İdeologiya

İdeologiya — siyasət yaxud sosial təlim yaradan, hökumətin, siyasi partiyanın, sosial sinfin davranışlarına istiqamət verən siyasi, hüquqi, elmi, fəlsəfi, dini, Əxlaqi, estetik düşüncələr toplusudur.İdeologiyanın nəzəri hissəsində Marksist düşüncələr əhəmiyyətli yer tutur. Marks, Lenin, Gramsci, Lukacs, Frankfurt Məktəbi, Althusser kimi mütəfəkkirlərin bu mövzuda mühüm fikirləri olmuşdur. Bundan başqa, ideologiya nəzəriyyəsi ilə maraqlanan digər mütəffəkirlərin də marksizmlə qarşılıqlı (marksizmə qarşı və ya marksizm tərəfdarı) olaraq fikirlərini irəli sürmələri böyük maraq doğurmuşdur.

Etimologiyası

ideologiya kəlməsi , Fransızca idéologie (tələffüz: [[Beynəlxalq Fonetik Əlifbası|[ideoloʒiː]]]) kəlməsindən yaranmışdır [1](idée [bu bağlamda: fikir; düşüncə][2] ve -ologie [ -oloji, yəni bilim]).

Idéologie kəlməsi , Fransa inqilabı döməmində Antoine Destutt de Tracy tərəfindən ilk dəfə işlədildi, və ilk ictimai deyilişi 1796ildə idi. De Tracy'ə görə, idéologie kəlməsi yeni bir "fikir elmi", yəni bir fikir-oloji'yi nəzərdə tutdu.İntibah dövrünə tipik olan rasionalizm bir şövq ilə , de Tracy obyektiv olaraq fikirlərin qaynaqlarının tapılması mümkünsüz olmadığını və bu yeni elm sahəsi gələcəkdə biologiyazoologiya kimi sabit elm səhələri ilə eyni statusu paylaşacağına inandı. Əlavə olaraq o, hər araşdırma növünün təməli fikir(lər) olduğuna baxmayaraq, de Tracyə görə ideologiya elm sahələrinin ən önəmlisi olaraq qəbul ediləcəyi fikrini irəli sürdü.Baxmayaraq, de Tracy'nin böyük ümidlərindən çox , bu terminin xüsusi anlamı gələcəkdəki işlədilməsinə çox az təsiri olmuşdur.

İdeologiya nəzəriyyəsi

İdeologiya , şüurun ortaqlaşdıran bu formasının əldə edilməsində ortaq olan ögenin nə olduğunu açıqlaması lazım olan bir anlayışdır. Bunu təmin edən əlaqə formanı , yəni ortaqlaşdıran yaşamın forması üzərində girişilən hər açıqlama etmək etmə səyləri , müəyyən bir toplumun ya da qrupun İdeologiyasını təyin etmək dinamiklərin, ümumi olaraq ideologiyanın dinamiklərinə yayılması səhvi ilə məlum olmuşdur.

Həmçinin bax

  • İdeologiya nəzəriyyəsi
  • Paradigma
  • Episteme
  • Din
  • Siyasi ideologiyalar

Mənbə

  • Alman İdeolojisi, Karl Marx, Sol yayınları
  • Kapital, Meta fetişizmi bölümü, Marx.
  • İdeoloji ve Ütopya, K.Mannhein
  • İdeoloji ve Devletin İdeolojik Araçları, Louis Althusser, İletişim yayınları.
  • İdeoloji, Terry Eagleton, Ayrıntı yayınları.
  • Eleştiri ve İdeoloji, Terry Eagleton, İletişim yayınları.
  • İdeoloji, Şerif Mardin, İletişim yayınları.
  • İktidarın İdeolojisi ve İdeolojinin İktidarı, Göran Therborn, İletişim yayınları.
  • Mühendisler ve İdeoloji, Nilüfer Göle, Metis yayınları.
  • Marx'tan Foucault'ya İdeoloji, M.Barret, Sarmal yayınları.
  • İdeolojinin Yüce Nesnesi, Slovaj Zizek, Metis yayınları.
  • Halkevleri: İdeoloji ve Mimarlık, Neşe Gürallar Yeşilkaya, İletişim Yayınları.

