-ci ildə "Coynt" yəhudi komitəsinin maliyyə yardımı ilə gürcü yəhudilərinin sinaqoqu bərpa edilmişdir.

Azərbaycan müstəqillik əldə etdikdən sonra buradakı yəhudi icmaları daha da fəallaşmış, beynəlxalq yəhudi təşkilatları ilə əlaqələrini möhkəmlətmiş, öz dini məktəblərini-iyeşivalarını, mədəniyyət mərkəzlərini (məs., Yəhudi icmasının mədəniyyət mərkəzi), cəmiyyətlərini (məs., Həvva qadın cəmiyyəti, Hesed-Herşon xeyriyyə cəmiyyəti), klublarını (məs., Əlef, Kilel gənclər klubları, Mişpaha videoklubu), qəzetlərini (məs., Az-İz, Başnya, Amişav) yaratmışlar. Soxnut yəhudi agentliyi, Coynt və Vaad-l-Hetzola yəhudi komitələri Azərbaycandakı yəhudi diasporu arasında yəhudi ənənələrini qoruyub saxlamaq, sinaqoqlara yardım göstərmək və müxtəlif mədəniyyət tədbirləri keçirməklə məşğuldur.

2003-cü il martın 9-da Bakıda yeni yəhudi sinaqoqu açılmışdır. Bu, Avropada ən böyük sinaqoqdur. 2003-cü ilin sentyabrından Azərbaycanda ilk yəhudi məktəbi fəaliyyət göstərir.

Daniel

Daniel - kişi adı.

Daniel Alves - Braziliya futbolçusu.

Daniel Batti - peşəkar İngiltərə futbolçusu

Daniel Bell - Harvard Universitetinin professoru

Daniel Berli Vulfoll - FİFA prezidenti

Daniel Brül - Almaniya aktyoru.

Daniel Çiovetta - Almaniyalı taekvondoçu.

Daniel Defo - İngilis yazıçısı.

Daniel Dixes - ispan müğənni.

Daniel Franks - Yeni Zelandiyalı peşəkar kişi BMX velosipedçisi.

Deniel Kaneman - iqtisadçı və psixoloq

Daniel Karvaxal - İspaniya futbolçusu,

Daniel Kiz - Amerika yazıçısı.

Daniel Kristian Çiobanu - Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri

Daniel Quisa - İspaniya futbolçusu

Daniel Libeskind - yəhudi əsilli ABŞ memarı.

Daniel Manin - İtalyan vətənpərvəri və Venesiya dövlət xadimi

Daniel Muşitu - peşəkar İsveçli futbolçu

Daniel Nikolov - Bolqarıstanı təmsil edən kişi badmintonçu.

Daniel Orteqa - Nikaraqua prezidenti.

Daniel Opritsa - Rumıniya futbolçusu.

Deniel Redkliff - Britaniyalı teatr və kino aktyoru.

Daniel Restrepo - Kolumbiyalı suya tullanan.

Daniel Rikiardo - Avstraliyalı yarış sürücüsü, Formula-1 pilotu.

Daniel Rolland - Fransa futbolçusu, baş məşqçisi.

Daniel Roness Strand - Norveçli kişi ağır atlet

Daniel Svarovski - Avstriyalı zərgər

Daniel Tompkins - Amerika Birləşmiş Ştatlarının 6-cı vitse-prezidenti.

Daniel Uray - Fici Həmkarlar İttifaqları Konqresinin rəhbəri

Daniel Villiam Tajar - Cənubi Sudanlı sprinter.

Daniel Vişer - İsveçrəli siyasətçi

Daniel Delqadillo -

Daniel Nielsen -

Daniel Ramirez -

Daniel Şmidt -

Pyer-Daniel N'Quinda - peşəkar Fransa futbolçusu

David Qrossman

David Qrossman (ivr. ‏דויד גרוסמן‎; * 1954, Qüds, İsrail) —yəhudi yazıçı.

Domlar

Domlar ("Doma" və ya "Domi" olaraq da adlandırılırlar; ərəb. دومي‎‎دومي‎‎ / ALA-LC: Dūmī , دومري / Dūmrī ; Misir Ərəbcəsi: هناجره‎‎ Hanagra ) — Orta Şərqdə, Şimali Afrikada, Qafqazda, Mərkəzi Asiyada və Hindistan yarımqitəsində yaşayan Hind-Ari etnosu.

