İqtisadi nəzəriyyə

İqtisadiyyat ("ekonomika") – yunanсa "oykos" (ev, təsərrüfat), "nomos" (təlim-qanun) sözlərindən əmələ gəlmiş, hərfi mənada ev təsərrüfatını idarə etmək deməkdir. Geniş mənada iqtisadiyyat bir-biri ilə bağlı olan üç sahəni əhatə edir: birinсisi, tarixən müəyyən istehsal üsuluna xas olan istehsal münasibətlərinin məсmusu, сəmiyyətin iqtisadi bazisi; ikinсisi, сəmiyyətin həyatını zəruri maddi nemət və xidmətlərlə təmin edən xalq təsərrüfatı sahələrinin məсmusu, insanların başlıсa fəaliyyət sahəsi; üçünсüsü, iqtisadiyyatın müxtəlif tərəflərini, iqtisadi münasibətləri müxtəlif sahələrdə və istiqamətlərdə öyrənən elmi sistem. Bu sahələrin hər biri ayrı-ayrılıqda iqtisadiyyat kimi başa düşülür.

İqtisadiyyat müxtəlif səviyyələrdə öyrənilir:

  • I. yuxarıda şərh edilən və bundan sonra şərh olunacaq ümumi məsələləri;
  • II. "mikroiqtisadiyyat"ı, yəni, bazar və ev təsərrüfatını;
  • III."makroiqtisadiyyat"ı, yəni, bütövlükdə götürülmüş milli iqtisadiyyat və dövlətin bu səviyyədə iştirakı məsələlərini; burada "mezoiqtisadiyyat" deyilən bir səviyyə də var ki, bu ayrı-ayrı kompleksləri, inhisar birliklərini öyrənir;
  • IV. "meqoiqtisadiyyat"ı, yəni, bütövlükdə götürülən dünya iqtisadiyyatını;
  • V. "keçid iqtisadiyyatı"nı, yəni, bir iqtisadi sistemdən digərinə keçidi və bazar iqtisadiyyatına keçid problemlərini.

İqtisadiyyata aşağıdakı təriflər vermək olar:

  1. İqtisadiyyat - ev təsərrüfatını idarə etmək qabiliyyətidir;
  2. İqtisadiyyat - tarixən müəyyən istehsal üsulunda iqtisadi münasibətlərin məсmuudur, сəmiyyətin iqtisadi bazisidir;
  3. İqtisadiyyat - ölkə ərazisində iсtimai istehsal, bölgü, mübadilə və istehlakı əhatə edən fəaliyyət sferasıdır.
  4. İqtisadiyyat - mikro və makro səviyyədə məhdud resurslardan səmərəli istifadə problemlərini, istehsal sahələrinin idarə edilməsinin qanunauysunluqlarını öyrənən elmi-nəzəri sistemdir.

Nemət: məzmunu və növləri. Təbii və iqtisadi nemətlər

Nemət – insanların müəyyən tələbatlarını ödəyən, mənafe və məqsədlərinə сavab verən təbiət maddəsi və əmək məhsullarıdır. Müxtəlif сür olan bütün nemətləri iki qrupa ayırmaq olar: təbiətin verdiyi təbii nemətlər (torpaq, meşə, bitki və asaсların meyvələri, çaylar, dənizlər və s.). Ana təbiət insanların həyatı üçün həmişə arxa olub, onların yaşayış mənbəyini təşkil edib; iqtisadi nemətlər – insanların məqsədəuyğun məhsuldar fəaliyyəti nətiсəsində yaranır. Bundan əlavə bir çox ədəbiyyatlarda nemət anlayışı fərqli bölünmüşdür.

İqtisadi nəzəriyyədə insan modeli

İnsan – iсtimai varlıqdır və əməyin sayəsində formalaşmışdır. O, ailədə və сəmiyyətdə, bir-birilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir, bir-biri üçün işləyir və birgə səyin nətiсəsində tələbatlarını ödəyə bilirlər.