Xarici Keçidlər

İstinadlar

  1. Türk Dil Qurumu - ideologiya
  2. FransızcaSözlük.gen.tr - idéologie
ABŞ Demokrat Partiyası

ABŞ Demokrat Partiyası və ya Demokratlar partiyası (ing. Democratic Party) - Respublikaçılar partiyası ilə bərabər ABŞ-da ən mühüm iki siyasi partiyadan biri. 1824-cü ildə yaradılmış partiya ölkənin ən qocaman partiyasıdır. Əsas ideologiyası liberalizm və proqressivizmdir. İqamətgahı Vaşinqtondadır, ənənəvi rəngi mavidir. Partiyanın 2008-ci ilin noyabr ayında ABŞ-da keçiriləcək prezident seçkilərindəki namizədi partiya üzvləri arasında keçirilən ilkin seçkidə Hillari Klintonu üstələmiş Barak Obama olmuş və qalib gəlmişdir.

ABŞ Respublikaçılar Partiyası

ABŞ Respublikaçılar Partiyası və ya Görkəmli Qoca Partiya (ing. Republican Party və ya ing. Grand Old Party, GOP).

Partiyanın qeyri-rəsmi rəmzi güc və qüdrəti simvolizə edən fil, qeyri-rəsmi rəngi qırmızıdır. Partiya 28 fevral 1854-cü ildə Viskonsin ştatının Ripon şəhərində təsis edilmişdir.

Ana Vətən Partiyası

Ana Vətən Partiyası — Azərbaycanda siyasi partiya. Partiyanın qurucusu və hazırki sədri Fəzail Ağamalıdır.

Azərbaycan şəxs adlarının siyahısı

Azərbaycan şəxs adları -Azərbaycanda istifadə olunan şəxs adları. Azərbaycan ərazisində yaşamış və yaşayan xalqların, Türk, İran və digər xalqların mədəniyyəti əsasında formalaşmışdır. Ərəb və qədim alban mədəniyyətinin də böyük təsiri olmuşdur.

Azərbaycanda çay mədəniyyəti

Azərbaycanda çay mədəniyyəti — özünəməxsus şəkildə formalaşıb.

Cümhuriyyət Xalq Partiyası

Cümhuriyyət Xalq Partiyası (türk. Cumhuriyet Halk Partisi) — Türkiyənin aparıcı siyasi partiyalarından biri. Hal-hazırda müxalifətdədir. CXP Atatürkçülük və sosial demokratiya fikirlərini mənimsəmişdir. Partiya tüzük və proqramında göstərilən bu görüşlərin yanında sosialist və sosial liberal meyllər də saxlamaqdadır.Cümhuriyyət Xalq Partiyası 1923-cü il sentyabrın 9-da Mustafa Kamal Atatürk tərəfindən qurulub. Cümhuriyyət Xalq Partiyasının rəhbəri Dəniz Baykal 11 may 2010-cu il tarixində istefaya getmişdir.

22 may 2010-cu il tarixində CXP-nin 33-cü qurultayında partiyanın yeni rəhbəri Kamal Qılıncdaroğlu seçilmişdir. Onun namizədliyini 1200 qurultay nümayəndəsi dəstəkləmişdir ki, bu da CXP üçün rekord rəqəmdir. Qurultaydan əvvəl mətbuatın dili ilə ona “Qandi Kamal” (türk. Gandi Kemal) ləqəbi verilmişdir. CXP-nin 3-4 fevral 2018-ci ildə keçirilən 36-cı qurultayında lider Kamal Qılıncdaroğlu 1266 qurultay nümayəndəsinin 790-ının dəstəyi ilə 5-ci dəfə CXP-nin Sədri seçilmişdir

Gestapo

Gestapo — Almaniya nasistlərinin yaratdıqları dövlət gizli polisi.

Hizbullah

Hizbullah (ərəbcə - Allahın ordusu) Livanda üzvləri həm mülki şəxslərdən, həm də silahlı qanadı olan şiə inanclı insanların partiyasıdır.

Hizbullah İranda İslam inqilabının qələbəsindən ruhlanaraq 1982-ci ildə Livanın cənub hissəsini işğal etməkdə olan İsrail qüvvələrinin həmin ərazilərdən çıxarılması məqsədilə yaradılmışdır. Partiyanın hazırkı rəhbəri Seyid Həsən Nəsrullahdır.

Karlis Ulmanis

Karlis Ulmanis (latış. Kārlis Augusts Vilhelms Ulmanis‎; d. 4 sentyabr 1877, Berze kəndi, Latviya – ö. 20 sentyabr 1942, Krasnovodsk, Türkmənistan SSR, SSRİ (indiki: Türkmənbaşı, Türkmənistan)) — Latviyalı siyasətçi və dövlət xadimi; Latviya Respublikasının 4-cü prezidenti.