Eli Vizel

Eli Vizel — Nobel Sülh mükafatı laureatı, ədəbiyyatçı.

Keshet 12

«Keshet 12» (ivr. ‎קשת 12‎‎) — İsrail özəl telekanalı. Telekanal «Keshet Media Group» şirkətinin bir mülküdür. «Channel 2» kanalının əvəzinə yaradılan telekanal yayıma 1 noyabr 2017-ci ildə başlamışdır.

Mazel Tov

Mazel Tov (İvritcə/İdişcə: "מזל טוב", İvritcə: "mazal tov"; İdişcə: "mazel tov"; hərfi tərcümə "uğurlar") — İvrit dilində əhəmiyyətli hadisə barəsində təbrik çatdırmaq üçün istifadə edilən ümumi ifadə.

Midraş

Midraş (İvrit dili: מדרש; əsasən midraşim), İudaizmdə olan müqəddəs mətnlərin həftəlik keçirilən sinaqoq yığıncaqlarında oxunması və dinləyicilərə dərs olaraq keçirilən və onları müşahidə edən izahlardan ibarət olan külliyyatdır.Midraş İslam mədəniyyətində olan təfsir ilə bərabərdir. Eyni zamanda bu məqsədlə yazılmış olan kitablara da midraş deyilir. Talmud və Midraş yəhudi mədəni qaydaları, yazılı qanunlar və əfsanələrdən formalaşmışdır. Danışılan hekayələrdə reallıq deyil, alınması vacib olan dərs önəmlidir;

“Midraş Rabbah”a görə, İbrahim məbəddəki ən böyük bütdən başqa hamısını sındırır. Bundan sonra atası Taruh və digər rəhbər adamlar tərəfindən sorğu-sual edilən İbrahim, suallara kinayəli bir üslubda cavab vermişdir. İbrahim bütlərin yeməsi üçün ən böyük bütə bir öküz verdiyini, ancaq kiçik bütlərin cəld tərpənib öküzü yediklərini, böyük bütün də özünə qarşı edilmiş olan hörmətsizliyə görə əsəbləşərək digərlərini parçaladığını bildirmişdir. Başqa bir hekayədə İbrahimin böyük bütə verdiyini bildirdiyi şeyin bir qab buğda unu olduğu bildirilir.Ayrıca sinaqoqlarda dini təhsil verən məktəblərə də midraş adı verilir. Türkiyədəki sinaqoqların midraş bölümləri, 1948-ci ildə İsrail dövlətinin yaranması ilə Türkiyədə yaşayan yəhudilərin adı çəkilən dövlətə köçməsi ilə yəhudi toplumun sayca azalmasına görə bağlanması zəruri olmuşdur. Midraş ilə mədrəsə sözü eyni kökdən yaranmışdır.

Neon Genesis Evangelion

Neon Genesis Evangelion (新世紀エヴァンゲリオン, Shinseiki Evangerion, azərb. Yeni dövrün incili‎) – aldığı tənqidlər və əldə gəlir baxımından uğurlu, təsiredici və populyar anime serialı . 1995-ci ildə yayımlanmağa başlayan anime serialı Gainax şirkəti tərəfindən istehsal olunmuş, ssenari müəllifi və rejissoru Anno Hideaki olmuşdur. İstehsalda TV Tokio və Nihon Ad Systems (NAS) da iştirak etmişdir. Serialın irəliləyən hissələrində isə daha çox, fərqli romantik problemlər və ağıl xəstəlikləri yaşayan xarakterlərin psixoanalizi üzərinə sıxlaşır, varlığın təbiətini və həqiqəti sorğulayır. Bu baxımdan " postmodern fantaziya "olaraq da xarakterizə edilə bilər. Serialın rejissoru Hideaki Anno, Neon Genesis Evangelionu yaratmadan əvvəl klinik depressiya keçirmiş, serialın psixoloji istiqaməti də rejissorun xəstəliyi əsasında yaşadıqlarını təməl alması nəticəsində formalaşmışdır.