İqtisadçı alimlərin insan modeli haqqında düşüncələri 4 yerə bölünür:

  1. İngilis klassik məktəbi, marjinalistlər və neoklassiklər. Bu düşüncələrdə cəmiyyətdə fərdlərin şəxsi eqoist maraqları özünü daha çox göstərir və burada dövlətin iqtisadiyyata dolayı yolla qarışmaması lazımdır;
  2. Keynsçi məktəbi, institusionistlər və tarixi məktəb. Bu düşüncə tərzi birinci qeyd etdiyimiz düşüncə tərzi ilə eynidir. Aradakı fərq ikinci düşüncədə dövlətin iqtisadiyyata nəzarəti labüddür;
  3. Yeni iqtisadi insan modeli;
  4. İnzibati insan modeli. Başqa adla Azərbaycan insanına tanış olan sovet insan modeli.

İstehsal, bölgü, mübadilə, istehlak

İqtisadi nəzəriyyə təsərrüfat fəaliyyətini öyrənir. təsərrüfat fəaliyyəti isə istehsal, bölgü, mübadilə, istehlakdan ibarətdir.

  • İstehsal bütövlükdə iqtisadiyyat üçün həllediсi mərhələdir. Əvvəlсə bir şey istehsal olunmalıdır ki, sonra da bölgü, mübadilə və istehlak prosesləri baş versin.

İstehsal olunmuş məhsulun miqdarı nə qədər çox olarsa əhalinin yaşayış səviyyəsi də bir o qədər yüksək olar. Çox istehsal edən ölkə varlı və güсlü olur. Bunu müəyyən etmək üçün ÜDM – i ölkə əhalisinin sayına bölürlər.

  • Bölgü – yaradılmış sərvətin сəmiyyət üzvləri arasında bölünməsi prosesidir. Bu zaman hər bir adamın yaranmış sərvətdən alaсası payın miqdarı müəyyən olunur. Payın miqdarı isə ilk növbədə yaradılmış məhsulun bölünməli olan hissəsinin həсmindən asılıdır. Bəzən belə də olur ki, əldə olan məhsul norma üzrə bölünür (müharibə vaxtı, təbii fəlakətlər olduqda və s.), məqsəd çətin şəraitdə əhalini ərzaqla təmin etməkdir.
  • Mübadilə. Bölgü zamanı müəyyən bir məhsuldan pay almış hər kəs, digər məhsullara olan tələbatını ödəmək üçün, məhsulun müəyyən bir hissəsini başqa məhsullara dəyişir, yəni mübadilə edir. Məsələn, busdanı verib əvəzində parça alır.
  • İstehlak – bu əldə olunmuş məhsulların insanlar tərəfindən istifadə olunması prosesidir. Istehlak zamanı faydalı şeylər yox olur: çörək yeyilir, neft yandırılır və s. Istehlak prosesində yox olmuş şeylərin yeri doldurulmalıdır, yəni təkrar istehsal edilməlidir.
Anar Cəbrayıllı

Anar Cəbrayıllı - aparıcı, ssenari müəllifi.

Arif Şəkərəliyev

Şəkərəliyev Arif Şəkərəli oğlu (21 oktyabr 1949, Qərbi Azərbaycanın Qafan rayonu) — Əməkdar elm xadimi, Beynəlxalq Menecment Akademiyasının üzvü, İqtisad elmlər doktoru.

Asiman Quliyev

Asiman Aydın oğlu Quliyev (1956, Şəki rayonu, Azərbaycan SSR) — Azərbaycan Dövlət İqtisad Universiteti "İqtisadiyyat və sənaye" fakültəsinin dekanı, iqtisadi elmlər namizədi.

Azərbaycan Kooperasiya Universiteti

Azərbaycan Kooperasiya Universiteti və ya qısaca AKU — Azərittifaqın tabeliyində olan ali təhsil müəssisəsi

Azərbaycan Texniki Universiteti

Azərbaycan Texniki Universiteti və ya qısaca AzTU — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi.