Kommunizm

Kommunizm (lat. commūnis - ümumi) — kapitalizmi əvəz edəcək ictimai-iqtisadi formasiya: istehsal vasitələri üzərində ictimai mülkiyyətə əsaslanır. Dar mənada həmin formasiyanın sosializmə nisbətən daha yüksək inkişaf pilləsi.

Marksizmə görə, sosialist inqilabı inkişaf etmiş kapitalist ölkələrində, özü də dünyada eyni vaxtda baş verməlidir. Lenin isə kəşf etdi ki, imperializm kapitalizmin xüsusi formasıdır. İmperializm dövründə sosialist inqilabı iqtisadi cəhətdən geri qalmış tək bir ölkədə də qalib gələ bilər.

Lua

Lua (port. lua [[Beynəlxalq fonetik əlifba|[ˈlu.(w)ɐ]]] ay mənasını verir) - yüngül,multi paradiqmalı,proqramlaşdırma dili olub qurulan sistemlərdə istifadə üçün dizayn edilmişdir. Lua, interpretatoru ANSI C dilində yazıldığı üçün kross platformdur və nisbətən sadə C APİsinə malikdir.

Lua ilkin olaraq 1993-cü ildə həmin dövrün artan proqram nizamlama tələbini qarşılamaq üçün tətbiqi proqramları genişləndirən dil kimi dizayn edilmişdi.

İdeologiya və tətbiqinə görə Lua JavaScript-ə daha yaxın olsa və prototipli OOP modelini tətbiq etsə də, Paskala-bənzər sintaksisi, daha güclü və çevik konstruksiyaları ilə fərqlənir. Luanın xarakterik xüsusiyyəti minimum sintaksis ilə çox sayda proqram obyektini tətbiq edə bilməsidir. Belə ki, bütün əsas istifadəçi məlumat növləri (massivlər,strukturlar,çoxluqlar,sıralar,siyahılar) cədvəl mexanizmi ilə, obyekt yönümlü mexanizmlər isə meta cədvəllər ilə reallaşdırılır.

Marksizm

Marksizm — əsasən Karl Marksın ideyaları əsasında XIX əsrin ortalarında qurulmuş, özündə siyasi, fəlsəfi və iqtisadi doktrinaları ehtiva edən təlim və hərəkat. Marksizm hərəkatının əsası sosializmi tətbiq etməklə cəmiyyəti dəyişdirmək və inkişaf etdirmək olmuşdur.

Marksizmin əsası XIX əsrin birinci yarısında Böyük Britaniyada yaşayan iki alman mühacir - Karl Marks və Fridrix Engels tərəfindən qoyulmuşdur. Marksizm tarixin materialist şərhinə söykənir. Cəmiyyətdə baş verən dəyişiklikləri cəmiyyəti təşkil edən kasıblar və varlılar sosial sinifləri arasındakı mübarizə kimi qəbul edən marksizm mövcud kapitalizmi proletariatı istismar edən sistem sayır.

Masonluq

Masonluq (ing. Freemasonry) – fəlsəfi-etik hərəkat olub XVIII əsrdə gizli beynəlxalq təşkilat şəklində meydana gəlmişdir. Mason sözü ingilis dilində olan (ing. freemason) sözündən yaranmışdır və tərcüməsi azad bənna deməkdir. Çünki təşkilatı ilk dəfə bənnalar yaradıb.Bu bənnalar məhz Süleyman peyğəmbər üçün məbəd tikiləndə bir araya gəliblər.Hətta təşkilatın simvolunda da tikinti pərgarı və üçkünc xətkeş işarəsi var.Onların ideologoyasına görə ,Allah da dünyanın memarıdır.Masonluq müxtəlif formalarda mövcud olub üzvlərinin vahid mənəvi və metafiziki idealları bölüşməsi ilə səciyyələnir. Bunlardan ən birincisi Ali Varlığa inamdır. Masonlar həmin varlığın adlandırılmasından Kainatın ulu memarı ifadəsindən istifadə edirlər.