Neon Genesis Evangelion ilk olaraq 26 bölüm halında, yerli bir kanal olan TV Tokio televiziyasında, 4 oktyabr 1995 ilə 27 Mart 1996 arasında göstərilmişdir. Daha sonra isə Yaponiya daxilində yayım edən Animax kanalı tərəfindən təkrar nəşr. 26 hissəlik silsiləni Death and Rebirth , The End of Evangelion və Revival of Evangelion davam etmişdir. Death and Rebirth daha çox ilk 24 hissənin yenidən təşkil özəti şəklindədir. End of Evangelion isə silsiləyə alternativ son təqdim edərkən eyni zamanda 25. və 26. bölümləri tamamlayır. İki film daha sonra təkrar təşkil, Revival of Evangelion adıyla tək film halında ekranlara çıxmışdır.

2003-ci ildə, serialın Amerika paylayıcısı olan ADV Films yeni bir Evangelion filmini eşitdirmiş, maliyyəşməsinin qismən təmin edildiyini açıqlamış, ancaq rejissorun kim olacağı və ya nə zaman nümayişi girəcəyi haqqında bir şərhdə tapılmamışdır.

9 Sentyabr 2006-cı ildə Gainax firması Rebuild of Evangelion (ヱヴァンゲリヲン新劇場版) adıyla 4 filmlik yeni bir ardıcıl ediləcəyini təsdiq etmişdir. Gainax'ın etdiyi şərhə görə edilməsi planlanan ilk üç film, 26 hissəlik silsiləni, yeni səhnələrlə, fonlarla və yeni xarakterlərlə alternativ bir şəkildə təkrar izah, dördüncü film isə hekayəyə tamamilə fərqli və yeni bir son artıracaqdır.

Neptun (planet)

Neptun — Günəş sistemində səkkizinci və məlum olan ən uzaq planet.

Nəhəng planetlər qrupuna daxil olan Neptun Günəş sistemində diametrinə görə dördüncü, kütləsinə isə üçüncü yeri tutur. Neptunun kütləsi Yerin kütləsindən 17 dəfə daha çoxdur. Bu göstərici Neptunun əkizi hesab olunan Uranda 15 dəfəyə uyğun gəlir. Neptun Günəşdən 30,1 AV uzaqlıqda (4,50×109 km) yerləşir və Günəş ətrafında hərəkətini 164,8 ilə tamamlayır. Neptun adı Roma mifologiyasından qaynaqlanır. Neptun Roma mifologiyasında dəniz tanrısı hesab olunurdu. Planetin astronomik simvolu olan ♆ işarəsi də Neptunun əlində təsvir olunan üçdişli mizraqla bağlıdır.

Neptunu adi gözlə görmək mümkün deyildir və Günəş sistemində varlığı riyazi hesablamalarla qabaqcadan xəbər verilərək empirik müşahidələrlə tapılan ilk planetdir. Aleksi Buvanın rəhbərliyində aparılan tədqiqatlar nəticəsində, Uranın orbitində baş verən gözlənilməz dəyişikliklərə bilinməyən planetin səbəb ola biləcəyi düşüncəsi ortaya atıldı. Neptun daha sonradan 23 sentyabr 1846-cı ildə İohann Qotfrid Qal tərəfindən Urban Leveryenin qabaqcadan xəbər verdiyi mövqenin çox yaxınlığında müşahidə olundu. Neptunun ən böyük peyki olan Triton planetin kəşfindən qısa müddət sonra kəşf olunsa da, qalan 14 peyk XX əsrdə kəşf olunmuşdur. Neptun Yerdən çox uzaqda yerləşməsi səbəbindən kiçik görünür və bu da onun teleskoplarla müşahidəsini çətinləşdirir. 25 avqust 1989-cu ildə Voyacer 2 kosmik gəmisi Neptunun yaxınlığından keçərək müşahidələr aparmışdır. Bundan başqa Habbl teleskopu və Yerdəki böyük teleskopların uyğun optik sistemlərindən istifadə olunaraq Neptunun uzaqdan da ətraflı müşahidəsi mümkün olmuşdur.