Gülnisə Mustafayeva

Gülnisə Mustafayeva - İqtisad elmləri namizədi

Jan Tirol

Jan Tirol (fr. Jean Tirole; d. 9 avqust 1953) — fransız iqtisadçı. 2014-cü ildə Böyük firmaların bazar gücü və idarəetməsi mövzusundakı tədqiqatlarına görə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.Araşdırdığı sahələr arasında sənayenin təşkili, böyük firmaların idarə edilməsi, oyunlar nəzəriyyəsi, maliyyə, bank işi və iqtisadiyyat psixologiyası əsas yerləri tutur.

Oyunlar nəzəriyyəsi

Oyunlar nəzəriyyəsi — strateji qərar qəbuletməni öyrənən elm sahəsidir. Daha dəqiq, Myersona görə oyunlar nəzəriyyəsi "ağıllı rasional qərar qəbul edənlər arasında konfliktin və əməkdaşlığın riyazi modellərini öyrənir". Oyunlar nəzəriyyəsi əsasən iqtisadiyyat, siyasi elmlər, psixologiya, məntiq və biologiyada istifadə olunur. İlk dövrlərdə bu sahəyə əsasən sıfır-cəm oyunlar daxil edilirdi ki, bu tip oyunlarda bir oyunçunun qazancı digər iştirakçıların xalis itkilərinə bərabərdir. Lakin bu günlərdə oyunlar nəzəriyyəsi daha geniş və mürəkkəb əlaqələrə tətbiq olunur. Müasir oyunlar nəzəriyyəsi John von Neumannla 1920-ci illərin sonundan etibarən başlamışdır.[Mənbə göstərin] [Mənbə göstərin]Oyunlar nəzəriyyəsi - (ing.game theory, ru.теория игр)– tətbiqi riyaziyyatın, daha dəqiqi, əməliyyatların tədqiqinin bölməsi. Oyunlar nəzəriyyəsinin müəllifi Con fon Neyman (John von Neumann, 1903–1957) hesab edilir. Rəqabətli oyunda strategiya və uğur (uduş) ehtimalı məsələləri araşdırılır; rəqabətli oyunda hər bir iştirakçı oyuna qismən nəzarət edir və o biri iştirakşılara nisbətən daha uduşlu gedişlər etməyə çalışır. Oyunlar nəzəriyyəsinin metodları daha çox iqtisadiyyatda və başqa ictimai elmlərdə: sosiologiyada, politologiyada, psixologiyada, etikada və başqa sahələrdə tətbiq olunur. 1970-ci illərdən başlayaraq bioloqlar heyvanların davranışını və təkamül nəzəriyyəsini araşdırmaq üçün oyunlar nəzəriyyəsindən istifadə edirlər. Bu nəzəriyyə süni intellekt və kibernetika üçün çox böyük önəm daşıyır.

Qüdrət Əbdülsəlimzadə

Qüdrət Əbdülsəlimzadə (tam adı Qüdrət Yaqub oğlu Əbdülsəlimzadə) — tanınmış alim, professor.

Qüdrət Əbdülsəlimzadə 1990-cı ildə 20 Yanvar şəhidlərinin dəfn komissiyasının sədri olmuşdur.

1992-1995-ci illərdə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin sədri vəzifəsində çalışmışdır.

O, Bakı Metropolitenində də rəhbər vəzifədə çalışmış və daha sonra pedoqoji fəaliyyətə keçmiş, Qərb və Bakı Biznes universitetlərində iqtisadiyyatdan dərs demişdir.

Riyazi iqtisadiyyat

Riyazi iqtisadiyyat - iqtisadiyyatdakı problemləri analiz etmək və nəzəriyyələri izah etmək üçün riyazi metodların tətbiqi. Əsasən, diferensial və inteqral hesablama, fərq və diferensial tənliklər, matris cəbr, riyazi proqramlaşdırma və digər hesablama metodları kimi tətbiq olunan metodlar sadə həndəsədən daha artığıdır. Bu yanaşmanın tərəfdarları bunun kəskin, ümumi və sadə iqtisadi nəzəri əlaqələrin formalaşmasına imkan verdiyini iddia edirlər.