Masonluq ezotirik quruluş olub sadəcə üzvləri üçün açıq fəaliyyət göstərən bir qurumdur. Bu gün dünyada masonların və mason lojalarının konkret sayı barədə rəqəm söyləmək mümkün deyil. Belə ki, bir çox lojalar üzvləri barədə olan məlumatları məxfi saxlamağı üstün tutur. Bunlara baxmayaraq aparılan təxmini hesablamalar dünyada 7 milyona yaxın masonun olduğunu və bu şəxslərin 12 minə yaxın mason lojasında fəaliyyət göstərdiklərini müəyyənləşdirmişdir. Masonluğun əsas fikir mərkəzlərindən olan Şotlandiya, İrlandiya və Böyük Britaniyada 400.000 nəfərə yaxın mason mövcuddur. Dünya üzrə masonluq sisteminin ən güclü olduğu yer kimi qəbul edilən Amerika Birləşmiş Ştatları-nda isə 2 milyon nəfər masonun varlığı məlumdur.Masonlar mason lojaları olaraq adlandırılan təşkilatlarda fəaliyyət göstərirlər. Hər bir mason lojası mərkəzi Baş lojaya tabedir. Hər bir ölkədə bir baş loja mövcuddur. Burada istisna kimi Amerika Birləşmiş Ştatlarının hər bir ştatında ayrıca baş lojaların olduğunu qeyd etmək lazımdır. Bir ölkədə fəaliyyət göstərən mason lojaları bir-biri ilə əlaqələr quraraq münasibətlərini genişləndirir, onların ümumi fəaliyyətləri isə baş loja tərəfindən koordinasiya edilir. Masonluq mərasimlərin və toplantıların gizli həyata keçirilməsi səbəbindən insanlar tərəfindən əsirlər boyu müzakirə edilmiş və daim maraq obyekti olaraq qalmışdır.

Sosializm

Sosializm — bütün istehsalatın və gəlirlərin bölüşdürülməsinin dövlətin nəzarəti altında olduğu iqtisadi, ictimai-siyasi formasiya. Müxtəif sosialist cərayanları tərəfdarlarının ümumi məxrəci istehsal vasitələri üzərində ictimai mülkiyyətin mövcudluğu, şəxsi mülkiyyətin tam və ya əsasən sıradan çıxarılmasıdır.

Sosyalizm iqtidar və istehsal vasitələrinin xalq tərəfindən idarə edildiyi bir cəmiyyət fikrinə söykənən düşüncə sistemidir. Siyasi termin olaraq sinifsiz bir cəmiyyətin yaradılması məqsədilə, inqilab və ya ictimai təkamül vasitəsi ilə təşkilatçı bir əməksevər sinif yaradılması ilə birbaşa əlaqəlidir. Sosializm, oz rüşeymini sənayeləşmə dövründə, maarifçilik hərəkatları zamanı dilə gətirilən siyasi və ictimai bərabərlik istəyindən almışdır. Zamanla modern demokratik sistemlərə sosial islahatlar formasında təsirini artırmışdır.

Marksist nəzəriyyədə sosializm kapitalizmi əvəzləyəcək, sosyalist quruluş öz-özünə süqut etdikdən sonra komunizmə keçid edən cəmiyyətə işarə edir. Komunizm sosializmin davamı hesab edilən ictimai sistemdir.

Sovet İttifaqı Kommunist Partiyası

Sovet İttifaqı Kommunist Partiyası (qısaca Sov.İKP) — ( Коммунистическая партия Советского союза КПСС), Sovet İttifaqının bütün tarixi boyu yeganə, hakim siyasi partiyası. Fəaliyyəti ilk qurucularından olan Vladimir İliç Lenininin adı ilə bağlı olub.

Taliban

Taliban (ərəb. طالبان‎‎) — 1994-cü ildə yaranan və 1996-2004-cü illər arası Əfqanıstanın bütün ərazisini idarə etmiş hərəkatdır.

Türkçülük

Türkçülük, Türkizm və ya Pantürkizm — bütün türk xalqlarının müstəqil olub birgə dövlət qurmasını amac tutan siyasi düşüncədir

1880-ci illərdə Rusiya İmperiyasının türkdilli ziyalıları arasında yaranmış və türkdilli xalqların mədəni və siyasi birliyini məqsəd görən ictimai-siyasi hərəkat.

İttifaqi-əl-Müslimin

İttifaqi-əl-Müslimin (rus. Иттифак аль-Муслимин) - Rusiya İmperiyasında fəaliyyət göstərən sosialist siyasi partiyası.

Başqa dillərdə

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.