Neptunun tərkibi qaz nəhəngləri olan Yupiter və Saturndan fərqli olaraq Uranla oxşardır. Neptunun atmosferi Yupiter və Saturnda olduğu kimi əsasən Hidrogen və Helium olmaqla, Karbohidrogenlər və Azotdan təşkil olunduğu halda, nisbətən yüksək miqdarda olan Su, Ammonyak və Metan buzları ilə onlardan fərqlənir. Neptunun daxili Uran kimi buz və qayadan ibarətdir. Bu fərqin olması səbəbindən, Uran və Neptun astronomlar tərəfindən buz nəhəngləri olaraq təsnif olunmuşdur. Neptunun göy rəngi planetin üst qatlarında mövcud olan Metandan qaynaqlanır.Uranın dumanlı və nisbətən durğun olan atmosferinin əksinə olaraq, Neptunun atmosferi aktivdir və hava hadisələri müşahidə olunur. Voyacer 2 kosmik gəmisinin 1989-cu ildəki uçuşu zamanı mövcud olan və Yupiterin Böyük qırmızı ləkəsinə oxşayan Böyük tünd ləkə buna örnək ola bilər. Bu hava hadisələrinin baş vermə səbəbi sürəti saatda 2100 kilometrə çatan Günəş sisteminin digər planetlərinə nəzərən ən güclü küləklərdir. Günəşə uzaq olması səbəbindən planetin üst qatlarının istiliyi -218 °C-yə bərabərdir və bu göstərici ilə Neptun Günəş sistemində Urandan sonra bilinən ən soyuq planetdir. Neptunun mərkəzində istiliyin təqribən 5100 °C olduğu düşünülür. Neptun zəif halqa sisteminə sahibdir. Planetin halqalarının olması 1960-cı illərdə məlum olsa da, Voyacer 2 kosmik gəmisi tərəfindən varlığı təsdiq olunmuşdur.

Qəbiristanlıq

Qəbiristanlıq - Ölülərin dəfn edildiyi ümumi ərazi.

Rak Bishvilo

Rak Bishvilo (azərb. Yalnız onun üçün‎) — İsrailin 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.

Same Heart

Same Heart (azərb. Tək Qəlb‎) — İsrailin 2014 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.

Tövrat

Tövrat (Ərəb dili:توراة İvrit dili : תּוֹרָה Torah ). Qədim ibrani dilində bu kəlmənin ilkin mənası “qanun”, “təlim” yaxud “öyüd-nəsihət” olub. Zamanla yəhudi Müqəddəs Yazılarının ilk 5 kitabına Tövrat adı verildi. Bəzən Tövrat dedikdə, bütün yəhudi qanunu və ya bütün Əhdi-Ətiq nəzərdə tutulur.

İnternetdə istifadə olunan dillər

Internetdə ən çox istifadə olunan dil qeyri-müəyyəndir, baxmayaraq ki, İnternetdə ən çox ziyarət edilən veb saytlarının təxminən yarısının ana səhifələri ingiliscədir. W3Techs verdiyi məlumata görə ən çox istifadə olunan başqa dil Rus dili, Alman dili, İspan dili, Fransız dili, Çin dili və Portuqal dili.

İsrail

İsrail Dövləti (ivr. מדינת ישראל‎ (Medinat Yisra'el), ərəb. دولة إسرائيل‎‎ (Dawlat Isrā'īl)), qeyri rəsmi adı İsrail (ivr. ישראל‎)(ivr. מדינת ישראל ‎ — Asiyada dövlət. Asiya, Avropa və Afrikanın kəsişmə nöqtəsində yerləşir. Qərbində Aralıq dənizi, şimalında Livan və Suriya, şərqində İordaniya, şərqində və qərbində İordan çayının qərb sahilində yerləşən Fələstin əraziləri və Qəzza zolağı, cənubunda Misir və Qırmızı dəniz yerləşir. Ölkə olduqca kiçik sahəsinə baxmayaraq, coğrafi cəhətdən fərqli ərazilərə sahibdir. İsrailin iqtisadi və texnoloji mərkəzi Tel-Əviv olsa da, bütün dövlət orqanları paytaxt elan olunan Qüdsdə yerləşir. Buna baxmayaraq, Qüds şəhəri hələ də beynəlxalq ictimaiyyət tərəfindən bu ölkənin paytaxtı kimi qəbul olunmur.