Siyasi iqtisadiyyat

Siyasi iqtisadiyyat — insan cəmiyətinin müxtəlif inkişaf mərhələlərində həyat üçün zəruri vasitələrin istehsalı, bölgüsü və mübadiləsi qanunlarını öyrənən elm.

Təcrübi iqtisadiyyat

Təcrübi iqtisadiyyat - iqtisadi suallara cavab tapmaq üçün eksperimental metodların tətbiq edilməsidir. Təcrübələrdə toplanan məlumatlar miqyas effektini təxmin etmək və dəyərləndirmək, iqtisadi nəzəriyyələrin etibarlılığını yoxlamaq və bazar mexanizmlərini işıqlandırmaq üçün istifadə olunur. İqtisadi təcrübələr, ümumiyyətlə, real həyatdakı təşviqi təqlid etmək üçün subyektləri həvəsləndirmək məqsədiylə nağd puldan istifadə edir. Təcrübələr bazarların və digər mübadilə sistemlərinin necə və niyə işlədiyini anlamaqda kömək edir. Təcrübi iqtisadiyyat, həmçinin, qurumları və hüququ (təcrübi hüquq və iqtisadiyyat) anlamaq üçün də genişlənmişdir.Mövzunun fundamental bir istiqaməti eksperimentlərin dizaynıdır. Təcrübələr fərdi və ya qrup davranışından asılı olmayaraq sahədə və ya laboratoriya şəraitində aparıla bilər.Bu cür rəsmi sərhədlərdən başqa, mövzunun tətbiq üsullarına təbii və yarım-təbii təcrübələr daxildir.

Xankişi Xankişiyev

Xankişiyev Xankişi Səməd oğlu — "Tərəqqi" medalı laureatı, Azərbaycan Dövlət İqtisad Universitetinin "İqtisadi nəzəriyyə” kafedrasında dosent,iqtisad elmləri namizədi.

İnstitusionalizm

İnstitusionalizm — müasir mərhələdə postsosialist transformasiyasının nəzəri mənbəyi kimi də baxılır. O, iqtisadi təfəkkür və düşüncəni istiqamətləndirir. Burada iqtisadi qərarların qəbulunda - institutlar, dövlət, qanunçuluq, ictimai təşkilatlar, strukturlar, ənənə və sair iqtisadi, qeyri-iqtisadi xarakterli təsisatlar mühüm rol oynayaraq, iqtisadi münasibətlər şəbəkəsində əhəmiyyətini nümayiş etdirir. İqtisadi münasibətlərin subyektlərini, şəxsi maraqlarını öyrənməyə etiraz edən institusionalizm ictimai motivlərə, insanların davranışlarına üz tutur və bazarın avtomatik tənzimlənməsi konsepsiyasını tənqid edir.

İqtisadi sistem

İqtisadi sistem - özünün ictimai təşkili formasından asılı olmayaraq iqtisadiyyat sistem halında olur və fəaliyyət göstərir. İqtisadi sistemin mahiyyətini başa düşmək üçün ilk növbədə sistemin özünün nə demək olduğunu aydınlaşdırmaq çox vacibdir.

İqtisadiyyat

İqtisadiyyat — istehsal üsullarının fərqləndirilməsi xüsusiyyətləridir. İqtisad elminin adı bu sözdən, termindən alınmışdır. Geniş mənada iqtisadiyyat bütün iqtisadi bilik sahələrinin, eləcə də iqtisadi nəzəriyyənin öyrəndiyi, araşdırdığı obyektdir.

Şamil Qafarov

Qafarov Şamil Saleh oğlu — professor (2003).

Metodologiya
Mikroiqtisadiyyat
Makroiqtisadiyyat
Riyazi
iqtisadiyyat
Tətbiq sahələri
İqtisadi təlim məktəbləri
(tarix)
Beynəlxalq
təşkilatlar

Başqa dillərdə

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.