İsrail və İuda krallıqları Dəmir dövrü ərzində mövcud olmuşdur. Eramızdan əvvəl 720-ci ildə Yeni Assuriya İmperiyası İsrail Krallığını işğal etmişdir. İuda Krallığı sonradan başqa imperiyaların tabeliyi altında Yəhudi muxtar ərazisi kimi mövcudluğunu qoruyub saxlamışdır. Eramızdan əvvəl 110-cu ildə uğurlu Makkabi inqilabı nəticəsində müstəqil Yəhudi krallığı yaranmışdır. Bu krallıq da eramızdan əvvəl 63-cü ildə Roma Respublikasının tabeçiliyi altına keçənə qədər müstəqilliyini qoruyub saxlamışdır. Eramızın 6-cı ilində bu ərazidə Roma İmperiyasının nəzarəti altında olan İuda əyalətinin əsası qoyulmuşdur. Bu əyalətdə Roma hakimiyyətinə qarşı yəhudilər tərəfindən başlanan üsyanlardan sonra bölgənin yəhudi əhalisi yaşayış yerlərini tərk etməyə məcbur edilmiş və ərazinin adı da dəyişdirilərək Suriya Fələstini adını almışdır. Bütün bunlara baxmayaraq, regionun yəhudi əhalisi öz mövcudluğunu uzun əsrlər boyunca qoruyub saxlamışdır. 7-ci əsrdə ərəblər Bizans İmperiyasının tabeçiliyində olan Levantı işğal etmiş və 1099-cu ildə başlamış Birinci səlib yürüşünə qədər ərazini öz nəzarəti altında saxlamağı bacarmışdır. 1187-ci ildə bu ərazi Əyyubilər sülaləsi tərəfindən işğal olunmuşdur. Məmlük dövləti 13-cü əsrə qədər öz hökmranlıq etdiyi ərazini genişləndirərək Levantı da ələ keçirməyi bacarmışdır. 1517-ci ildə Osmanlı İmperiyası tərəfindən məğlub edilən Məmlük dövləti qoşunları Levantı tərk etməyə məcbur olmuşdur. 19-cu əsr ərzində yəhudilər arasında milli oyanışın başlaması səbəbilə özündə yəhudi millətçiliyini ehtiva edən Sionizm hərəkatı meydana gəlmişdir.

1947-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul olunan Fələstinin bölüşdürülməsi planına görə müstəqil ərəb və yəhudi dövlətləri yaradılmalı, Qüds şəhərinə isə beynəlxalq status verilməli idi. Bu plan Fələstinin yəhudi icması tərəfindən qəbul olunsa da, ərəb liderlər tərəfindən qəbul olunmadı. Növbəti il yəhudi icması İsrail Dövlətinin müstəqilliyini elan etdi. 1948-ci ildə başlayan Ərəb-İsrail müharibəsi nəticəsində İsrail keçmiş Fələstin mandatının ərazisinə daxil olan ərazinin əksər hissəsini ələ keçirməyə nail oldu. İordan çayının qərb sahili və Qəzza zolağı isə qonşu ərəb ölkələri tərəfindən işğal olundu. Bu hadisə İsraillə ərəb dövlətləri arasında tək müharibə olmamış, bundan sonra da tərəflər arasında bir çox müharibələr baş vermişdir. Həmin hərbi münaqişələr nəticəsində İordan çayının qərb sahili, Qolan təpələri və Qəzza zolağı İsrail tərəfindən işğal olunmuşdur. İsrail tərəfindən işğal olunan Fələstin əraziləri müasir dövrdə ən uzun çəkən işğal faktı kimi tarixə keçmişdir. İsrail-Fələstin münaqişəsini həll etmək məqsədilə aparılan danışıqlar sülhlə nəticələnməmişdir. Buna baxmayaraq, İsrail həm Misir, həm də İordaniya ilə sülh müqaviləsi imzalamağa nail olmuşdur.

İvritcə Vikipediya

İvritcə Vikipediya — Vikipediyanın ivrit dilində olan bölməsi/

Bu günə gədər 250.542 məqalə yaradılıb.

Başqa dillərdə

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.